Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3488/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Fazil Muxtar oğluna qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)3067/2025 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İbrahimova (Xanbabayeva) Günel Əlbala qızı 07 iyul 2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 14 fevral 2008-ci təvəllüdlü X9 anadan olmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan övladlarının İddiaçı ilə müəyyən edilməsi qət edilmişdir.
3. Cavabdeh və İddiaçı birgə nikahları dövründə 2009-2024-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, Yeni Yaşayış massivi, özbaşına tikili olan 125 nömrəli evdə yaşamış, nikahları pozulduqdan sonra İd diaçı və övladı həmin evdən çıxarılmışlar.
4. İbrahimov Fazil Muxtar oğlu Cavabdeh qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, iddiaçının və oğlu X3 Bakı şəhəri, ünvan 3 nömrəli evə köçürülməsi və yaşayış evindən istifadə ilə bağlı cavabdeh tərəfindən onlara yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər ailəli olduqları 2007-2024-cü illərdə cavabdehlə birlikdə tikdikləri mübahisəli evdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Belə ki, tərəflərin toyları Sumqayıt şəhərində olmuş və onlar evliliklərinin birinci ilini valideynlərinə məxsus Sumqayıtdakı evdə yaşamışlar. Daha sonra, övladlarının 1 yaşı olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər, X13 1 otaqlı ev tikərək ora köçmüş və evlilik dövründə evin əlavə 3 otağını da hazır etmişlər. 2014-cü ildə həmin evdə eyvan, hamam-tualet tikilmişdir. Həmin ev özbaşına tikili olmaqla cavabdehin mülkiyyətində deyildir. Cavabdehlə ailə qurduqları vaxtlardan daim stress və əsəb içində olmuşdur. Buna səbəb isə cavabdehin ona qarşı işlətdiyi fiziki şiddət olmuşdur. Cavabdeh dənizdə işləyir və aylarla evdə olmurdu. Bu da onların münasibətlərinin kəskinləşməsinə gətirib çıxartmış, nəticədə nikahları pozulmuşdur. Mübahisəli evə münasibətdə iddiaçı və oğlu bərabər hüquqlu şəxs olmalarına baxmayaraq, cavabdeh onları faktiki olaraq evə buraxmır. Hazırda iddiaçı övladı ilə birlikdə Biləcəri qəsəbəsi, T.Ya qubov küçəsi, yataqxana 8, ev 57 ünvanında anası ilə birgə yaşamağa məcbur olmuşdur. Onun başqa yaşayış ünvanı yoxdur, dəfələrlə övladı ilə birlikdə evli olduqları müddətdə tikilərək hazır olan özbaşına tikiliyə qayıtmaq istəsə də, cavabdeh onu və övladını evə buraxmaqdan imtina etmişdir. Bakı Regional Qaz Satışı Departamentinin 07 mart 2024-cü il tarixli sorğuya cavabından göründüyü kimi, 17 fevral 2021-ci il tarixində Cavabdeh ilə “Azəriqaz” İB arasında qazın alqı-satqı müqaviləsi bağlanılmışdır. Sözügedən müqaviləyə əsasən qaz sayğacının qeydə alındığı ünvan: ünvan 1 ünvanıdır. Bundan əlavə, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 18 mart 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh 17 fevral 2021-ci il tarixdən 300 kv.metr torpaq sahəsində olan 90 kv.metr yaşayış əmlakı üzrə vergi ödəyici si kimi qeydiyyata alınmışdır. Bu sübutlardan da görünür ki, sözügedən evin tikintisi birgə nikah dövrlərində başa çatmışdır. İddiaçının maddi ehtiyacları artdığından, eyni zamanda heç bir yerdə işləmədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur və məcburiyyətdən övladı ilə birlikdə anasının yanında, yataqxanada yaşayır.
7. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək, evin ona məxsus olmadığı üçün, iddiaçının həmin evə köçürülməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş İbrahimov Fazil Muxtar oğlu iddiaya etiraz edərək, mübahisəli evi öz pulu ilə tikdiyini, müvəqqəti yaşamaq üçün qardaşına və qardaşının ailəsinə verdiyini, həmin evin cavabdehə ümumiyyətlə heç bir aidiyyətinin olmadığı üçün iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e2(001)-3556/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi təmin edilmiş, İddiaçı övladı 14 fevral 2008-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən İddiaçı yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, mübahisəli tikilidən iradəsinə zidd olaraq cavabdeh tərəfindən çıxarılmışdır. Mübahisəli tikili özbaşına tikili olsa da, iddiaçının və iddiaçının yanında saxlanılmış uşağın yaşayış y eri sayılır. İddiaçının yaşayış yerindən qanunsuz olaraq məhrum olması nəzərə alınmalı və o, yetkinlik yaşına çatmayan övladı ilə bilikdə həmin tikiliyə köçürülməli və iddiaçının həmin tikilidən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 11.1, 27.1, 27.3, 228.1, 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya ş ikayəti belə əsaslandırılmışdır ki, mübahisəli ev üçüncü şəxs tərəfindən inşa olunmuş və ona məxsusdur. Üçüncü şəxs mübahisəli evi iddiaçıya və cavabdehə özünün mənəvi borcu olaraq müvəqqəti yaşamaq üçün vermişdir. Bu faktı onun qardaşı olan cavabdeh də təsdiq etmişdir. Cavabdeh, cavabdehin keçmiş arvadı olan iddiaçı və onların övladı Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiyası baxımından üçüncü şəxsin ailə üzvləri dairəsinə daxil deyillər. Rayon məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmaqla işə birtərəfli baxaraq, cavabdehin və üçüncü şəxsin dəlil və sübutlarına qiymət verməmişdir. Belə ki, Biləcəri Bələdiyyəsinin məhkəməyə ünvanladığı 23 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, guya cavabdehin adı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Belə bir hal varsa bu qanunsuz və əsassızdır. Çünki evin inşa edildiyi torpaq sahəsi evlə birlikdə cavabdehə yox, üçüncü şəxsə məxsusdur. Ona görə də, cavabdehin adının cavabdehin xəbəri olmadan yaşayış əmlakı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmasının heç bir əsası yoxdur. Bələdiyyənin istinad etdiyi sakinlər tərəfindən imzalanmış akt da həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz. Aktın tərtib edilmə yeri və tarixi qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı və onun anası aktda qeyd edilən 3 nəfər yaşlı şəxsin etibarından sui-istifadə edərək, onların latın qrafikalı əlifbanı oxuya bilmədiklərindən istifadə etməklə aldadaraq, həmin aktı onlara imzalatmışlar. Sonradan aktı imzalamış şəxslərdən X6 və X1 birinci instansiya məhkəməsinə müraciət edərək, həmin aktın etibarsız hesab edilm əsini xahiş etmişlər. Onlar eyni zamanda təsdiq etmişlər ki, iddiaçı 15 il bundan əvvəl gəlin kimi Biləcəri qəsəbəsi, X13 hazır tikilmiş evə köçmüşdür. Lakin rayon məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmişdir. Qətnamə qəbul edilənədək ev su xətti ilə təmin edilsə də, suyun istehlakı ilə bağlı evə sayğac quraşdırılmamış və suyun istehlakı ilə bağlı heç kimlə, o cümlədən cavabdehlə də hər hansı bir müqavilə bağlanmamışdır. Yalnız 09 oktyabr 2024-cü il tarixində, evin sahibi - üçüncü şəxs, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlamışdır. Cavabdehlə “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqısatqısına dair bağlanmış 17 fevral 2021-ci il tarixli müqavilə məcburiyyətdən bağlanmış və buna səb əb, həmin günü “Azəriqaz” İB-nin əməkdaşları qaz sayğacını yenisi ilə əvəz etmiş və yeni qaz alğı-satqısına dair müqavilə bağlanmalı olduğunu bildirmişlər. Üçüncü şəxs evdə olmadığından, cavabdeh evdə tək olduğundan, həmin müqaviləni cavabdehin adına tərtib etmişlər. Əks təqdirdə qaz xəttini kəsəcəkləri barədə xəbərdarlıq etmişlər. Həmin tarixədək isə qazın alğı-satqısına dair müqavilə üçüncü şəxsin adına olmuşdur. Qazın alqı-satqısına dair hazırda 08 oktyabr 2024-cü il tarixli yeni müqavilə də evin sahibi, yəni üçüncü şəxslə bağlanmışdır. Rayon məhkəməsində şahidlər X15, X7 və X2 vermiş olduğu ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evini üçüncü şəxs öz vəsaiti hesabına inşa etmiş və iddiaçı və cavabdeh həmin evə toydan bir müddət sonra köçərək yaşamağa b aşlamışlar. Bundan əlavə, iddiaçı da iddia ərizəsində və məhkəmə baxışında göstərmişdir ki, cavabdehlə toyları (21 aprel 2007-ci ildə) Sumqayıt şəhərində olmuş, evliliklərinin birinci ilini, Sumqayıt şəhərində valideynlərinə məxsus evdə yaşamışlar. Daha sonra, 14 fevral 2008-ci il tarixdə Emin adlı övladları dünyaya gəlmiş və övladlarının 1 yaşı olduqdan, yəni 14 fevral 2009-cu ildən sonra sözügedən evə köçmüşlər. Buradan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 21 aprel 2007-ci ildən 14 fevral 2009-cu ilədək Sumqayıt şəhərində yaşamışlar. Lakin məhkəmə, iddiaçının xeyrinə səhv nəticəyə gələrək qeyd etmişdir ki, guya tərəflər 2007-ci ildən 2024cü ilə qədər həmin evdə yaşamışlar.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-3067/2025 nömrəli qətna məsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, mübahisəli tikilinin özbaşına tikili olduğunu nəzərə almış iddiaçı, yaşadığı yerdən cavabdeh tərəfindən məcburi çıxarıldığına istinad edərək hazırkı iddianı məhz cavabdehə qarşı irəli sürmüşdür. İddiaçının yaşadığı yerdən məhz cavabdeh tərəfindən məhrum edilməsi işin mübahisəsiz halıdır. İddia tələbinə düzgün qiymət verilməsi üçün onun məhz cavabdehə münasibətdə əsaslılığı yoxlanmalı, cavabdehin məhrum etməsinin qanuniliyinə qiymət verilməlidir. Odur ki, hazırkı iddia tələbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fazil İbrahimova qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir. Çünki iddiaçını yaşayış sahəsindən məhrum edən şəxs məhz Cavabdehdur. Üçüncü şəxs Fazil İbrahimovun isə mübahisəli evlə bağlı iddiaçıya qarşı irəli sürülmüş hər hansı tələbi mövcud deyil.
16. Bu halda Fazil İbrahimovun mövqeyi baxımından iddianın əsaslılığını istisna edən hal o ola bilərdi ki, mübahisəli ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və həmin hüququn mütləq hüquq kimi istənilən şəxsə qarşı müdafiəsinə dövlət tərəfindən təminat verilsin.
17. Qeyd edilənlərə əsasən iddiaçını özbaşına tikili olan yaşayış sahəsindən məhrum etməyən və mübahisəli sahə üzərində mülkiyyət hüququ qeydə alınmayan üçün cü şəxsin apellyasiya şikayətinin dəlilləri 2024-cü ilədək 15 ildən çox müddətdə özbaşına tikilidə birgə yaşayan iş üzrə iddiaçı və cavabdeh arasında olan mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmədiyindən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
18. Rayon məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığını yoxlayan apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır.
19. Məhkəmə qeyd etmişdir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanun idirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanuns uzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olmaması və s.) üçün iddiaçının cavabdeh tərəfindən yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 180.1-180.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Fazil Muxtar oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.1, 217.2, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sözügedən özbaşına tikili hesab edilən ev üzərində mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınmasa da, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, yaşayış yeri mühüm iqtisadi maraq kəsb etdiyindən, “mülkiyyətə” bərabər sayılır. İş materiallarından, birinci instansiya məhkəməsində verilmiş şahid ifadələrindən və cavabdehin etiraflarından göründüyü kimi, həmin yaşayış yeri (ev) üçüncü şəxsə məxsus olmuşdur. İddiaçının həmin yaşayış yerinə (evə) köçürülməsi isə üçüncü şəxsin mülkiyyətinə müdaxilə yaxud onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Buradan göründüyü kimi kassatorun konstitusion hüququ - mülkiyyət hüququ pozulmuş olur ki, bu da yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin, “iddiaçının yaşadığı yerdən, məhz, cavabdeh tərəfindən məhrum edilməsi, işin mübahisəsiz halıdır” dəlili ilə bağlı qeyd edil mişdir ki, məhkəmə bu nəticəyə gəlsə də, bunu təsdiq edən hər hansı bir sübut, hal, nə birinci, nə də apellyasiya instansiya məhkəmələrində müəyyən edilməmişdir. Çünki, İddiaçı, nə cavabdeh, nə də üçüncü şəxs yaşadığı yerdən (evdən) məhrum etməmiş, yaxud onu məcburi çıxarmamışdır. İddiaçı özü, övladı ilə, hər hansı bir təsir olmadan, evdən çıxıb getmişdir. Birinci və apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək nəzərə almış, cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və onları qiymətləndirməmişdir. Halbuki, cavabdehin və üçüncü şəxsin gətirdiyi dəlillər və sübutlar iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Biləcəri Bələdiyyəsinin evin cavabdeh tərəfindən tikilməsi ilə bağlı verdiyi aktı təkzib edən 2 ərizə təqdim edi lmiş, lakin məhkəmə onları qiymətləndirməmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, üçüncü şəxsin kassasiya şikayətini verməkdə məqsədi qardaşı olan cavabdehə kömək etmək, süni uzatmalar yaratmaqla, iddiaçının yaşayış sahəsinə köçməsinə maneə yaratmaqdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelly asiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanıl ması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin dəli llərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs mübahisəli yaşayış sahəsinin ona məxsus olmasını, iddiaçının məhz onun razılığı ilə bu sahədə müvəqqəti yaşamasını iddia etmişdir. Lakin, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin özbaşına tikili olsa da, onun iddiaçı ilə cavabdehin birgə təsərrüfat apardıqları zaman, ümumi səyləri nəticəsində inşa olunması, sonradan ailə münasibətləri pozulduqdan sonra, iddiaçının övladı ilə birgə bu yaşayış sahəsindən məcburi çıxarılmaları işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunan hal lardır.
35. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur.
36. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.
37. Daha sonra, kassasiya kollegiyası izah edir ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəx sin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
38. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların üçünün də mövcudluğu müəyyən olunmuşdur. 39. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Kon stitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
40. Belə olan halda, Ali Qanunun 43-cü maddəsi mübahisəyə tətbiq edilməklə belə nəticəyə gəlmək olar ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının da orada yaşamaq hüququ vardır və cavabdehin buna qarşı etdiyi hərəkətlər qanunsuzdur.
41. Həmçinin, mübahisəli yaşayış sahəsi özbaşına tikili olaraq, hər hansı şəxsin, o cümlədən kassatorun hüqu qları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, mübahisəli evə münasibətdə sonuncunun mülkiyyət hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz.
42. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1. 4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş iklik edilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Fazil Muxtar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-3067/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.