Məhkəmə qərarları › İş №2(102)-3493/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3493/2022

16.08.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3493/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3493/22 (Açar sözlər: icarə haqqının ödənilməsi) Bakı şəhəri, 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və faizlərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-nin təsisçisi və direktoru X2 (icarəçi) ilə İddiaçı (icarəyəverən) arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, "icarəyəverən" xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 1izami küçəsi, 16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 235 kv.m.) kvadrat metr olan mənzilini ofis kimi istifadə olunması məqsədilə icarəçinin müddətli istifadəsinə vermişdir. Bu müqavilə üzrə aylıq icarə haqqı hər faktiki kv.m. üçün 15 manat olmaqla, kommunal, istismar və vergi xərcləri xaric 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən, icarə haqqı gecikdirildikdə icarəçi hər gecikdirilən gün üçün icarəyə verənə ödəniləcək məb ləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödənilməlidir. Müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin təsisçisi və direktoru X1 icarə haqqı borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı - Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 17.500 (on yeddi min beş yüz) manat əsas borc və 26.500 (iyirmi altı min beş yüz) manat gecikdirməyə görə razılaşdırılmış faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsinin şərtlərinə əməl et məmiş, müqavilə üzrə ödənişləri ödəməmiş, nəticədə borcu yaranmışdır. Dəfələrlə ödəniş etməsi tələb olunsa da, cavabdeh müxtəlif vədlərlə ödənişdən yayınmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2803/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə 17500 (on yeddi min beş yüz) manat əsas, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində borcun tutulması qət edilmişdir.

5. Məhkəmə tərəflərin dəlillərini iş materialları, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verən öz öhdəliklərini yerinə yetirərək icarə obyektini icarəçiyə təhvil vermiş, icarəçi isə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməli olduğu halda bir müddətdən sonra öhdəliyini yerinə yetirməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan obyekti icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını və həmin icarə haqqının ödənilməsini gecikdirdiyi vaxt üçün yaranan borcları ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş aylar üçün icarə haqqını və icarə haqqının ödənilməsinin gecikdirildiyi vaxt üçün yaranan əlavə borcun ödənilməsini tələb etməkdə haqlıdır.

7. Məhkəmə bildirmişdir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərəri n – borcun həddini aşmışdır. Buna görə də, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 26500 (iyirmi altı min beş yüz) manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edərək, həmin dəbbə pulunun azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməsinin daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, icarə müqaviləsi bağlansa da, obyektin təhvil-təslim müqaviləsi bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təm in edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2803/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyatorun birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması ilə bağlı irəli sürdüyü dəlili öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq bildiriş və cavabdehin nümayəndəsinin istifadəsində olan mobil nömrəyə məhkəmə iclasının yeri və vaxtı barədə elektron qaydada sms göndərilmişdir və həmin SMS ünvan sahibinə çatmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan b ağlanmış sayılır.

17. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Belə ki, cavabdeh apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də obyektin təhvil-təslim müqaviləsinin bağlanmamasına istinad etmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə icarə obyektinin icarəçiyə təhvil verilməsi müstəqil müqavilə ilə deyil, bağlanmış icarə müqaviləsinin icrası qismində baş tutur. Başqa sözlə, mülki qanunvericilikdə icarə müqaviləsinin bağlanmış sayılması üçün təhvil-təslim müqaviləsinin bağlanmasını tələb edən imperativ norma yoxdur.

33. Mülki Məcəllənin 6. 2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə araşdırması zamanı hazırkı iş üzrə icarə obyektinin təhvil-təslim müqaviləsi əsasında təhvil veriləcəyi barədə tərəflərin razılaşmış olması müəyyən edilməmişdir.

34. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, müqavilənin bağlanması anı Mülki Məcəllənin 407-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış s ayılır. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış icarə müqavilənin olması işin mübahisəsiz halıdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etməsini nəzərə alır və şikayətin digər dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§24-§26) 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materi allarına uyğun olsun.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-22 54/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İlqar Xələfov Ələsgər Əliyev İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar