Məhkəmə qərarları › İş №2(102)-3539/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3539/2025

05.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3539/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı birinci iddiası, İddiaçı MMC-nin Cavabdeh3 qarşı ikinci iddiası, Cavabdeh3 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda, kassasiya şikayətinə onu tərtib etmiş vəkilin orderi əlavə olunmadıqda, kassasiya şikayətinin formasına dair tələblər pozulduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məru zəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair birinci iddiası, İddiaçı MMC-nin Cavabdeh3 qarşı “mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi” tələbinə dair ikinci iddiası, Cavabdeh3 İddiaçı MMC-yə qarşı “mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 iyul t arixli 2(105)-270/2025 nömrəli qətnaməsindən birinci iş üzrə Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətini, həmçinin birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 (Vəkil2 Ağaməmməd oğlu) tərəfindən birgə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Birinci iş üzrə Cavabdeh2 kassasiya şikayəti üzrə: MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur), 407.1.3-cü maddəsinə görə isə kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkə mənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti dəqiq göstərilməlidir. Hazırkı birinci iş üzrə Cavabdeh2 kassasiya şikayətindən görünür ki, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində tələb dəqiq göstərilməmiş, məhkəmə aktı haqqında məlumatlar yanlış qeyd olunmuş (qətnamənin hansı məhkəməyə aid olması, tarixi və nömrəsi), yalnız “Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-13/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi” xahiş olunmuşdur. MPM-ə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş ü zrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 birgə vermiş olduqları kassasiya şikayəti üzrə: MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, Cavabde h3 tərəfindən verilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə edilsə də, Cavabdeh1 adına tərtib olunmuş vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. (Elektron sistemə X1 adına tərtib edilmiş order əlavə edilib.) Həmçinin kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qan uni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə, iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. İş materialları öyrənildikdə görünür ki, kassasiya şikayətində məhkəmə qətnaməsi tam mübahisələndirildiyindən, dö vlət rüsumu həm ilk, həm də qarşılıqlı iddialara uyğun ödənilməlidir. Bu baxımdan hazırda baxılan işdə ilk iddia ərizəsi qiymətləndirilməyən və qarşılıqlı iddia ərizəsi isə qiymətləndirilən (maddi ziyan – 28.475 manat) olduğundan, Cavabdeh1 və Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduqları dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən 137,71 manat təşkil etdiyi halda, onlar cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişlər. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxslər prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2025-ci il 8 iyul tarixli 2(105)-270/2025 nömrəli qətnaməsindən birinci iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti, həmçinin birinci iş üzrə Cavabdeh1 və ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar