Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3510/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxxx/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarılma, torpaq sahəsinin və evin sahibliyə verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-xxx/2022 nömrəli 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-xxxx/2022 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli, 2(102)-5576/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən edilərək, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-2202/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-2202/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3510/2023 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-2202/2023 nömrəli, 16 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya kassasiya şikayətinin daxil olduğu göstərilərək kassasiya şikayətinin MPM-in 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402, 405, 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-2202/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3510/2023 nömrəli qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)xxxx/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-xxxx/2023 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxxx/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən tərəfindən verilmiş kassasiya şi kayətinin MPM-in 402, 405, 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3510/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3510/2023
24.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver