Məhkəmə qərarları › İş №2(102)-3538/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3538/2021

30.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3538/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(107)-233/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: Mingəçevir Rayon Məhkəməsinin 2(051)-1180/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli, qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “X3 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, X2 adından tərtib olunaraq Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 iyun 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması tələbinə dair” iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlakda İddiaçı1 miras payının 1/10 hissə, qalan 9/10 hissəsinin isə Cavabdeh3 miras payı kimi müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi, vəkili Vəkil1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(107)-233/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyasına qaytaılmasını xahiş etmişlər. Azər baycan Respublikası Ali Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələddin Məcidov 23 iyul 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(107)-233/20201 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X4 tərəfindən kassasiya şikayətinin verilməsini və həmin şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin t ələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri əsasən və Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yan var 2021-ci il tarixli, 2(107)-233/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(102)-3538/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar