Məhkəmə qərarları › İş №2(102)-3468/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3468/2024

29.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3468/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Buta Traidinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisələri, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "Buta Traidinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3643/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "Buta Traidinq” MMC-də 17 mart 2021-ci ildə tərəflər arasında bağlanmış 3 ay müddətinə müddətli əmək müqaviləsi əsasında İnsan Resursları şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2. 19 aprel 2021-ci il tarixli BT-İX-049 saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) ilə əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023cü il tarixli, 2(102)-5682/2022 saylı qərarı əsasında 19 aprel 2021-ci il tarixli xitam əmri ləğv edilmişdir. 4. 31 may 2023-cü il tarixli, 52/K-A sayl ı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə əmək müqaviləsinə xitam verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin 17 iyul 2023-cü il tarixli, 3-17-512-26228/2023 saylı qərarı əsasında 31 may 2023-cü il tarixli, 52/K-A saylı xitam əmri ləğv edilmişdir. 6. 21 sentyabr 2023-cü il tarixli, 92/K-A saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Tahır qızı cavabdeh "Buta Traidinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.500 manat məbləğində vurulmuş zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2.000 manat və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "xxxx" MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazl ıqlara yol verməmişdir. İş fəaliyyətinə başladığı bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdirməyini, iş vaxtı avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmağını, sonra isə evə geri gətirməyini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin ona yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə x itam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, "Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx. xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən işdən azad olunmağım barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin № 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT- iX049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1135/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X9 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub- olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndəril mişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2022-ci ildə çıxsa da, indiyədək icra olunmumamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMCdə işə bərpa olunduğunu öyrənsə də, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmışdır. Orada ona hədəqorxu gəlmiş, problemlər yaradacağını və burada işləməyinin mümkün olmayacağını bildirmişdirlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparıldı və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Məzuniyyət haqqı ödənilməməsi və 2 ay 11 gün gecikən əmək haqqının ödənilməməsi ilə bağlı cavabdeh qurum 2 dəfə cərimələnmişdir. Sözügedən məktub ona təqdim edilən kimi iş materiallarına əlavə ediləcəkdir. Cavabdehin xx.xx.2023cü il tarixli, 52/K-A nömrəli xitam əmrinin ləğv edilməsi və digər tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatında cavabdeh xx.xx.2023-cü il tarixdə onu işə bərpa etdiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2023cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bütün bu hadisələrdən dərs çıxarmayan cavabdeh 3-cü dəfə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə onu işdən azad etmişdir. xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu dəfə də cavabdehin verdiyi əmr kobud hüquq pozuntuları ilə müşayiət edilmişdir. Sonradan Nəsimi rayon Məhkəməsinə 2(006)- 4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməyə izah verilməsinə dair mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ərizə daxil olmuş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə şikayətlə müraciət olunaraq Nəs imi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) şikayət təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün- xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəfindən şikayət verilsə də, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəflərindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir: "Göründüyü kimi, əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir." Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin qanunsuz əməlləri nəticəsində işsiz qalmış və zərərə məruz qalmışdır. Həmin tarixlər üçün yığılmış əmək haqqının məbləği 13.500 manatdır. Həmin məbləğ cavabdeh tərəfindən ona vurulan ziyandı r.

9. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.942 manat məbləğində vurulmuş maddi zərər, 15.000 manat məbləğində mənəvi zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2000 manat və dövlət rüsumu üçün ödənilmiş 195 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanunsuz əməllərinə görə səbəb olduğu məhkəmə mübahisələrinə görə onun əlavə xərcləri də olmuşdur. Belə ki, bu məhkəmə mübahisələri zamanı onun yol xərci, poçt xərci, kağız və çap işlərinə görə xərc, vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc, telefon danışıqları üçün xərclər də düşünür ki, cavabdehdən tələb edilməlidir. Eyni zamanda bildirmək istəyir ki, "xxxx" MMC tərəfindən onun əmək müqaviləsi saxtalaşdırıldığı üçün bununla bağlı Nəsimi rayon Polis İdarəsinə və müvafiq Prokurorluğa müraciət etmişdir. Göründüyü kimi bütün bu hüquq mübahisələri zamanı onun kifayət qədər əlavə xərcləri olmuşdur. Belə ki, vəkillər və atası üçün verdiyi etibarnamələr, poçt xərcləri ilə bağlı müəyyən qəbzləri saxlasa da, yol xərci və telefon danışıqları üçün edilən xərclərin qəbzlərini saxlamaq mümkün olmamışdır. Əlavə xərclərin siyahısı aşağıdakılardır:

1. Yol xərci- 2500 manat;

2. Poçt xərci- 600 manat;

3. Telefon danışıqları xərci- 700 manat;

4. Vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc- 42 manat;

5. Kağız və çap işlərinə görə xərc- 600 manat. Bununla yanaşı bildirmək istəyir ki, cavabdehin qanuns uz əməlləri nəticəsində 4 ilə yaxın müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Bütün bu proseslərin içində onunla yanaşı mübarizə aparan atası Vəlizadə Tahir xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, atasının vəfat etməsinin əsas səbəbi cavab dehin qanunsuz əməlləri nəticəsində dərin stres və mənəvi sarsıntı keçirməsidir. Atasının hər dəfə ona dediyi "hələ mən həyattayam, bunlar belə edirlər, mən olmasam, Allah bilir, nələr edərlər" cümlələri onun məhz bu stres və mənəvi sarsıntıdan rəhmətə getməsinin göstəricisidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X13 Xidmətinin verdiyi sənəd də bu nüansı bir daha təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixində o, atası və digər ailə üzvləri ilə birgə "xxxx" MMC-də olmuş və MMC-nin rəhbərliyi və əməkdaşlarının onlarla saymazyana danışması və hədə-qorxu gəlməsi nəticəsində atası özünü pis hiss etmiş və onlar məcbur qalıb X13 çağırmışdırlar. Ona dəyən mənəvi zərərin həcmi 15.000 manatdır.

10. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddiaçının Cavabdeh MMC-yə qarşı 13500 manat m əbləğində vurulmuş zərərin, 2000 manat məzuniyyət pulunun və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı özü də əmək müqaviləsinin iştirakçısı kimi bilirdi ki, onunla bağlanılmış əmək müqaviləsi müddətlidir və işə bərpa olunması mümkün olacağı təqdirdə də onunla bağlanacaq əmək müqaviləsinin müddəti qısa zaman sonra bitəcək, əlavə olaraq apellyasiya və kassasiya şikayəti vermək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır, tərəflər iddia üzrə tələbin təmin edilib-edilməməsi, apellyasiya və kassasiya şikayətlərinin təmin edilib-edilməməsini əvvəlcədən bilə bilməzlər və tərəflərin məhkəmə qərarından apellyasiya və kassa siya şikayəti verməsi onların qarşı tərəfə zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinin getdiyi zaman iddiaçının qüvvədə olan əmək müqaviləsi mövcud deyildi və o rahatlıqla digər bir işəgötürənlə əmək münasibətlərinə girə bilərdi. İddiaçı həmçinin 2 illik müddət üçün məzuniyyət pulunun ödənilməsi tələbini də irəli sürmüşdür. Bununla bağlı bildirilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən cavabdeh tərəfindən iddiaçıya buraxılmış əmək haqqı və müvafiq olaraq hesablanmış məzuniyyət pulu onunla son haqq hesab aparılarkən nəzərə alınmış və iddiaçının hesabına köçürülmüşdür. Nəticə etibarilə iddiaçının hazırkı iddia ərizəsində irəli sürmüş olduğu tələb “vurulmuş zərər” kimi qeyd olunsa da, b ir mənalı şəkildə faktiki olaraq buraxılmış əmək haqqıdır və iddiaçının bu tələbinə başqa məhkəmə işində baxılmış və həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə ki, iddiaçı cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında yalnız müqavilə müddəti olaraq müəyyən edilmiş üç aylıq müddət ərzində ödənilməli olan əmək haqqından məhrum olmuş və həmin vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı üç aylıq müddət ərzində əsassız olaraq işsiz qalması səbəbindən cavabdehdən həmin müddət ərzində məcburi olaraq çəkmiş olduğu digər xərcləri (işsiz qaldığı üçün götürmüş olduğu kredit vəsaitini, məhkəmə iclaslarına gəlmək üçün çəkmiş olduğu nəqliyyat xərclərini, hüquqi yardım üçün ödənilmiş xidmət haqlarını və s. bu qəbildən olan xərclər) çəkdiyini sübut etmiş olsayd ı həmin vəsaitləri vurulmuş zərər tələbi əsasında irəli sürə bilərdi. Halbuki iddiaçının hazırkı iddia ərizəsində irəli sürmüş olduğu tələblərin heç biri vurulmuş zərər deyil, buraxılmış əmək haqqı və ona birbaşa bağlı digər tələblərdir ki, həmin iddia tələblərinə əvvəlki məhkəmə işlərində baxılaraq hüquqi qiymət verilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-634/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "Buta Traidinq” MMC-dən nümayəndənin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 11,5 manat məbləğində pul və 0,06 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əfsanə Heydərova)

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, yol, t elefon danışıqları və kağız və çap işlərinə görə xərcləri ilə bağlı qəbzləri, yəni hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, iddia bu hissələrdə rədd edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş poçt xərcləri ilə bağlı qəbzləri bir-bir tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı fərqli müəssisələrə və dövlət orqanlarına müraciət edərək, sadəcə Azərbaycan Respublikası ilə müəyyən edilmiş hüququndan istifadə etmişdir. (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.) Həmin qəbzlər hazırki mülki iş üzrə sübut kimi dəyərləndirilə bilməz.

14. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manatın cavabdeh "Buta Traidinq” MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edildiyindən, iddia bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən 2022-ci ildə atası X1 verdiyi etibarnamə üzrə 11,5 manat məbləğində pul cavabdeh "Buta Traidinq” MMC-dən alınaraq İddiaçı ödənilməlidir.

15. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/202l saylı, xx.xx.2021-ci il tarixli və 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrin qanuni qüvvəyə mindikdən sonra ona vurulmuş zərərin nədən ibarət olduğu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbay can Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096, 1097.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 47.2, 76.1, 76.2, 77.1, 80, 81, 82.3, 88, 121.1,217.3, 217.4, 218.1, 357.1,403.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti və mülahizə verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanlandırılmış və əlavə olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin 179.2-ci maddəsində işçinin iş yeri və əmək haqqının saxlanılması halları müəyyən edilmişdir. Həmin hallardan biri kimi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etmək nə zərdə tutulmuşdur. İddiaçı fərdi əmək mübahisəsinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdiyi üçün onun orta əmək haqqının saxlanılması labüd idi. Həmin normanı cari işə tətbiq etsə, anlaşılır ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə iddiaçının orta əmək haqqı saxlanılmalı və işəgötürən tərəfindən tam şəkildə ödənilməli idi. Əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir. İşdən görünür ki, daha öncəki məhkəmə işinə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia qismə n təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir.” Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilmişdir. Əmək Məcəlləsinin 195-ci maddəsinin "a” bəndi də İddiaçı hüquqlarının qorunmasının labüdlüyünü daha da artırır. Belə ki, 195-ci maddə işəgötürənin işçiyə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıdığı halları sadalayır. Həmin hallardan biri kimi əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi öz əksini tapmışdır. Xüsusilə vurğulamaq yerinə düşər ki, iddiaçının qanunsuz formada işdən azad edilməsi ilə bağlı "Buta Traidinq” MMC-nin direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

19. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz verilmiş, iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılaraq şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3643/2024 nömrəli mülki iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X4).

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə o laraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Məhkəmə qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir.

23. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarındakı məhkəmə aktlarından göründüyü kimi tərəflər arasında daha öncə bir sıra məhkəmə mübahisələri olmuş və onlar bir-birilərinə bağlı olmaqla iddiaçının işə bərpası, o cümlədən ondan doğan tələblərinin məhk əmə müdafiəsindən irəli gəlmişdir. İddiaçı həmin mübahisələrin 2 ildən çox müddətə davam etməsi və cavabdeh tərəfindən proseslərin süni formada uzadıldığını qeyd etsə də, kollegiya hesab edir ki, göstərilən dəlil əsassız olmaqla hazırki iddia tələbinin təmin olunması üçün əsas hesab oluna bilməz. Cavabdehin qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etmiş və çəkişmə prinsipindən irəli gələrək öz müdafiəsini qurmağa çalışmışdır və işin bir neçə instansiyada mübahisələndirilməsinin müəyyən vaxt alması təbii bir prosesdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı özü də həmin işlər üzrə qanunvericiliklə ona tanınmış hüquqlardan istifadə edərək narazı qaldığı məhkəmə aktlarını bir neçə dəfə mübahisələndirmiş və öz dili ilə desək, özü də həmin proseslə rin uzanmasında bir növ iştirak etmişdir. Halbuki iddiaçının əsaslandırmasına istinad etsək, o özü də bu proseslərin qısa müddətdə yekunlaşması üçün qəbul edilən aktlardan şikayət verməz və bununla da ona daha çox zərər vurulmasına şərait yaratmazdı. Lakin iddiaçının öz hüquqlarından istifadə edərək narazı qaldığı məhkəmə aktlarından şikayət verməsi, işin həllində maraqlı olmasında heç bir hüquqazidd əməl olmadığı kimi cavabdehin də eyni məsələ ilə bağlı günahlandırılması və onun bu hərəkətlərlə iddiaçıya zərər vurmasının iddia edilməsinin heç bir qanuni və hüquqi əsası yoxdur.

24. İddiaçı onunla bağlanılan əmək müqaviləsinin hər bir halda 3 aylıq müddətə bağlanıldığını və işəgötürənin bu müddəti uzatmaq niyyətində olmadığını bilmişdir. Həmçinin 2 ilə yaxın müddətə uzanan proseslər sırf işə bərpa tələbinə dair deyil, həmçinin məcburi işburaxma dövrünə görə ödənilməli olan pul vəsaiti və bundan doğan digər tələblərdən ibarət olmuş, lakin iddiaçı həmin müddət çərçivəsində başqa işə qəbul olunmaq üçün hər hansı addımlar atmamışdır.

25. İddiaçının əmək müqaviləsinə hələ 2021-ci ildə sınaq müddətindən keçməməsi əsası ilə xitam verilmişdir və həmin əsas şəxsin yeni iş tapa bilməsinə hər hansı çətinlik törətməməklə əmək qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini də əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı yol, telefon danışıqları və kağız və çap işlərinə görə xərcləri ilə bağlı qəbzləri, yəni hər hansı bir sübutu məhkəməyə təqdim etməd iyindən, apellyasiya şikayəti bu hissələrdə də rədd edilməlidir. Qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi; Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin məzmunu iddia ərizəsi və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə öz fikirlərini əsaslandırarkən qeyd etmişdir: “Hazırki iş üzrə cavabdeh olan "xxxx" MMC də qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etmiş və çəkişmə prinsipindən irəli gələrək öz müdafiəsini qurmağa çalışmışdır və işin bir neçə instansiyada mübahisələndirilməsinin müəyyən vaxt alması təbii bir prosesdir. İddiaçı daha sonra öz apellyasiya şikayətində və iddia ərizəsində qeyd etmişdir ki, məhkəmə prosesləri əsassız olaraq 2 ilə yaxın müddətə uzadıldığına görə işsiz qalmışdır. Buna münasibətdə kollegiya qeyd edir ki, iddiaçı onunla bağlanılan əmək m üqaviləsinin hər bir halda 3 aylıq müddətə bağlanıldığını və işəgötürənin bu müddəti uzatmaq niyyətində olmadığını bilmişdir. Həmçinin 2 ilə yaxın müddətə uzanan proseslər sırf işə bərpa tələbinə dair deyil, həmçinin məcburi iş buraxma dövrünə görə ödənilməli olan pul vəsaiti və bundan doğan digər tələblərdən ibarət olmuş, lakin iddiaçı həmin müddət çərçivəsində başqa işə qəbul olunmaq üçün hər hansı addımlar atmamışdır”. Bununla bağlı iddiaçı bildirir ki, məhkəmənin bu tezisləri kifayət qədər mübahisəlidir. Belə ki iddiaçı sözügedən 2 il ərzində öz köhnə işinə qayıdacağına inanmış və belə də olmuşdur. Bu səbəbdən iddiaçının qanuni gözlənti hüququ olmuşdur. Bu səbəbdən iddiaçının yeni iş axtarması ağlabatan olmazdı. Çünki iddiaçı qanuni gözlənti hüququ ilə işinə qayıdacağını güman etmiş v ə yekunda elə də olmuşdur. Məhkəmə bu kimi halları nəzərdən qaçırdaraq iddiaçının hüquqlarını kobud surətdə pozmuş və nəticədə ədalətsiz qərar qəbul etmişdir. “A.Daşdəmirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, “gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyaların ın və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkə mənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilsə də, həmin məsələdə Nəsimi rayon Məhkəməsinin belə biabırçı qətnamə qəbul etməsi vahid məhkəmə təcrübəsinin pozulması hesab edilməlidir. Bununla yanaşı bildirmək istərdik ki, hazırlıq iclasında məhkəmə iddiaçıya “sənə başqa hansı zərərlər dəyib hamısını hazırla iddia tələbini dəqiqləşdir” deyə bildirməsindən sonra iddiaçı əlavə zərərləri də özündə əks etdirən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Bununla bağlı iddiaçı əlavə rüsum ödəmiş və ərizənin yazılması üçün digər xərclərə düşmüşdür. Yekunda yalnız 11 manat təmin edən məhkəmə nin bu hərəkəti iddiaçının ələ salınması hesab edilə bilər.

29. İddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179.2-ci maddəsinin “ə” bəndi, 195-ci maddəsinin “a” bəndi, 300 maddələrinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə

125. Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqs irli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi

38. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını p ozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin saz işlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymə tləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli 2(103)3643/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar