Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3539/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3539/21 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Rnun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-318/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri E saylı mənzilində birgə nikahlarında anadan olmuş X4 da daxil olmaqla hər birinin 1/3 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 avqust 2006-cı ildə rəsmi nikah bağlamışlar. Onların 09 dekabr 2007-ci ildə ad adlı övladları anadan olmuşdur. Ailə münasibətlərində narazıl ıq yarandığından ayrılmalı olmuşlar. Cavabdehlə birgə nikah dövründə mübahisəli mənzili 20000 manata almışlar və 23 fevral 2009-cu ildə mənzil ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Cavabdeh 24 avqust 2018-ci ildə mənzilin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırsa da, sonradan məhkəmənin 13 sentyabr 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh bunu mənzili övladları Murada verməsi ilə əlaqələndirmiş, lakin heç bir hərəkət etmədiyindən məhkəmə müraciət olunmuşdur. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 avqust 2019-cu il tarixli 2(050)-1646/2019 nömrəli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi qismən təmin edilərək, İddiaçı və Cavabdeh bir gə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan E saylı, ümumi sahəsi 69 kv.m, yaşayış sahəsi 37 kv.m, 3 otaqdan ibarət mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mənzilin 23 fevral 2009cu il tarixdən birgə nikah dövründə əldə olunmaqla ər-arvadın ümumi mülkiyyətinə aid olması mənzilin alqı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* si. çıxarışla və işin halları ilə sübuta yetir. Ona görə də iddiaçı tələbinin əsaslı hissəsində haqlıdır. Məhkəmə birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, qanunvericilikdə ər-arvad arasınd a onların ümumi bölünərkən hər birinin bərabər pay alması nəzərdə tutulmuşdur. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ər-arvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Həmçinin ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddiaçının uşağa qayğı göstərməsinin, öz payınd an uşağa verməsinin və buna görə cavabdehin də pay verməli olmasının nəzərə alınması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının iddiaçının himayəsində olması, ona qayğı göstərməsi və öz payından ona bağışlaması iddiaçının cavabdehə münasibətdə üstün hüquq əldə etməsi üçün əsas deyildir. Belə ki, cavabdeh həmin uşağın saxlanılması üçün iddiaçıya hər ya 100 manat aliment ödəyir. Bununla da öz qayğısını və maddi təminatını icra edir. Bundan başqa iş materiallarından və iddiaçının izahatı ilə müəyyən olunur ki, mənzilin pulunu cavabdeh qazanaraq ödəmişdir. Belə olan halda tərəflər arasında mütənasiblik prinsipi gözlənilməlidir. Ər-arvaddan hər hansı birinin valideynlik hüquqlarını həyata keçirilməsi ilə əlaqədar, onun hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakda payların müəyyən olunması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Məhkəmə cavabdeh tərəfin iddianın təmin olunmaması dəlillərinə münasibətdə qeyd edir ki, nə qədər ki, 24 yanvar 2009-cu il tarixli, 262101 saylı alqı-satqı müqaviləsi, eləcə də həmin müqavilə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* saylı çıxarış hüquqi qüvvəsindədir və onun əksi sübuta yetirilməyib, məhkəmə mənzilin rəsmi nikahdan əvvəl faktiki olaraq alınması və cavabdehə atası tərəfindən bağışlanması bar ədə dəlillərini əsassız hesab edir və bu barədə verilmiş şahid ifadəsini mötəbər hesab etmir. Məhkəmə mənafelərinə toxunan şəxs kimi “xxxx" İKB ASC-nin nümayəndəsinin iddianın rədd olunması dəlillərinə münasibətdə qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlakın bölünməsi bankın hüquq və mənafelərinə ziyan gətirmir. Məhkəmə qeyd edir ki, mənzil iddiaçı və cavabdehin razılığı ilə ipoteka ilə yüklü edilmiş və bu barədə İddiaçı notariat qaydada təsdiq olunmuş ərizə vermişdir. Həmçinin məhkəmə belə qənaətə gəlir ki, payların müəyyən olunması ilə mülkiyyətçilər dəyişmir, özgəninkiləşdirilmə və digər əsaslar üzrə sərəncam verilmir. Mənzil ipoteka ilə yüklü edilərkən onsuz da tərəflərin ümumi birgə mülkiyyətlərində idi və bank ər-arvadın əmlakının qanuni rejiminə görə onlar arasında əmlak bölgüsü b arədə mübahisənin olması ehtimalını nəzərə almalıdır. Məhkəmə həmçinin qeyd edir ki, kredit öhdəliyi üzrə 3131,18 ABŞ dolları borc evin hərrac zamanı ilkin satış qiymətinə münasibətdə olduqca az məbləğdir və iddiaçının həmin məbləği təmin etmək hüququ, o cümlədən satın almaqda üstünlük hüquqları vardır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 225.1, 269.1, 274.1, 312.4, 319.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1, 37.2, 41.1, 41.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 30.1 225.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın tam təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fehruz Abbasov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Tale Kərimov) 2(106)-245/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 2(050)1646/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, əmlakın bölünməsinə dair tərəflərin arasında razılıq olmadığından, bu əmlaklara Cavabdehla İddiaçı payları müəyyən olunmalı, payların nisbəti müəyyənləşdirilərkən isə, tərəflərin yetkinlik yaşına çatmamış Murad adlı uşaqlarının İddiaçı yanında qalmasına baxmayaraq, Cavabdeh tərəfindən birgə mülkiyyətin ailənin mənafeyinə zidd olaraq sərf edilməsi hallarının müəyyən olunmadığı nəzərə alınaraq İddiaçı payı artırılmamalıdır. Başqa sözlə, həmin əmlak bərabər hissələrdə, yəni ½ (50%) hissələrdə bölünməlidir. Kollegiya, cavabdehin apelyasiya şikayətinin “mübahisəli mənzilin faktiki olaraq 2009-cu ildə deyil, 2006-cı ildə alınması, mənzilin iddiaçı ilə onun vəsaiti hesabına əvəzli əqd üzrə əldə edilməməsi barədə” dəlil ini əsassız hesab edərək qeyd edir ki, birincisi, mübahisəli mənzilin 23 fevral 2009-cu il tarixdən birgə nikah dövründə əldə olunmaqla ər-arvadın ümumi mülkiyyətinə aid olması mənzilin alqı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* saylı çıxarışla və işin halları ilə sübuta yetir; digər tərəfdən cavabdeh, mübahisəsi gedən mənzilin dəyərinin 2006-cı ilin aprel ayınadək atası tərəfindən mənzilin əvvəlki sahibi PAbbasova ödənilməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya, cavabdehin apelyasiya şikayətinin dəlilləri kimi irəli sürülən qeyd olunan arqumentlərin əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gəl ən prosessual qənaət prinsipinə uyğun hesab edir. Qətnamədən narazı qalan Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı 1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və xeyrinə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İlqar Xələfov) 2(102)-3921/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməməsi, cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-245/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun l-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci tarixli Qərarında bildirilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Qanunverciliyin və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarından göründüyü kimi, hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün həmin əmlakın birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması kimi iki şərtin olması vacibdir. Hazırki işdə məhkəmələr 1-ci şərtin yaranmasını əsas götürərək mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi qənaətinə gəlmişlər. Lakin nə birinci instansiya məhkəməsi, nə də məhkəmənin gəldiyi nəticə ilə razlaşan apelyasiya instansiyası məhkəməsi həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına əldə olunması ilə bağlı hər hansı bir araşdırma aparmamış, iş materiallarında olan sübutları tam, hərtəfərli və obyektiv tədqiq etməyərək iş üzrə d üzgün olmayan nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, mübahisəli mənzil əvəllər onun mərhum qardaşı Rə məxsus olmuşdur. R ayaqdan əlil olduğu üçün, onun alğı-satqı işlərini o aparmış və 2006-cı ilin aprel ayında Pə 12500 manat müqabilində həmin mənzil faktiki olaraq satılmışdır. Lakin rəsmi alğı-satqı müqaviləsi bağlanmamış, mənzilə dair PAbbasova etibarnamə verilmişdir. Sonradan P mənzili oğlunun adına rəsmiləşdirmişdir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, məhkəmə iclasında şahidin verdiyi ifadə öz təsdiqini tapmışdır. Belə ki, alqı-satqı müqaviləsi balanarakən satıcını etibarnamə üzrə nümayəndə P (cavabdehin atası) 26.10.2006-cı il tarixli etibarnamə əsasında təmsil etmişdir. Lakin məhkəmələr şahid ifadəsini nə üçün sübut kimi qəbul etməməsini əsaslandırmamışlar. İşdən daha sonra görünür ki, cavabdeh tərəf mənzilin İddiaçı gəlin gələn kimi satın alındığını, iddiaçının həmin mənzilə gəlin köçürüldüyünü göstərmiş, cavabeh İddiaçı da birinci instansiya məhkəməsində verdiyi izahatında vəkilin sualına verdiyi cavabında bu faktı inkar etməmiş, həmin evə gəlin gəldiyini, evin Cavabdeh puluna alındığını göstərmişdir (iş v. 47). Bu barədə məhkəmə iclas protokollarına dair qeydlər verilməmiş, apelyasiya instansiyası məhkəməsi iddiaçının bu izahatına da qiymət verməmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, qanunvericilikdə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması nəzərdə tutulmuş dur. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıbçoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ər-arvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Həmçinin ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının iddiaçının hima yəsində olması, ona qayğı göstərməsi və öz payından ona bağışlaması iddiaçının cavabdehə münasibətdə üstün hüquq əldə etməsi üçün əsas deyildir. Belə ki, iddiaçı həmin uşağın saxlanılması üçün cavabdehə hər ya 100 manat aliment ödəyir. Bununla da öz qayğısını və maddi təminatını icra edir. Ər-arvaddan hər hansı birinin valideynlik hüquqlarını həyata keçirilməsi ilə əlaqədar, onun hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Ona görə də, məhkəmələr həmin hissədə düzgün nəticəyə gəlmişlər, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruz əçi, Zəki Babayev, Qəzənfər Kərimov) 2(106)-318/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(050)-1646/2019 saylı qətnaməsinin İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan E saylı, ümumi sahəsi 69 kv.m, yaşayış sahəsi 37 kv.m, 3 otaqdan ibarət mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Res publikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir: «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı birgə nikah dövrü ndə əldə olunmuş, Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış E saylı mənzilin onların birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə olunmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməli olduğu halda etməmiş, apelyasiya şikayətində də qeyd olunan halın mövcudluğu ilə bağlı heç bir dəlil göstərməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, mübahisəli mənzil əvəllər onun mərhum qardaşı Rə məxsus olmuşdur. R ayaqdan əlil olduğu üçün, onun alğı-satqı işlərini o aparmış və 2006-cı ilin aprel ayında Pə 12500 manat müqabilində həmin mənzil faktiki olaraq satılmışdır. Lakin rəsmi alğı-satqı müqaviləsi bağlanmamış, mənzilə dair P Abbasova etibarnamə verilmişdir. Sonradan P mənzili oğlunun adına rəsmiləşdirmişdir İşdə olan 24 yanvar 2009-cu il tarixli, 262101 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli mənzil X1 tərəfindən Cavabdeh satılmış, alqı-satqı müqaviləsi bağlanarkən satıcını etibarnamə üzrə nümayəndəsi P (cavabdehin atası) 26.10.2006-cı il tarixli etibarnamə əsasında təmsil etmişdir. Birinci instansiya məhkəməsinin 10 iyul 2019-cu il tarixli məhkəmə iclasının keçirilməsinə dair protokolundan görünür ki, cavabdehin vəkilinin sualına cavab olaraq İddiaçı mübahisə olunan mənzilə gəlin gəldiyini göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdehla 2006-cı ildə ailə həyatı qurmasını, mübahisə olunan mənzilə dair alqı-satqı müqaviləsinin isə keçmiş əri Cavabdeh alıcı qismində həmin mənzilin satıcısı R Zamanovla 24 yanvar 2009-cu il tarixli bağlamasını, yəni müba hisə olunan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olmasını əsas gətirməklə həmin mənzildə payının müəyyən edilməli olduğunu göstərmişdir. İşin faktiki hallarından görünür ki, mübahisə olunan mənzilin alqı-satqı müqaviləsinin iddiaçının cavabdehlə birgə nikahları dövründə bağlanmasına baxmayaraq İddiaçı həmin mənzilə özünün qeyd etdiyi kimi 2006-cı ildə gəlin köçməklə cavabdehlə ailə münasibətlərinin pozulmasınadək həmin mənzildə yaşamışlar. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarından da görünür ki, əmlakın ərarvadın nikah müddətində əldə edilməsi heç də formal olaraq hər hansı əmlaka dair sərəncam səlahiyyətinin əldə edilməsi ilə deyil, həmin əmlakın faktiki olaraq əldə edilməsi ilə ona sahiblik və istifadə hüquqlarına malik olmaq imkanını nəzərdə tutur. Göründüyü kimi iddiaçı yalnız mübahisə olunan əmlakın alqı-satqı müqaviləsinin birgə nikah dövründə bağlanmasına istinad etməklə həmin əmlakda payın müəyyən edilməsini tələb etmişdir. Lakin işin faktiki hallarından da görünür ki, mübahisə olunan mənzil 2006-cı il tarixdən əldə edilməklə iddiaçı və cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Ona görə də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə olunan iş üzrə İddiaçı istinad etdiyi hal, yəni daşınmaz əmlak obyektinin onun Cavabdehla bir gə nikah dövründə yaşadığı zaman ərinin adına qeydə alınması, hər hansı mötəbər sübut təqdim edilmədən həmin əmlakın həmin vaxt əvəzli olaraq, yəni əri Cavabdeh və onun öz gəlirləri hesabına əldə edilməsi qənatinə gəlməyə əsas vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun xeyrinə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzilin çox hissəsinin ona məxsus olmasına baxmayaraq, hakimlər birtərəfli qaydada qərar qəbul etməklə onun ziyanın qətnamə qəbul edilmişdir. Sözügedən qətnamə digər tərəfin xeyrinə dolayı yolla rla qəbul olunmuşdur. Apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilməli, tam, və hərtərəfli xeyrinə qərar çıxarılmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı vəkili Vəkil, Cavabdeh və 3-cü şəxs “xxxx” İKB ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1 və 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya d igər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına əsasən: «Ailə Məcəlləsinin 3 2-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntunun nədə ifadə olunduğunu göstərməmiş, yalnız onun xeyrinə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarida qeyd edildiyi kimi, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyasının qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə birgə vəsaiti hesabına əldə edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, apelyasiya kollegiyası da idd ia tələbini bu əsasla rədd etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-318/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.