Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3500/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1889/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, yeni adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 156F saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 1 il müddətinə illik 26%-lə 35000 manat məbləğində kredit verilmişdir.
2. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsindəki 6 saylı evin, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 54 saylı mənzil (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövl ət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 2006-ci il 16 iyun tarixli kredit müqaviləsi üzrə 434,94 ABŞ dolları faiz, 5233,06 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 5668 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrası na kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki mənzilə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq borcalan borcu ödəməkdən boyun qaçırır.
5. Bank tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 0 manat, faiz borcu üzrə qalıq məbləğ 434,94 manat, cərimə borcu üzrə qalıq məbləğ 52 33,06 manat müəyyən edilmişdir.
6. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişlər.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5692 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə xx.xx.2007-ci il tarixədək (müqavilənin bitmə tarixi) Banka olan borcu 41299,86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2007-ci il tarixə əsas borc üzrə 35000 ABŞ dolları, faiz borcu üzrə 6299,86 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2006cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 xx.xx.2021-ci il (rəyin verildiyi tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5%-lə hesablanmaqla Banka olan borcunun tam ödənildiyi və 6896,67 ABŞ dolları məbləğində artıq ödəniş edildiyi müəyyən olunmuşdur.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3197/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2-ci maddələrinə və ekspert rəyinə istinadla qeyd etmişdir ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi də rəcədə icra etmiş, həmin kredit müqaviləsi üzrə borcu qalmamışdır.
10. Cərimə tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas borcu olmadığından əlavə tələblərə münasibətdə də iddia rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə əsaslanaraq Bankın iddia tələbini rədd edərək səhv nəticəyə gəlmişdir. Ekspert rəy verərkən Cavabdeh1 16 iyun 2006-cu il tarixli kredit müqaviləsinə əsasən 08 oktyabr 2021-ci il tarixə olan borcunu tam ödənildiyi nəticəsinə gəlməklə səhv rəy vermişdir. Təkrar ekspertiza təyin edilməli, ödənilmiş məbləğlərin güzəşt olunaraq əsas borcdan silinmələrini və dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də bankın təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) görə ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməldir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1889/2022 nömrəli iş üzrə 23 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdi yev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və ekspert rəyinin mötəbər sübut kimi qəbul olunmaması ilə bağlı iddiaçının dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifə si, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbu l edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsin ə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayəti nin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
29. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə sadalanan hallar müəyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd olun anları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1889/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.