Məhkəmə qərarları › İş №2(102)-3520/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3520/2025

02.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3520/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1995/2025 nömrəli 28 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 13 dekabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsinə qəbul edilmişdir. 2. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı, narkotik vasitələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə, DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Bu müayinənin keçirilməsi "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanunun, Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə uyğun olmuşdur. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün ondan qan nümunəsi də götürülmüş, 16 may 2024-cü il tarixində “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 31 may 2024-cü il tarixdə İddiaçı qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında qəbul edilərək tədqiq edilmiş, iddiaçının 5 iyun 2024-cü il tarixli nəticələrinə əsasən narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir).

3. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixində təqdimat göndərilmiş, təqdimata 21 iyun 2024-cü il tarixində İddiaçı iştirakı ilə baxılmışdır.

4. İclas protokolunda əksini tapmış İddiaçı izahatından görünür ki, o, Vətən müharibəsinin iştirakçısı olduğundan səhhətində problemlər yarandığına, bu nunla əlaqədar aldığı müalicə zamanı qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bildiyinə istinad etmişdir.

5. Yuxarıda qeyd olunan əsaslarla Xidmətin Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçının işdən xaric edilməsinə razılıq verilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmr verilmiş, müvafiq fakt üzrə prosessual qiymət verilməsi üçün həmin əmrlə bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

6. Müraciətə əsasən araşdırma aparan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən İddiaçı 1 iyul 2024-cü il tarixində götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin 3 iyul 2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 5 avqust 2024-cü il tarixli qərar qəbul edilmiş, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı iddiaçı eyni məzmunlu izahat vermişdir.

7. İddiaçı 4 iyun 2024-cü il tarixindən 23 iyul 2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olmuş, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə almış və 23 avqust 2024-cü il tarixdə isə işə çıxmışdır. İddiaçının iş yerində olmadığı dövrdə əmək müqaviləsinə xitam verildiyi üçün barəsində qəbul edilmiş 27 iyun 2024-cü il tarixli 148 saylı əmri ləğv edilmişdir. Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı tərəf olduğu əmək müqaviləsi 27 avqust 2024-cü il tarixdə yenidən ləğv edilmiş, o, Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul etd iyi xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almışdır. 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun narkotik vasitələrdən istifadə edib-etməməyinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçdikdən sonra DTX-nın Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laborato riyasının sidik/qan analizinin nəticələrində şübhəli vəziyyətdə THCCOOH (marixuana) aşkar edilmiş, əvvəllər isə heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən xəstəxanada, 2022-ci ilin yanvar ayında isə DSX-nın Hospitalında sinir-əsəb şöbəsində müalicə almış, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının nəticəsində şübhəli vəziyyətin aradan qaldırılması məqsədi ilə atası X2 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə "Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7"ndə təkrar müayinə üçün qan və sidik nümunələri götürülmüş və xx.xx.2024-cü il tarixdə götürülən nümunələrin cavabında qan və sidik analizlərində heç bir narkotik tərkibli maddələr aşkar edilməmişdir. Səf ərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 148 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmr o, məzuniyyətdə olduğu dövrdə qanunsuz vəziyyətdə verildiyi üçün etirazlarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmri ilə 2-ci dəfə işdən azad edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ekspert rəyini araşdırmaq və hüquqi qiymət vermək üçün hüquq-mühafizə orqanlarına müraciət etmiş, məsələ ilə bağlı Bakı şəhəri Səbail rayonun 41-ci polis bölməsində material üzrə araşdırma aparılmış və onun barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanm ası rədd edilmişdir. Əmək Məcəlləsinin 187.1-ci maddəsində göstərilən tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi, cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin ona bu barədə heç bir təklif edilməyib. Buna görə də o, göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya onun izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifay ət qədər məhdudlaşdırmışdır. Onun barəsində ilkin əmr verilərkən o, rəsmi qaydada əmək məzuniyyətində olmuşdur. Bu barədə araşdırma aparıldığını, həmçinin ekspertizanın nəticəsinin nə olduğunu ümumiyyətlə bilməmişdir. Yəni tam məlumatsız şəkildə əmək məzuniyyətində olduğu halda, onu idarədən çağıraraq işdən azad edildiyi bildirilmiş və əmək kitabçası təqdim edilmişdir. Hətta o, əmrin surətini belə əldə edə bilməmişdir. Bu barədə həm özünün, həm də nümayəndəsi olan atasının müraciətlərindən sonra işdən azad olunmağı barədə növbəti əmr qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 4698/4 nömrəli əmr ilə müffətişlik vəzifəsinə işdən azad edilməyi ilə bağlı xitam verilmişdir. Hal- hazırda işsizdir və cavabdehin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxartmasına gö rə başqa iş tapmaqda çətinlik çəkir. Gəliri yoxdur. Ona görə də hesab edir ki, həmçinin ona iş buraxdığı dövrlərə görə cavabdeh təşkilat tərəfindən əmək haqqı ödənilməlidir.

10. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, Xidmətin Sumqayıt şəhər baş idarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi İddiaçı 16 may 2024cü il tarixdə "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblə rinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən ondan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüş və bununla bağlı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 31 may 2024-cü il tarixdə qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul edilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). Mövcud qanunvericiliyin tələblərinə uyğun İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş (TNBİ-nin rəyi əsasında) və toplanmış material həmin fakt üzrə prosessual qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İddiaçının atası X4 tərəfindən təqdim olunmuş İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəməkimyəvi aktla əlaqədar qeyd olunmalıdır ki, marixuana maddəsinin izlərinin qanda aşkar edilməsi 2 həftəyə qədər mümkündür. İddiaçı 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olduğunu, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə aldığını, 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığını nəzərə alaraq bağlanmış əmək müqaviləsi Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə ləğv edilmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2236/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli (hakim Rəna Qafarova) qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İşin materiallarından görünür ki, 16 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçıdan əvvəl sidik analiz nümunəsi götürülmüş, THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüşdür. Məhz bundan sonra cavabdeh tərəfin dən 16 may 2024-cü il tarixli 326 saylı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilmişdir. Adından da görünür ki, protokol tibbi analiz nəticəsində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edildiyi üçün tərtib edilmişdir. Artıq cavabdehə özünün təbirincə deyilsə, iddiaçıdan götürülmüş nümunədə THC maddəsinin olması məlum olduğu üçün qeyd edilən başlıqlı protokol tərtib edilmişdir. Sözügedən protokolun tərtibi artıq iddiaçının narkotik vasitələrin və ya psixotrop, ya da güclü təsiredici maddələrin istifadəsi hallarının təsdiqidir. Lakin cavabdeh özünün tərtib etdiyi protokolla kifayətlənməyərək analiz nümunələrini Dövlət Təhlükəsizl iyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına göndərmiş və 5 iyun 2024cü il tarixli nəticələrə əsasən İddiaçı konkret olaraq hansı narkotik vasitədən (marixuana tərkibli) istifadə etməsi müəyyən olunmuşdur. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri hazırkı iddianın predmeti olmasa da, iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktı cavabdehə xx.xx.2024-cü il tarixdən əvvəl də, yəni xx.xx.2024-cü il tarixində sözügedən protokol tərtib edilərkən məlum olduğu halda həmin əmri verərkən cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq Xidmətin rəhbərliyinin adına yazılı izahat almamış, həm də iddiaçının 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olmasını nəzərə almada n törədilmiş xətanın məlum tarixindən 1 ay keçdikdən sonra iddiaçıya intizam tənbehi vermişdir. Başqa sözlə, qeyd edilən əmr qüvvədə olsa idi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin də tələbinin pozulması faktı mübahisəsiz olardı. Cavabdeh tərəf İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi və 189-cu maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olmamasını müəyyən etdiyi üçün həmin əmrin icrasını dayandırmış, (əmr elektron sistemə yüklənməmiş) lakin ləğv də edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Xidmətin Həmkarlar İttifaqı Komitəsində 21 iyun 2024-cü il tarixdə təqdimatına baxarkən izahat ve rməsi qeyd edilən normanın tələbinə uyğun alınmış izahat kimi qiymətləndirilmir. Bu izahat Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə ünvanladığı təqdimatın müzakirəsi zamanı iddiaçının mövqeyidir. Buna qədər isə cavabdeh iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktının qəbul edilməsi faktı xx.xx.2024-cü il tarixdə ona məlum olduqdan sonra Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən ondan yazılı izahat almalı idi. Bu qanunvericinin imperativ tələbidir. İddiaçı 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığı və 26 avqustda da işdə olduğu halda ondan yenə də yazılı izahat alınmayaraq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair bu dəfə Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəl i əmri verilmişdir.

14. Sözügedən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmasından əlavə həmin Məcəllənin 84-cü maddəsinin tələbləri baxımından da əmrdə cavabdehin hüquqi ünvanı və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməmişdir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur və nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır.

15. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçının 23 avqust 2024-cü il tarixdə çıxdığı və 26 avqustda da işdə olduğu onunla bağlanmış əmək müqaviləsinin l əğv edilməsinə dair Xidmət rəisinin şəxsi heyət üzrə əmri göstərilən tarixlərdə deyil, məhz 27 avqust 2024-cü il tarixdə ləğv edilməsinin səbəblərini cavabdeh tərəfin bunu işəgötürənin hüququ kimi əsaslandırmasına dair mövqeyinə qiymət verərək hesab etmişdir ki, iddiaçının yol verdiyi nöqsanla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində sadalanan halların hər hansı biri qətiyyətli şəkildə uzlaşmadığı halda, onunla əmək müqaviləsi məhz işə çıxdığı tarixdə ləğv edilməli idi. Lakin bu əmrin iddiaçının işə çıxmasından 4 gün sonra (şənbə və bazar günləri nəzərə alınmaqla) verilməsi cavabdehin iddiaçı ilə əmək münasibətlərinin dərhal kəsmək istəmədiyinə də bir növ dəlalət edir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin ə mək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə 2021-ci ilin dekabr ayının 13-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş kimi fəaliyyət göstərən, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almış, bununla əlaqədar dəfələrlə müalicələr almış iddiaçının yol verdiyi iddia olunan pozuntunun (analizinin nəticələrində şübhəli vəziyyətdə THCCOOH (marixuana) aşkar edilməsi) mövcudluğu qəbul edils ə belə onunla əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır.

16. Həmçinin məhkəmə qeyd etmişdir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin, işə götürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən "ç" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini əmrdə (sərəncamda, qərarda) əsaslandırmaq öhdəliyi daşıyır.

17. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfin İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəməkimyəvi aktı nəticəsində cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına göndərilmiş material üzrə İddiaçı barəsində toplanmış materialda c inayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən akt marixuana maddəsinin izlərinin qanda aşkar edilməsinin 2 həftəyə qədər mümkünlüyünə baxmayaraq İddiaçı narkotik vasitələrinin istifadəçisi olmamasına və aludə olmamasına bir növ dəlalət edir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 15, 70, 71, 72, 80, 83, 84, 186, 187, 289, 292, 300 və 311-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə diqqət yetirməmişdir ki, iddiaçı barədə “narkotik vasi tələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” xx.xx.2024-cü il tarixli, 326 nömrəli protokolu cavabdeh (Xidmət) deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi (DTX-nin 14 iyul 2016-cı il tarixli “Q/075” nömrəli qərarı ilə təsdiq edilmiş Təlimata 1 nömrəli əlavə) tərtib etmiş və nəticə olaraq “müayinə zamanı sidikdə THC aşkarlandığı üçün qan nümunəsi götürüldü” göstərilmişdir. Adıçəkilən protokolun adından və nəticəsindən görünür ki, ekspress test üsulu ilə götürülmüş sidikdə THC aşkarlanması narkotik və digər maddələrinin istifadəsi anlamına gətirmir, bunun üçün qanın müayinə edilməsi zərurət şərtdir. Qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul e dilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). İddiaçı narkotik vasitədən istifadə etməsi faktı üzrə Xidmətin Təşkilati nəzarət baş idarəsində xidməti təhqiqat aparılmış, İddiaçı verdiyi izahatda Qarabağ döyüşləri zamanı qapalı kəllə-beyin travması aldığını, 2021-ci ildə Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən xəstəxanada, 2022-ci ilin yanvar ayında isə Dövlət Sərhəd Xidmətinin hospitalında sinir-əsəb şöbəsində müalicə aldığını, hazıradək sakitləşdirici dərmanlardan istifadə etdiyini göstərmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin müddəalarına əsasən ilkin olaraq 70-ci maddəsinin “ç” bəndinə (əmək v əzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Bundan sonra Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri (bu əmr icra olunmamışdır) ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və o, 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024cü il tarixədək növbəti məzuniyyətdə olduğunu, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024cü il tarixədək xəstəliklə əlaqədar müalicə aldığını, 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığın ı nəzərə alaraq bağlanmış əmək müqaviləsi Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri (27 iyun 2024-cü il tarixli 148 nömrəli əmrinə istinad edilərək) ilə ləğv edilmişdir. Yuxarıda sadalananlardan görünür ki, cavabdeh Xidmət tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə riayət etməklə İddiaçı əmr müqaviləsinə xitam vermişdir. Bundan başqa, xidmət mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət rəisi isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəyə təyin edilir. Xidmətin ünvanı və Xidmət rəisinin adı, ata adı və soyadı barədə məlumatlar Xidmətin rəsmi saytlarında (seferberlik.gov.az) tam qeyd olunmuşdur. Məhkəmənin bu kimi məlumatların əmrdə göstərilmədiyinə əsaslanaraq əmrin etibarsız hesab edilməsi qənaətinə gə lməsi absurddur. Məhkəmə bir daha nəzərə almamışdır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyası tərəfindən iddiaçının analizlərində narkotik vasitələr tapıldıqdan sonra Xidmətin Təşkilat nəzarət baş idarəsində araşdırma aparılmış və həmin araşdırmanın nəticəsinə, habelə Xidmətin Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə almaqla Xidmət tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən İddiaçı ilə əmək müqaviləsini ləğv etmişdir. Xidmət hərbi qurumdur və Xidmətin əməkdaşları daimi dövlət əhəmiyyətli və məxfi sənədlərlə işləyirlər. Narkotik istifadəçisinin bu kimi sənədlərlə işləməsi dövlət üçün qarşısı alınmaz səbəblərə gətirib çıxara bilər. Həmçinin bu kimi vasitələrin istifadəçisinin işdə saxlanılması Xidmətin digər əməkdaşlarına pis nümunə ola bilər, bununla da Xidmətin əmək və icra intizamının normal ahəngi pozulmuş hesab olunur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1995/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi) hakimlər X9 və X6) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaç ı, narkotik vasitələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə, DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Bu müayinənin keçirilməsi "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə uyğun olmuşdur. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün ondan qan nümunəsi də göt ürülmüş, 16 may 2024-cü il tarixində “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 31 may 2024-cü il tarixdə İddiaçı qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında qəbul edilərək tədqiq edilmiş, iddiaçının 5 iyun 2024-cü il tarixli nəticələrinə əsasən narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidməti n Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixində təqdimat göndərilmiş, təqdimata 21 iyun 2024-cü il tarixində İddiaçı iştirakı ilə baxılmışdır. İclas protokolunda əksini tapmış İddiaçı izahatından görünür ki, o, Vətən müharibəsinin iştirakçısı olduğundan səhhətində problemlər yarandığına, bununla əlaqədar aldığı müalicə zamanı qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bildiyinə istinad etmişdir. Yuxarıda qeyd olunan əsaslarla Xidmətin Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçının işdən xaric edilməsinə razılıq verilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmr verilmiş, müvafiq fakt üzrə prosessual qiymət verilməsi ü çün həmin əmrlə bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Müraciətə əsasən araşdırma aparan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən İddiaçı 1 iyul 2024-cü il tarixində götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin 3 iyul 2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktına əsasən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında! 5 avqust 2024-cü il tarixli qərar qəbul edilmiş, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı idd iaçı eyni məzmunlu izahat vermişdir. Daha sonra müəyyən edilmişdir ki, İddiaçı 4 iyun 2024-cü il tarixindən 23 iyul 2024-cü il tarixinədək növbəti əmək məzuniyyətində olmuş, 24 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü il tarixinədək xəstəliklə əlaqədar müalicə almış və 23 avqust 2024-cü il tarixində isə işə çıxmışdır. İddiaçının iş yerində olmadığı dövrdə əmək müqaviləsinə xitam verildiyi üçün barəsində qəbul edilmiş 27 iyun 2024-cü il tarixli 148 saylı əmri ləğv edilmişdir. Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı tərəf olduğu əmək müqaviləsi 27 avqust 2024-cü il tarixindən yenidən ləğv edilmiş, o, Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və s əfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilmişdir.

23. Beləliklə də iddiaçı 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsinə qəbul edilmişdir. Dövlət Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli 148 saylı əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının iş yerində olmaması (xəstələnməsi, məzuniyyətdə olması ilə əlaqədar) səbəbilə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 148 saylı əmr ləğv edilmişdir. xx.xx.2024-cü il tarixində (iddiaçının işə çıxdığı gün) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 469 ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin “b” bəndi - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması)) müvafiq olaraq İddiaçı Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə onunla bağanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək tələbinin faktiki əsası kimi, barəsində “əmək m üqaviləsini Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə tətbiq edilmiş intizam tənbehinin ona atılmış böhtanın, eləcə də qeyri-obyektiv davranışın nəticəsi olduğunu göstərmişdir. O, işdən xaric edilməsinin əsassız olmasına istinad etmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir:

25. Belə ki, 16 may 2024-cü il tarixində iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən narkotik vasitələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu ü çün ondan qan nümunəsi də götürülmüş, bu barədə 16 may 2024-cü il tarixində “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək iddiaçı tərəfindən imzalanmış, 31 may 2024-cü il tarixində İddiaçı qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında qəbul edilərək tədqiq edilmiş, iddiaçının 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən əvvəl izahatının alınmadığına istinad etsə də iş materiallarından görünür ki, onunla Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixində göndərdiyi təqdimata baxılarkən, o izahat vermiş, izahat verərkən Vətən müharibəsinin iştirakçısı olduğundan səhhətində problemlər yarandığına, müalicəsi zamanı qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bildiyinə istinad etmişdir. İddiaçı eyni məzmunlu izahatı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən fakt üzrə araşdırma aparılarkən vermişdir..İstinad olunan halların yoxlanılması məqsədilə məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi labüd hesab edilmiş, ekspert qarşısında İddiaçı qapalı kəllə-beyin travması ilə əlaqədar mütəmadi olaraq keçdiyi müali cə (qəbul etdiyi dərmanlar) nəticəsində sidiyində/qanında narkotik və ya psixotrop tərkibli maddələrin, xüsusilə də THC-COOH (marixuana) narkotik vasitəsinin aşkar edilməsinin mümkün olub-olmaması; THC-COOH (marixuana) narkotik vasitəsinin insan orqanizmində qalma müddətinin nə qədər olması; İddiaçı qan nümunələri üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasının xx.xx.2024-cü il tarixli protokolunda və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəməkimyəvi aktında əks olunan nəticələr arasında yaranmış fərqin nə ilə izah olunduğu barədə suallar verilmişdir.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin 2079/K nömrəli 17 iyun 2025-c i il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə çətənə bitkisinin əsas aktiv maddəsi - delta-9-tetrahidrokannabinol və tetrahidrokannabinol (bütün izomerləri) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"na dair Qanunun İ siyahısının İİ hissəsinə, yəni Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmişdir.

27. Azərbaycan Respubl ikasında dövriyyədə olan dərman vasitələrinin rəsmi reyestrində tərkibində kannabinoid (bütün izomerləri) olan dərman vasitələri mövcud deyil. Şəxs tərkibində kannabinoidlərin (bütün izomerlərinin) mövcud olmadığı bəzi qeyri-steroid iltihab əleyhinə olan İbuprofen, Ketoprofen. Naproksen və s., proton pompası inhibitorlarına aid Pantoprazol, antihistamin qrupuna aid olan Prometazin, FL-reseptor antagonistlər qrupuna aid olan Ranitidin, Famotidin və s. tərkibli dərman vasitələrini daxilə qəbul etdikdən sonra onun sidik nümunəsində yalnız ekspress-test üsulu ilə müayinə zamanı kannabinoidlərə aid testin antikorlarının kross-reaktivlik (səhv reaksiya) verməsi ilə əlaqədar olaraq (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) yanlış müsbət nəticə verə bi lər.

28. Bu səbəbdən də immunokimyəvi metodlara aid olan ekspress-test (test-xətt) üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilir və alınan müsbət nəticələr mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir.

29. Narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmindən xaric olma müddəti bir çox amillərdən: insanın yaşından, çəkisindən, piy qatından, fiziki hərəkətindən, istifadə edilən narkotik vasitənin və psixotrop maddənin növündən, dozasından, qəbul edilmə növündən asılı olaraq narkotik vasitələrin və psixotrop maddələrin orqanizm tərəfindən absorbsiya sürətindən, paylanmasından, metabolizmindən və onun xaric edilməs indən və s. asılıdır. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət ərzində narkotik vasitədən və psixotrop maddədən istifadə etməsidir. Kannabinoid çəkilən zaman bir neçə dəqiqə ərzində qana sorulur, 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaş-yavaş artır və 1.5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metabolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunoferment üsul ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Poliklinikasında İddiaçı qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2024-cü il) 44 gün sonra, yəni xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7" publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsində İddiaçı qan və sidik nümunələri götürülərək məhkəmə-kimyəvi tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli protokolda və Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7"nin xx.xx.2024-cii il tarixli 2226/K saylı məhkəmə - kimyəvi aktda əks olunan nəticələr arasında yaranmış fərq canlı şəxslərin orqanizmdə gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmdən xaric olunması ilə əlaqəlidir.

30. Göründüyü kimi, İddiaçı məxsus sidik və qan nümunələrində narkotik (marixuana tərkibli) vasitənin aşkar olunması (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml miqdarda) iş materialları ilə öz təsdiqini tapmışdır.

31. İddiaçı sidik və qan nümunələrində narkotik vasitənin aşkarlanmasın ı istifadə etdiyi dərman preparatlarının qəbulu ilə əlaqələndirməyə çalışsa da, əldə olunmuş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, dərman vasitələrinin qəbulu zamanı (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) onun sidik nümunəsində ekspress-test üsulu ilə müayinə zamanı yanlış müsbət nəticə çıxması ehtimalı vardır. Ümumi qaydalara əsasən də bu halda alınan müsbət nəticə mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir.

32. İş materiallarından göründüyü kimi iddiaçıdan 31 may 2024-cü il tarixində götürülmüş qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında tədqiq edilmiş, 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən onun narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi yenidən müəyyən olunmuşdur.

33. Göründüyü kimi, sidik nümunəsinin ekspress-test üsulu ilə yoxlanılması zamanı alınmış müsbət nəticə daha sonra başqa instrumental və selektiv xromatoqrafik metodlarla da öz təsdiqini tapmışdır.

34. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Poliklinikasında qan və sidik nümunələrinin götürülmə tarixindən (16 may 2024-cü il) 44 gün sonra 1 iyul 2025-ci il tarixində, yəni bir aydan çox müddət keçdikdən sonra yenidən analiz verməsi başa düşülən deyil. Aparılmış tədqiqatların nəticələrinin fərqli çıxması da iddiaçının orqanizmində gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrini n metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmdən xaric olunması ilə izah olunur.

35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin 3 iyul 2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktına əsasən qəbul edilmiş Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 5 avqust 2024-cü il tarixli qərar da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ləğv edilərək, materiallar, əlavə araşdırmanın Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində davam etdirilməsini təmin etmək üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir.

36. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidi r. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müq aviləsinə xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. Bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» növündə intizam tənbeh verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır.

37. Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilən işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair dispozisiya şərti ilə əlaqədar kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dek abr tarixli 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, dürüstlük və Silahlı Qüvvələr quruculuğunun təşkili prinsipləri əsasında qurur. Bu qurumda xidmət göstərən hər bir əməkdaş mənəviyyatını hər şeydən üstün tutmalı, davra nışı ilə nümunə olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbivətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbinəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəz i icra hakimiyyəti orqanıdır.

38. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, yuxarıda təsvir edilmiş əməl ilə Xidmətin adına xələl yetirən hərəkətə yol verən istənilən əməkdaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə, dövlətin ümumi maraqlarına zərər vurur.

39. İddiaçının əmək münasibətlərinə xitam verilməsinin rəhbərliyin ona qarşı etdiyi ayrı-seçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı kassasiya şikayəti verərək (Vəkil ) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarda əmrin Əmək Məcəlləsinin tələblərinə cavab verməklə qəbul edilməsi məsələsini ümumiyyətlə araşdırmamış və münasibət bildirməmişdir. Bu ciddi nöqsandır. Tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat məndən izahat almalı idi. Lakin mənə bu barədə heç bir təklif edilməyib. Buna görə də mən göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya iddiaçının izahat verməkdən imtin a etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və iddiaçının işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır.

42. Apellyasiya məhkəməsi yalnız təyin etdiyi ekspertizanın düzgün olmayan qərəzli mövqeyinə istinad etmiş, işin bütün digər hallarını nəzərə almadan, həmçinin verilmiş əmrin maddi və prosessual cəhətdən düzgünlüyünü yoxlamadan qərar çıxarmışdır. Belə ki, iddianı təmin edən Bakı şəhər Səbail rayon Məhkəməsi də bu məsələyə xüsusi diqqət göstərərək bildirmişdir ki, cavabdehin əmri əmək qanunvericiliyində nəzərdə tutulan 1 ay müddət keçdikdən sonra vermişdir. Həmçinin cavabdeh təşkilat iddiaçıdan heç bir izaha t almamışdır. Bakı şəhər Səbail rayon Məhkəməsi haqlı olaraq cavabdehi iddiaçının xx.xx.2024-cü il tarixli Həmkarlar İttifaqı Komitəsinin iclasında bildirdiyi münasibətin əmək qanunvericiliyində nəzərdə izahat kimi tutulmuş qəbul edilməsi ilə bağlı mövqeyini düzgün hesab etməmişdir. Həmçinin işdən çıxma əmri Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi bu prosessual pozuntuların üstündən keçməklə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki əmrin maddi əsasları ilə birlikdə prosessual əsasları da məhkəmə tərəfindən yoxlanılmalıdır.

43. Bakı şəhər Baş Polis İdarəsinin və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı Nazim Quliyevin xx.xx.2025-ci il tarixli qərarının 2-ci bəndində iddiaçı barəsində İXM-nin 206 -cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı qərara alınmışdır. İddiaçı bununla razı deyil. Çünki iş üzrə təhqiqat araşdırılması düzgün aparılmamış, verdiyi vəsatətlərə münasibət bildirilməmiş və iş hallarına düzgün qiymət verilməmişdir. Təhqiqat araşdırılması zamanı təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyində də qoyulan suala cavab olaraq bildirilmişdir ki, narkotik maddələrin orqanizmdən xaric olunma müddəti bir neçə faktordan asılı olaraq 15-77 gün təşkil edir. İddiaçının isə guya sidiyində narkotik vasitə aşkarlanması barədə xx.xx.2024-cü il tarixli müayinə ilə xx.xx.2024-cü il tarixli "Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7" müayinəsi arasında 45 gün müddət keçmişdir. Yəni əgər iddiaçı narkotik vasitə istifadə etsəydi və bu xx.xx.2024-cü il tarixdə aş kar edilsəydi, deməli xx.xx.2024-cü il tarixli müayinədə də bu halın aşkar olunması ehtimalı çox yüksək idi. Hətta təhqiqat araşdırması zamanı iki ziddiyyətli rəy arasında hansının daha mötəbər olması belə nəzərə alınmamışdır, çünki elə istintaq və təhqiqat orqanında hər hansı oxşar işlə bağlı xüsusi bilik tələb olunan məsələ ilə bağlı ekspertiza təyin edilərkən də Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 müraciət olunur. Ancaq işə yekun qiymət verilərkən həmin qurumun daha mötəbər rəyi nəzərə alınmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi X1 etirazı daxil olmuşdur.

45. Etiraz apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçıya məxsus sidik və qan nümunələri ndə narkotik (marixuana tərkibli) vasitənin aşkar olunması (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml miqdarda) iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı sidik və qan nümunələrində narkotik vasitənin aşkarlanmasını istifadə etdiyi dərman preparatlarının qəbulu ilə əlaqələndirməyə çalışsa da, əldə olunmuş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, dərman vasitələrinin qəbulu zamanı (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) onun sidik nümunəsində ekspresstest üsulu ilə müayinə zamanı yanlış müsbət nəticə çıxması ehtimalı vardır. Ümumi qaydalara əsasən də bu halda alınan müsbət nəticə mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir. Həmçinin iddiaçının əmək münasibətlərinə xitam verilməsinin rəhbə rliyin ona qarşı etdiyi ayrı-seçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar qeyd edilməlidir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

46. Maddə 10. işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

47. Maddə 68, 1-ci hissə. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

48. Maddə 68, 2-ci hissə, “a” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

49. Maddə 70, “ç” bəndi.əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

50. Maddə 71, 2-ci və 3-cü hissə. Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

51. Maddə 72. “b” bəndi. alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması hallarına yol verilməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

52. Maddə 80, 1 -ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

53. Maddə 80, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

54. Maddə 80, 3-cü hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

55. Maddə 83, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

56. Maddə 83, 2-ci hissə. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir

57. Maddə 186, 2-ci h issə. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

58. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

59. Maddə 187, 2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil ed ilmir.

60. Maddə 187, 3-cü hissə. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

61. Maddə 187, 4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmad ığını əsaslandırmalıdır.

62. Maddə 292, 2-ci hissə. pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

63. Maddə 300, 1-ci hissə. əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərar dad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

76. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşa ğı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

77. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarl arında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

78. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1995/2025 nömrəli iş üzrə 28 iyul 2025-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar