Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3464/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən olunmuş dəyəri ilə ekspertin qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş dəyəri arasında kəskin fərqin olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107) -70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh1"dən və Cavabdeh2 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210. 44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləğinin tutulub İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin "Cavabdeh1" ilə bank arasında bağlanmış 19 may 2016-cı il tarixli “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-yə tam mülkiyyət hüququ əsasında məxsus olan xxx torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********1905101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət h üququ əsasında məxsus olan xxx nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilə və 19 may 2016-cı il tarixli 0xxxx girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, xxxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı1 ASCyə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış 19 may 2016-cı il tarixli “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328.500 (üç yüz iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilməsinə dair razılaşma əldə olunmuşdur.
3. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, 19 may 2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi 19 may 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan xxxx nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri 47000 manat məbləğində müəyyən edilmişdir.
4. Bundan başqa işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, 19 may 2016cı il tarixli kredit müqaviləsinin təminatı kimi 19 may 2016-cı il tarixli girov müqaviləsi ilə "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənləri banka girov qoyulmuşdur. Girov predmetinin dəyəri 155500 manat məbləğində müəyyən edilmişdir.
5. Həmçinin o da mübahisə edilmir ki, 19 may 2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi 20 may 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsi ilə cavabdeh "xxxx" MMC-yə tam mülkiyyət hüququ əsasında məxsus olan xxx yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri 140000 manat məbləğində müəyyən edilmişdir.
6. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli rəyi ilə iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış 16 may 2016-cı il tarixli, 038NZA saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh "xxxx" MMC-nin İddiaçı1 ASC-yə borcu iddia tələbinin tarixinə yəni 30 aprel 2018-ci il tarixə, 376.543,45 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 301.357,67 ABŞ dolları, faiz borcu üzrə 75.185,78 ABŞ dolları. 7. "xxxx" MMC-nin 12 noyabr 2020-ci il tarixli, LF 14 nömrəli qiymətləndirmə rəyi ilə "xxxx" MMC-yə məxsus olan xxx sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar dəyəri 470000 manat, likvid dəyəri isə 440000 manat, Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilinin hazırkı real bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat, 19 may 2016-cı il tarixli xxx girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı real bazar dəyəri 257000 manat (4 ədəd 25 ton, 48000 və 01 ədəd 60 ton. 65.000 manat) likvid dəyəri isə 247000 manat müəyyən edilmişdir.
8. İddiaçının nümayəndəsi bildirir ki, İddiaçı1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış 19 may 2016-cı il tarixli, xxx N:li “Kredit müqavilə si”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328500 (üç yüz iyirmi səkkiz min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 19 may 2016cı il tarixli, xxx:li “Kredit müqaviləsi”nin təminatı qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-yə tam mülkiyyət hüququ əsasında məxsus olan xxxx qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birl ikdə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 20.05.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləsi” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “İpotekanın əlavə qeydiyyatı haqqında” razılaşma qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən 21.05.2016-cı il tarixli, RX seriyalı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan xx x nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə 19.05.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləs” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Sonrakı ipoteka müqaviləsi" qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən 19.05.2016-cı il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. 19 may 2016-cı il tarixli 038 NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxxx qeyriyaşayış sahəsinin ərazisində, Bxxxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənləri 19 may 2016-cı il tarixli, 038NZA kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borc u ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbilə bildiriş verilmişdir. "xxxx" ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Ona görə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar.
9. Cavabdeh2 bildirir ki, onun kreditordan aldığı kredit istehlak təyinatlıdır, yəni pul vəsaitləri sonrakı proseslərdə heç bir əlavə dəyər yaratmamışdır. Krediti alandan sonra iqtisadi şərait onun üçün dəyişmişdir. Ona görə də o öz işində müəyyən korreksiyalar aparsa da yaranmış çətin iqtisadi vəziyyətdən çıxa bilməmişdir. Bu barədə kreditora da vaxtında məlumat vermişdir. Lakin buna baxmayaraq kreditor bu vəziyyəti nəzərə almadan onun əsas k redit borcunun üzərinə yüksək faizlərlə borc hesablamış, bununla kifayətlənməyərək gecikdirilmiş faiz borcuna görə də 66.839,68 ABŞ dolları dəbbə pulu hesablamışdır. Onunla kreditor arasındakı kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti konkret təyin edilmişdir. Kreditor bu müddət başa çatanadək ona möhlət verməmiş, öhdəliyin icrasını tələb etmiş, icra baş tutmadıqda isə məhkəməyə müraciət etmişdir. Onunla kreditor arasında dəbbə pulu haqqında heç bir yazılı razılaşma olmadığına baxmayaraq kreditor ona tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli (hakim V.Məlikov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən 2735 68.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcu milli manat ekvivalentində, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 2 0 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləği tutulub İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmə "Cavabdeh1" ilə bank arasında bağlanmış 19 may 2016-cı il tarixli, xxx N:li, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-yə tam mülkiyyət hüququ əsasında məxsus olan xxx qeyri yaşayış binasına 0.07 ha torpaq sah əsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19-05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan xxx nömrəli mənzilə və 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı1 ASC-yə ödənilm əsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1-nin direktoru Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir.
12. Öhdəlik icra edilmədiyi üçün tələbin ipotekaya qoyulmuş evə yönəldilməsi və həmin evin açıq hərracda satılması qanuni və əsaslıdır.
13. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 295, 297, 385.1, 427.3, 442, 445.2.1, 445.2.2, 448.1-ci, “İpoteka haqqında” Qanunun 33-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
4. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, M.Əsədli və R.Rəfiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan əmlakların məbləğinə münasibətdə” dəyişdirilmiş, ipoteka predmetləri - "xxxx" MMC-yə məxsus olan xxxx qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 440 000(dörd yüz qırx min) manat; Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilinin hazırkı likvid dəyəri 68000 (altmış səkkiz min) manat; 19 may 2016-cı il t arixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyəri isə 247000 (ki yüz qırx yeddi min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış 19 may 2016-cı il tarixli, xxx N:li kredit müqaviləsinin və 20 may 2016-cı il tarixli ipoteka müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
17. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin gi rov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir.
19. Bundan başqa apellyasiya icraatı zamanı ipotekanın hazırki real bazar dəyərinin yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 12 noyabr 2020-ci il tarixli, LF 14 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus olan xxx qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar dəyəri 470000 manat, likvid dəyəri isə 440000 manat, Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilinin hazırkı real bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat, 19 may 2016-cı il tarixli xxx girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı real bazar dəyəri 257000 manat, likvid dəyəri isə 247000 manat müəyyən edilmişdir.
20. Apellyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb ed ə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır.
21. Kollegiya sonda iddiaçı tərəfin yenidən əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə də qiymət verərək bildirmişdir ki, vəsatət əsaslandırılmamaqla, konkret hansı əmlakla bağlı ekspertizanın təyin edilməsi göstərilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 12 noyabr 2020ci il tarixli ekspert rəyi əsassızdır. Belə ki, həmin rəy i lə ipoteka predmetləri real dəyərindən yüksək qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
26. Cavabdeh2 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
31. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Məhkəmənin qətnaməs i qanuni və əsaslı olmalıdır (maddə 217.1)
36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi "xxxx" MMC-yə məxsus olan xxx qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 440 000(dörd yüz qırx min) manat, Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilinin hazırkı likvid dəyərinin 68000 (altmış səkkiz min) manat, 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyərinin 247000 (ki yüz qırx yeddi min) manat müəyyən ed ilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
40. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. (35)
41. İş materiallarından görünür ki, 19.05.2016-cı il tarixli girov müqaviləsi ilə "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinin dəyəri 155500 manat məbləğində, 19.05.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilin dəyəri 47000 manat məbləğində, 20.05.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi əsasında "xxxx" MMC-yə məxsus olan xxx qeyri yaşayış bina sının 0.07 ha torpaq sahəsi ilə birlikdə dəyəri 140000 manat məbləğində müəyyən edilmişdir.
42. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC-nin 12 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə "xxxx" MMC-yə məxsus olan xxx qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar dəyəri 470000 manat, likvid dəyəri isə 440000 manat, Cavabdeh2 məxsus olan xxx nömrəli mənzilinin hazırkı real bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat, 19 may 2016-cı il tarixli girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və xxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı real bazar dəyəri 257000 manat, likvid dəyəri isə 247000 manat müəyyən edilmişdir.
43. Göründüyü kimi əmla kların ipoteka və girov müqavilələri ilə müəyyən olunmuş dəyərləri ilə "xxxx" MMC-nin 12 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş dəyərləri arasında kəskin fərq vardır.
44. Bununla yanaşı iş materiallarından görünür ki, işə apelyasiya baxışında iddiaçı məhz bu hala, yəni ipoteka müqavilələrindəki qiymətlərlə, ekspert rəyi ilə müəyyən olunmuş qiymətlər arasındakı kəskin fərqə görə təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, lakin onun vəsatəti MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd olaraq rədd edilmişdir.
45. Belə ki, həmin maddənin müddəalarına görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (31)
46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə yeni apellyasiya baxışında əmlakların ipotek a və girov müqavilələri ilə müəyyən olunmuş dəyərləri ilə "xxxx" MMC-nin 12 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş dəyərləri arasında kəskin fərqin yaranmasının əsasları araşdırılmalı və həmin araşdırmanın nəticəsinə uyğun mübahisəyə hüquqi qiymət verilməlidir.
47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
49. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə məxsus olan xxxx qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 440 000(dörd yüz qırx min) manat, Cavabdeh2 məxsus olan xxxx nömrəli mənzilinin hazırkı likvid dəyərinin 68000 (altmış səkkiz min) manat, 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus xxx qeyri-yaşayış sahəsinin ərazisində, xxx yerləşən qeyri-yaşayış sahəsinin ərazi sində və xxxx yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyərinin 247000 (ki yüz qırx yeddi min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.