Məhkəmə qərarları › İş №2(102)-3456/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3456/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7246/2018 saylı qətnaməsi il ə iddia qismən təmin edilmiş, Cavabdeh1 X oğlundan İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 65065.66 ABŞ dollarının və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 X oğlunun mülkiyyətində olan XXXdə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), G.Tağızadə və L.Məmmədova, 2(105)83/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7246/2018 saylı qətnaməsində dəyişiklik edilməsi, ipoteka predmeti olan XXX fərdi yaşayış evinin ilkin satış qiymətinin 230000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, Cavabdeh1 X oğlundan İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 1758.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 66524.34 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 X oğlunun mülkiyyətindəki XXXdə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabın a İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 X oğluna məxsus XXXdə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 X oğlu, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 həmin ev və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 X oğlu, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 X oğlu ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətmini müəyyən edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Beləki, ilkin satış qiyməti müəyyən edilərkən daşınmaz əmlakların hazırkı bazar qiyməti, daşınmaz əmlak bazarında son vaxtlar qiymətlərin düşməsi, tərəflərin həmin əmlakın dəyərinin 83.000 manat razılaşmaları, iki dəfə ekspertiza keçirilsə də, ekspert rəyləri arasındakı ziddiyyətlərin nəzərə alınmaması səbəbindən məhkəmə düzgün nəticəyə gəlməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətin i müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır. Beləki, əmlakın dəyəri tərəflər arasında bağlanmış ipoteka müq aviləsində 83.000 manat göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilmiş həmin əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün iki dəfə ekspertiza keçirmişdir. “xxxx” MMC tərəfindən verilmiş 1-ci ekspert rəyində əmlakın ilkin satış qiyməti 100.000 AZN müəyyən edilmiş, ikinci ekspert rəyində isə evin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla 230.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, 1-ci dəfə ekspert rəyi verdikdən sonra ikinci dəfə rəy verilməsi üçün qiymətləndirmənin yenə həmin qiymətləndirmə şirkətinə göndərilməsi qərarın obyektivliyi təmin etmək baxımından düzgün deyildi. Çünki ilkin ekspertiza keçirilməsi qərarında elə eksper həmin suala cavab verməli idi ki, ipoteka ilə yüklü edilmiş evin bazar qiyməti nə qədər təşkil edir. Qiymətləndirməni aparan ekspert evin yerləşdiyi torpaq sahəsinin dəyərini nəzərə almadan rəy vermişdirsə, torpaq sahəsini nəzərə almaqla yenidən qiymətləndirmə keçirilməsi göstərişi ilə qiymətləndirmənin eyni şirkətə həvalə edilməsi tərəflərin etimadını qazana bilməzdi. Çünki ilk dəfə rəy verən ekspert bilməli idi ki, ipoteka ilə yüklü edilmiş fərdi ev torpaq sahəsinin üzərində yerləşirsə və ona tutma yönəldiləcəksə, deməli torpaq sahəsi ilə birlikdə özgəninkiləşdiriləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Gö ründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Ona görə “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Nəticə: Qətnamə ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində ləğv edilməli və həmin hissədə yenidən işə baxılması üçün apellyasiya icraatına qaytarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni məhkəmə baxışına göndərilsin. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar