Məhkəmə qərarları › İş №2(102)-3482/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3482/2021

01.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3482/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Fərhad qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3482/21 (Açar sözlər: ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evdən çıxarılma) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-830/ 2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Əhmədov M İlqar oğluna və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 16.05.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə qurduqdan sonra Rusiya Federasiyasına köçmüş, orada yaşamışdır. 27 may 2006-cı il tarixdə əri ilə nikahları pozulmuş və o, ünvan 2 ünvanında özünə fərdi yaşayış evi alıb orada tək yaşamışdır. 2020-ci ilin may ayının əvvəllərində Cavabdeh2 ilə tanış olmuş, bundan sonra M zorla onun evinə soxularaq orada yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə M ona müxtəlif fiziki, psixolji təzyiqlər göstərmiş, lakin o, bu barədə müvafiq orqanlara məlumat verməmişdir. Görünür ki, M müxtəlif dərmanlardan ona içirmiş, bunun nəticəsi olaraq o, Mın hərəkətlərinə reaksiya verə bilməmişdir. M ona yaşadıqları evin satılmalı olduğunu dedikdə də o əks reaksiy a verməmiş, razılaşmışdır. 16 may 2020-ci il tarixdə o, Mla birlikdə Bakı şəhəri 26 saylı Notariat Ofisinə getmişlər. Orada M onu Cavabdeh1 ilə tanış etmiş, o, evinin Rə satılacağını orada bilmişdir. Notariat Ofisində evin alğısatqısına dair ilkin müqavilə bağlamış, o, həmin müqaviləyə imza etmiş, evin pulunu isə R Ma ödəmişdir. Qalıq 5000 manatı da bir neçə gün sonra yenə üçünün iştirakı ilə R Ma vermişdir. M isə, həmin puldan ona heç nə verməmişdir. Bundan sonra onlar Sabunçu qəsəbəsində Mın kirayə götürdüyü evə köçərək orada Mın qardaşı ilə birlikdə yaşamışlar. Burada da M ona fiziki zor tətbiq etdiyindən o, evi tərk etmiş, hazırda yaşamağa yeri yoxdur. Cavabdeh1lə aralarında alqı-satqı müqaviləsi bağlanarkən o, Cavabdeh2 təzyiqi altında iradəsinə zidd şəkildə müqaviləni imzaladığından hazırda həmin müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 sentyabr 2020-ci il tarixli, 2(001)-4457/2020 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı izahatında Cavabdeh2 tərəfindən münasibətdə olduqları müddətdə işgəncələrə məruz qalmasını, döyülməsini, hətta Cavabdeh2 ona xüsusi növ dərman preparatlarından istifadə etdirdiyindən şübhələndiyini bildirmişdir. Bunun nəticəsində də, o, öz iradəsindən asılı olmayaraq Cavabdeh1lə evinin satılmasına dair müqavilə bağlamışdır. Məhkəmə iddiaçının bu məzmunlu izahatını inandırıcı və əsaslı hesab etmir. Belə ki, İddiaçı istifadəsində o lan mənzildən onun iradəsinə zidd şəkildə Cavabdeh2 zorla istifadəsi, orada müəyyən müddət yaşaması ağlasığmazdır. Çünki, əmlaka sahiblik konstitusion hüquq olmaqla hər bir şəxsin əmlak hüquqları dövlət tərəfindən qorunur. Şəxsin mənzilinə zorla daxil olmaq əmlak hüquqlarının məhdudlaşdırılması ilə yanaşı, həm də cinayət məsuliyyəti yaradan əməldir. Belə olan halda İddiaçı heç bir aidiyyəti quruma müraciət etməməsi sonuncunun izahatının doğruluğunu şübhə altına alır. Eləcə də, Cavabdeh2 tərəfindən iddiaçıya edilmiş işgəncələr, iddiaçının psixoloji gərginlik altında Cavabdeh2la birlikdə yaşaması və s. bu kimi digər halları da təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, İddiaçı iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və məhkəmə araşdırması zamanı 16 may 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı şərtin pozulması halının mövcudluğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı Fərhad qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Xəyal Sarıyev) 29 yanvar 2021-ci il tarixli, 2(103)-830/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üz rə Binəqədi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən həmin tarixdə notariat qaydasında təsdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması, Cavabdeh1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3-də yerləşən evdən çıxarılması və evin İddiaçı təhvil verilməsi, 33.000 manat pulun İddiaçı alınaraq X1 verilməsi, evin və pulun verilməsinin eyni zamanda icra olunması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı il ə 1-ci cavabdehin arasında bağlanmış “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə əhəmiyyətsiz əqddir. Bunu 2 səbəbi var: 1-ci özbaşına tikililərə münasibətə belə müqavilələr bağlana bilməz. Mülki Məcəllənin 180.2ci maddəsindən görünür ki, özbaşına tikinti aparmış şəxs tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2-ci ilkin müqavilə əmlakın özgəninkiləşdirilməsi ilə nəticələnən öhdəliklər yarada bilməz, bu müqavilə yalnız gələcəkdə müqavilə bağlamaq öhdəliyi yarada bilər. Ümumiyyətlə qanunvericilikdə “ilkin alqı-satqı müqaviləsi” deyilən bir anlayış yoxdur, “ilkin müqavilə” anlayışı var. Mülki Məcəllənin 402.1-ci maddəsindən görünür ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakı n verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ancaq, yuxarıda qeyd olunduğu kimi “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə ilə faktiki olaraq özbaşına tikinti obyektinin alqı-satqısı həyata keçirilib: tərəflər bir-birinə pul və ev veriblər. Tərəflər ilə yanaşı notarius da bu əməliyyatda iştirak edib: əhəmiyyətsiz əqdi təsdiq edib və pulun depozit hesaba qəbul edilməsi üçün banka müraciət edib. Halbuki, “Notariat haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə görə notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna uyğunluğunu yoxlamalıdırlar. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu, Mülki Məcəllənin 337.3- cü maddəsinin göstərişidir. Ona görə də “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır. Əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Bu, Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişidir. O cümlədən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli qərarının 6.10-cu bəndinə görə əqd məhkəmə tərəfindən etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Ona görə də 1-ci cavabdeh evdən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Habelə, müqavilədə göstərilən 38.000 manat pulun bir hissəsi olan 3 3.000 manat, yəni “beh” adı ilə verilmiş 500 manat və depozit hesab vasitəsilə verilmiş 32.500 manat iddiaçıdan alınaraq 1-ci cavabdehə verilməlidir. 38.000 manatın qalan hissəsi, yəni müqavilə bağlandıqdan sonra nağd şəkildə verilməli olan 5.000 manatın 1-ci cavabdeh tərəfindən iddiaçıya verildiyini təsdiq edən sübut yoxdur. Ona görə də 5.000 manatın tutulması hazırkı işdə qət oluna bilməz. Əgər 1-ci cavabdehin bu barədə sübutları varsa, o, 5.000 manatın qaytarılması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə və həmin iddia ərizəsinə baxılarkən sübutlarını məhkəməyə təqdim edə bilər. O cümlədən 1ci cavabdeh evin təmirinə çəkdiyi xərcin və digər bu kimi xərclərin ona ödənilməsi üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddianın əsası nəzərə alınmaq la iddia tam deyil, qisməntəmin olunmuş sayılmalıdır. Belə ki, iddia onunla əsaslandırılıb ki, iddiaçı əqdi fiziki və psixoloji təsir nəticəsində bağlayıb. Yəni iddiaçı əqdi mübahisələndirilən əqd kimi etibarsız sayır, lakin müəyyən olunur ki, əqd əhəmiyyətsiz əqd kimi etibarsızdır. İddiaçının mübahisələndirdiyi əqdin məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi etibarsız sayılması iddiadan kənara çıxma (iddianın əsasından kənara çıxma) hesab olunmur. Bunun 2 səbəbi var: 1-ci səbəb qanunun göstərişi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanun əhəmiyyətsiz əqdi “özlüyündə etibarsız olan əqd” adlandırıb, onun etibarsızlığının məhkəmə tər əfindən tanınmasını zəruri şərt kimi müəyyən etməyib. Əgər bir əqdin etibarsızlığının məhkəmə tərəfindən tanınması zəruri şərt deyilsə, deməli, onun etibarsızlığının tanınması üçün bu əsasla iddianın verilməsi də zəruri şərt deyil. Odur ki, belə əqdlərin etibarsızlığı işin halı kimi müəyyən oluna bilər, bu, iddiadan kənara çıxma sayılmır. 2-ci səbəb əhəmiyyətsiz və mübahisələndirilən əqdlərin xüsusiyyətləri ilə bağlıdır. Belə ki, “əhəmiyyətsiz” ifadəsi “puç” mənasını verir. Puç olan əqdin (əhəmiyyətsiz əqdin) mövcud olan əqd kimi (mübahisələndirilən əqd kimi) məhkəmə tərəfindən yoxlanılması mümkün deyil, əks təqdirdə belə yoxlama “puç” mənasının təkzibi sayılacaq və ziddiyyət yaradacaq. Ona görə də hər hansı əqdin mübahisələndirilən əqd kimi (hədə təsiri nəticəsində bağlanmış əqd kimi və s.) etibarsız sayılması barədə iddiaya baxılarkən işin halı kimi bu əqdin əhəmiyyətsiz olduğu müəyyən edilərsə, məhkəmə həmin əqdin əhəmiyyətsizliyini tanımaqla buna uyğun olan nəticələri qət etməlidir. Göstərilənlərə əsasə iddia qismən təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək Binəqədi rayon məhkəməsinin 21.09.2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında İddiaçı yalan izahat verərək bildirir ki, guya onu yalnız 16.05.2020-ci il tarixdə Cavabdeh2la birlik də 26 saylı notarial ofisində görmüş, M iddiaçını onunla tanış etmiş və orada evin onun tərəfindən alınacağını bilmişdir. O, ailə üzvləri ilə birlikdə dəfələrlə həmin mübahisəli evdə olmuş, evə baxmışlar, evin satılmasını birbaşa iddiaçının özü ilə danışmışlar. Notariat ofisinə gələndə və yaxud iddiaçının evində söhbətlər aparılıb qiymətdə razılaşan zaman iddiaçıda heç bir şübhəli hərəkətlər, onun xəstə olması, halsız olması və yaxud kənardan fiziki təsirin olmasını müşahidə etməmişlər. Bütün onun hərəkətləri və danışıqları sərrast olmuşdur. Evin qiymətini 38.000 manata iddiaçının özü ilə razılaşmışlar. Əvvəlcə iddiaçıya 500 manat beh verilmiş, 16.05.2020-ci il tarixdə notariat ofisində 32500 manat pulu isə notariusun binasındakı bankdakı depozit hesabına qoymuş və qalan 5000 manat pulu is ə 5 gün müddətinə iddiaçıya nağd şəkildə ödənilməsi razılaşdırılmışdır. O, 500 manat behi bank depozitinə qoymuş, 32500 manatı həmin gün şəxsən iddiaçı özü qəbul etmiş, qalan 5000 manatı isə 20.05.2020-ci il tarixdə İddiaçı ilkin alqı-satqı müqaviləsində öz xətt ilə qeyd edərək pulun alınmasını qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-na iddiaçının 5000 manat pulu alması barədə onun tərəfindən izahat-ərizəsində və məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd etsə də, məhkəmə bunu sübut kimi qəbul etməmiş, yalnız 33.000 manat pulun ödənilməsini iddiaçının öhdəsinə qoymuşdur. Bundan başqa, onun tərəfindən həmin mübahisəli evə əlavə olaraq 7.000 manat xərc qoyulmuş: əmlakçıya, notarius ofisinə, banka, işıq, su, qaz sayğaclarının dəyişdirilməsinə, adına keçirilməsinə, su çəninin qoyulmasına, telefon, internet xətlərinin çəkilməsinə və təmir işlərinin aparılmasına xərclənmişdir. Məhkəmə onun bu tələbini nəzərə almamışdır. O, hal-hazırda göstərilən mübahisəli evə pasport qeydiyyatına düşmüş və orada ailəsi ilə yaşayır. Beləliklə İddiaçı tərəfindən ona ümumilikdə 45.000 manat pul ödəməli olduğu halda, məhkəmə yalnız 33.000 manatın iddiaçı tərəfindən ödənilməsini qətnaməsində qət etmişdir. Məhkəmə onun mötəbər sübut kimi təqdim etdiyi sənədləri qəbul etməmişdir. İddiaçı Fərhad qızı iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və məhkəmə araşdırması zamanı ilkin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı şərtin pozulması halının mövcudluğu müəyyən edilməmişdir. İlkin alqı-satqı müqaviləsinin şərtlərinə görə iddiaçı və onun arasında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı ilə onun arasında yalnız evin qiyməti və pulun ödənilməsi şərtləşdirilmişdir. İddiaçıya razılaşdırılmış 5000 manat ödənilməli idi ki, evi iddiaçı cavabdehə təhvil versin. 16 may 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə görə “satıcı” ünvan 3 ünvanda yerləşən istifadəsində olan fərdi yaşayış evinə dair bağlandığı andan “alıcıya” 3 gün müddətində təhvil verməyi, Çıxarış alındıqdan sonra isə alqı-satqı müqaviləsini imzalamağı, gələcəkdə üzərində yerləşən fərdi yaşayış evinə dair hər-hansı iddia qaldırmayacağını öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndində göstərilir ki, “alıcı” torpaq sahəsinə dair Çıxarış aldıqdan sonra alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürür. İlkin alq ı-satqı müqaviləsinin şərtlərini İddiaçı kobud surətdə pozmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə iddiaçının müqavilənin şərtlərini pozduğuna görə heç bir reaksiya verməyərək qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı ilə onun arasında heç bir alqı-satqı müqaviləsi bağlanmayıb. Göstərilən müqavilə yalnız ilkin razılaşma olmuşdur. Bakı Apellyasiya Məhkəməsi AR MPM-nin 418.4.5-ci maddəsinin tələblərini pozaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verməmiş, onun iştirakı olmadan mülki işə baxaraq iddia tələbini təmin etmişdir. Bu da qətnamənin ləğv edilməsinin əsaslarından biridir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kol legiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı Fərhad qızı, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X3 məhkəməyə məktub ünvanlayaraq işə onun iştirak olmadan baxılmasını, kasasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 29 yanvar 2021-ci il tarixli qə tnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olması ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, əhəmiyyətsiz əqdin nəticələri ilə əlaqədar sübutlara düzgün hüquqi qiymət verməməsi səbəbindən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhk əmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə cavabdeh tərəfindən iddiaçıya nağd qaydada 5000 manat pulun verilməsi ilə əlaqədar sübut təqdim edilmədiyinə istinad etsə də, iş materiallarında olan ilkin alqı-satqı müqaviləsinin (səh 91-in arxa səhifəsi) arxa hissəsində cavabdehin öz xətti ilə “20.05.2020-ci il tarixdə müqavilə üzrə qalan 5000 manat pulu ödədim”, iddiaçının isə “Mən İddiaçı 5000 aldım” yazısını sübut kimi nəzərə almamışdır. Bundan əlavə kasasiya yoxlaması zamanı o da müəyyən edilmişdir ki, iddiaçı 16.09.2020-ci il tarixində keçirilm iş məhkəmə iclasında (səh 37) özü cavabdehin 5000 manat pulu Ma verdiyini, lakin Mın ona həmin puldan heç nə vermədiyini bildirmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddiaçının bu izahatına da əhəmiyyət verməmiş, yalnız cavabdehin iddiaçıya nağd 5000 manat ödəməsi barədə sübut təqdim edə bilməməsini göstərməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Halbuki, apelyasiya kollegiyası ilkin alqı-satqı müqaviləsində olan 5000 manat pulun ödənilməsi və qəbul edilməsi ilə bağlı əl yazısını və iddiaçının 5000 manatla bağlı izahatını qarşılıqlı surətdə tədqiq etmiş olsa idi, araşdırmalı idi ki, əgər 5000 manat cavabdeh tərəfindən iddiaçıya nağd şəkildə ödənilməmişdisə, iddiaçı Ma ödənildiyini iddia etdiyi pulun məhz 5000 manat olmasını haradan bilirdi? Əgər həmin vəsaiti əldə etməm işdirsə niyə bu barədə öz xətti ilə “5000 aldım” ifadəsini yazırdı? Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübut ları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi ye nidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2021-ci il tarixli, 2(103)-830/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-830/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar