Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3464/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjası Cavabdeh5nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3464/2022 Açar sözlər: hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi Bakı şəhəri, 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, “X1 Azərbaycan” QSC-yə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2022-ci il tarixli, 2(103)-922/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)3174/2016 nömrəli qətna məsi ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh İddiaçı qarşı pul tələbi və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 114919,72 ABŞ dolları əsas, 9395,55 ABŞ dolları faiz, 1326,97 ABŞ dolları cərimə, 11,25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə çəkilmiş poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 125642 ABŞ dolları 24 sent və 71 manat 25 qəpik “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ipotek aya qoyulmuş mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 157 kv.m. yaşayış, 264,4 kv.m. yardımçı,421,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev ) yönəldilməsi, evin açıq hərracdan satılması hesabına İddiaçı “X1 Azərbaycan” QSC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 176000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin İddiaçı tutulması, iddianın yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması hissəsi əsassız olduğundan rədd edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin 2(104 )-299/2017 nömrəli qətnaməsi ilə həmin iş üzrə apellyasiya şikayəti qismən təmin edilmiş, iddianın təmin edilmiş hissəsində dəbbə pulu azaldılaraq, 485,06 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 3. "xxxx" MMC tərəfindən İddiaçı, “X1 Azərbaycan” QSC-yə, Cavabdeh1nə ünvanlanmış bildirişlərlə ipoteka predmetinə tələbin yönəldilməsinə dair icra vərəqəsi üzrə mübahisəli evin ilkin hərracda 176000 manat, təkrar hərracda 149600 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində keçiriləcəyi bildirilmişdir.
4. Hərrac Təşkilatının 16/01 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən, İddiaçı məxsus olan mübahisəli evə dair icra vərəqəsinin, Cavabdeh1 Ü.Ə-291381/2 017 nömrəli, xx.xx.2018-ci il tarixli sifariş məktubunun və “X1 Azərbaycan” QSC-nin 00787 saylı, xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 176000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 149600 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 112200 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. 5. “Birja Yenilikləri” qəzetində, İddiaçı məxsus olan mübahisəli ev ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC-nin, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin, Cavabdeh1 apardığı icra hərəkətlər inin qanunsuz hesab edilməsi, "xxxx" Hərrac Mərkəzi MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsini və onun mübahisəli evə dair bağlanmış xx.xx.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeyd haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC hərracın keçirilməsi qaydalarını pozmuş, ona hərrac barədə bildiriş göndərməmişdir.
8. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə, mübahisəli evə dair “X1 Azərbaycan” QSC-yə verilmiş çıxarışın ləğvinə, özü ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqaviləsinə xitam verilməsinə və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair qeydin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 18 oktyabr 2021-ci il tarixli, 2(005)-4507/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hərracın iddiaçıya məlumat verilmədən keçirilməsi barədə iddia tələbinin əsaslandırılmasına münasibətdə qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələ r məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan mübahisəli ev qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur.
11. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 2a tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir.
12. Birinci instansiya məhkəməsi mübahisəli evlə bağlı ipoteka müqaviləsinə xitam verilməsi, cavabdeh Bankın adına verilmiş çıxarışın ləğvi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi üçün əsaslar mövcud olmadığını da qətnamədə göstərmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.5, 415.2, 416.1, 416.2, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1. 53.3, 62.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində, iddiaçı əlavə olaraq qeyd etmişdir ki, xətşünaslıq ekspertizası təyin edilərək bildirişlərin kim tərəfindən imza edilərək qəbul edilməsi faktı müəyyənləşdirilməli olduğu halda, məhkəmə bu məsələylə bağlı araşdırma aparmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Mərd anova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) 2(103)-922/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, subyektiv mülahizələrə əsaslanır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
19. Apellyasiya məhkəməsi qətnaməsini əsaslandırarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 41, 42.1, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 415.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator məzmunu iddia ərizəsi və apellyasiya şikayəti ilə eynilik təşkil edən şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh hərracın keçirilməsi qaydalarını pozaraq ona bu barədə bildiriş göndərməmişdir d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublik ası Mülki Məcəlləsi
23. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu
24. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 25. 34.1.1. əsas öhdəliyin, y axud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 26. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğ un olaraq verir.
28. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərra cda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
29. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
30. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2022-ci il tarixli, 2(103)922/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi