Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3517/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) əmlak tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sahiblikdə olan əmlakın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və eyni zamanda id diaçının nümayəndəsi Məmmədova Nərgiz Ələsgər qızının, Cavabdeh X5 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1600/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzili əvəllər İddiaçı mülkiyyətində olmuş, o, həmin mənzildə yaşamışdır. 16.08.2013-cü il tarixdə onunla (onun adından X12 etibarnamə ilə) Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin mənzil 120.000 manata Cavabdeh satılmış və sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ 06.11.201 3-cü il tarixdə dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Mənzilin alğı-satqısı həyata keçirildikdən sonra İddiaçı qeyd edilən alğı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun həmin müqavilənin ləğv edilməsi və etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Cavabdeh hazırda həmin mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın 40 saylı mənzilində qalmış və cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirilmiş ona məxsus ərizədə sadaladığı əşyaların cavabdehdən alınaraq ona qaytarılması və iş materiallarının 75-ci səhifəsində olan aktda X6 im zasının saxtalaşdırılması ilə bağlı müvafiq əməli törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə onun verdiyi etibarnamə əsasında X12 arasında 9 saylı notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilini 120.000 manata alğı-satqı etmiş, satılmış mənzilin çıxarışında səhvən 3 otaqlı 75 m2 əvəzinə 2 otaqlı 37 m2 yazılmışdır. Cavabdeh ödəyəcəyi 120.000 manatdan 14.500 manatını saxlamış, çıxarışda həmin səhvi düzəldikdən sonra həmin məbləği ödəməyi öz öhdəsinə götürməsi barədə 16.08.2013-cü il tarixdə S.Q.Rüstəmov, R.E.Babayev, S.F.Məmmədovun şa hidliyi ilə iltizam imzalamışdılar. Çıxarışdakı səhvlərin tərəfindən düzəldilməsi mümkün olmadığından və bunun üçün məhkəməyə müraciət etməsi tövsiyə olunduğundan alğısatqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrası ondan asılı olmayaraq mümkün olmamışdır. Çıxarışda düzəlişlərin edilməsi mümkün olmadığından, məhkəmə vasitəsilə bunun edilməsinin uzun çəkəcəyindən, bu müddətin uzanmasının isə satıcıya, həm də alıcıya sərf etmədiyindən alıcıya məlumat verilərək, alğı-satqının ləğv edilməsi bildirilmiş, lakin alıcı buna etiraz edərək əsassız olaraq həmin məbləğdə başqa ev tapa bilməyəcəyini bəhanə edərək, alğı-satqının ləğv edilməsinə etiraz etmişdir. Bundan sonra cavabdeh həmin mənzili qanunsuz olaraq zəbt etmiş və onun etirazlarına və tələblərinə məhəl qoymayaraq mənzildən çıxmamışdır. Mənzildə özünə, arvadı Məmmədova Nərgiz Ələsgər qızına və X8 məxsus əşyaları qalmışdır və cavabdeh onları qaytarmaqdan imtina edir. Hazırda həmin əşyalar qeyd edilən mənzildə cavabdehin qanunsuz sahibliyindədir və o, mülkiyyətçi olaraq həmin əşyaları istifadə etmək imkanından məhrumdur. Əşyalar aşağıdakılardan ibarətdir: İddiaçı məxsus əşyalar, yəni qonaq otağında: mebel - 120.000 manat (Versace firmasına məxsus 1 ədəd divan və 2 ədəd kreslo - 25.000 manat, biri Versace 5.000 manat, digəri Türkiyə istehsalı - 3.000 manat olan 2 ədəd jurnalnı stol, Rusiyada yığılmış İtaliya istehsalı əl işi 1 ədəd böyük yemək stolu, 12 ədəd stul, 1 ədəd qısa kamod, 1 ədəd güzgülü böyük kamod, 2 ədəd beşmərtəbəli qorka - ümumi dəstin qiyməti 87.000 manat), 1 ədəd seragem aparat (Koreya istehsalı müalicəvi aparat) - 7000 manat, 1 ədəd televizor (Yaponiya istehsalı Panasonic markalı, qonaq otağında yerləşən) 500 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brend qabları - böyük gül vazası - 2500 manat, böyük meyvə vazası - 3000 manat, böyük kruşenniya - 1500 manat, orta gül vazaları 2 ədəd hər biri 500 manat olmaqla, cəmi 1.000 manat, salfetka qabı 2 ədəd hər biri 150 manat olmaqla, cəmi 300 manat, meyvə yığmaq üçün qapaqlı vaza hər bir 500 manat olmaqla 2 ədəd, cəmi 1000 manat, “Gucci” brendindən olan qablar: yəni fujerlər - dəstdə 12 ədəd olmuş ümumi dəyəri 3000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brendi 1 ədəd böyük xrustal qrafinka və 12 ədəd baka 2500 manat, Rusiya istehsalı olan 50 ədəd gümüş qaşıq, 50 ədəd çəngəl, 50 ədəc bıçaq - ümumi dəstin dəyəri 5.000 manat, Çexiya Respublikasına məxsus olar “TOM” firmasının brendi 1 ədəd tort qabı - 500 manat, 6 ədəd əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus süfrələr, hər biri 500 manat olmaqla, cəmi 3000 manat, əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus aksesuar kolleksiyal süfrələr - 10 ədəd hər biri 60 manat olmaqla, cəmi 600 manat, əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus 60 ədəd parça salfetka hər biri 5 manat olan, cəm 300 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brendi 5 cür dəs qablar - hərəsi 24 pors, xrustal stəkanlar, bakallar, Kuznisov qablar həmin dəstin ümumi dəyəri 10.000 manat, Moskvadan gətirilmiş Rusiya istehsalı olan “Staroye zolot" adlı pərdə - 3000 manat, İçki kolleksiyası - 6 ədəd 5 litr olan yırğalanan “red lebull viski, 2 ədəd 1 litrlik “Heninki” viskiləri, 2 ədəd 2 litrlik “Heninki” viskiləri, 5 ədəd 5 litrlil “Chivas Regal”, 10 ədəd 3 litrlik “Smirnov” içkilər (1990-cı il istehsalı), qılınc suveni formasında xrustal şüşədə konyak, Fransa istehsalı olan qədim şərablar, qonaq otağında olan televizor altlığında içərisində 1 litrlik “red lebull”, “blue lebul”, “blacl lebul” və çaxırlar, “Jack Daniels”, 10 ədəd Fransa istehsalı likör, 4 ədəd Fransa istesal “Möte” şampan, Almaniya istehsalı “Rasputen” araqları-bunların qədimiliyi və antikva olmaları nəzərə alınaraq ümumi dəyəri - 150.000 manat, Çexiya Respublikasım məxsus olan “TOM” brendindən 4 növ 12 pors xrustal bakallar hər növünün qiyməl 1.250 manat olmaqla cəmi - 5000 manat, Çexiya Respublikasına məxsus olan “TOM" brendindən 4 növ Bogema bakallar hər n övü 750 manat olan cəmi - 3000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən “Bogema vazalar, qrafır bakallar, konfet qabı ümumi dəstin qiyməti - 2000 manat, İngiltərə istehsalı çay, qəhvə və nahar dəsti - 5000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən dondurma qabları, mürəbbə qabları, konfet qabları ümumi dəyəri - 2000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən Xrustal qablar, xrustal vazalar, yəni 12 ədədi 2500 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən korzinlər - 12 ədədi 2.500 manat, Yaponiya istehsalı olan “Madonna” nahar servizi 4000 manat, Qədim əl xalçası - İrəvanda toxunmuş - 4 ədəd hər biri 2500 manat olmaqla, cəmi 10.000 manat, Yaponiyanın “Panasonic” firmasına məxsus olan və evin 4 otağının hərəsində bir kondisioner ol maqla, cəmi 4 kondisioner - 5 000 manat, 2 ədəd ütü - Yaponiyanın “Panasonic” firmasına məxsus 1 əl ütüsü - 300 manat, 1 buxar ütüsü - 700 manat, cəmi - 1000 manat; “LG” firmasına məxsus olan tozsoran 500 manat; Əfqanıstanda toxunmuş yer xalçası 1500 manat, Mətbəxdə yerləşən İtaliya istehsalı şüşə mətbəx stolu - 2000 manat, mətbəxdə yerləşən İtaliya istehsalı 4 ədəd üzlüyü at dərisindən olan stullar, hər biri 300 manat olmaqla, cəmi 1200 manat yataq otağında olan İddiaçı məxsus qızıl saat, üzük, qolbaq, sep, qızıl və gümüş zapinkalar, Məmmədova Nərgiz Ələsgər qızına məxsus İtaliya istehsalı 750 əyarlı 3 dəst komplekt, 950 əyar ərəb istehsalı olan 10 qolbaq, İtaliya istehsalı 4 ədəd sep, 2 ədəd yadigar tək qaş üzük, 2 ədəd yadigar 1 ədəd Versace komplekt: üzük, sırğa, qolbaq, İtaliya istehs alı 750 əyar 3 ədəd sırğa ümumi dəyəri 50.000 manat, yataq otağında olan mebel 25.000 manat, Türkiyə istehsalı “Tac” firmasına məxsus olan yataq dəsti - 5000 manat (daxildir: yorğan, döşək, balışlar, komplekt pastel belyolar, işlənmiş və təzələr), İtalya və Fransa istehsalı 10 cüt kişi kostyumu, İtaliya və Fransa istehsalı 20 cüt köynək, İtaliya və Fransa istehsalı 10 cüt ayaqqabılar, ailə üzvləri - Məmmədova Nərgiz Ələsgər qızına, X8 və İddiaçı məxsus 2 cüt alt paltarları, 3 cüt xalatlar, kişi üşün canavar dərisindən kurtka 4.500 manat, İtaliya istehsalı kişi üçün kaşmir palto 2.500 manat, 4 ədəd yaz və payız kurtkaları Versace, Fendi və Armany brendinə məxsus, cəmi 3000 manat, ümumilikdə 10.000 manat, Yunanıstan istehsalı qadın şubası 2 ədəd, hərəsi 3.500 manat olmaqla cəmi 7000 manat; a ilə üzvləri - Məmmədova Nərgiz Ələsgər qızına və X8 məxsus “Gucci”, “Fendi”, “Armany”, “Dolce Gabbana”, “Trussardi” brendi, həmçinin Türkiyə istehsalı qadın paltarları ümumi dəyəri 10.000 manat, Fransız ətirləri “Gucci”, “Dior”, “Armany” və s. ümumi dəyəri 5.000 manat, İtaliya və Türkiyə istehsalı olan ayaqqabılar, ümumi dəyəri 5000 manat, 1-ci yataq otağında əl xalçası İrəvan istehsalı, dəyəri 5000 manat, 2-ci yataq otağı: Türkiyədə yığılmış təmiz taxtadan mebel (yataq, şifoner, 2 ədəd kiçik siyirmə, 1 ədəd böyük siyirmə, 1 ədəd tryumo), ümumi dəyəri - 55.000 manat, həmin otaqda olan ancaq mülkiyyətçisi İddiaçı məxsus olan paltarlar - “Versace”, “Ferrari”,’’Armany” brendinə məxsus sviter, cins şalvar, köynəklər, sport və adi ayaqqabılar, çəkmələr, “Versace”, “Ferrari”,’’Armany” brendinə məxsus üst və alt geyimləri - ümumi dəyəri 20.000 manat, Moskvadan gətirilmiş Rusiya istehsalı “Staroye zoloto” Pərdə 1000 manat, Xalça Qarabağda toxunmuş 2000 manat, Mətbəxdə: Fransa istehsalı olan dəst qazanlar 1000 manat, Türkiyə istehsalı olan yığılmış mebel 10.000 manat, Rusiyadan gətirilmiş “Panasonic” markalı Soyuducu 2000 manat, Rusiyadan gətirilmiş “Panasonic” markalı qaz peçi 1500 manat, Mətbəxdəki İrandan alınmış əl işi serviz - 600 manat, elektronika alətləri: kofevarka 100 manat, kofemolka -100 manat, ətçəkən maşın - 250 manat, şirəçəkən maşın manat – 800 manat, toster - 300 manat, elektrik çaydan - 400 manat, mikser – 450 manat, çörəkqızardan - 500 manat, frutilnisa 2 ədəd - 2000 manat, mikrodalğalı soba – 2500 manat, blender - 300 manat, Yaponiya istehsalı yumurta bişirən 500 manat, Panasonic markalı televizor - 1000 manat, Yaponiya istehsalı vafelnisa - 800 manat, ümumi dəyərləri - 10.000 manat, Qonaq otağında Sony markalı Televizor – 3000 manat, Çexiya Respublikasına məxsus olan Çilçıraq 500 manat; Rusiya istehsalı 4 ədəd şabalıd ağacından qapılar - 4000 manat, içliyi İtaliyadan gəlmiş Rusiya istehsalı çöl qapısı - 5000 manat, Materialları İtaliyadan gəlmiş Türkiyə istehsalı dəhlizdə şkaf 10.000 manat, həmin şkafda Məmmədova Nərgiz Ələsgər qızına məxsus 2 cüt kurtka, 2 ədəd Yunanıstan istehsalı şubalar, 2 cüt ayaqqabı, 3 cüt idman ayaqabısı, İddiaçı məxsus 4 cüt üst geyimi, 2 cüt idman ayaqqabısı, 2 cüt idman ayaqqabısı, 2 cüt klassik ayaqqabılar, X8 məxsus “Fendi”, “Mango”, “Versace”, “Ferrari” brendinə məxsus 10 cüt pasanoşkalar, 5 cüt çəkmələr, 6 cüt idman ayaqqabıları, üst geyimləri, yuxarı rəflərdə təzə paltarlar, Tac və Versace brendlərinə məxsus cehizlik pastel belyolar, ümumi dəyəri 15.000 manat, vanna otağı: İtalya kafeli 15.000 manat, moydadir - 5.000 manat, cakuzzi - 14.000 manat, unitaz- 2 ədəd 1000 manat, bede - 1000 manat, Bosch firmasının qazı - 500 manat, İndesit markalı Fransa istehsalı paltaryuyan maşın - 600 manat, İtaliya istehsalı qızıl suyuna salınmış krantlar: 1 ədəd bedenin üzərində, 1 ədəd moydadırın üzərində, 1 ədəd cakuzzidə, 2 ədəd əlavə, hər biri 2.580 manat olmaqla, cəmi 5 ədədi 12.900 manat, ümumi dəyəri 50.000 manat olan (icra məmuru tərəfindən evə baxış keçirilərkən həmin əşyaların hazırda vanna otağında olduğu qeyd edilmişdir) əşyalar, qarajın içindəkilər: Mebel, soyuducu, içində original sənədlərin olduğ u seyf. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi - icra məmuru Elgiz Qəmbərov izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərardadın icrası məqsədi ilə o, iddiaçının nümayəndələri və hal şahidləri ilə birlikdə Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilində olan əşyaların üzərinə həbs qoyulması məqsədi ilə həmin mənzilə getmişdilər. Lakin həmin vaxt mənzildə olan bir qadın mənzilin qapısını açmamış və ondan nə məqsədlə gəldiklərini soruşmuş, o da bu suala cavab olaraq ona məhkəmə tərəfindən qəbul edilmiş qərardadın mahiyyəti və qərardada uyğun olaraq görülməli olan tədbirlər barədə məlumat vermişdir. Buna cavab olaraq həmin qadın İddiaçı məxsus olan əmlakların qaraja yığıldığını və qarajın açarının da onun özündə olduğunu bildirmişdir. Lakin müraciətinə baxmayaraq, bundan sonra da qərarın icrasının təmin edilməsi üçün qapını açmaqdan imtina etmiş və nümayəndələri olan Aybəniz adlı şəxsin telefon nömrəsini verərək, onunla əlaqə saxlanılmasını xahiş etmişdir. Nümayəndə isə qərardan məlumatlı olmadığını bildirmiş və həmin qərardaddan şikayət verəcəyini qeyd etmişdir. Nəticədə o, məhkəmə qərarını icra edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qsmində dindirilmiş X13 əvvəllər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icra məmuru vəzifəsində, hazırda isə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində icra məmuru vəzifəsində çalışdığını bildirmiş və qeyd etmişdir ki, Bakı şəhəri Nəri manov rayon İcra şöbəsinin əməkdaşı olan zaman Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının icrası məqsədi ilə şöbənin digər əməkdaşı Rəfail Səfərovla birlikdə Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilində olan əşyaların üzərinə həbs qoyulması məqsədi ilə həmin mənzilə getmişdir. Mənzilə onun mülkiyyətçisi Cavabdeh, nümayəndəsinin və ailə üzvlərinin iştirakı ilə keçirilmiş baxış zamanı və Cavabdeh və onun ailə üzvlərinin verdyi məlumata əsasən müəyyən edilmişdir ki, mənzildə olan bir sıra əşyalar, o cümlədən qonaq otağında bir ədəd böyük yemək stolu, 8 ədəd stul, 1 ədəd güzgülü qısa komod, 2 ədəd 5 mərtəbəli qorka, 4 ədəd kondisioner, şüşə stol, yataq otaqlarında olan mebellər, mətbəxt mebeli keçmiş mülkiyyətçidən qalmışdır. Qeyd edilən məhkəmə qərardadının icrası m əqsədi ilə bu əşyalar, habelə mənzildə olan 4 ədəd qapı, giriş qapısı, dəhlizdə olan şkaf, vanna otağında olan əşyalar siyahıya alınmışdır. Qərardadda qeyd edilən digər əşyalar mənzildə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, iddiaçının dostudur. Mübahisəli mənzillə bağlı bütün proseslərdə iştirak etmişdir. Mənzilin alqı-satqısı baş tutduqdan sonra iddiaçı və onun ailəsi hələ mənzildən çıxmamış və mənzili boşaltmamışlar. Cavabdeh tərəf həmin mənzilin qapısını sındıraraq mənzilə daxil olmuşdur. Nəticədə cavabdeh tərəf mənzili onun içində olan və iddiaçıya məxsus olan əşyalarla birlikdə ələ keçimişdir. Halbuki, tərəflər arasında belə bir razılaşma olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 göstərmiş dir ki, o, iddiaçının doğma qızı olmasa da iddiaçı onu öz qızı kimi böyütmüşdür. O, iddiaçı ilə birlikdə mübahisəli əşyaların yerləşdiyi mənzildə yaşamışdır. Cavabdeh və onun ailə üzvləri mübahisəli əşyaları onların yerləşdiyi mənzillə birlikdə zəbt etmiş və həmin vaxtdan qeyd edilən əşyalar həmin mənzildədir. İddiaçı tərəfindən təqdim edilmiş aktda onun adı qarşısında icra edilmiş imza onun tərəfindən icra edilməmişdir. Onunla cavabdeh arasında mənzildə olan mebellərin cavabdehə satılması və ya mənzildə saxlanılması barədə hər hansı razılaşma olmamışdır və o, iddiaçıdan da belə bir tapşırıq almamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2017-ci il tarixli, 20544 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 75-ci vərəqə sində evin yemək və yataq dəstləri ilə birlikdə satılmasına dair tərtib edilmiş 17 avqust 2013cü il tarixli aktda “X12:” yazıların qarşısındakı imza - X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2018-ci il tarixli, 28612 nömrəli ekspert rəyinə əsasən stol 1x1,95 sm ölçüdə, orta hissəsi 1x0,45sm ölçüdə şüşədəndir + 8 ədəd stul+2,05x0,90x0,50sm ölçüdə şüşəli, 4 gözlü 2 ədəd şkaf+0,90x0,93x0,50sm ölçüdə televizor altıx2x1,02x0,50sm ölçülü termo, güzgüsü-1,40x0,95sm ölçüdə qəhvəyi rəngli hər birindən 1 dəst 2013-cü ilə təzə vəziyyətdə 10.000 manat, 2013-cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 6.000 manat, hazırki vəziyyətdə 4.500 manat, şkaf-2,40x2,20x0,60sm ölçüdə, yataq 2,10x1,80x0,82sm ölçülü, 2 siyirməli, 2 ədəd tumba 0,34x0,43x0,50sm ölçülü, termo 0,70x0,98x0,38sm ölçülü + güzgüsü 0,52x0,90sm ölçüdə 1 dəst 2013-cü ilə təzə vəziyyətdə 2.500 manat, 2013-cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 1.800 manat, hazırki vəziyyətdə 1.400 manat, 215x255x53 sm ölçülü ortası güzgülü şkaf + 2,05x1,67x0,60sm ölçüdə yataq, 0,62x0,60x0,45sm ölçülü 3 siyirməli, 115x63x43sm ölçüdə tumba, 93x45x94sm ölçüdə termo 90x90sm ölçüdə güzgüsü ilə 1 dəst 2013-cü ilə təzə vəziyyətdə 8.000 manat, 2013-cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 5.000 manat, hazırki vəziyyətdə 4.000 manat, 85x145 sm ölçüdə şüşə stol + 4 ədəd stul oturacaq hissəsi qara rəngli dəri 1 dəst 2013-cü ilə təzə vəziyyətdə 800 manat, 2013- cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 500 manat, hazırki vəziyyətdə 350 manat, 110x315x297 sm öl çüdə mətbəx mebeli 2 ədəd qabyuyan yeri var 1 dəst 2013-cü ilə təzə vəziyyətdə 1.000 manat, 2013-cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 500 manat, hazırki vəziyyətdə 350 manat, Panasonic kondisioner (cavabdeh işləmədiyini bildirdi) işlək vəziyyətdə olduğu halda 3 ədəd 2013-cü ilə təzə vəziyyətdə 750x3=2.250 manat, 2013-cü ilə istifadə olmuş vəziyyətdə qiyməti 500x3=1.500 manat, hazırki vəziyyətdə 350x3=1050 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 29.07.2017-ci il tarixli, 040- 1734-1217 nömrəli məktubuna əsasən vətəndaş X9 24.11.2013-cü il tarixdə evinin qapısının sındırılaraq zəbt edilməsi, həmin şəxslərin onun hədəmələri ilə əlaqədar Nərimanov RPİ 18-ci PB-yə dəfələrlə müraciət etməsinə baxmayaraq nəticəsiz qalması barədə müraciəti əsasında 2013-cü ilin dekabr ayında Bakı şəhər BPİ-nə xidməti yoxlama aparılmış, 22 və 24 noyabr 2013-cü il tarixlərdə yaşadığı həmin mənzilin qapısının kilidlərinin Çingiz adlı şəxs tərəfindən dəyişdirilərək mənzilə daxil olub çıxmaması barədə vətəndaş Sona Məmmədovanın DİN-in “102” xidmətinə verdiyi məlumat əsasında araşdırma aparılmış və nəticədə 15.12.2013-cü il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(005)-31/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı məxsus olan və Cavabdeh mənzilində qonaq otağında olan 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altı (qısa kom od), 1 ədəd güzgülü şkaf (böyük komod), 2 ədəd 4 gözlü şkaf, 1 ədəd şüşəli stol, yataq otağında olan mebel dəsti (1 ədəd şkaf, 1 ədəd yataq, 2 ədəd tumba, güzgülü termo), digər yataq otağında olan mebel dəsti (1 ədəd güzgülü şkaf, yataq, tumba, güzgülü termo), mətbəxtdə olan 1 ədəd şüşəli stol və 4 ədəd üzlüyü qara dəridən olan stulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 160 manat məbləğində pul vəsaitinin 80 manat hissəsinin İddiaçı, 80 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Məhkəmə həmçinin 17.08.2013-cü il tarixdə tərtib edilən müvafiq aktda imzanı saxtalaşdırılması faktı üzrə xüsusi qərardad çıxarar aq, Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna məlumat vermişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzili əvvəllər İddiaçı mülkiyyətində olmuş, o həmin mənzildə yaşamışdır. 16.08.2013-cü il tarixdə onunla (onun adından X12 etibarnamə ilə) Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin mənzil 120.000 manata Cavabdeh satılmış və sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ 06.11.2013-cü il tarixdə dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Mənzilin alğısatqısı həyata keçirildikdən sonra İddiaçı qeyd edilən alğı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun həmin müqavilənin ləğv edilməsi və etibarsız hesab edilməsi t ələbinə dair iddiaları təmin edilməmişdir. Cavabdeh hazırda həmin mənzildə yaşayır. Hazırda iddiaçı cavabdehlə aralarında alğı-satqı müqaviləsi olmasına baxmayaraq, onun mübahisələndirdiyini və nəticə etibarı ilə mənzili cavabdehə təhvil vermədiyini, cavabdehin mənzilin qapısının kilidini sındıraraq mənzilə daxil olduğunu, həmin vaxt ona məxsus bütün əşyaların mənzildə olduğunu və cavabdehin mənzillə birlikdə həmin vaxt mənzildə olan və ona məxsus olan əşyaları qanunsuz olaraq ələ keçirdiyini və bu günədək ona qaytarılmadığını iddia edərək, onların miqdarını, çeşidini və qiymətini göstərməklə geri qaytarılmasını tələb edir. Cavabdeh həmin mənzildə iddiaçıya məxsus olan əşyaların olduğunu etiraf edir, lakin həmin əşyaların mənzilin alğısatqısı zamanı mənzillə birlikdə iddiaçı tərəfindən ona satıldığını bildirir. Eyni zamanda, cavabdehin nümayəndəsi hazırda mənzildə olan əşyaların (mebellərin) cavabdehə satılmasını təsdiq edən və 17.08.2013-cü il tarixdə tərtib edilən müvafiq aktı təqdim edir və həmin aktın mənzilin alğısatqısında satıcı qismində çıxış edən X12 tərəfindən imzalandığını bildirir. Akta əsasən 16.08.2013-cü il tarixdə satıcı İddiaçı nümayəndəsi X12 ilə alıcı Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən mənzilin notarial qaydada alğı-satqısı baş tutmuşdur. Satıcı 120.000 manatı alaraq 37,8 kv.m. 2 otaqdan ibarət mənzili və mənzilin içərisində olan bir yemək dəsti olan, iki yataq dəsti olan mebeli alıcıya sataraq onun ixtiyarına verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 17.08.2013-cü il tarixli akta imza etmədiyini və aktda olan imzanın ona məxsus ol madığını bildirir. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə- xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən 17 avqust 2013-cü il tarixli aktda X12:” yazıların qarşısındakı imza - X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, mülki iş çərçivəsində qəbul edilmiş iddianın təmin etmə tədbirinin görülməsi barədə qərardadın icrası qaydasında icra məmurları tərəfindən cavabdehin mülkiyyətində olan mənzildə iddia ərizəsində göstərilən bir sıra əşyalar, o cümlədən qonaq otağında bir ədəd böyük yemək stolu, 8 ədəd stul, 1 ədəd güzgülü qısa komod, 2 ədəd 5 mərtəbəli qorka, 4 ədəd kondisioner, şüşə stol, yataq otaqlarında olan mebellər, mətbəx mebeli aşkar edilmiş, cavabdeh onların iddiaçıda n qaldığını etiraf etmişdir. Qeyd edilən məhkəmə qərardadının icrası məqsədi ilə bu əşyalar, habelə mənzildə olan 4 ədəd qapı, giriş qapısı, dəhlizdə olan şkaf, vanna otağında olan əşyalar siyahıya alınmışdır. Bundan əlavə mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında aparılmış ekspert tədqiqatının nəticələri üzrə cavabdehin ünvanında yerləşən orta hissəsi şüşədən olan stolun, 8 ədəd stulun, 2 ədəd 4 gözlü şkafın, televizor altının, şkafın, 2 siyirməli, 2 ədəd tumbanın, termonun, ortası güzgülü şkafın, 3 siyirməli tumbanın, termonun, şüşə stolun, 4 ədəd stulun mətbəx mebelinin, 3 ədəd Panasonic kondisionerin 2013-cü ilə təzə vəziyyəti, 2013-cü ilə istifadə olmuş vəziyyəti və hazırki vəziyyəti əsas götürülməklə qiymətləndirilməsi həyata keçirilmişdir. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi əşyalar üç hissəyə bölünür: birincisi - hazırda mənzildə olan və cavabdehin etirafına əsasən iddiaçıya məxsus olmuş əşyalar, ikincisi - iddiaçıya məxsus olmuş və hazırda mənzildə olmayan əşyalar və üçüncüsü - mənzildə olmuş və iddiaçının ailə üzvlərinə, yəni Məmmədova Nərgiz Ələsgər qızına və X8 məxsus olan əşyalar. Məhkəmə iddia tələbini Məmmədova Nərgiz Ələsgər qızına və X8 məxsus olan əşyaların cavabdehdən alınaraq İddiaçı qaytarılması hissəsində əsassız hesab etmiş və bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olmayan əşyaların cavabdehdən alınıb ona verilməsini tələb edir. Həmin əmlakların mülkiyyətçisi kimi göstərilmiş Məmmədova Nərgiz Ələsgər qızına və X12 isə hazırki mülki iş ü zrə iddiaçı qismində çıxış etmirlər. İddiaçıya məxsus əşyalarla bağlı iddianı qismən təmin edən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddiaçı tələb etdiyi bütün əşyaların mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iddianı yalnız cavabdehin etiraf etdiyi və icra məmuru tərəfindən siyahıya alınmış əmlaklar həddində qismən, yəni qonaq otağında olan 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altı (qısa komod), 1 ədəd güzgülü şkaf (böyük komod), 2 ədəd 4 gözlü şkaf, 1 ədəd şüşəli stol, yataq otağında olan mebel dəsti (1 ədəd şkaf, 1 ədəd yataq, 2 ədəd tumba, güzgülü termo), digər yataq otağında olan mebel dəsti (1 ədəd güzgülü şkaf, yataq, tumba, güzgülü termo), mətbəxdə olan 1 ədəd şüşəli stol və 4 ədəd üzlüyü qara dəridən olan stula aid hissədə təmin etmişdir. Mövcudluğu və cavabdehin istifadəsində olması mübahisə doğurmayan (siyahıya alınmış) otaq və giriş qapıları, hamamda kafel, moydadır, cakuzzi, bede, krantlarla bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, bu əşyaların qaytarılması mümkün deyil. Məhkəmə sadə hüquqi məntiqə sığınaraq vurğulamışdır ki, tərəflər arasında mənzilin alğısatqı müqaviləsi bağlanarkən bu əşyalar mənzildə saxlanılır. Belə ki, bu əşyalar (ümumiyyətlə təmirin, yenidənqurmanın nəticələri) mənzilin tərkib hissəsini təşkil etdiyindən mənzil dedikdə bu əşyalarda başa düşülür. Məsələyə iddiaçı dediyi prizmadan yanaşıldıqda isə hər alğı-satqıdan sonra satıcı alıcıya yeni tikili vəziyyətinə çatdırılmış, yəni döşəməsinə və tavanına kimi sökülmüş, borularına kimi çıxarılmış mənzil təhvil verilməli dir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə mətbəx mebeli, dəhlizdə olan şkaf və mənzildə olan 3 ədəd kondisionerlə də belə qənaətə gəlmişdir ki, bu əşyalar da qaytarılmamalıdır. Belə ki, mətbəx mebeli və dəhlizdə olan şkaf vahid şəkildə deyil, müəyyən hissələrdən ibarət olmaqla mətbəxin və dəhlizin ölçülərinə uyğun şəkildə sifariş edilir və divara bərkidilməklə yığılır və əsasən həmin mətbəx və dəhliz üçün yararlıdır və mənzil satıldıqda mənzillə birlikdə alıcıya təhvil verilir. Kondisioner də eyni qaydada divara bərkidilmiş şəkildə saxlanılan əşyadır. Onun televizor, soyuducu, paltaryuyan kimi sərbəst şəkildə yerinin dəyişməsi mümkün deyil. Bu hal nəzərə alınmaqla təcrübədə də mənzilin alğı-satqısı zamanı bu əşya adətən alıcıya mənzillə b irlikdə təhvil verilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. İddiaçı tərəfindən tələb edilən cavabdehin mənzilində olmayan əşyalarla bağlı isə məhkəmə qeyd etmişdir ki, hər iki tərəf bu əşyaların “qarajda” olduğunu, əşyaların hansı şəraitdə və kim tərəfindən qaraja yerləşdirildiyini bilmədiklərini, hər iki tərəf əşyaların qaraja digər tərəfin yığdığını bildirir. Lakin araşdırma zamanı cavabdehin mülkiyyətində və ya istifadəsində hər hansı qarajın olduğu müəyyən edilməmişdir, iddiaçı da öz növbəsində bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 162, 164.1, 164.2, 568.1, 568.2, 577.1, 578.2, 595.1-ci maddələri ilə əsasland ırmışdır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov - sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 02.02.2021-ci il tarixli, 2(103)-1600/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)31/2018 saylı iş üzrə 19 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, “Ərizəni özüm yazmışam. Hal-hazırda dəqiq xatırlamıram. Yaşla bağlı yaddaşımda problemlər var. Mənim qarajım iddiaçının qarajının yanında yerləşir. Qarajdakı əşyaları yük avtomobilinə yükləyəndə görmüşəm. “Qazel” markalı, açıq rəngli yük avtomobili idi. Bu hadisə təxminən 3-4 il əvvəl baş verib. Qaraj açılanda və əşyalar avtomobilə yüklənən vaxt İddiaçı orada yox idi. Yüklərin daşınması və yüklənməsi kənar – tanımadığım şəxslər tərəfindən həyata keçirilmişdir. Mən bu adamların kim olduğunu həyətdəki meyvə-tərəvəz satıcısı olan qadından soruşdum. O isə cavabında iddiaçının adamlarının olduğunu bildirdi. Sonra mən cavabdehdən soruşdum, bildirdi ki, bu barədə məlumatım var, onun tərəfindən deyil, iddiaçının adamlarını tərəfindən əşyaların aparıldığını bildirdi. Notariat ofisinə təxminən 3-4 il əvvəl Təbriz küçəsində getmişik. Hadisədən sonra getmişik N otariat ofisinə. Məni Notariat ofisinə cavabdeh dəvət etmişdir.” Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, “Notariat ofisində ərizəni gedib ona görə imzalamışam ki, qarajdan əşyalar çıxarılaraq yük avtomobilinə yüklənərək aparılmışdır. Mənim həmin qarajla yanaşı meyvə-tərəvəz dükanım var. Bu hadisə 2017-ci ildə baş vermişdir. Mən Notariat ofisində ərizəni təxminən keçən il imzalamışam. Hadisədən sonra Notariat ofisinə getmişəm. Həmin vaxt orada mən nə Vahid müəllimi, nə də onun arvadını görməmişəm. Əşyaları fəhlələr daşıyırdı.” Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Özümə məxsus “Qazel” markalı avtomobillə yük taksisi kimi fəaliyyət göstərirəm. Nərimanov metrostansiyasının yaxınlığında 2 nəfər gə nc oğlan mənə yaxınlaşaraq əşyaların Masazır qəsəbəsinə aparılmasının lazım olduğunu bildirdilər. Razılaşdıq və getdik həmin əraziyə. Polis sahə rəisi də orada idi. Qarajın içinə daxil olmamışam. Yüklər mənim tərəfimdən yüklənməmişdir. Yüklər arasında köhnə əşyalar – 2 dəst yorğan döşək dəsti, qutular var idi. Əşyaları Masazır qəsəbəsinə apardım. Masazır qəsəbəsindəki ünvanı xatırlamıram. Fotoşəkildəki avtomobil mənə məxsusdur və hadisəni əks etdirən görüntülər həmin vaxt çəkilmişdir. Hadisə təxminən 3-4 il əvvəl baş vermişdir. Hadisə vaxtı nə iddiaçı, nə də cavabdehi orada görməmişəm. Qarajın içində mebel və seyf görməmişəm.” Məhkəmə kollegiyası izahatları dinləiyb, birinci instansiya məhkəməsində və kollegiya iclasında dindirilmiş üçüncü şəxsin nümayəndəsi və şahidlərin ifadəsinə qiymə t verib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən tələb edilən cavabdehin mənzilində olmayan əşyalarla bağlı isə məhkəmə qeyd etmişdir ki, hər iki tərəf bu əşyaların “qarajda” olduğunu, əşyaların hansı şəraitdə və kim tərəfindən qaraja yerləşdirildiyini bilmədiklərini, hər iki tərəf əşyaların qaraja digər tərəfin yığdığını bildirir. Lakin araşdırma zamanı cavabdehin mülkiyyətində və ya istifadəsində hər hansı qarajın olduğu müəyyən edilməmişdir, iddiaçı da öz növbəsində bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Apelyasiya baxışı zamanı şahidlərin ifadəsi və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə edilən fotoşəkillərə baxış nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən qaraj hələ 03.04.2017-ci il tarixdə açılmış və içərisində olan əşyalar oradan çıxarılmışdır. İddiaçı fotoşəkillərdə olan qarajın ona məxsus olduğunu, lakin əşyaların onun tərəfindən götürülmədiyini, bu barədə məlumatının olmadığını və həmin vaxt onun özünün və ailə üzvlərinin həmin ərazidə olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alan Kollegiya iddiaçı tərəfindən tələb edilən cavabdehin mənzilində olmayan, qaraja yığıldığı bildirilən əşyalarla bağlı qeyd etmişdir ki, 2017-ci ildə qaraj açılmış və oradan əşyalar götürülmüşdür, b elə olan halda, qaraja baxış keçirilməsinin hazırki halda hər hansı əhəmiyyəti qalmamışdır və artıq qarajdan əşyalar götürüldüyü üçün bu dəlil üzrə araşdırılma aparılması mümkün deyildir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1600/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən hissə əmlaklara münasibətdə əsl iddiaçının Nərgiz Məmmədovanın və Sona Məmmədovanın olduğunu müəyyən etsə də, hətta Sona Məmmədovanın şahi d qismində məhkəmədə ifadəsi alınsa da, Nərgiz Məmmədova üçüncü şəxs qismində işə cəlb edilsə də, məhkəmənin özünün ayıraraq bölgü apardığı əmlaklara münasibətdə qanunvericiliyin bu tələbini müzakirə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hissədə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edilən əsaslara hüquqi qiymət verməmişdir. Bundan başqa iddia ərizəsində adları qeyd edilən əmlak istifadəçiləri ayrılıqda qeyd edilsə də həmin tələb olunan əmlakların iddiaçının vəsaiti hesabına alınması da nəzərə alınmamışdır. Belə olan halda iddiaçının iddia ərizəsində qeyd edilən bütün əmlaklara münasibətdə tələb hüququnun olması əsaslıdır. İşdə olan sübutlarla müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən əmlakların qiyməti, forma, model və markalarının qeyd edilməsi, həmçinin mübahisəli əmlakların dəqiqliyi ilə hansı ailə üzvünün istifadəsində olmasının göstərilməsi həmin əmlakların mövcudluğunu təsdiq edən hallardan biridir. Bundan başqa cavabdeh özü də apellyasiya instansiyası məhkəməsində etiraf etmişdir ki, mübahisəli əmlaklar cavabdeh və nümayəndəsi tərəfindən iddiaçıya məxsus qaraja yığılmışdır, bununla əlaqədar xüsusi qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya instansiyasında yeni sübut kimi təqdim etdiyi və məhkəmənin də bunu qəbul etdiyi yeni sübut olan şahidlər də təsdiq etmişlər ki, qarajda olan əmlaklar daşınaraq aparılmışdır. Buna məsul şəxs cavabdeh olduğu halda məhkəmə hesab etmişdir ki, guya “artıq qarajdan əşyalar götürüldüyü üçün bu dəlil üzrə araşdırılma aparılması mümkün deyildir.” Məhkəmənin bu dəlili tamamilə əsassızdır. Belə ki, c avabdehə evə qapını sındırıb daxil olmasını, oradakı əmlakları özbaşına qaraja yığmasını və sonra da qarajdan daşınmasını təşkil etməsini heç kim xahiş etməmişdir. Belə ki, hadisədən üç il sonra guya cavabdehin özü tərəfindən məhkəməyə çağırılan şahidlər əmlakların daşınmasını gördüklərini, sürücü isə daşıdığını təsdiq etmiş cavabdeh isə bu hadisənin 2017-ci il tarixdə fotosunu çəkmişdir. Ancaq iddiaçının şəklin çəkə bilməmişdir, çəkə də bilməzdi həmin vaxt iddiaçı qarajda olmamış, qaraja nə yığıldığını bilməmişdır. İddiaçıdan fərqli olaraq cavabdeh 4 otağın əmlakını qaraja yığa bilmiş, uzun müddət sonra qarajdan əmlakların daşındığını görmüş, foto şəklini çəkmiş, hətta bu hadisəni görən şahidləri və sürücünü də hadisədən üç il sonra müəyyən edərək məhkəməyə dəvət edə bilmişdir. Qarajın qapısının sındırılması barədə heç bir şahid və sürücü görməmişdir. Halbuki cavabdeh guya açarın onda olmadığını bildirmişdir. Məhkəmə isə bu faktlara ümumiyyətlə qiymət belə verməmişdir. İşdə olan alqı satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbinə dair qəbul edilən məhkəmə qətnamələrindən aşkar surətdə müəyyən edilir ki, həmin dövrdə iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirərək etibarsızlığını tələb edir. Eyni zamanda mülki işin icraat zamanı mübahisəli mənzillə əlaqədar iddianın təmin tədbiri olaraq həm cavabdehin üzərinə, həm də AR DƏDRX-nin üzərinə mənzilin sənədləşdirilməsi ilə əlaqədar qadağalar qoyulmuşdur. Mülkiyyət hüququ 06.11.2013-cü il tarixdə qeydiyyata alınsa da buna dair reyestrdən çıxarışı məhkəmə qərardadı ilə qoyulan qadağalar səbəbindən cavabdeh ala bilməm işdir. Cavabdehdə bu olmuş olsa idi mənzilə elə 06.11.2013-cü il tarixdə girmiş olardı. Cavabdeh məhkəmə tərəfindən qoyulan qadağaların olmasına baxmayaraq, iddianın təmin tədbiri barədə qərardadlar ləğv edilmədiyi halda, mənzilin açarları Sona Məmmədovada olduğu halda, qapını sındıraraq mənzilə daxil olmuşlar. Bundan xəbər tutan zaman həmin dövrdə Sona Məmmədova, nümayəndə və həmçinin şahid kimi İfadəsi alınan Məzahir Abdulayev mübahisəli ünvana getmişdir. Onlar orda olanda artıq mənzildə cavabdeh və ailə üzvləri, həyətdə 18-ci Polis Bölməsinin nümayəndələri və cavabdehin Aybəniz adlı nümayəndəsi mübahisəli ünvanda idilər. Mənzildə baş verən bütün proseslər mənzildə olan şəxslər tərəfindən video kamera vasitəsi ilə qeydə alınırdı. Sona Məmmədova mənzilin bosaldılmasnı məhkəmənin yekun qər arını gözlənilməsini tələb etsə də, mənzildə özünə və ailəsinə məxsus müxtəlif dəyərdə əmlaklarının olmasını, əmlakların götürülməsi üçün şərait yaradılımasmı desə də bunun əvəzində əvvəlcədən həyətdə gözləyən polis nəfərləri tərəfindən bölməyə dəvət olunmuşdur. Cavabdehin həyat yoldaşı Kəmalə əmlakların kamera çəkilişi ilə qaraja yığılacağını, sonra açarı götürməyi Sona Məmmədovaya bidirmişdir. Məhkəmənin müəyyən əmlaklara münasibəti və sadə məntiqi başa düşülən olsa da, 4 ədəd kondisioner, mətbəx mebeli və dəhliz mebelinə münasibəti başa düşülən deyildir. Sadə məntiqlə işə hüquqi qiymət verilirsə, ev satılarkən hamam qızdırıcı soba növündən asılı olmayaraq və otaqların qızdırıcı batareyaları növündən asılı olmayaraq yerində olmalıdır. Ancaq bir evin satışında alıcıya 3 kondisioner bağışl amaq sadə məntiqə sığmır. Mətbəx mebelinin və dəhlizdə olan şkafın məhz həmin evin konfiqurasiyasına uyğun düzəlib adı altında iddiaçıya qaytarılmaması da əsasızdır. Belə ki, bu növ mebellərin alıcıda qalması yalnız satanın razılaşdırılmış iradəsindən asılıdır. Belə bir razılaşma isə saxtadır, başqası mövcud olmamışdır, odur ki, həmin hissədə də iddia tələbinin təmin edilməməsi əsasız və məntiqsizdir. İddiaçı cavabdehə yalnız mənzil alqı-satqı etmişdir. Kondisioner və digər sadə məntiqə sığan heç bir əmlak satmamışdır. Lakin təəssüf ki, apellyasiya instansiyası şikayətin bu dəlili də görməzdən gəlmişdir Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kasasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həqiqəti əks etdirmirlər bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1600/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və eyni zamanda iddiaçının nümayəndəsi Məmmədova Nərgiz Ələsgər qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hü quq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi də qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini təşkil etmir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən i ddianın təmin edilməmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər ha nsı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia ərizəsində tələb olunan əmlakların bir hissəsinin mövcudluğu sübut olunmur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiy i izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəy yən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə iddiaçı tələb etdiyi əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçı kassasiya şikayətinin dəlilləri daha çox məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə olduğundan həmin dəlillər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən araşdırılmır. Kassasiya şikayətində məhkəmə tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması konkret olaraq göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1600/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.