Məhkəmə qərarları › İş №2(102)-3489/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3489/2022

16.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3489/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası və Cavabdeh Mənzil Tikinti Kooperativinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Cavabdeh MTKya qarşı qanunsuz tikilinin sök ülməsi tələbinə dair ilkin iddiası və Cavabdeh MTK-nın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-806/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 515 nömrəli sərən camı ilə, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,16 ha torpaq sahəsi Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Həmin 0,16 ha torpaq sahəsi Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (bundan sonra ixtisarla ADMİU yazılacaq) istifadəsində olan torpaq sahəsidir.

3. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "İncəsənət” MTK arasında xx.xx.2006-cı il tarixli 993 nömrəli, xx.xx.2007-ci il tarixli 442 nömrəli alqı-satqı müqavilələri bağlanmı ş, həmin müqavilələr əsasında "İncəsənət” MTKya xx.xx.2006-cı il tarixli, 000925 nömrəli, xx.xx.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnamələr verilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı (Cavabdeh MTK 3-cü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 515 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ADMİU-nun cavabdehlər “İncəsənət MTK”-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə) şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh MTK-nın adına Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.metr torpaq sahəsinin satın alınması barədə şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əml akının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli 000925 saylı qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqı nəticələrinin ləğv edilməsi qət edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil nazirinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ADMİU-nun balansında olmuş və " xxxx" MTK tərəfindən özəlləşdirilmiş daşınmaz dövlət əmlakları üzərində özəlləşdirmənin nəticələri ləğv edilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 aprel 2020-ci il tarixli, 20 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsinə dair "incəsənət” MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli 993 nömrəli, xx.xx.2007-ci il tarixli 442 nömrəli alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş xx.xx.2006-cı il tarixli, 000925 nömrəli, xx.xx.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnamələr etibarsız hesab edilmiş və onların hüquqi nəticələri ləğv edilmişdir. ADMİU tərəfindən daşınmaz dövlət əmlakının bərpası və t əhvil götürülməsi barədə məhkəmə orqanlarına müraciət edilməsini məqsədəuyğun hesab edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

7. İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADMİU-na məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikilinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü və 244-cü maddələrinə uyğun olaraq sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin ADMİU-nə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADMİU Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki quruml arın siyahısına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə ADMİU-nə verilmişdir. Hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Təhsil nazirinin tapşırığına əsasən Universitetin fəaliyyətinin təhlili zamanı onun ərazisində yarımçıq tikili aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 515 saylı sərəncamı ilə Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Həmin ərazidə Universitetin balansında olan yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla Univers itetin yeməkxana binasının və duracaqlarının sökülməsi Cavabdeh MTK-ya tapşırılmışdır. Bunu qanunsuz və əsassız hesab edən Azərbaycan Respublikası Təhsil nazirliyi Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs olaraq Cavabdeh MTK-ya qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, ADMİU cavabdehlər “İncəsənət" MTK-ya və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil nazirliyi cəlb olunmaqla) Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh MTK-ya v erilmiş 00312 qeydiyyat nömrəli 13 mart 2007-ci il tarixli Şəhadətnamənin və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh MTK arasında bağlanmış 22 dekabr 2006-cı il tarixli 933 nömrəli və 01 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan sənədlərin, etibarsız hesab edilməsinə və onların hüquqi nəticələrinin ləğv edilməsinə baxmayaraq ADMİU-nə məxsus olan ərazidə yarımçıq qalmış tikintinin sökülməsi və ya əvvəlki vəziyyətin bərpa prosesi aparılmamışdır. Eləcə də yarımçıq tikili ADMİU-nun mülkiyyətinə verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil nazirliyi vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinə müraciət edilmiş, nazirin imzası ilə Təhsil nazirliyinə göndərilmiş 2 oktyabr 2020-ci il tarixli N-İN-x/o-10067/2020 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qərarı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İncəsənət “MTK” ilə bağladığı müqavilələr və verilmiş şəhadətnamələr məhkəmələrin qüvvəyə minmiş qərarları ilə ləğv edildiyini nəzərə alaraq, ADMİU tərəfindən daşınmaz dövlət əmlakının bərpası və təhvil götürülməsi barədə məhkəməyə müraciət edilməsi məqsədəuyğundur.

9. Cavabdeh MTK Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, 14 438 000 manat maddi ziyan, o cümlədən 24 225 000 manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq ADMİU-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşidir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə 0.16 ha torpaq sahəsi Cavabdeh MTK-nın istifadəsinə verilmiş, torpaq sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən Cavabdeh MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra Cavabdeh MTK ərazidə tikinti işləri aparmaq üçün xx.xx.2007-ci il tarixli, 3705 saylı icazə, eləcə də digər zəruri sənədləri almış və tikinti işlərini başlayaraq 2 mərtəbə zirzəmi və 3 mərtəbə qeyri-yaşayış və yaşayış sahəsini inşa etmişdir. Məhkəmənin qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx. xx.2003-cü il tarixli, 515 saylı sərəncamı etibarsız hesab edilmiş, bununla da 0.16 ha torpaq sahəsində inşa etdikləri binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Mübahisəli torpaq sahəsi tam qanuni şəkildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamına əsasən Cavabdeh MTK tərəfindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi Cavabdeh MTK-nın adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixli, 993 saylı və xx.xx.2007-ci il tarixli, 42 saylı müqavil ələr bağlanmış, xx.xx.2006-cı il tarixli, 000925 saylı şəhadətnaməyə əsasən ərazidə yerləşən 337.1 kv.m ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə onlar tərəfindən satın alınmışdır. Qeyd edilən səlahiyyətli orqanın sərəncamın qanuniliyinə və əsaslılığına güvənərək Cavabdeh MTK ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışdır. Lakin görünən budur ki, artıq məhkəmələr həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığını tanımış və bu barədə qərarlar çıxarmışlar. Artıq onların bu sərəncamın həqiqətən əsaslı və ya əsassız olmasına dair hər hansı hüquqi münasibət bildirmələrinə gərək yoxdur. Həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan ADMİU-nun məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürüməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni binanın inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Universitet heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri-yaşayış binalarının özəlləşdirilməsinin qarşısını almaq üçün nə Cavabdeh MTK-ya, nə də başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da onların böyük məbləğdə zərərə düşmələrinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Universitet indiki kimi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını tikinti başlayan ərəfədə mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, tikintiyə razılıq verməsəydi, onlar ə razidə nə söküntü, nə də yeni tikinti apara bilməzdilər və böyük məbləğdə zərərə də düşməzdilər. Məhz buna görə də hazirki iddia tələbi üzrə DDMİU vurulmuş zərəri ödəməlidir. Məhz onun bu cür davranışı nəticəsində onlar böyük miqdarda zərərə düşmüşlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan ADMİU-nun ərazidə tikinti tikilməsinə icazə verməsi və heç bir etiraz bildirməməsi ilə əlaqədar onlara vurulmuş zərərin əvəzini ödəməlidir.

11. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, ilk iddia üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4 və 244-cü maddələrinə istinad etmişlər. İlk iddia üzrə cavabdeh tərəf razılıq verərsə, Yasamal rayonu, İnşaatçılar prospekti 9-da yerləşən torpaq sahəsində olan yarımçıq tikili ADMİU-nun bal ansına verilsin. Odur ki, o, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının nümayəndəsi bildirmişdir ki, Yasamal rayonu, İnşaatçılar pr, 9-da yerləşən torpaq sahəsində olan yarımçıq tikili kifayət qədər əhatəli binadır. ADMİU gələcəkdə bina tikərsə, bu tikili onlara tam lazımlı olacaq. Belə ki, bu tikilidə işin 60 faiz hissəsi başa çatıb. Onlar təqsirli tərəf deyillər, aparılmış tikinti qanunsuz olmayıb, həmin tikintiyə rəvac verən hüquqverici sərəncam qanunsuz olub. Qarşılıqlı iddia ərizəsinin isə məğzi ondan ibarətdir ki, mübahisəli tikilinin yerləşdiyi ərazidə qeyri-yaşayış binaları olub. Binanın hazırkı qiyməti 14 milyon manat təşkil edir. Bu məbləğ ərazinin özəllə şdirilməsinə, tikinti işinin aparılmasına çəkilmiş xərclərdir. 24 milyon manat əldən çıxmış fayda kimi hesablanmışdır. Bütün bunları nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 561-562-ci məhəllədə yerləşən yarımtikilinin tikinti xərcləri 10 161 603 manat, tikiliin ümumi dəyəri isə 24 555 000 manat təşkil edir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) ilk iddia qismən təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşə n torpaq sahəsində olan yarımçıq tikilinin ilk iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə ADMİU-na verilmişdir. Hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Həmçinin müəyyən edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 515 saylı sərəncamı ilə Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh tərəfindən ərazinin özəl ləşdirilməsi həyata keçirilmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparılmışdır. Lakin yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə tikinti məqsədləri üçün lazımi icazələri nəzərdə tutan müvafiq aktların və mülkiyyəti təsdiq edən şəhadətnamələrin etibarsızlığı tanınmış, onların hüquqi nəticələri ləğv edilmişdır. Beləliklə, mübahisə predmeti olan həmin tikilinin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir.

16. Məhkəmə hesab etmişdir ki, ilkin iddia ərizəsi ADMİU-nə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikili ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir.

17. Məhkəmə hə mçinin hesab etmişdir ki, ilk iddia ərizəsi əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin qaytarılması hissəsində təmin edilməməlidir. Belə ki, ilk iddia tələbi ADMİU-nə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikilinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməsi hissəsində təmin edildiyi halda, ilkin iddia tələbinin əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin ADMİU-nə qaytarılması mümkün deyil.

18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, iş üzrə əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur.

19. Məhkəmə hesab etmişdir k i, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. İş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh ADMİU-nin hər hansı təqsiri ucbatından Cavabdeh MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması ilə bağlı çəkilən xərclərlə bağlı Cavabdeh MTK-ya dəymiş zərər məhz cavabdeh olan ADMİU-nun hər hansı təqsirli və ya hüquqa zidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 1 80.2, 180.3, 180.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 82.3, 88, 217.4 ə 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh (qarşılıqılı iddia üzrə iddiaçı Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Cavabdeh MTK-nin istifadəsinə verilmiş, həmin torpaq sahəsi MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra həmin sərəncam məhkəmə qərarı ilə etibar sız hesab edilmişdir. Həmin vaxt və tikintiyə başlanılan zaman iddiaçı bunu mübahsiləndirsəydi Cavabdeh MTK tikintiyə başlamaz, nəticədə zərərə düşməzdilər.

23. İşə apellyasiya qaydasında baxılarkən, Azərbaycan Respublikası Təhsil Naziriliyi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-806/22 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə tikinti məqsədləri üçün lazımi icazələri nəzərdə tutan müvafiq aktların və mülkiyyəti təsdiq edən şəhadətnamələrin etibarsızlığı tanınmış, onların hüquqi nəticələr ləğv edilmişdır. Beləliklə, mübahisə predmeti olan tikilinin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə olan halda rayon məhkəməsi ilkin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1, 1096.2 və 1097-ci maddələrinə istinadla qeyd etmişdir ki, həmin normaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır: törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır; törəd ilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir; zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə olmalıdır; hüquq pozan şəxsin təqsiri olmalıdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində ona maddi zərər dəyməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096,1, 1096.2, 1097.1, 1097.3-cü, MPM-in 14.2, 77.1 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İlk iddia üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları və təqdim etmiş sənədlərlə ADMİU-nun Cavabdeh MTK-na münasibətdə zərər vurması müəyyən edilir. Belə ki, Təhsil Nazirliyinin İqtisadi İnkişaf Nazirliyinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubdan açıq şəkildə görünür ki, həm ADMİU və həm də Təhsil Nazirliyinin tikintidən məlumatı olmuşdur. Beləliklə bu təşkilatlar öncə tikintinin inşasına sərəncam verilməsinə razılıq vermiş, daha sonra isə məhkəmədə iddia qaldıraraq həmin sərəncamın və özəlləşdirməyə dair digər sənədlərin (şəhadətnamə, müqavilə və s) etibarsız hesab edilməsinə nail olmuşlar. Beləliklə bu təşkilatların, xüsusilə də ilk iddia üzrə iddiaçının təqsiri üzündən qarşılıqlı iddia üzrə iddiaçının hüquqları ciddi şəkildə pozulmuş və ona böyük məbləğdə ziyan vurulmuşdur. Əgər Universitet (və eləcə də Bakı Şəhər İcra hakimiyyəti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyinin ƏMDX) razılıq verməsəydi, ərazi nə özəlləşdirilməz, nə bina tikilməz, nə də ortada bir zərər olmazdı. Lakin göründüyü kimi onların təqsirli hərəkəti nəticəsində Cavabdeh MTK-ya ciddi ziyan dəymişdir. Cavabdeh MTK sökülməsi üzərinə qoyulan tikilini mülkiyyətində olan torpaq sahəsində, müvafiq icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun olaraq tikmişdir. Tikinti məqsədləri üçün lazımı icazələri nəzərdə tutan müvafiq aktlar və mülkiyyəti təsdiq edən şəhadətnamə sözügedən tikili mövcud olduğu halda etibarsız hesab edilmişdir. Beləliklə, sözügedən tikili ucaldılarkən Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan 3 şərtin heç biri mövcud olmamışdır. Odur ki, həmin tikilinin sökülməsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qanunsuzdur. İş materiallarından da müəyyən edilir ki, tikinti məqsədləri üçün lazımı icazələri nəzərdə tutan müvafiq aktlar və mülkiyyəti təsdiq edən şəhadətnamənin etibarsız hesab edilməsində Cavabdeh MTK-nın hər hansı bir təqsiri olmamış, MTK mübahisəli torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, b u şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzər ə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.

37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

38. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

39. Maddə 18 0.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım v ə qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

42. Maddə 1096.1. Hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir.

43. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

45. Maddə 1097.3. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən olunmuş halından göründüyü kimi iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 0,16 ha torpaq sahəsində cavabdeh tərəfindən hazırda sökülməsi tələb olunan tikili inşa edilmişdir. Cavabdeh tikilini inşa edərkən əsaslandığı icazələr və hüquqverici sənədlər, yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə etibarsız sayılmış, onların hüquqi nəticələri ləğv edilmişdır. Beləliklə, mübahisə predmeti olan həmin tikilinin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud dey ildir. Bu baxımdan birinci instansiya məhkəməsi tikilinin statusunu müəyyən edərkən mövcud vəziyyətdə qanuni əsasların olmadığı nəticəsinə gəlmiş və iddianın əsası kimi Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin gəldiyi nəticə düzgündür. Həm də nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsindən qanuni əsaslarla istifadə hüququna malikdir. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

58. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini həmin tələbin maddi-hüqu qi əsaslarını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1, 1096.2 və 1097-ci maddələrinin dispozisiya şərtləri əsasında təhlil etmiş, ADMİU-nun məsuliyyətin yaranması üçün zəruri olan şərtlərin (ADMİU tətəfindən hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, həmin əməl nəticəsində qarşılıqlı iddiaçıya birbaşa ziyan yetirilməsi, ADMİU-nun hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə) olması qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilmədiyinə görə iddianın rədd olunmasını qanuni hesab etmişdir.

59. Cavabdehin vicdanlı sahib olması və kompensasiya verilmədən tikilinin sökülməsinin yolverilməz olduğu barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bundan irəli gələn mənafeləri, hazırki iddianın rədd olunmasını şərtlənd irmir, iddianın təmin olunmasını istisna etmir. Cavabdeh ziyanın ödənilməsi barədə tələb irəli sürmək hüququna malikdir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-806/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar