Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3484/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: icarə haqqı tələbi, borclunun öhdəliyin pozulmasına məsuliyyətdən azad edilməsi, fors-major) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 08 fevral 2022-ci il tarixli, 2(103)1429/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 23 yanvar 2020-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 720 kv.m. sahəni (obyekti) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 12 ay müddətinə, hər təqvim ayı üçün aylıq 20000 manat icarə haqqı ödəməklə Cavabdeh istifadəsinə vermişdir.
2. Həmin tərəflər arasında eyni məzmunlu, lakin müddəti 11 ay təşkil edən 18 fevral 2021ci il tarixli başqa bir icarə müqaviləsi də bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiy a məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134140 manat məbləğdə icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq, icarə haqqını icarəyəverənin bank hesabına köçürməli olmasına baxmayaraq, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayı da daxil olmaqla, aylıq icarə haqqının bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Cavabdeh maddi imkanının olmamasını və sair bəhanələr gətirərək icarə haqqını ödəmək istəmir.
5. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin ləğv olunması, İddiaçı cavabdeh tərəfindən təmirə çəkilmiş 500000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən sahədə quraşdırılmış havalandırma qurğusunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC qeyd olunan sahəni icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmuş, onun tərəfindən tam olaraq yüksək səviyyədə təmir edilmiş və həmin təmirə 500000 manat məbləğdə vəsait xərclənmişdir. 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunmuşdur ki, icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda “İcarəçi” təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürmür. Göründüyü kimi, bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmədiyindən sahənin təmiri üçün çəkilmiş 500000 manat məbləğdə xərc cavabdehdən tutularaq MMC-yə ödənilməlidir. 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar olaraq bütün sahibkarlar, eləcə də cavabdeh maliyyə cəhətdən bir sıra sıxıntılar yaşamağa başlamışdır. Mövcud vəziyyətlə əlaqədar olaraq tərəflər arasında müəyyən güzəştlərin həyata keçirilməsi məsələsində şifahi razılığa gəlinmişdir. Lakin, 2021-ci ildə iddiaçı cavabdehin 134140 manat borcun yarandığını və borcun ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə sahənin təhvil verilməli olduğunu bildirmişdir. İcarəyə verən MMC-ni aldadaraq, müqavilə pozulmadığı halda əmlakı digər şəxsə icarəyə vermişdir. Hətta, Cavabdeh MMC-yə məxsus 50000 manat dəyərində havalan dırma qurğusu sahədə qalmasına baxmayaraq iddiaçı tərəfindən təhvil verilməsindən imtina edilmişdir. Pandemiya dövründə yaranmış şəraitlə əlaqədar olaraq icarə müqaviləsində göstərilən aylıq icarə ödənişi cavabdeh tərəfindən tam olmasa da, cüzi miqdarda ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi cəmi icarə haqqı 260.000 ödənilməli olduğu halda Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənilmiş məbləğlər toplanmaqla cəmi 125860 manat məbləğdə ödəniş edilmişdir. 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərin hər hansı biri fors-major hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzlətmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Göründüyü kimi, müqavilənin bu bəndinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Tərəf mümkün dərəcədə vəziyyəti düzəltmək üçün heç bir güzəşt etməmişdir. Halbuki, koronovirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulmuşdur. Bu güzəştlər dövlət ə mlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlı idi. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmadığı qeyd edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüd idi. Belə ki, icarəyə verənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 may 2020-ci il tarixli Qanuna əsasən 01 yanvar 2020-ci il tarixdə n 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)4391/2021 qətnaməsi ilə (hakim R.N.Qafarova) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunundan göründüyü kimi, o, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi müqavilə üzrə ödənilməli olan 260000 manat məbləğin cəmi 125860 manatını ödədiyini qəbul edir. Məbləğin qalan hissəsini ödəyə bilmədiklərinə əsas olaraq isə 2020-ci ildən etibarən pandemiya səbəbi il ə fəaliyyət göstərə bilmədiklərini qeyd edir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirmək olmaz. Çünki tərəf müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil.
10. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi 18 fevral 2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı.
11. Qətnamənin həmin hissəsini birinci instansiya məhkəməsi Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 385, 421.1, 421.2, 442, 443.1, 445.2.1, 448.1, 700.1-ci maddələri ilə əsaslandırmışdır.
12. Qarşılıqlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı müqavilədə icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərin dairəsi müəyyən edilmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlər istisna olmaqla obyektin və ya oradakı hər hansı qurğu və avadanlığın təmirini, eləcə də obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişiklikləri icarəçi öz hesabına həyata keçirməyi, sadalanan işləri həyata keçirməzdən öncə icarəyə verənin razılığını almağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektin in icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmasını və təmir işlərinin tam olaraq onun tərəfindən həyata keçirildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa icarəçi icarə obyektində hansı təmir işlərinin aparıldığı, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən hansıların icarəçinin özü tərəfindən həyata keçirildiyi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən başqa digər işlərə münasibətdə isə, həmin işlər müqavilə şərtlərinə görə icarəçinin hesabına həyata keçirilməlidir.
13. Qeyd edilənlərlə yanaşı, məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında olan 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsi ilə icarəç i icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüş, həmçinin müqaviləyə bu şərtin yalnız həmin müqavilənin qüvvədə olduğu dövrdə aparılan təmir işlərinə aid olduğu barədə də qeyd-şərt daxil edilməmişdir. Tərəflər arasında münasibətlər 2014-cü ildən davam edən münasibət olduğundan və icarəçi qüvvədə olan sonuncu müqavilədə təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi üzərinə götürdüyündən məhkəmə hesab etmişdir ki, o, ümumiyyətlə belə bir tələbi irəli sürməkdə haqsızdır.
14. Məhkəmə qarşılıqlı iddia üzrə icarə obyektində quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbini də əsassız hesab etmiş və göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən obyektdə ona məx sus havalandırma qurğusunun mövcudluğunu və quraşdırıldığını təsdiq edə bilməmiş, buna dair lazımı sübutları məhkəməyə təqdim etməmişdir.
15. Həmin hissədə gəldiyi nəticəni məhkəmə Mülki Prosessual Məcəllənin 1.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)4391/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)1429/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədr liyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)4391/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış və hesab etmişdir ki, apellyator apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-1429/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd və qarşılıqlı iddia tələ binin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1 və 425.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Haz ırkı mövcud vəziyyəti isə fors-major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağını bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonradan iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. İlki iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellya siya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermişdir. Etirazda maddi və ya prosessual hüquq normalarına istinad edilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat veril ir.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, i şdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41 6.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 29. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəra it yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materialları na uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmirə çəkilmiş xərcin və havalandırma sisteminin qaytarılmasının rədd olunması hissəsində qanuni və əsaslı olsa da, ilk iddianın təmin olunmuş hissəsində apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir.
32. İlk olaraq kassasiya şikayətinin qarşılıqlı iddianın pulun tutulması və havalandırma sisteminin qaytarılması hissələri üzrə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin hissədə məhkəmə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektində təmir etdiyini, habelə havalandırma qurğusunu quraşdırdığını sübut edə bilməmişdir.
33. İlk iddia üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının natamam ödən ilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bunu “Covid-19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə izah etmiş və müqavilənin 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş fors-major halının tətbiq edilərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Mülki Prosessual Məcəllən in 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyində “fors-major” anlayışı bilavasitə nəzərdə tutulmasa da, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətin daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin birinci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməli, 2. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirilməlidir.
36. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi 2020-ci ilin mart ayın dan davam edən pandemiya şəraitini fors-major halı kimi qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işin hallarını tam araşdırmamış və qətnaməni Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
38. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, karantin rejiminin tətbiq edilməsi özözlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilə tərəfi öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir.
39. Bununla belə, hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin apellyasiya məhkəməsi cavabdeh MMC-nin fəaliyyətinin nədən ibarət olması və Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi zamanı fəaliyyətinin dayandırılıbdayandırılmaması, belə rejiminin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında olub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun əsaslandırmamışdır.
40. Məhkəmə kollegiyası cavabdehin pandemiya dövründə müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməməsini fors-major halının istisna edilməsi üçün apellyasiya məhkəməsi nin mövqeyi ilə də razılaşmır.
41. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində fors-major halının 60 iş günündən artıq davam etməsi halında müqaviləyə xitam vermək hüququ kimi hər iki tərəfə aid edilmişdir.
42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olma malıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
45. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin icarə müqaviləsi üzrə öhdəliyinin tam icra etməməsinə görə məsuliyyət daşımasının müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəl i hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-1429/2022 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın “müqavilənin ləğv edilməsi”nin rədd edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tari xli, 2(103)-1429/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.