Məhkəmə qərarları › İş №2(102)-346/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-346/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-346/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 və digərlərinə qarış iş üzrə QƏRARİ iş № 2(102)-346/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh3 vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixl i, 2(103)6038/2020 saylı qətnaməsindən iddiaçı “LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırıb və tələblərini belə əsaslandırıb ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 4.400 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “M ercedes Benz C-180” markalı, **-GO*** dövlət nömrə nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka qoyulub. Bundan əlavə, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 6.800 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2015-ci il tarixdə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3la zaminlik müqavilələri bağlanılıb. Lakin cavabdehlər kredit, zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyiblər. Ona görə də cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6.215,56 ABŞ dolları əsas, 2.385,58 ABŞ dolları faiz borcunun, 3.502,06 ABŞ dolları hesablanmış c ərimənin, habelə kredit müqaviləsi üzrə müddət bitdikdən sonra hesablanmış 912,46 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.015,66 ABŞ dollarının, bundan əlavə Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.371,45 ABŞ dolları əsas, 1.677,49 ABŞ dolları faiz borcunun, 2.462,98 ABŞ dolları hesablanmış cərimənin, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra hesablanmış 647,21 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9.159,13 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və tutmanın ipoteka predmeti olan “Mercedes Benz C180” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiy i halda qalan borcun Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi K.F.Əmirxanova) iddia qismən təmin edilərək, cavabdeh Qasim Ramazanovdan ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.371,45 ABŞ dolları əsas, 1.677,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, 647,21 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumiliklə 6.896,39 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Mercedes Benz C-180” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avt omobilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun iddiaçıya ödənilməsi, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 6.215,56 ABŞ dolları əsas, 2.385,58 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və 912,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumiliklə 9.613,60 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyiblər və onların sözügedən kredit müqavilələri üzrə iddiaçıya yuxarıd a göstərilən məbləğdə ödənilməmiş kredit borcları vardır. Eyni zamanda zaminliyə xitam verilməsi üçün əsaslar yoxdur. Cavabdeh3 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın ona aid olan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.sadıqov sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- Cavabdeh3 aid hissədə ləğv edilib, həmin hissədə iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh3 mü nasibətdə iddia əsassızdır. Belə ki, Cavabdeh3la bağlanmış zaminiyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı zamin Cavabdeh3 qarşı iddia irəli sürmədiyi üçün xitam verilməlidir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı Cavabdeh3 münasibətdə əsassız olaraq təmin edib. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh3 vəkili Mehman Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasas iya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunverciliyə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (Mülki Məcəllənin 477.0.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, zamin Cavabdeh3 münasibətdə zaminliyə xitam verilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti konkret göstərilməyib. Belə ki, zaminlik müqaviləsinin 4.2-ci bəndində qeyd olunub ki, həmin müqavilə borcalanın bank qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, zaminlik müqaviləsində sözügedən məzmunda belə bir şərtin nəzərdə tutulması “müddət” anlayışına uyğun deyil və bu, zaminliyin konkret vaxtla müəyyənləşdirilmiş müddəti kimi qəbul edilə bilməz. Çünki Mülki Məcəllənin 367.2-ci maddəsinə görə, əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Başqa sözlə, zaminlik müqaviləsində müddət qeyri-müəyyən olmaqla, mülki qanunvericiliyin tələblərinə uyğun gəlmir. İşin hallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəl iyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixində başa çatıb. Ona görə də həmin vaxtdan başlayaraq iddiaçının zamin Cavabdeh3 qarşı tələb irəli sürmək hüququ 1 il müddətində qüvvədə olub. Lakin, iddiaçı həmin müddət ərzində zamin Cavabdeh3 qarşı hər hansı tələb irəli sürməyib və hazırki iddia ərizəsi ilə məhkəməyə yalnız xx xxxxxx 2020-ci il tarixdə müraciət edib. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən zaminlik müqaviləsində müddət təyin edilmədiyindən, Cavabdeh3la bağlanmış zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı zamin Cavabdeh3 qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam veril mişdlir. Bu səbəbdən də zamin Cavabdeh3 iddiaçı qarşısında kredit borcuna görə məsuliyyət daşımır və birinci instansiya məhkəməsi iddanı zamin Cavabdeh3 münasibətdə də təmin etməklə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərini pozub. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan etirazına apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6038/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar