Məhkəmə qərarları › İş №2(102)-353/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-353/2023

18.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-353/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, kommersiya sirrinin yayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il i tarixli, 2(103)5361/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 mart 2020-ci il tarixli, PERSORD20-01598 saylı əmək müqaviləsi ilə İddiaçı Cavabdeh QSC-də Kiçik və X6 üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur.

2. İddiaçı Cavabdeh QSC-yə 07 oktyabr 2021-ci il tarixdə ərizə ünvanlayaraq, onunla imzalanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilməsini xahiş etmişdir.

3. Cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş Yoxlamanın nəticələrinə dair 04 noyabr 2021-ci il tarixli Akta əsasən 02 noyabr 2021-ci il tarixdə Kiçik və X6 üzrə aparıcı mütəxəssis İddiaçı işdən azad olunması barədə AD-255018 nömrəli sorğu informasiya təhlükəsizliyi üzrə menecer Zaur Kərimova daxil olmuş və həmin s orğu əsasında informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir: 02 noyabr 2021-ci il, saat 17:41-də İddiaçı korporativ elektron poçt ünvanından Fuad.FElektron ünvan 1, şəxsi elektron poçt ünvanına – fuad.feyruzoğElektron ünvan 2, banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında göndərmişdir. İddiaçı 04 noyabr 2021-ci il tarixdə aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və izahat verməkdən imtina etmişdir. Yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktı işçi İddiaçı Feyruz oğlu (Kiçik və X6 üzrə aparıcı mütəxəssis) tərəfindən işçi ilə Cavabdeh ASC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. 4. 05 noyabr 2021-ci il tarixli 21-1070 nömrəli kadr əmri ilə Kiçik və X6 üzrə aparıcı mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barədə qəbu l etdiyi 05 noyabr 2021-ci il tarixli “işdən azad olunma barədə” 21-1070 nömrəli kadr əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 03 aprel 2006-cı ildən cavabdeh bankda işləmiş, 18 yanvar 2018-ci il tarixdən 06 mart 2020-ci il tarixə qədər digər kredit təşkilatlarında çalışmış, 06 mart 2020-ci ildən etibarən təkrarən cavabdeh təşkilatda aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Pandemiya ilə əlaqədar bankda iş rejimi yeni qaydalara uyğunlaşdırıldığı üçün Bank rəhbərliyinin rəsmi icazəsi əsasında distant-onlayn qaydada müəyyən işlərin icrası zərurəti yaranmışdır. Bu səbəbdən rəhbərlik bir qrup işçilərə öz şəxsi e-mailindən istifadə etməyə icazə vermişdir. Bank rəhbərliyi özləri şəxsi emailinə çıxışı açıq qoymaqla, şəx si e-maildən bank xidmətləri və işlərin icrası üçün istifadəsinə icazə vermişlər. Bank rəhbərliyinin icazəsi əsasında işlədiyi dövrlərdə hətta şənbə və bazar günlərində də müştəri cəlb etmək üçün öz e-mailindən bank rəhbərliyinə məlumatlar göndərmişdir. Cavabdeh ASC-nin rəhbərliyinin göstərişi ilə informasiya təhlükəsizliyi əməkdaşları Cavabdeh ASC-da olan iddiaçının korporativ poçt ünvanını şəxsi telefonuna yükləmişlər. Həmin ünvana gələn məktubları rəhbərliyin icazəsi ilə işdən kənarda izləyə bilmiş və sorğulara cavab da yaza bilmişdir. İşdən kənarda olanda lazım olan cədvəlləri yerindəcə doldurub, müştərilər haqqında məlumatları qeyd edib, lazım olan rəhbər işçilərə məlumat göndərmişdir. 29 oktyabr 2021-ci ildə Bankın 19 illiyi yubileyi ilə bağlı “zoom” üzərindən baş ofislə bağlantı h əmin elektron poçtuna göndərilmiş və kollektiv onun kompüterinin qarşısına yığılaraq tədbirdə iştirak etmişlər. 03 noyabr 2021-ci ildə saat 09:35-də bank tərəfindən onun korporativ poçt ünvanına zoomla görüş təyin etmişlər. Bu görüş zamanı yeni işə götürülmək üçün müraciət etmiş şəxslərlə X7 Departamentinin əməkdaşları ilə görüş təşkil edilmiş və keçirilmişdir. 04 noyabr 2021-ci il 15:43-də yenə də onun korporativ poçt ünvanına “zoom”la görüş təyin edilmişdir. Bu görüşdə də İnsan Resursları Departamentinin əməkdaşları başqa bir namizədlə görüşüb danışmışlar. Onun korporativ poçt ünvanında “zoom”la görüş davam edən zaman Lənkəran filialının müdiri X1 onu otağına dəvət etmişdir. Müdirin kompüterində “zoom”la görüşdə baş ofisdən İnsan Resursları Departamentinin rəhbəri Nigar Hüseynzadə və İnf ormasiya Təhlükəsizliyi meneceri Zaur Kərimov onunla danışığa başlamışlar. Onların sözünə görə o bank sirri və kommersiya sirrini yaymışdır. O isə bu sirri kimə və nə vaxt ötürməyi barədə məlumat istəmiş, ehtimal etdiklərini söyləmişlər. Görüş başlayanda müdir X1 qapını içəridən açarla kilidləmişdir. Bu, onda müəyyən şübhələr yaratmış, onların bu hərəkətinə etiraz etmişdir. İnsan Resursları Departamentinin əməkdaşları əlavə akt tərtib etmiş və bu akta Lənkəran filialının əməkdaşları X3, X5 və X2 imza etmişlər. Halbuki onlar onunla bağlı görüşlərdə iştirak etməmişlər. Cavabdeh təşkilat vəzifəsini, yaxud vəzifə maaşını dövrün və yerinə yetirilən iş həcminə uyğun olaraq artırmadığı üçün, digər bir kredit təşkilatından daha yüksək vəzifə və yüksək vəzifə maaşı təklifi aldığı üçün, 07 oktyabr 2 021-ci il tarixdə Cavabdeh QSC-nin Lənkəran filialının dəftərxanasına ƏM-in 69-cu maddəsinə uyğun formada ərizə təqdim edərək, əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam edilməsini cavabdehdən, bank rəhbərliyindən xahiş etmişdir. Belə bir ərizə təqdim etdiyi üçün cavabdeh təşkilat məqsədli və qərəzli formada heç bir sübut olmadan onun işdən çıxmaq barədə yazdığı ərizəni əngəlləmək üçün ona qarşı “qarayaxma” kompaniyasına başlamışlar. Bu niyyətlərini həyata keçirmək üçün heç bir fakt və sübut olmadığından cavabdeh tərəfindən ona və digər müəyyən işçilərə onlayn işlərin icrası məqsədilə şəxsi emaildən istifadəyə dair verdikləri icazəni əsassız formada bank sirrinin yayılması kimi hallandırmağa başlamışlar. Əslində sirr o vaxt yayılmış hesab olunardı ki, məlumat 3-cü şəxslərə ötürülmüş hesab o lunsun. Belə bir fakt mövcud deyildir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)1034/2022 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 09 iyul 2020-ci il tarixli Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşmanın 1-ci bəndindən görünür ki, razılaşmanın bağlanması faktı və onun mətni, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, X4 05 iyun 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikası qanunvericili yinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar kommersiya sirri şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq Kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Bu Razılaşmaya əsasən tərəflər əmək münasibətləri çərçivəsində kommersiya sirri təşkil edən məlumatların birbirlərinə birbaşa və ya dolayı yolla açıqlamasının mümkünlüyünü anlayaraq, kommersiya sirrinin qorunması və yalnız tərəflər arasında bağlanmış Əmək müqaviləsinin icrası məqsədilə və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi niyyətini bəyan edirlər və razılaşmada nəzərdə tutulan şərtlərlə razılaşırlar.

9. Bundan əlavə iddiaçı Davranış Kodeksinin qaydalarının işəgötürə n tərəfindən müəyyən edilən şərtlərini imza edib qəbul etməsinə baxmayaraq könüllü işdən azad olunma barədə ərizə verdikdən bir müddət sonra Bankın müştərilərinin fərdi məlumatlarını əks etdirən məlumatları göstərilən qaydalara zidd olaraq korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərmişdir. Bununla da, İddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqda ifadə olunan əmək funksiyasından irəli gələn vəzifələrini yerinə yetirməmişdir.

10. Beləliklə, məhkəmə hesab etmişdir ki, işçisi olan İddiaçı Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin 10, 68, 70, 71, 72-ci, Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-1034/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-5361/2022 nömrəli qətnaməsi i lə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-1034/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və İddiaçı Cavabdeh QSC-nin kommersiya sirlərini şəxsi elektron poçtuna göndərməsini əsaslandırmaq üçün irəli sürdüyü apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Belə ki, müştərilərlə görüşmək və həmin müştərilərlə əlaqə saxlamaq üçün həmin müştərilərin Cavabdeh QSC-də olan məlumatlarının şəxsi elektron poçt ünvanına göndərilməsinə heç bir halda ehtiyac yoxdur. Apellyasiya şikayətində İddi açı həmin müştərilərlə birbaşa əlaqəsi olduğu və İddiaçı müştərilərin telefon nömrələri mövcud olduğu halda, onların krediti, faizi və digər məlumatları əks etdirən müştəri portfelini Cavabdeh QSC-dən kənara çıxarmağa ehtiyac olmamışdır. Müştəri ilə əlaqə saxlamaq üçün yalnız telefon nömrəsi kifayət etdiyi halda, bütün müştəri məlumatlarının çıxarılması onu göstərir ki, İddiaçı bu məlumatları öz şəxsi maraqları üçün istifadə etmək məqsədilə Cavabdeh QSC-dən kənara çıxarmışdır. Bununla yanaşı İddiaçı tərəfindən müştəri məlumatlarının Cavabdeh QSC-dən kənara çıxarılmasına filial rəhbəri tərəfindən razılıq verilməsi barədə iddiaçının dəlili hər-hansı bir sübutla təsdiq olunmur. Bütün bunlar isə onu göstərir ki, İddiaçı müştəri məlumatlarını müştərilərlə görüşmək üçün deyil, gələcəkdə, yəni Ca vabdeh QSC-dən ayrıldıqdan sonra öz şəxsi maraqları üçün istifadə etmək məqsədilə şəxsi elektron poçt ünvanına göndərmişdir.

15. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, İddiaçı korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına Cavabdeh QSC-nin müştəri məlumatlarının qeyd olunduğu elektron sənədi göndərmişdir. Bununla, o, onunla Cavabdeh QSC arasında imzalanmış əmək müqaviləsinin 7.4-cü bəndini və “Kommersiya sirri rejiminin tətbiqi” barədə razılaşmanın tələblərini pozmuşdur. Belə ki, əmək müqaviləsinin 7.4-cü bəndi tələb edir ki, işçi bankın işi üçün tələb olunmadığı halda, işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatlar bankın sahəsindən kənara çıxara bilməz. Hazırki işdən də aydın olur ki, İddiaçı məlumatları Cavabdeh QSC-nin işi üçün deyil, şəxsi maraqları üçün bankdan kənara çıxarmışdır. Bu isə onu göstərir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini qəsdən yerinə yetirməmiş və onları pozmuşdur.

16. Məhkəmə hesab etmişdir ki, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdeh QSC-nin fəaliyyəti ilə əlaqədar olaraq topladığı və işlətdiyi məlumatlar müştəri məlumatları Cavabdeh QSC-nin kommersiya sirri hesab olunur və Cavabdeh QSC onların sahibidir. İddiaçı əmək müqaviləsində və kommersiya sirrinə dair rejimdə müəyyən edilən kommersiya sirri rejimi həmin əmək müqaviləsinin 7.4-cü bəndində qeyd edilən öhdəliklərini icra etməməklə kobud surətdə pozmuşdur. Bununla da, İddiaçı Cavabdeh QSC-nin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarını pozmuş və onlara ziyan vu rmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71.3cü maddəsi tələb edir ki, Məcəllənin 70-ci maddə ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq Cavabdeh QSC-yə məxsus kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərmişdir. Bunun nəticəsində isə Cavabdeh QSC-nin kommersiya sirri ilə əlaqədar hüquqlarını pozmuşdur. Beləliklə, İddiaçı qəsdən əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə görə işəgötürən olaraq Cavabdeh QSC-nin kommersiya sirri üzrə hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu isə onu göstərir ki, hazırki iş üzrə Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbinə əməl edilmişdir.

18. İddiaçının işdən az ad edilməsinin zəruriliyinin əsaslandırılması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, bu barədə müvafiq kadr əmrində 04 noyabr 2021-ci il tarixli “yoxlama nəticələrinə dair” akta istinad olunmuşdur. Həmin aktda isə açıq-aşkar İddiaçı tərəfindən əmək funksiyalarının pozuntusu ilə nəticələnən əməl təsvir olunmuşdur. Bu isə onu göstərir ki, İddiaçı işdən azad olunma əsası əmək müqaviləsi üzrə öhdəliklərini pozmasıdır və onun əmək müqaviləsi üzrə öhdəliklərini pozması halı əmrdə istinad olunan aktda təsvir olunmuşdur. Bu da onu göstərir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi Cavabdeh QSC tərəfindən əsaslandırılmış və Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinə əməl edilmişdir.

19. İddiaçı şəxsi elektron poçt ünvanına göndərdiyi məlumatın yalnız onun özünə aid olması və məlumatı başqa şəxslərə ötürməməsinə dair apellyasiya şikayətinin dəlili üzrə məhkəmə göstərmişdir ki, “Kommersiya sirri haqqında” Qanunun 2.0.6-cı maddəsində kommersiya sirri rejimi kommersiya sirrinin əldə edilməsinin məhdudlaşdırılması üzrə kommersiya sirrinin sahibi və ya konfidenti tərəfindən müəyyən edilmiş tədbirlər sistemidir. Cavabdeh QSC və İddiaçı arasında müəyyən edilmiş kommersiya sirri rejimi də onun hansı hallarda bu kommersiya sirlərini əldə etməsini müəyyən etmişdir. Bu üsullardan kənar formada İddiaçı kommersiya sirlərini əldə etməsi isə Kommersiya sirri haqqında Qanunun 2.0.8-ci maddəsinə əsasən kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulu hesab olunur və onun kommersiya sirri rejimini pozduğunu göstərir. İddiaçı komme rsiya sirri rejimini pozduğunu və bu rejimin kommersiya sirri rejiminin məxfiliyini qorumağa çalışan tədbirlər sistemi olduğunu nəzərə aldıqda isə aydın olur ki, bu rejimi pozmaqla o, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində qeyd edildiyi kimi kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-5361/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35, 127-ci, Əmək Məcəlləsinin 42, 45-47, 51, 70, 71, 72-ci, Mülki Prosessual Məcəllənin 77, 81, 88, 218.1, 386-cı, “Kommersiya sirri haqqında” Qanunun 2.0.7, 6.4-ci maddələrinin, habelə tərəflər arasında bağlanmış “Kommersiya sirri rejimini tətbiqi” barədə 02 iyul 2020-ci il tarixli razılaşmanın tələbləri, habelə məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Belə ki, işin halları düzgün müəyyən olunmamış, cavabdeh bankın rəhbərliyinin razılığı ilə görülmüş işlərə qərəzli formada hüquqa-zidd görüntünün formalaşdırılması nəzərə alınmamış, kommersiya sirri təşkil edən məlumatların yayılıb-yayılmaması araşdırılmamışdır.

22. Kassator məhkəməyə vəsatət verərək, kassasiya şikayəti verilmiş mülki işin hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasını, habelə birinci və ap ellyasiya instansiyaları məhkəmələrinin qərəzli və qanunsuz olmasını əsas gətirərək, işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

23. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəmə si tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun ola raq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xita m verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlar ına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 28. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun: 5.0-ci maddəsinə əsasən kommersiya sirri sahibinin aşağıdakı hüquqları vardır: 5.0.1. kommersiya sirri rejimini müəyyən etmək, dəyişmək və ləğv etmək; 5.0.3. kommersiya sirrinin rejimini pozan və ya belə rejimin pozulmasına təhlükə yaradan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq müdafiə olunmaq. 6.1.2-ci maddəsinə əsasən kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludurl ar. 10.1-ci maddəsinə əsasən kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının korporativ elektron poçt ünvanından, şəxsi elektron poçt ünvanına Banka məxsus kommersiya sirrini, o cümlədən bank sirrini və müştərilərin fərdi məlumatlarını əks etdirən məlu matları göndərməsi işin mübahisəsiz halıdır.

33. Nəzərə alınmalıdır ki, Bankın qəbul etdiyi və iddiaçının tanış edilməklə, sonuncunun müəyyən olunmuş qaydalara riayət edəcəyi ilə bağlı üzərinə öhdəlik götürdüyü “İşçi heyətinə dair Davranış Kodeksi”nin “Müştərilərlə münasibət” fəslində qeyd olunmuşdur ki, əməkdaş hətta evdən və ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş, hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir.

34. Tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli əmək müqaviləsinin 7.4-cü bəndinə əsasən isə bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.

35. Həmçin in, 07 iyul 2020-ci il tarixli Razılaşma ilə tərəflər arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.

36. Lakin iddiaçı öz şəxsi elektron ünvanına məlumatları bank rəhbərliyinin icazəsi ilə göndərdiyini iddia etsə də, bu barədə işin faktiki hallarını araşdıran məhkəmələrə mötəbər sübut təqdim etməmiş, həmçinin elektron məktubun surətinə öz rəhbərini daxil etməmişdir. Bununla da, iddiaçı Bankın qəbul etdiyi “İşçi heyətinə dair Davranış Kodeksi” qaydalarını və əmək müqaviləsinin müddəalarını kobud şəkildə pozmaqla, Bankı həm hüquqi cəhətdən, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri” ehtiva edir. Göründüyü kimi kommersiya sirrinin sahibi olan cavabdeh, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

38. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Məhz bu məqsədlə də, tərəflər arasınd a yuxarıda qeyd olunan sənədlər imzalanmışdır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh QSC-nin İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi həmin Məcəllənin 72-ci maddəsinin “d” bəndinin tələbləri baxımından doğru olmuşdur. Belə ki, iddiaçı işəgötürən tərəfindən ona bəyan edilmiş və məsuliyyət yaradacağı izah edilmiş “İşçi heyətinə dair Davranış Kodeksi” qaydalarına, habelə əmək müqaviləsinin müddəalarına zidd şəkildə, rəhbərliyi bu haqda məlumat vermədən kommersiya sirri təşkil edən məlumatları öz şəxsi elektron ünvanına göndərməklə bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur.

40. Kassasiya şikayəti üzrə əlavə olaraq qeyd edilm əlidir ki, cavabdeh Banka qarşı kommersiya sirrinin pozulması əsası ilə əmək müqavilələrinə xitam verilmiş başqa şəxslərin iddialarına məhkəmələrdə baxılmış və bu tələblər üzrə vahid məhkəmə təcrübəsi formalaşmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(102)-5162/2022 nömrəli və 13 dekabr 2022-ci il tarixli, 2(102)5664/2022 nömrəli qərarları). Hazırki iş baxılarkən Ali Məhkəmənin əvvəllər qəbul etdiyi qərarlarda müəyyən olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsi zərurəti müəyyən edilməmişdir.

41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəf lər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il i tarixli, 2(103)-5361/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar