Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3534/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Zaqatala rayonu Mosul Bələdiyyəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3534/2022 (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi) Bakı şəhəri 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Zaqatala rayonu Mosul Bələdiyyəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisi mübahisə predmeti b arəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-309/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29.07.2018-ci il tarixli Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-250 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş icarə müqaviləsinə əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri X2 rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsini İddiaçı icarəyə verm işdir. İcarə müddəti xx.xx.2067-ci il tarixədək, icarə haqqı illik 785 manat müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin mülkiyyətində olan, **********52 reyestr nömrəli Zaqatala rayonu Mosul kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı xeyrinə yüklü edilmiş və həmin torpaq sahəsinə plan və ölçü tərtib edilmişdir.
3. Zaqatala Rayon Mosul Bələdiyyəsinin 1 mart 2019-cu il tarixli iclasının 6 saylı qərarından çıxarışa əsasən xx.xx.2019-cu il tarixd ə bələdiyyədə daxil olan ərizə qəbul və təsdiq edilmiş, “icarəçi” İddiaçı icarəyə verilmiş 6.00 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsinin 10 il müddətinə “sub icarəçi” Cavabdeh verilməsi təsdiq olunmuş, Cavabdeh torpağın icarə haqqı 3.00 ha torpaq üçün illik 393 manat müəyyən edilmiş və təsdiq edilmişdir. 4. 29.07.2018-ci il tarixli Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-250 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş icarə müqaviləsinə əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri X2 rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2067-ci il tarixədək, icarə haqqı illik 785 manat müəyyən edilmişdir. 5. xx.xx.2019-cu il tarixli Zaqata la rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-114 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsindən 3 ha torpaq sahəsi cavabdehə subicarəyə verilmişdir. İcarə müddəti xx.xx.2029-cu il tarixədək, icarə haqqı illik 393 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin mülkiyyətində olan iddiaçının adına yüklü edilmiş, **********52 reyestr nömrəli Zaqatala rayonu Mosul kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən xx.xx.2019-cu il tarixli 3M-114 reyestr nömrəli icarə müqaviləsi əsasında 10 il müddətinə illik 393 manat icarə haqqı müəyyən edilməklə cavabdehin xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) ilə aralarında bağlanmış 1 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli “İcarə müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İd diaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki,müqavilənin bağlanmasının üzərindən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh 1 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli "İcarə müqaviləsi"nin 5-ci maddəsinin tələblərinə uyğun olaraq ona ödəməli olduğu illik 393 (üç yüz doxsan üç) manat icarə haqqını ödəməmişdir.
8. İddiaçı Notariat Ofisinə müraciət edərək, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ona müqavilənin iki tərəfli əqd olduğu, yalnız bir tərəfin iştirakı ilə müqaviləni ləğv edə bilməyəcəyini, qarşı tərəfin də iştirakının vacibliyi izah edilmişdir.
9. Cavabdehin nümayəndəsi Ə.Əsədullayev iddiaya etiraz edərək göstərmişdir ki, icarə müqaviləsi bağlandıqdan sonra birinci il həmin torpaq sahəsini iddiaçı ö zü əkmiş və onlara torpaq sahəsinə girməmələrini demiş, lakin növbədti il iddiaçı yenidən həmin torpaq sahəsini əkmişdir. Buna baxmayaraq, cavabdehdən icarə haqqı tələb edir. Cavabdehin vəkili Şaban Məmədov isə cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını vaxtı vaxtında ocarəyə verən İddiaçı ödənildiyini bildirərərk, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi X9 portalının ********* nömrəli xx.xx.2021-ci il tarixli qəbzə əsasən cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinin icarəsinə görə 300 manat məbləğində ödəniş edilmişdir.
11. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-766/2021 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi il ə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birinin tələbi ilə müqavilənin ləğv edilməsi yalnız müqaviləni əhəmiyyətli dərəcədə pozulması, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, eyni zamanda icarə müqaviləsində onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları tərəflər arasında razılaşdırılmamışdır. Qanunvericilik tərəflərin birinin tələbi ilə müqavilənin ləğvi üçün əsas kimi digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və yaxud Məcəllədə nəzərdə tutulmuş halları qeyd etmişdir. Məhkəmə tərə findən Cavabdeh tərəfindən Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-114 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir.
13. İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqqının ona ödənilməməsini əsas gətirərək icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə 10 il müddətinə imzalanmasına baxmayaraq 2019 və 2020-ci illərdə icarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən İddiaçı tərəfindən istifadə edilmiş və y alnız 2021-ci ildə həmin torpaq sahəsi cavabdehin istifadəsi üçün təhvil verilmişdir. Cavabdeh tərəfindən bir il üçün müəyyən edilmiş 393 manat icarə haqqının mühüm hissəsi olan 300 manat xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə haqqının gecikdirilməsi halı müəyyən edilməmişdir.
14. İddiaçı dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, məhkəməyə gəlməmiş, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş və onun iddiasında göstərdiyi hallar məhkəmə araşdırılmasında da müəyyən edilməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 700.1, 700.2, 719.3, 719.4, 719.5, 719.6, 719.7-ci, Azərbaycan Respublikası Tor paq Məcəlləsinin 51, 55-ci, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 15-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və.ikayətini nunla əsaslandırmışdır ki, cavabdeh müqavilə bağlanan gündən bu günədə icarə haqqı ödəməmişdir, xx.xx.2021-ci il tarixli qəbzdə qeyd edilən pulun hara ödənilməsini məhkəmə müəyyən etməmişdir. Çünki həmin pul iddiaçıya ödənilməmişdir.Həmçinin məhkəmə hansı sübuta əsasən torpaq sahəsinin 2 il icarəçiyə təhvil verilmədiyi və yalnız 2021-ci ildə təhvil verildiyi qənaətinə gəlməsin i qətnamədə əsaslandırmamışdır. Əgər torpaq sahəsi cavabdehə təhvil verilməsəydi ən azından cavabdeh iki il ərzində bunu nümayiş edərdi.
17. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar torpağı icarəyə götürəndə iddiaçıya 780 manat məbləğində pul ödənilmiş, 2021-ci ilin aprel ayında isə 300 manat ödənilmişdir. 2019-2020-ci illərdə iddiaçı özü o torpaqdan istifadə etmişdir.Torpaq sahəsi bu günədək onlara təhvil verilməmişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-309/2022 nömrəli mülki iş üzrə 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
20. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Kollegiyanın məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə 10 il müddətinə imzalanmasına baxmayaraq 2019 və 2020-ci illərdə icarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən İddiaçı tərəfindən istifadə edilmiş və yalnız 2021-ci ildə həmin torpaq sahəsi cavabdehin istifadəsi üçün təhvil verilmişdir. Cavabdeh tərəfindən bir il üçün müəyyən edilmiş 393 manat icarə haqqının mühüm hissəsi olan 300 manat xx.xx.2021-ci il tarixdə ödənilmişdir.
22. M ülki Məcəllənin 529.5-ci maddəsinin tələbinə görə borc vaxtaşırı, hissəhissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həm birinci instansiya məhkənməsinin, eyni zamanda apellyasiya icraatı zamanı dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 529.5, 700.1, 700.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 7.2-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 1 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719, 721 və 722-ci maddələrinin tələbləri pozulmuşdur. İş materiallarında göründüyü kimi, iş üzrə cavabdeh müqavilə bağlandığı gündən bu günədək icarə haqqını ödəməmişdir. Məhkəmənin qətnaməsində istinad etdiyi 22 aprel 2021-ci il tarixli qəbzdə qeyd olunan 300 (üç yüz) manat pulun isə hara ödənilməsini qeyd etməmişdir. Çünki, iddiaçıya qeyd olunan 300 manat ödənilməmişdir. İşdə olan qəbzdəki vəsait bələdiyyənin hesabına ödənilmişdir. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719 və 722-ci maddəsinin tələblərinə əsasən, müqavilənin tək tərəfli qaydada ləğv etmək hüququ vardır. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719 və 722-ci maddəsinin tələblərini gözarda etmiş və nəticədə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
27. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421ci maddəsi hazırki işdə düzgün olmayaraq tətbiq edilmişdir. Belə ki, torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması, həmin müqavilənin ləğvi yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719-722-ci maddələri ilə tənzimlənir. Yəni, hazırk i işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin şərtləri daxilində baxılması qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi 2019 və 2020-ci illərdə icarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən iddiaçı tərəfindən istifadə edilməsi və yalnız 2021-ci ildə həmin torpaq sahəsinin cavabdehin istifadəsi üçün təhvil verilməsi qənaətinə gəlməsini öz qətnaməsində əsaslandırmamışdır. 2019 və 2020-ci illərdə icarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən iddiaçı tərəfindən istifadə edilməsi və yalnız 2021-ci ildə həmin torpaq sahəsinin cavabdehin istifadəsi üçün təhvil verilməsi, həmçinin 300 ( üç yüz) manat pulun iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə, işin bu hallarına ümumiyyətlə qiymət verməmiş və cavabdehin şifahi qaydada bildirdiklərini sübut kimi qiymətləndirmişdir.
28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 719, 721, 722-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 77, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
33. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
34. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
35. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
36. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686- cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqd an müddətli istifadə etməkdir.
38. Maddə 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
39. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
40. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
41. Maddə 51.5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, i carəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu
42. Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
43. Maddə 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikd ən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzg ün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
53. İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə cavabdehin icarə haqqı ödəmədiyinə görə müqavilənin ləğvini tələb edir. Cavabdeh isə həm icarə müqaviləsi üzrə torpaq sahəsinin ona təhvil verilmədiyinə, həm də müqavilə üzrə icarə haqqını vaxtında ödədiyini və borcu olmadığına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir.
54. Apellyasiya şikayətində iddiaçı icarə müqaviləsinin predmeti olan 3 ha hissəsinin 2019 və 2020-ci illərdə icarəyə verən iddiaçının özü tərəfindən istifadə edilməsi və yalnız 2021-ci ildə həmin torpaq sahəsinin cavabdehin istifadəsi üçün təhvil verilməsi, həmin il üçün də icarə haqqının mühüm hissəsinin ödənildiyi qənaətinə hansı mötəbər sübutlar əsasında gəlinməsini, 300 manat ödənişin ona ödənilmədiyini göstərsə də, bu dəlillər üzrə apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız iddiaçının məhkəmə iclasına gəlmədiyinə və onun tərəfindən məhkəməyə sübut təqdim ediməməsinə istinad edərək, bu dəliləri əsassız hesab etmişdir.
55. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
56. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır
58. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyəgötürən illik 393 manat icarə haqqını icarəyəverən İddiaçı ödəməlidir. Məhkəmələrin icarə haqqının ödənilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli ödəniş qəbzində 300 manat icarə haqqının icarəyəverən İddiaçı ödənilməsi göstərilməmişdir. Həmin ödənişin bələdiyyəyə ödənilməsi halında isə hansı əsasla bu qəbzi müqavilə öhdəliyinin icrası kimi qəbul edilməli olması qətnamədə əsaslandırılmamışdır.
59. Eyni zamanda, iddiaçının icarə müqaviləsi əsasında torpaq sahə sini icarəçiyə təhvil verməməsi və 2019 və 2020-ci ildə həmin torpaq sahəsindən iddiaçının özünün istifadə etməsi barədə məhkəmə tərəfindən müəyyən edilmiş hal yalnız cavabdehin nümayəndəsinin izahatına əsaslanmışdır.
60. Halbuki Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
61. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə həll edilərkən icarə müqaviləsinin şərtləri, Mülki Məcəllənin 684.1-ci maddəsi nəzərə alınmaqla, icarə haqqının ödənilməsi müddəti müəyyən edilməklə, Mülki Məcəllənin 719.7-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
63. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmama qla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmişdir.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərar qəbul etmək üçün prossesual əsaslar hazırki işdə mövcud deyildir.
65. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-309/2022 nömrəli iş üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.