Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3499/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa və s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-826/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları
1. X2 (bundan sonra – iddiaçı) 01 oktyabr 2015-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – cavabdeh) hüquqşünas kimi işə qəbul edilmiş və cavabdehin 02 iyul 2020-ci il tarixli, k/20- 02537 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, K/20-02537 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, xx.xx.2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, əmək haqqının g ecikdirildiyi hər gün üçün 2%-i həcmində ödəncin və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Əmr əsaslandırılmamış və lazımi qaydada rəsmləşdirilməmişdir. Belə ki, xx.xx.2015-ci ildən hər dəfə 3 ay artırılmaqla fasiləsiz olaraq xx.xx.2020-ci ilədək davam edən əmək münasibətlərinə işəgötürən tərəfindən müqavilə müddətinin bitməsi ilə bağlı qəflətən xitam verilməsinin hansı səbəblə əlaqədar olması sözügedən əmrdə əsaslandırılmamışdır. Üstəlik bu əmr müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Həmçinin cavabdehin ünvan 1 ünvanında yerləşən ofis b inasında işləyən Hüquq idarəsinin aparıcı hüquqşünası X3 və idarənin hüquqşünasları X4, X5, X6, X9 və mütəxəssis X7 tərəfindən tərtib edilmiş 10 avqust 2020-ci il tarixli aktda göstərilmişdir ki, “həqiqətən iddiaçı 30 iyun, 01 iyul və 02 iyul 2020-ci il tarixlərində yuxarıda qeyd olunan ünvanda iş yerində olmuş və bizimlə birlikdə əmək funksiyasını icra etmişdir”. Əmək müqaviləsinin xəstələnməyi ilə bağlı işə gəlmədiyi dövrdə ləğv edilməsini nəzərə aldıqda, işəgötürən tərəfindən sözügedən əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın sonuncu iş günü ona verilmədiyi açıq-aydın anlaşılır. Bu hal sözügedən əmrdə xüsusilə qeyd edilməsinə baxmayaraq əmək qanunvericiliyin bu tələblərinə də işəgötürən tərəfindən əməl edilməmişdir. Cavabdeh Əmək Məcəlləsinin maddələrini pozmaqla əmək müna sibətlərinə xitam verərkən ona, həmçinin mənəvi ziyan vurmuşdur. Belə ki, onun həyat yoldaşı, iki azyaşlı övladı və təqaüdçü valideynləri onun öhdəliyindədirlər. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildiyi dövrdən hazırkı vaxtadək o, heç bir yerdə işə düzələ bilmədiyi üçün ailəsində ağır maddi durum yaranmış və bu hal ona ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4135/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia qismən təmin edilmiş, cavabdehin 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki, cavabdehin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haq qının hesablanaraq ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir
5. Məhkəmə hesab etmişdir ki, 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olan iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar onun müalicədə olduğu dövrdə, yəni xx.xx.2020-ci il tarixində xitam verilməsi barədə cavabdehin xx.xx.2020-ci il tarixli, k/20-02537 saylı əmri əsassız olmuşdur
6. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42, 45, 73, 83, 300, 172-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1621/2021 nömrəli, 22 fevral 2021-ci il i tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqovun (sədrlik edən və məruzəçi), Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olmasına baxmayaraq, həmin dövrdə qanunsu z olaraq əmək müqaviləsinə xitam verilməsi halı iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən 30 iyun 2020-ci il tarixdə verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində iddiaçının 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olması, işə başlamalı olduğu tarix 05 iyul 2020-ci il tarix göstərilsə də, iş materiallarında olan iş saatının (vaxtının) istifadəsinin hesabatının tabelindən (ayların günləri üzrə işə davamiyyətin qeydiyyatını göstərən) müəyyən edilir ki, iddiaçı 30 iyun 2020-ci il tarixdə, 01 iyul 2020-ci il tarixdə işdə olmuş, 02 iyul 2020-ci il tarixdə isə işdən azad edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, əgər id diaçı iddia etdiyi kimi, həqiqətən 30 iyun 2020-ci il tarixdən xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxmışdırsa, bu barədə işəgötürənə məlumat verməli olduğu halda, bu halı göstərən hər hansı sübut təqdim etməmiş, işəgötürən isə bu barədə işçi tərəfindən məlumat verilmədiyini, əksinə həmin tarixlərdə işçinin iş yerində olduğunu və bunun da tərtib edilmiş aktla, istinad olunan cədvəllə, həmçinin şahid ifadələri ilə sübuta yetirildiyini bildirmişdir.
11. İddiaçının istinad etdiyi əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin möhürü ilə təsdiqlənməməsi ilə bağlı dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmr işəgötürən tərəfindən imzalanmış və müəs sisənin möhürü ilə təsdiqlənmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(102)-4120/2021 saylı qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.
14. Kassasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aktı imzala yan, habelə iş üzrə şahid qismində dindirilmiş şəxslər cavabdehin əməkdaşları olmaqla, sonuncudan xidməti fəaliyyətləri ilə bağlı asılı olduqlarından, qeyd olunan halların müəyyən edilməsində qeyd olunan sübutların mötəbərliyinə məhkəmələr tərəfindən prosessual qanunvericiliyinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Xüsusən qeyd olunmalıdır ki, akt 10 avqust 2020-ci il tarixdə, yəni iddiaçının işdən azad edildiyi tarixdən 1 ay 8 gün keçdikdə, artıq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra tərtib olunmuşdur.
15. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxdığı halda, bu barədə işəgötürənə məlumat verməsinə dair sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, nəzərə almamış dır ki, əmək qanunvericiliyində bununla bağlı işçinin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Əksinə, cavabdehin əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyini və əsaslılığını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-826/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh əmək qanunvericiliyinin tələblərinə riayət etməmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsin ə onun xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən işdə olmadığı müddətdə xitam vermiş, bununla da Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi zamanı işdə olduğuna dair dəlilərini əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçının 30 iyun, habelə 1 və 2 iyul 2020-ci il tarixlərdə xəstə olması iş materiallarında olan xəstəlik vərəqəsi ilə sübuta yetir, həmin xəstəlik vərəqəsinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixdə iş yerində olması sübuta yetirilməmişdir.
20. Məhkəmə öz mövqeyini Əmək Məcəll əsinin 2-ci maddəsinin ikinci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə və 73-cü maddəsinin ikinci hissəsinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən 1 ay 8 gün sonra, yəni uzun müddət keçdikdən sonra tərtib edildiyini əsas gətirməklə qeyd edilən sübutun qeyri-mötəbər olması barədə əsassız qənaətə gəlmiş, həmçinin aktı imzalayan şəxslə rin hal-hazırda cavabdeh təşkilatda işləməsi faktının qeyd edilən aktın mötəbərliliyini şübhə altına alması barədə qənaətə gəlsə də, həmin şəxslərin cavabdeh təşkilatın işçiləri olması faktı ilə aktın qeyri-mötəbər sübut kimi tam, hərtərəfli qiymətləndirməsini düzgün aparmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmamış və bu hal nəticə etibarı ilə səhv qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Maddə 83 (1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənəd ləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
27. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
28. Maddə 84 (1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Maddə 84 (2). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məl umatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
29. Maddə 186 (1) İşçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
30. Maddə 300 (1). Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhk əmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə
31. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkə mə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-826/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.