Məhkəmə qərarları › İş №2(102)-3532/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2022

21.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qarşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(10 7)326/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 21 nömrəli akt əsasında Göyçay rayonu Qaraməryəm kənd sakini İddiaçı Göyçay rayonu “R.Rza” adına kolxozunun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” kimi qeyd olunan kompleksin bir hissəsi sonuncunun mülkiyyətinə verilmiş, lakin həmin əmlak üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır.

2. Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satılması məqsədi ilə sözügedən torpaq sahəsi üzərində Göyçay rayonu Qaraməryəm Bələdiyyəsini n mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə zəruri işlərin görülməsi bələdiyyənin xx.xx.2017-ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və müsbət qərar qəbul edilmişdir. Həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

3. Bundan sonra Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır.

4. Mübahisəli to rpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində keçdikdən sonra İddiaçı cavabdeh Cavabdeh 1 qarşı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qarşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin Cavabdeh2 ilə bağladığı 14 may 2018-ci il tarixli, ******* nömrəli və Cavabdeh3 Babaş qızı ilə bağladığı 14 may 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, **** iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə akta əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binası əmlak payı kimi verilmişdir. Baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilib özgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeyd ə alınmışdırsa hüquq müəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə vəkil tərəfindən sorğu ilə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. 26 oktyabr 2018-ci il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə ərizə göndərərək, sahibliyində olan emalatxananın altındakı torp aq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi müraciətinə 26 noyabr 2018-ci il tarixli 200 saylı məktubla cavab verərək ərizənin bələdiyyənin növbəti iclasında müzakirə olunacağını bildirmişdir. Lakin ərizəsinə baxılmamışdır. Bundan sonra 03 may 2019-cu il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə yenidən ərizə göndərərək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin tələblərinə əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmişdir. 06 may 2019-cu il tarixdə müraciətini xəbərnamə yə imza etməklə qəbul edən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi cavab verməmişdir. Bələdiyyələr yaradılanadək onun istifadəsində olan, X1 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, **** iclas protokolu ilə Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona əmlak payı kimi verilmiş, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının altındakı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməli olmasını hesab edərək, tərəfindən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə qarşı 1998-ci ildən istifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Göyçay rayonu Qaraməryəm Bələd iyyəsinin 28 avqust 2017ci il tarixli, 07 saylı qərarının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmişdir. X2 Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(116)-67/2020 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Belə ki, o, 30 günlük iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İnzibati iş üzrə məhkəmənin verdiyi sorğulara verilən cavablardan 13 fevral 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışında ona məlum olmuşdur ki, cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində olan əmlakın altında yerləşən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsini 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,10 ha hissəsini 14 may 2018-ci il tarix li ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Babaş qızına satmışdır. Lakin cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində və istifadəsində olan 0,20 ha torpaq sahəsini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satarkən onun həmin torpağı satın almaqda üstünlük hüququnu pozmuşdur.

7. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasın ın Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmış, bu barədə Göyçay rayonu Qaraməryəm bələdiyyəsi müvafiq qərar qəbul etmiş, həmin qərar əsasında alqı-satqı müqavilələri bağlanmışdır. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin satılması ilə bağlı qərarlar qəbul edilərkən, eləcə də alqı-satqı müqavilələri bağlanarkən istinad olunan normativ hüquqi aktların hər hansı tələbi pozulmamış, mövcud prosedur qaydalara uyğun olaraq Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3y arasında alqı-satqı müqavilələri bağlanmışdır.

9. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı etibarsızlığını tələb etdiyi alqı-satqı müqavilələri Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında bağlanmış, həmin qərar mübahisə p redmeti olmamış, bələdiyyə və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Alqı-satqı müqavilələri bağlanarkən tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələri dəqiqləşdirilmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilmiş, qanunvericliklə müəyyən edilmiş forma və məzmuna riayət edilməklə alqı-satqı müqavilələri bağlanmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ramiz Baxışov, mübahisələndirdiyi alqı-satqı müqavilələrinin etibarsızlığına zəmin yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, formal əsaslarla iddia tələbini əsaslandırmışdır.

11. Məhkəmə öz mövqeyini “Torpaq bazarı haqqında” Qanununa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə istinadla əsaslandırmışdı r. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(107)326/2022 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və Ə.T.Məcidov) İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi uzun müddət boş və istifadəsiz olduğu üçün hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satılması məqsədi ilə sözügedən torpaq sahəsi üzərində Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə zəruri işlərin görülməsi bələdiyyənin xx.xx.2017-ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və müsbət qərar qəbul edilmişdir. Həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qə rar əsasında Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçdikdən sonra İddiaçı cavabdeh Cavabdeh 1 qarşı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra iddiaçı, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Göyçay rayon Qaraməryəm Bələdiyyəsi mülkiyyətində olan mübahisəli torpaq sahəsini əvəzi ödənilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satdığından və sonuncular həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi iddiaçının sahibliyində və istifadəsində olan 0,20 ha torpaq sahəsini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satarkən iddiaçının satın almaqda üstünlük hüququnu pozsa da, apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmiş, qanunsuz bağlanan alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasını nəzərə almamış, iddiaçının sahibliyində olan tikilinin yerləşdiyi torpaq sahəsinin uzun müddət boş və istifadəsiz olduğunu, guya torpaq sahəsini alan cavabdehlərin həmin əmlaka dair qeydə iddiaçının etirazının olması, əmlakla bağlı mübahisənin olmas ı barədə məlumatlarının olmamasını əsas gətirərək bağlanmış alqı-satqı müqaviləsini qanuni hesab etmişdir. Alqı-satqı predmeti olan torpaq sahəsinin üzərində iddiaçıya əmlak payı kimi verilmiş tikilinin olduğunu iddia ərizəsində və apellyasiya şikayətində göstərsə də, məhkəmələr torpaq sahəsinə baxış keçirmədən torpaq sahəsinin boş olması və boş olduğu üçün bələdiyyənin öz mülkiyyəti kimi satmasının qanuni olması barədə səhv qənaətə gəlmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər

19. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahat ları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

20. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

21. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

22. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zi dd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

23. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

24. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

25. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onları n yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

26. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu v ə ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət ed ilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iddia tələbinə ümumi məhkəmədə baxmaqla prosessual qanunvericiliyin (mülki və inzibati prosessual qanunvericiliyin) tələblərini pozmuşdur.

36. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının şikayətində göstərdiyi dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış və faktiki olaraq həmin dəlilləri qiymətləndirmədən kənarda saxlamışdır. Birinci instansiya məhkəməsi işin hall arını ziddiyyətli olaraq müəyyən etmiş və apellyasiya məhkəməsi də, həmin ziddiyyəti aradan qaldırmamış, qətnaməni olduğu kimi köçürməklə, MPM-in 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozmuşdur.

37. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır.

38. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqavilələri məhz bələdiyyə qərarına əsaslanmaqla bağlanmışdır. İddia tələbinin əsasını məhz inzibati orqanla bağlanmış alqı-satqı müqavilələri tə şkil edir.

39. İddiaçının ləğv olunmasını tələb etdyi müqavilələrin əsasını da inzibati aktlar təşkil edir və bu halda mülki hüquqi əqdlərin mövcudluğu istisnadır. 40. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torp aqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Q ərarı).

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi gö stərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

44. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

45. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(107)326/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar