Məhkəmə qərarları › İş №2(102)-349/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-349/2024

24.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-349/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 şəxsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçilərin sayının və ştatların ixtisarı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)4698/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 19 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “X1” MMC-də mütəxəssis vəzifəsinə təyin edilmiş, 14 noyabr 2018-ci il tarixdə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Sumqayıt regional bölməsinə mütəxəssis vəzifəsinə keçirilmişdir.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 01 dekabr 2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən, “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İdarə Heyətinin sədrinin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad olunmağına bilavasitə əsas kimi “işçilərin sayı və ya ştatların ixtisarı” gös tərilmişdir. Lakin əmrin nəyin, işçilərin sayının ixtisarı, yoxsa ştatların ixtisarı əsasında verilməsi dəqiq göstərilməmişdir. Halbuki "xxxx" MMC (Sumqayıt Regional Bölməsi) ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin konkret olaraq hansı əsasla ləğv edilməsi, (işçilərin sayı yaxud ştatların ixtisarı əsası ilə) göstərilməlidir. İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə hər hansı əmək müqaviləsi bağlamasa da, "xxxx" MMC-də (Sumqayıt Regional Bölməsi) işə götürmək və işdən azad etmək səlahiyyətinin məhz Agentliyinə məxsus olması məlum deyil. "xxxx" MMC-nin Sumqayıt Regional Bölməsində ixtisara salınmayan işçilərin iddiaçıya münasibətdə hansı üstünlüklüklərinin nəzərə alınması, işçilərin peşəkarlıq səviyyəsinin işəgötürənin hansı qaydada müəyyən etməsi, "xxxx" MMC-nin Sumqay ıt Regional Bölməsində işçilərin sayı yaxud ştatların ixtisarı aparılarkən hər hansı yoxlamaların aparılması, 01 dekabr 2022-ci il tarixli 50/k nömrəli əmrin qəbul edilməsi zəruriliyinin nədən ibarət olması, "xxxx" MMC-nin Sumqayıt Regional Bölməsində mütəxəssis vəzifəsində iddiaçı ilə bərabər neçə işçinin olması, həmin işçilərin əmək stajlarının hansı müddətləri əhatə etməsi, onlardan neçəsinin ali təhsilli olması və əmək müqaviləsinə xitam verilməyən işçilərin mövcud üstünlüklərinin nədən ibarət olması, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli Fərmanından irəli gələn hansı əsasla xitam verilməsi və ümumən sözügedən fərmanda işçilərin sayı və ya ştatların ixtisarı, eyni zamanda əmək müqaviləsinin ləğvi əsaslarının göstərilməsi bar ədə suallar açıq qalmışdır. Əmr tam əsassız olmaqla, iddiaçıya münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(005)1182/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi cavabdehin əmək müqaviləsinə xitam vermək üçün səlahiyyətinin mövcud olmaması ilə bağlı iddia tələbinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 saylı Fərmanına əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "xxxx" MMC fəaliyyətini dayandırılmış, bir sıra qurumun əsasında Azərbaycan Yerüstü Nəqliyyat X4 şəxsi yaradılmışdır. Fərmanın 8-ci b əndinə əsasən, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Fərmanın 1-ci hissəsində göstərilən qurumların öz fəaliyyətini davam etdirmələri nəzərdə tutulmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X4 şəxsin Nizamnaməsi 8 sentyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmin Nizamnamənin 3.1.43-cü bəndinə əsasən Agentliyin hüquq və vəzifələrinə Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək nəzərdə tutulmuşdur. Nizamnamənin 4.1.18-ci bəndinə əsasən, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edilməsi səlahiyyəti X3 Sədrinə verilmişdir. 18 oktyabr 2022-ci il tarixdə Agentliyin strukturu təsdiq edilmişdir.

7. Fərmanın məzmunundan aydın olur ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 şəxs dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMC fəaliyyətini davam etdirərək əmək müqaviləsinə xitam verə bilməzdi.

8. İddianın digər dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona qarşı ayrıseçkiliyin tətbiq edilməsi, ixtisar edilməyən digər işçilərdən daha təcrübəli və savadlı işçi olduğunu bildirsə də, təsdiqedici sübutları təqdim etməmişdir. Mülki işin materiallarında olan 05 noyabr 2022-ci il tarixli 1-31104/11329-22 saylı məktubdan görünür ki, Fərmanın icrası ilə əlaqədar fəaliyyəti dayandırılmış qurumlar üzrə ştat vahidləri nin ixtisarı nəzərdə tutulmuş, əmək müqaviləsi ləğv ediləcək işçilərin siyahısı Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Siyahıda 60-dan çox işçinin məlumatları qeyd edilmişdir. Həmin işçilərin arasında iddiaçıdan savayı ali təhsilli şəxslər də nəzərdə tutulmuşdur.

9. Qanunverici işçinin işçilərin sayını ixtisar etməyi, ştatları, struktur bölmələri ləğv etməyi işəgötürənin əsas hüquqlarından biri kimi təsbit etməklə yanaşı, işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsini işəgötürənin səlahiyyətlərinə aid etmişdir. Əmək qanunvericiliyin normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüq uqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

10. İş materiallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi bu halları mübahisələn dirməmişlər. Həmçinin, iddiaçı işdən azad edilməsini cavabdeh rəhbərliyinin ona və digər işçilərə qarşı qərəzli mövqeyinin olması ilə bağlı əlaqələndirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsi, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77, 78-ci maddələri, Mülki Prosessual Məcəllənin 76, 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarın ın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(005)-1182/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4698/2023 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(005)-1182/2023 n ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab etmişdir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il i tarixli, 2(103)-4698/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti iddia əri zəsində qeyd olunan işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 16, 71, 78, 80-ci, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 10-1.1, 10-1.2, 88, 154.1, 172.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

17. Belə ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddənin məzmunundan və mahiyyətindən işəgötürənin üzərinə işçinin peşəkarlıq səviyyəsini müəyyən etməyi imperativ xarakterli bir göstəriş olduğu açıq aydın görünür. Əks yanaşma işəgötürənlərin özbaşınalığına (h azırkı işdə olduğu kimi) gətirib çıxarar. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz ayrı-seçkilik nəticəsində xitam verildiyi məhkəmə tərəfindən nəzərə almamışdır. Belə ki, cavabdeh heç bir yoxlama aparılmadan, iddiaçının 10 ildən çox müddətdə heç bir nöqsana yol vermədən müəssisədə işlədiyini, həmin təşkilatda azsaylı ali təhsilli şəxslərdən biri olduğunu nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı həmkarlar iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış və iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatda mütəxəssis ştatı ləğv edilmişdirsə, onda həmin şöbənin bütün işçiləri ilə bağlanmış əmək müqavilələri ləğv edilməli idi. Lakin, həmin rəhbərliyin şəxsi istəklərinə uyğun bütün işçilər işdə saxlanılmışdır. İşçilərin əmək hüquqlarının müdafiəs i məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh tərəf məhkəməyə hər-hansı təhvil aktı və ya bölünmə balansı təqdim etməmişdir ki, məlum olsun ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq işdən çıxarılma barədə əmr qəbul oluna bilərdi, yoxsa yox. Daha sonra, məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə deyil, işçilərin ixtisarı əsası ilə xitam verilmişdir. Çünki, yeni təsdiqlənən strukturda mütəxəssis ştatı var. Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. M əktubda heç bir iclas protokoluna və ya qərara istinad olmamışdır. Məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmçinin, hakimlər elektron məhkəmə informasiya sisteminin tələblərinə ümumiyyətlə riayət etməmiş, cavabdehin məhkəmədə yazılı qaydada təqdim etdiyi etirazı qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən 3 aydan sonra verilən etirazı qəbul etmiş, işə 5 aya baxmışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X4 şəxsi kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz məhk əmə qətnamələrinin məzmununa uyğun əsaslandırılmış və hesab edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək s tajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80-ci maddəsinin 1-ci hissəsinə əsas ən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübu tlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

27. İddiaçının tələbinin əsası ondan ibar ət olmuşdur ki, işəgötürən müəssisədə işçilərin və ya ştatların ixtisarı həyata keçirilərkən, ona münasibətdə ayrı-seçkiliyə yol verilmiş, həmçinin onun barəsində əmr səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır.

28. Lakin, həmin məsələ aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, əmr Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 saylı Fərmanına uyğun olaraq buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmış, habelə iddiaçı iddia tələbinin digər dəlilini, yəni ayrı-seçkiliyin olmasını sübut edə bilməmişdir.

29. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Kassasiya şikayətinin digər dəlilləri (birinci instansiya məhkəməsində işə baxılma müddətinin pozulması, elektron məhkəmə informasiya sistemi ilə bağlı qaydalara riayət olunmaması) Mülki Prosessu al Məcəllənin 418.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il i tarixli, 2(103)-4698/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar