Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3484/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3484/2023 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, sübutların mötəbərliyi, apelyasiya şikayətinin dəlillərinin yoxlanılması) Bakı şəhəri 04 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(105)-405/2023 saylı iş üzrə, 5 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2003-cü ildən Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evində sanitar-dayə vəzifəsində işləyir.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 23 nömrəli xx.xx.2021- ci il tarixli iclas protokolundan görünür ki, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı heş bir üzürlü səbəb bildirmədənişə gəlmədiyinə və onunla istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlamağa cəhd olunsa da, zənglər cavabsız qaldığına görə Azərbaycan Respublikası ƏM -nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.
3. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2021-ci il tarixli əmrinə əsasən, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı xx.xx.2021-ci il tarixindən AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, istifadə etmədiyi əmək məzuniyyəti dövrü üçün ( 5 noyabr 2021-ci il tarixindən – 20 dekabr 2021-ci il tarixinədək olan müddətdə) iki təqvim günü son haqq hesablanmasının və ödənilməsinin təmin edilməsi əmr edilmişdir. 4. “Sumqayıt Tibb Mərkəzi” X14 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən İddiaçı müraciəti əsasında xx.xx.2021 ci il tarixindən ******* nö mrəli X5sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixində bağlanaraq ona təqdim olunmuşdur. 5. “Sumqayıt Tibb Mərkəzi” X14 2 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 147 saylı məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə poliklinikanın nevroloji kabinetinə müraciət etmiş, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olmadığı üçün X5sı vərəqəsi açılmamışdır.
6. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Günay Valeh qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı şikayət xarakterli müraciəti əsasında “Sumqayıt Tibb Mərkəzi” X14 rəhbərliyi öz səlahiyyəti daxilində araşdırma aparmış və nəticəsi barədə məlumatda göstərilmişdir ki, Sumqayıt şəhər 2 n ömrəli Ailə Sağlamlıq Mərkəzinə İddiaçı xəstəliyi ilə əlaqəli müraciəti olmuş və ona “Boyun Osteoxondrozu”diaqnozu qoyulmuşdur, onun xəstəliyinin gedişatına uyğun olaraq xx.xx.2021 ci il tarixindən ******* nömrəli X5sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixində bağlanaraq ona təqdim olunmuşdur.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubundan görünür ki, onun X5sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqə olduğundan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq xitam verildiyindən və son haqq hesabı ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt region al ərazi şöbəsi tərəfindən 63 saylı körpələr evi uşaq bağçasınin rəhbərliyi barəsində İnzibatı Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibatı Xəta haqqında protokol tərtib edilmişdir.
8. Sumqayit Şəhər Məhkəməsinin 3(060)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının müdiri X9 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli MN № ******* №li inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə Barəsində inzibati xəta haqqında icraat aparılan X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmrinin ləğv edilərək onun işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi - uşaq bağçası ilə əvəz olunmasını xahiş etmişdir
11. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Təhsil Şöbəsi 63 saylı körpələr evi uşaq bağçasında sanitar dayə kimə işə qəbul olunmuşdur. Həmin tarixdən də həmin bağçada 1 stavka sanitar dayə kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə analıq məzuniyyətə çıxmışdır. Belə ki, xx.xx.2018- ci il tarixdə qızı X11 anadan olmuşdur. Bağçanın keçmiş rəhbərliyinin təkidi ilə yazdığı ərizə əsasında xx.xx.2020-ci il tarixdə yenidən analıq məzuniyyətindən işə geri qayıtmışdır. Sonradan rəhbərlik ilə aralarında olan anlaşılmazlıq nəticəsində yenidən xx.xx.2020-ci il tarixdən analıq məzuniyyətinə geri dönmüşdür. Artıq xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq əmri ilə X9 63 saylı körpələr evinə yeni müdir təyin olunmuşdur. O, da xx.xx.2021-ci il tarixdən analıq məzuniyyətindən işinə geri dönərək 0.5 stavka sanitar dayə kimi işə başlamışdır. Lakin yeni rəhbərliyə 1 stavka ilə bərpa olunmağını xahiş etmişdir. Rəhbərlik əlavə ştat olmadığını bəhanə gətirərək müraciətini nəzərə almamışdır. Lakin o, 19 il stajına əsaslanaraq sadəcə 1 stavka ilə işləmək istədiyini, yəni stavkasının bərpa olunmasını xahiş etmişdir. Müdiriyyət tərəfindən təhqirlərə məruz qalmışdır. Daha sonra AR ƏƏSMNnin 142 qaynar xəttinə bu şikayəti ilə bağlı müraciət etmişdir. Nazirlik tərəfindən AR ƏƏSMN yanında X7 xidməti Sumqayıt Regional Ərazi Şöbəsinə yönləndirilmişdir. İlk müraciətini xx.xx.2021-ci il tarixdə yazmışdır. Lakin müraciət etdikdən 30 gün sonra cavab veriləcəyi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə yeindən ərizə ilə müraciət etmişdir. X7 xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Həmin cavab məktubunda 63 saylı körpələr evi uşaq bağçasının X7 xidmətinə cavab vermişdir ki, vakant ştat olmadığından 1 stavka ilə sanitar dayə vəzifəsinə keçirilə bilmədiyi, vakant sanitar dayə ştatı olduğu zaman 1 stavka ilə təmin o lunacağı bildirilmişdir. Həmçinin bağçanın rəhbərliyi tərəfindən X7 Xidmətinə AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən qeyri-qanuni şəkildə töhmət olunduğu barədə məlumat da verilmişdir. Belə ki, həmin töhmət rəhbərlik və bağçanın metodisti tərəfindən ona qarşı qərəzli şəkildə qeyri-qanunu yazılmış töhmət olmuşdur. Həmin töhmət onun uşaqlarla və işçilərlə kobud rəftarı nəticəsində edilmişdir. Lakin bütün bunlar rəhbərlik tərəfindən ona olunan təzyiqlərin əyani sübutudur. Əksinə o, dəfələrlə bağça daxilində keçirilən iclaslarda belə rəhbərlik tərəfindən kobud ifadələrə məruz qalmış, “biri bu tupoyu başa salsın” kimi təhqiredici ifadələr eşitmişdir. Bundan əlavə olaraq 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021- ci il tarixli, 151 saylı əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, xx.xx.2021-ci il tarixdə X5sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. Həmçinin həmin vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdə o, yenidən işə başlamalı idi. Bundan əlavə müdirin köməkçisinə, metodistə, bağçanın tibb bacısına səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini və hətta xəstəliyi ilə əlaqədar bülleten açdırdığını onlara telefon vasitəsilə, həmçinin sms yazaraq da məlumat vermişdir. Buradan da aydın görünür ki, 63 saylı körpələr evi uşaq bağçası qanuna zidd hərəkətlər etmiş, onun hüquqlarını kobud şəkildə pozmuş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə zidd addım ataraq qanun pozuntusuna yol vermişdir. Bunun nəticəsi olaraq 63 saylı körpələr evi uşaq bağçası AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən cərimə edilmişdir. Rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Belə ki, bağça tərəfindən ona ünvanlanan məktubun məzmununda qeyd edilmişdir ki, o, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə işə gəlməməyinin üzrlü səbəbini müdiriyyətə məlumat verməmiş, həmçinin lazımi təsdiqedici sənədi təqdim etməmişdir. Halbuki o, işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun olaraq lazimi tədbirləri görmüşdür.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatından bildirmişdir ki. həmkarlar təşkilatının sədri tərəfindən iclas barədə iddiaçıya məlumat verilmiş, bundan əlavə bül leten açan tibb müəssisəsinin buna səlahiyyəti olmamış, iddiaçının yaşayış yeri üzrə 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən isə belə bir sənəd verilməmişdir.
13. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, o, həmkarlar təşkilatının sədridir. İddiaçı müdiriyyətdən tamştata keçməsini tələb edirdi. İddiaçı xx.xx.2021-ci ildən işə gəlməmiş, onunla 21.12.-xx.xx.2021-ci il tarixlərdə telefon əlaqəsi saxlanılsa da, iddiaçı zənglərə cavab verməmiş, hətta razılıq əldə etmək üçün evinə getsələr də, o, qapını açmamışdır. Lakin, 22 dekabrda telefon danışığı zamanı iclas keçiriləcəyi barədə iddiaçıya məlumat verilmişdir.
14. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, xx.xx.2021-ci ildə keçirilmiş iclasda bütün işçilər iştirak etmişdir. İddiaçı yarımştatla işləmişd ir. Müdirə ona bildirmişdir ki, hələlik yarımştat işləsin qalan pulu o özü verəcəkdir. Ancaq Günay razılaşmamışdır. Günay hətta sonra müdirənin otağına gəlib qışqıraraq yarımştatla işləmək istəmədiyini, israrla tam ştata keçirilməsini tələb etmişdir. Əks halda işləməyəcəyini bildirmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021ci il tarixli, 151 №-li əmrin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
16. Məhkəmə belə nəticəyə gəlm işdir ki, iddiaçı ilə, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarı təqdim olunmadan bağlanmış əmək müqaviləsinə xitam verildiyindən iddia əsaslıdır.
17. Belə ki, sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsbit olunmaqla yanaşı işin faktiki halları və sübutlarla da təsdiqini tapır. Həmçinin cavabdehin təqdim etdiyi həmkarlar təşkilatının protokolundan çıxarış Əmək Məcəlləsində nəzərdə tutulan əsaslandırmış yazılı qərar hesab oluna bilməz. Həmin qərar, eləcə də sözügedən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə dair xəstəlik vərəqəsinin (ƏQOV) ləğv olunması, yaxud qeyrilegitimliyi barədə hər hansı sübut məhkəməyə təq dim edilmədir.
18. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
19. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 70(ç), 71(2), 72(a), 76(2), 79(1), 80(1), 80(2), 300, 79.1Mülki Məcəllənin 425, 431.1, 442, 448, 777, 778, 779, 782, 1091, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, id dia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sənədləri sadalamaqla yekunlaşmış, cavabdeh tərəf olaraq məhkəməyə təqqdim edilmiş heç bir sənədə hüquqi qiymət verilməmiş hətta münasibət belə bildirməmişdir. Səsləndirdiyi arqumentlər belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. X5sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqənin saxta və qeyri-legitimliyi ilə bağlı dəlilləri aşağıdakılardır. İddiaçı xx.xx.2021-ci il tarixində aidiyyatı üzrə poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmamışdır. Heç bir tibbi sənəd təqdim etmədiyi üçün ona xəstəlik vərəqəsi açılmamışdır. Digər müəssisə olan Ailə sağlamlıq müəssisəsi İddiaçı xəstə olması ilə bağlı bülleten açılsa da həmin tibb müəssisəsində müayinələrdə olub olmaması barədə heç bir sənəd yoxdur. Halbuki qeyd olunan xəstəliyin müəyyən olunması yalnız müəyyən müayinələrin (MRT, Rentgenologiya və s.) aparılmasından sonra mükün ola bilərdi. İddiaçı verilmiş bülletenin tarixi xx.xx.2021-ci il olsa da, həkim Məsləhət Komissiyasının xəstələrin qeydiyyatı kitabında aparılmış rəsmi qeydlərdən görünür ki, İddiaçı 2 nömrəli Ailə sağlamlıq Mərkəzinə 28 dekabr 2021-ci il tarixdə müraciət etmiş və bu barədə müvafiq qeydlər aparılmışdır. Əgər xəstə 28 dekabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı ilkin olaraq tibb müəssisəsinə müraciət edirsə necə ola bilər ki, onun barəsində xx.xx.2021-ci il tarixdən xəstəlik vərəqəsi açılır. İddiaçı aidiyyatı üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə müraciət etməli olduğu halda məqsədyönlü şəkildə (qabaqcadan saxta sənəd barədə razılıq əldə olunduğu üçün) 2 nömrəli ASM-ə müraciət etmişdir. Bu hadisədən sonra “Sumqayıt Tibb Mərkəzi” X14 Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 339 №- li məktubundan görünür ki, İddiaçı X5sı vərəqəsini verən həkim X2 hazırda 2 nömrəli ASM-də işləmir, işinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Bundan başqa Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünv anlanmış xx.xx.2022- ci il tarixli, 147 №-li məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmadığı X5sı haqqında bülleten açılmamışdır. Göründüyü kimi şəxsin xəstə olmaması, aidiyyatı üzrə dövlət Tibb Müəssisəsinə müraciət etsə də onda hər hansı bir xəstəlik əlamətlərinin müəyyən olunmaması və bu səbəbdən də bülletenin açılmasının mümkünsüz olması mübahisəsiz haldır.
22. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 12 yanvar 2022-ci il tarixli müraciəti araşdırılmış, vətəndaşla telefon əlaqəsi saxlanılmış, yaranmış sualla rın cavabı izah olunmuş və 26 yanvar 2022-ci il tarixli PHŞ/1-2-2022-1987 nömrəli məktubla rəsmi cavab verilmişdir. ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixində Sumqayıt şəhər 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə X5 Vərəqəsi (ƏQOV) almaq üçün müraciət etmiş, obyektiv müayinə olunmuş, vizual olaraq ciddi patologiyası olmadığı səbəbindən instrumental müayinələrə göndərilmişdir. Xəstə müayinələrdən imtina etdiyi üçün ƏQOV-i açılmamışdır. İddiaçı Sumqayıt şəhər 2 nömrəli ASM-ə müraciət etmiş, “N.S.V.D qarışıq tip: Boyun osteoxondrozu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən, xx.xx.2022-ci tarixədək ******* nömrəli ƏQOV açılmış, yaxşılaşma olmadığı üçün stasionar müalicə məsləhət görülüb, ailə vəziyyəti ilə əlaqədar stasionar müalicədən imtina etmişdir. xx.xx.2021-ci il ta rixdə açılmış olan ƏQOV-i xx.xx.2022-ci il tarixdə bağlanıb və İddiaçı təqdim edilmişdir. ƏQOV-ni vermiş həkim Xürrəm Bəhlulov xx.xx.2022-ci il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsi ilə (hakimlər-Səyyad Qafari (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərə, həmçinin X7 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən cavabdeh barəsində tərib edilmiş protokola və qüvvədə olan inzibati tənbeh vermə haqında məhkəmə qərarlarına istinad edərək işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmrin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulmaqla qəbul edildiyi qənaətinə gəlmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla ləğv edildiyindən, əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cav abdeh (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə zidd olaraq maddi hüquq normasını düzgün tətbiq etməyərək, sübutlara prosessual normada göstərilən tələblərə uyğun qiymət verməyərərk qətnamə qəbul etmişdir.
28. Məhkəmə işə baxarkən nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini araşdırmalı, müəyyən edilmiş hallar üzrə hansı maddi normaları tətbiq etməli olduğunu müəyyən etmə lidir. Hazır ki, işdən də görünür ki, məhkəmə iddianın üzürsüz səbəbdən iş buraxan zaman-xx.xx.2021-ci il tarixdə xəstəlik vərəqəsi olmamış, həkimə yalnız 28.12. 2021-ci il taruxdə-işdən çıxma əmri barədə məlumat aldıqdan sonra müraciət etmiş və həkim də qanunsuz olaraq müayinədə olmadığı xx.xx.2021-ci il tarixdən ona ƏQOV vermişdir ki, bu hal mrin qanuni olmasını, həkimin arayışının və iddianın qanunsuz və əsassız olmasını təsdiq edir. Bu halda məhkəmə Azərbaycan Respublikası ƏM-nin 70 “Ç” bəndini tətbiq edərək iddianın rədd etməli olduğu halda, bu maddi normanı tətbiq etməmiş və iş materiallarına, təqdim edilmiş sübutlara zidd olaraq Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinin 1-ci hissəini tətbiq edərək əmri qanunsuz saymış və iddianı qanunsuz olaraq təmin etmişdir. b)Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
30. Maddə
68. Bənd
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... Bənd ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
32. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edili r.
33. Maddə 80.1 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
34. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
35. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cava bdeh tərəfindən hissəvi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
47. Belə ki, məhkəmələr iddiaçının xx.xx.2021-ci il tarixdən X5 vərəqəsinin olmasına və inzibati tənbeh vermə barədə məhkəmə qərarına istinad edərək onun işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz və əsassız hesab etmişdirlər.
48. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələrin X7 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6cı maddələrinə əsasən cavabdeh barəsində tərib edilmiş protokola və inzibati tənbeh vermə qərarına və həmin qərardan verilən şikayətin təmin edilməməsi barədə məhkəmə qərarlarına istinad edərək, iddiaçının X5sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsi olduğu halda, onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79cu maddəsinin tələblərinin pozulması barədə mövqeyi əsassız olmuşdur.
49. Belə ki, inzibati xəta haqqında işlər üzrə məhkəmənin qərarı ilə müəyyən edilən hallar mülki işə baxılarkən preyudisial qüvvəyə malik deyildir. Buna görə də, həmin məhkəmə qərarları işdə olan digər sübutlarla birgə qiymətləndirilməli olan sübutdur.
50. Həmçinin məhkə mələrin iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarının təqdim olunmamasına əsaslanmaları barədə mövqeyini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işdə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 23 nömrəli xx.xx.2021- ci il tarixli iclas protokolu mövcuddur. Həmin protokoldan görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş və qərara alınmışdır ki, İddiaçı əmək müqaviləsi üzrə öz vəzifələrini yerinə yetirməməsi və heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi qınanılsın və Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqavi ləsinə xitam verilməsinə razılıq verilsin.
51. Məhkəmə kollegiyası hesab edir ki, Həmkarlar ittifaqı komitəsinin iclas protokolu və onun qərar hissəsi Əmək Məcəlləsinin 80.2-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış yazılı qərar tələbinə cavab verdiyindən məhkəmələrin bu mövqeyi də əsassızdır.
52. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, həmçinin məhkəmə sorğusuna verilmiş cavablarda göstərilənlər, yəni iddiaçının xx.xx.2021-ci il tarixdə müraciət etdiyi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində onda hər hansı xəstəliyin müəyyən edilməməsi, həmin gün isə 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ona “Boyun Osteoxondrozu”diaqnozu ilə X5 vərəqəsinin açılması və həmin mərkəzin qeydiyyat kitablarına əsasən iddiaçın ın həmin mərkəzə xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə müraciət etməsi, bu Mərkəzdə qeyd edilən diaqnozun qoyulması üçün müvafiq müayinələrin aparılmasına imkan olub-olmaması və s. barədə faktlar iddiaçının istinad etdiyi sübutun, yəni X5sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsinin mötəbərliyini şübhə altına almağa kifayət qədər əsas versə də, apellyasiya məhkəməsi cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərini ətraflı araşdırmamış, həmin dəlilləri hansı səbəbdən əsassız hesab etdiyini qətnamədə əsaslandırmamışdır. Cavabdehin vəsatəti əsasında hər iki tibb müəssisəsindən qeydiyyat kitablarını tələb edən məhkəmə həmin sorğuların cavablarını gözləmədən və qeydiyyat kitablarına baxış keçirmədən iş üzrə məhkəmə baxışını yekunlaşdırmışdır.
53. Məhkəmə i şin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
55. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Qanunvericiliyə görə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
59. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını düzgün tətbiq etmədən, apellyasiya şikayətinin və ona etirazların dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə cavabdehin ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
60. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir, kassasiya şikayəti qismən təmin edilməlidir, belə ki, iş üzrə yeni qə rar çıxarılmasına əsas yoxdur.
61. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-405/2023 saylı iş üzrə, 5 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.