Məhkəmə qərarları › İş №2(102)-3495/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3495/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3495/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3177/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" ASC (xx.xx.2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir) ilə Cavabdeh1 MTK arasında bağlanmış ünvan 1 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış əmlakların Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmışdır; 3. xx.xx.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştərid ən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir;

4. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər; 5. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən, borcluya Cavabdeh1 Kompleksində avtodayanacaq sahəsinin alınması üçün illik 12% dərəcəsi ilə 120 ay müddətinə 36.000 manat məbləğində kredit verilmişdir;

6. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanac aq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir;

7. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür;

8. Cavabdehlərə 20874,74 manat əsas borc, 7348,29 manat faiz borcu, 4645,59 manat cərimə borcu olmaqla, cəmi 32868,62 manat məbləğində borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə, müqavilənin ləğv ediləcəyi və s. barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q004/14 saylı kredit müqaviləsinin ləğv edilərək, cəmi 35504,47 manat – bundan 20874,74 manat əsas, 8997,50 manat faiz, 5632,23 manat cərimə borcu və iş üzrə ödənilmiş 196,52 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şi fahi müraciətlər olunmasına, habelə **********359 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdirlər. xx.xx.2023cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 32868,62 manat təşkil etmişdir. Bundan 20874,74 manat əsas, 7348,29 manat faiz və 4645,59 manat cərimə borcudur.

11. Cavabdeh iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmiş, etiraz belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış 1 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsini nəzərə alınmamışdır. Müqavilənin 5.7-ci maddəsinin tələbinə Bank tərəfindən düzgün əməl olunsaydı, Cavabdeh1 MTK-nın və vətəndaş Cavabdeh2 borc öhdəliyi bu dərəcədə artmazdı. Göründüyü kimi, Bank müqavilənin şərtlərinə əm əl etməmişdir. Odur ki, borc məbləğinin bu dərəcədə artmasında Bankın da səhlənkarlığı olmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8244 saylı rəyində göstərilmişdir ki, Cavabdeh2 borcu xx.xx.2024cü il tarixə 20.043,28 manat əsas borc və 7.008,47 manat faiz borcu, xx.xx.2023-cü il tarixə isə 20.043,28 manat əsas borc və 8.378,09 manat təşkil edir.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-288/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dən müştərək qaydada 20043,28 manat əsas borc, 7008,47 manat faiz borcu və 563,25 manat cərimə borcu olmaqla, cəmi 27.615 manat məbləğində borcun tutularaq Əmanətlərin Sığortalanma sı Fonduna ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddianın 5632,23 manat məbləğində cərimənin ödənilməsi hissəsinə münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alınaraq cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 563,25 manat cərimə tutulmalıdır.

15. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixdə tələbinin həcminin artırılması, eyni zamanda müqavilənin ləğv edilməsinin məh kəmədən xahiş edilməsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara istinad etmişdir.

16. Məhkəmə həmçinin Cavabdeh1 MTK-nın etirazda istinad etdiyi dəlillərə münasibətdə bildirmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış 1 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci bəndinin məzmunundan göründüyü kimi həmin müddəada 90 gün – kooperativ üçün öhdəlik yaradan minimal gecikdirilmiş gün sayıdır və həmin müddəa kreditorun ziyanına şərh edilə bilməz.

17. Məhkəmə bu hissələrdə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425, 427, 442, 443, 445, 448, 560, 739, 741, 743, 744, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, Bank onun üzərinə düşən hüquq və vəzifələri yerinə yetirmədən əsas məbləğlə birlikdə əsassız artan faiz və dəbbə pulunu da tələb etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Bu hal həm vətəndaşın həm də hüquqi şəxsin və ziyyətini pisləşdirir. Qanunvericik birbaşa qeyd etmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Kreditorun müqavilənin şərtlərinə düzgün əməl etməməsi və bilərəkdən öhdəliyin vaxtında icra edilməsinə şərait yaratmaması borclunun məsuliyyətinin ölçüsünü artırmışdır. Əgər müqavilənin tələblərinə əməl etsə idi, borclunun məsuliyyət ölçüsü kreditor qarşısında artmazdı. Birinci instansiya m əhkəməsi öz növbəsində qanunvericiliyin bu tələbinə də istinad etmədən borclunun məsuliyyət ölçüsünü müvafiq surətdə azaltmamışdır.

20. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Fond tərəfindən xx.xx.2022-ci il tarixli **********905 saylı, həmçinin xx.xx.2023-cü il tarixli **********359 saylı məktublarla tərəfə müraciət edərək, borc öhdəliyinin yerinə yetirilməsi tələb edilmişdir. Göründüyü kimi tərəf apellyasiya şikayətində Fondun borcla bağlı ona məlumat verməməsini əsas gətirsə də, yuxarıda qeyd edilmiş məktublar bunu təkzib edir. MTK borcu xx.xx.2022-ci il tarixli məktubla ödəyə bilərdi və ya kreditora bu məsələ ilə bağlı müraciət edə bilərdi. MTK tərəfindən öhdəliyin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski – sədrlik edən və məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin özünün dəlillərini isə hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirmişdir. Belə ki, apellyasiya şikayətininin dəlilləri üzrə iddiaçının (vəzifəli şəxslərinin) borcu tələb etməməsi (hərəkətsizliyi) cavabdehlərin müqavilə öhdəliklərindən yayınması üçün əsas ola bilməz. Bu hallar iddi a müddətinin tətbiqi və ya tələb etmək hüququna müddətin keçməsinə görə xitamı zamanı müzakirə edilə bilən məsələdir ki, cavabdeh bu barədə ərizə ilə müraciət etməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 739.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh ”Park Azure” MTK (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mö təbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd AR MP-in 217-ci maddəsinin tələblərini düzgün tətbiq etmiş olsa idi, iddia tələbini rədd edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar) görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmuş, şikayətin əsassız olduğu üçün təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklər in icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən vaxtında icra edilmədiyi üçün həmin borca görə müqavilə ilə təminat verən cavabdeh M TK məsuliyyət daşıyır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh MTK-nın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Qeyd edilməlidir ki, işin faktiki halları ilə kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmə diyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3177/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar