Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3492/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3492/23 (Açar sözlər: mənzil hüquqlarının bərpa olunması, yaşayış sahəsindən istifadə hüququna törədilən maneələrin aradan qaldırılması, evə köçürülmə) Bakı şəhəri 04 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X14 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1056/23 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 04 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 Kamil Şöhrət oğlu ilə 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu ildə Nusi, xx.xx.2011-ci ildə Kamil adlı uşaqları doğulmuşdur.
2. Nikahdan sonra qayınatası X6 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə ev sahibinin iradəsi və razılığı ilə gəlin köçərək orada yaşamağa başlamış, həmçinin həmin ünvana pasport qeydiyyatına alınmışdır.
3. X22 xx.xx.2011-ci il tarixdə, X9 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür.
4. Cavabdeh mərhum X5 bacısıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla azyaşlı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X16 ünvan 2 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, onunla azyaşlı uşaqlarıxx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X16 yaşadıqları ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, onunla azyaşlı uşaqlarıxx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X16 pasport qeydiyyatında olduqları ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri öldükdən sonra iddiaçı öz uşaqları ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmiş, onun orada yaşamasına qaynatası Şöhrət Talıbov tərəfindən hər hansı etiraz olmamışdır. Şöhrət Talıbov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra Şöhrət Talıbovun bacısı, iş üzrə cavabdeh iddiaçının həmin ünvanda yaşamasına mane olmağa başlamış və onu uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Hal-hazırda da cavabdeh iddiaçını həmin evə buraxmır, orada yaşamasına mane olur.
7. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.
8. Qusar Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(029)- 120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddia təmin edilmiş, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X16 ünvan 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, İddiaçı ilə azyaşlı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X16 yaşadıqları ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X24 və xx.xx.2011-ci il təvəllüdlü X16 pasport qeydiyyatında olduqları ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 20 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X22 ilə ailə həyatı qurmuş və həmin vaxtdan əri Kamil Talıbovun atası X6 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə ev sahibinin iradəsi və razılığı ilə gəlin köçərək orada yaşamağa başlamış, həmçinin həmin ünvana pasport qeydiyyatına alınmışdır. Bununla da, həmin vaxtdan iddiaçının həmin evə istifadə hüququ yaranmışdır. İddiaçı əri Kamil Talıbovla həmin ünvanda yaşadıqları müddətdə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Nusi, əri öləndən bir müddət sonra isə xx.xx.2011-ci il təvəllüdlü Kamil adlı uşaqları anadan olmuş, həmin uşaqlar da, həmin ünvana qeydiyyata alınmışlar. İddiaçının əri xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bundan sonra da, iddiaçı öz uşaqları ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmiş, onun orada yaşamasına qaynatası Şöhrət Talıbov tərəfindən hər hansı etiraz olmamışdır. Şöhrət Talıbov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra Şöhrət Talıbovun bacısı, iş üzrə Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına mane olmağa başlamış və onu uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Hal-hazırda da, cavabdeh iddiaçını həmin evə buraxmır, orada yaşamasına mane olur. Cavabdehin həmin evə dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olması məhkəmə tərəfindən müəyyən olunmamış, cavabdeh tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 20 avqust 2008-ci il tarixdən ünvan 4 ünvanda yerləşən evə ev sahibi Şöhrət Talıbovun iradəsi və razılığı ilə gəlib köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəl mişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, İddiaçı istifadə hüququ istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olunmalı, cavabdeh tərəfindən həmin hüquqa edilən müdaxiləyə son qoyulmalı, iddiaçının uşaqları ilə birlikdə həmin evə istifadə hüquqları bərpa edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.1, 158.1.2, 158.4, Mənzil Məcəlləsinin 30.1, 30.2, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53, 123, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1056/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli evin sahibi Şöhrət Talıbovun gəlini olmuş, həmin evə gəlin köçərək yaşamışdır. Mübahisəli evin sahibi olmuş Şöhrət Talibovun 4 övladı vardır. Cavabdeh isə Şöhrət Talıbovun bacısıdır.
15. Hazırkı iddia tələbindən gör ünür ki, iddiaçı ərizəsində mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrini xahiş etmişdir.
16. Lakin iddiaçı qeyd edilən fərdi yaşayış evinə köçməsinə cavabdeh tərəfindən maneə yaradılmasını qeyd etsə də, ümumiyyətlə hər hansı maneənin mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçını övladları ilə mübahisəli evdən qovmasını, iddiaçını həmin evə buraxmamasını, orada yaşamasına mane olmasını göstərsə də, qeyd edilən halların hansı sübutlarla təsdiq edilməsini qətnamədə əsa slandırmamışdır. Halbuki MPM-in 217.3 və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Bundan əlavə iş materiallarında olan Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X12 müraciəti daxil olmuşdur. X4 Şöhrət Məlikəhməd oğlunun vərəsələri sırasına daxildir.
19. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi də X3 qalmış miras əmlaklara daxildir və həmin əmlaklara dair vərəsəliyin qəbulu ilə əlaqədar notariat of isinə müraciət edilmişdir.
20. Bununla da görünür ki, mübahisəli evə sahiblik hüququ X17 aiddir. Belə olan halda hazırki iddia tələbinə cavabdeh X7 iddiaya cavab verməli şəxs deyildir.
21. Hazırkı işdə iddiaçı mübahisəli evə sahiblik hüququ olan şəxsi cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı ərizə təqdim etməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbinin təmini üçün sübutlar təqdim edilmədiyindən və cavabdehin hazırki tələbə cavab verməli şəxs olmadığından hazırki iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan miras evə sahiblik hüququnun X17 aid olması barədə deyilənlərin heç bir hüquqi əsası yoxdur və Şurik Talıbov da hazırda RF-nin Moskva şəhərində yaşamaqla uzun müddətdir ki, Qusar rayonuna gəlməmiş, bu səbəbdən də onun tərəfindən qeyd olunan evə sahiblik etməsi sadəcə mümkün deyildir. Göründüyü kimi apellyasiya məhkəməsi öz nəticəsinin əsası kimi istinad etdiyi sübutları tam, obyektiv və hərtərəfli araşdırmayaraq qiymətləndirməmiş, birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər üzrə işə baxmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstər ilməmiş və qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, ona görə də qətnamə, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı hesab oluna bilməz.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4600/22 nömrəli qərarı ilə (hakimlər (M.T.Əhmədova sədrlik edən və məruzəçi, Ə.Ə.Əliyev və İ.K.Xəlilovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
26. Kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi səhv olaraq cavabdeh X2 iddiaya cavab verməli şəxs olmayan hesab etmişdir. Belə ki, iddiaçının və övladlarının ünvan 2 ünvanda yerləşən yaşayış evindən istifadə edilməsinə məhz X7 tərəfindən maneələr yaradıldığını göstərir.
28. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 1014 nömrəli a rxiv çıxarışından görünür ki, Qusar şəhər X19 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 nömrəli qərarı ilə Qusar şəhəri Sabir küçəsi 3 nömrəli evdə yaşayan X6 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.metr yaşayış sahəsi və 35 kv.metr qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır (çayın sağ sahilində).
29. Həmin torpaq sahəsində də həqiqətən fərdi yaşayış evi tikilməklə xx.xx.1986cı il tarixli 71 №-li Qeydiyyat Vəsiqəsi əsasında mərhum X5 adına qeydiyyata alınmış, onun özü, oğlu Talıbov Kamil, gəlini – hazırkı iş üzrə İddiaçı və onların azyaşlı uşaqları qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, iddiaçı və uşaqları hazırda da həmin ünvanda pasport qeydiyyatındadırlar, həmçinin iddiaçıya məxsus cehiz və digər əmlakl arı da həmin evdədir.
30. Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X12 müraciəti daxil olmuşdur. X4 Şöhrət Məlikəhməd oğlunun vərəsələri sırasına daxildir. Mübahisəli fərdi yaşayış evi də X3 qalmış miras əmlaklara daxildir və həmin əmlaklara dair vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı uşaqları da mərhum X10 çatası pay üzrə, mərhumun birinci növbə vərəsələridirlər və İddiaçı da, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılmazdan qabaq bu məqsədlə notariat kontoruna müraciət etmiş, lakin notariat kontoru tərəfi ndən ona izah olunmuşdur ki, Şöhrət Talıbovun onlardan başqa digər birinci növbə vərəsələri mövcuddur və həmin varislər öz paylarına dair münasibət bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir və ona görə də bu mübahisənin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Həmin vaxt evin sənədləri tam qaydada olmadığına görə də bu barədə məhkəmədə iddia qaldırılması mümkün olmamışdır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edi lməlidir.
33. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Sumqayıt ApellyasiyaMƏhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), G.İ.Cabbarova və A.M.Süleymanova) 18 yanvar 2023-cü il tarixli, 2(103)-226/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi evə köçürülmə hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilə azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X24 və xx.xx.2011-ci il təvəllüdlü X8 şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi mənzil hüquqlarının bərpa olunması istifadə hüququna törədilən maneələrə son qoyulması və evə köçürülmələri barədədir.
36. İşin mübahisə olunmayan digər halı isə ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı və uşaqları da mərhum X10 çatası pay üzrə, mərhumun birinci növbə vərəsələridirlər.
37. Apellyasiya instansiyası mə hkəməsi iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış evinə köçürülmələri hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olsa da, lakin mübahisəyə (köhnə Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2., Mülki Məcəllənin 158.4-cü maddələrini tətbiq etməklə) tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianı bu normalardan hansına görə əsaslı saydığını bildirmədən hər üç normaya ümumi şəkildə istinad etmişdir.
38. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hüquq münasibəti 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığından, hazırkı mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsinin qaydaları na uyğun həll edilməlidir.
39. İşdən görünür ki, mübahisəli mənzil mərhum Şöhrət Talıbovdan miras qalmış və iddiaçı da uşaqları ilə birlikdə mərhum X10 çatası pay üzrə mərhumun birinci növbəli vərəsəsidir. İddiaçı hazırkı iş üzrə məhkəmədə mövcud iddianı qaldırmazdan qabaq bu məqsədlə notariat kontoruna müraciət etmişdir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərində hüququ yarandığından, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməlidir.
41. Məhkəmə kollegiyası iddia tələbinin mənzilə hüquqları bərpa olunmaqla yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması hissəsinə gəldikdə isə hesab etmişdir ki, iddiaçı və azyaşlı uşaqları həmin mənzildə özlərinə məxsus əmlakları yerləşdirməklə yaşadıqlarından, o cüm lədən artıq mərhum Şöhrət Talıbovun ölümündən sonra oğlu Kamilə çatası payı üzrə birinci növbəli vərəsə hesab olduqlarından, cavabdeh tərəfindən onlara həmin ünvanda yaşamalarına maneələrin törədilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamaq hüququndan məhrum edilməsini qaçılmaz etdiyindən, iddia tələblərini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh evin sahibi Talıbov Şöhrətin bacısı Cavabdeh, iddiaçı isə gəlini olmuşdur. İddiaçı 2008-ci ildə həmin evə gəlin köçmüş və iki uşağı anadan olmuşdur. 2011-ci ildə əri Kamil Talıbov rəhmətə getdikdən sonra 2014-cü ildə həmin evi tərk edərək ata evinə getmişdir. Həmin evdə Şöhrətin özü yaşamış və onun da 4 övladı vardır. 2020-ci ildə Şöhrət öləndən sonra iddiaçı həmin evə köçürülmə, istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin cavabdehin həmin evə hər hansı aidiyyəti və evə dair onun hər hansı hüquqi münasibəti yoxdur. Belə olan halda iddiaçı ona qarşı iddia qaldıra bilməzdi. Evin mülkiyyətçisi Şöhrət Talıbovun 4 övladı vardır, övladları mirası qəbul etmişlər, evə Şöhrətin oğlu Talıbov Şurik sahiblik edir. Hazırkı işdə cavabdeh düzgün müəyyən edilməmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi işin faktiki halını düzgün müəyyən etməmişdir. Belə ki, həmin məhkəmənin barəsində kassasiya şikayəti verilən qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olan mərhum Şöhrət Talıbovun mirasından sonuncunun oğlu, yəni iddiaçının əri mərhum Kamil Talıbova çatan paydan pay almaq hüququ vardır. Halbuki, Kamil Talıbov miras qoyan Şöhrət Talıbovdan əvvəl vəfat etmişdi və belə olan halda, yalnız Kamil Talıbovun övladlarının həmin mirasdan Kamil Talıbova çatası paydan pay almaq hüququ vardır (Mülki Məcəllənin 1159.1.3-cü maddəsi). İddiaçının o halda Kamil Talıbova çatan paydan miras payı olardı ki, Kamil Talıbov miras qoyandan sonra vəfat etmiş oılsun (Mülki Məcəllənin 1252cimaddəsi). Odur ki, apellyasiya instansiyası məhkəməsi bu halda maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan baş qa, X29 övladlarının miras paylarına münasibətdə isə hazırkı mübahisənin predmetini vərəsəlik hüququ münasibətlərindən irəli gələn tələb deyil, mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüquq münasibətlərindən irəli gələn tələb təşkil edir. X29 övladlarının mübahisəli evə vərəsəlik hüquqlarının olub-olmaması hazırkı iş üzrə araşdırıla bilməzdi və hüquqi dəyərləndirmə zamanı əsas tutula bilməzdi. Belə ki, miras qoyan Şöhrət Talıbovun sağ olan övladları artıq mirası qəbul etmişlər və ona hüquqi cəhətdən sahiblənmişlər. Yəni, Kamil Talıbovun övladlarının vərəsəlik hüquqları itirilmişdir. Mirasla bağlı hər hansı iddia tələbi isə Kamil Talıbovun övladları və ya onların qanuni, o cümlədən etibarnamə əsasında nümayəndəsi tərəfindən irəli sürülməmişdir. Hazırkı iddia tələbi iddiaçı tərəfin dən irəli sürülmüş və yuxarıda qeyd olunduğu kimi iddia tələbi evdən istifadə hüququ ilə bağlıdır. Ona görə də, hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi ümumiyyətlə hüquqi dəyərləndirməni düzgün aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə isə düzgün qənaətə gəlməyərək mübahisəli evin mülkiyyətçisi olmuş mərhum Şöhrət Talıbovun mirasını qəbul etmiş və mirasın mülkiyyətçisi olmuş vərəsələrinin qanuni mənafelərini pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə də səhvə yol vermişdir. Belə ki, həmin maddə şəxsin yaşayış sahəsinə dair mülkiyyət hüququnun tərkib elementi olan və əsas əmlak (əşya) hüquqlarından biri olan istifadə hüququnun əmələ gəlməsini nəzərdə tutmur. İddiaçı belə bir hüququnun əməl ə gəlməsi üçün onunla mülkiyyətçi şəxs olmuş Şöhrət Talıbov arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi ki, belə bir razılaşma olmamışdır. Bununla da, iddiaçının ümumiyyətlə mübahisəli evə istifadə hüququ yaranmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, göstərmişdir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır və qəsdən cavabdeh tərəfindən işin halları təhrif edilir və cavabdeh bu evə heç bir aidiyyətinin olmaması və bu iddiaya cavab verməli olan şəxs olmamasını qeyd etsə də, onun qətnamədən kassasiya şikayəti verməsi iddiaçılara məhz cavabdeh təərfindən maneələr yaradıldığını təsdiq edir. Buna görə də, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirlmədən saxlanılm asını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
47. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri bərabər miras alırlar. Azərbaycan Respublikasının MPM-si
48. Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibə tinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, kassasiya şikayətinin dəlilləri bu qətnamənin ləğvinə əsas vermir.
60. Belə ki, baxılan iş üzrə iddia tələbi mənzil hüquqlarının bərpa olunması, cavabdeh tərəfindən evdən istifadə hüququna törədilən maneələrə son qoyulması və evə köçürülmə barədədir. Məhkəmələr müəyyən etmişdir ki, cavabdeh iddiaçını uşaqları ilə birgə qeydiyyatda olduğu evə buraxmır, orada yaşamasına mane olur. Cavabdehin isə evə dair mülkiyyət və ya digər əmlak hüquqları mövcud deyil.
61. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi Kamil Talıbovun övladlarının Şöhrət Talıbovun mirasından atalarına çatası paydan pay almaq hüququnun olmasına, bu barədə mərhumun ölümündən sonra notariusa mirasın qəbulu barədə müraciətlərinin olmasına istinad edərək iddiaçının uşaqları ilə birlikdə miras əmlaka köçürülməli olduğunu düzgün m üəyyən etsə də, İddiaçı da mərhumun vərəsəsi olması barədə mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
62. Lakin İddiaçı vərəsə olan yetkinlik yaşına çatmayan uşaqlarının qəyyumu olduğundan onun da usaqları ilə birlikdə qeydiyyatda olduğu həmin evə köçürülməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.
63. Məhkəmə kolegiyası kassasiya şikayətinin iddiaçının 2014-cü ildən həmin evdən köçüb getməsi, mirasın mərhumun övladları tərəfindən qəbul edilməsi və s. kimi məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilərini isə Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən araşdırmır.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(103)-226/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.