Məhkəmə qərarları › İş №2(102)-3547/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3547/2019

24.05.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3547/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı, “xxxx” MMC-nin vəkili Abbasov Abbas Kazım oğlunun iştirakları ilə, “xxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin etibarsız sayılması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Bağırova, iş 2(009)-3225/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), hakimlər Ş.Məmmədova və V.Həsənov, iş № 2(103)-13307/2018) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş 31.08.2018-ci il tarixli, 397 nömrəli əmrin İddiaçı aid olan hissəsinin etibarsız hesab edilməsi, İddiaçı “xxxx” MMC-dəki əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi bar ədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” MMC-nin vəkili Abbasov Abbas Kazım oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənil məmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənl əşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC və “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında “mühafizə xidmətinə dair” 2 müqavilə mövcuddur: 1) 01.06.2016-cı il tarixli, ********** nömrəli müqavilə; 2) 01.09.2018-ci il tarixli, BP00287 nömrəli müqavilə. Əmək müqaviləsi bağlanarkən 1-ci müqavilə qüvvədə olub. 1-ci müqavilə 31.08.2018-ci il tarixində qüvvədən düşüb (iş v. 37, müqaviləyə düzəliş), növbəti gün – 0 1.09.2018-ci il tarixində 2-ci müqavilə qüvvəyə minib, 2-ci müqavilə bu günə kimi qüvvədədir. Göründüyü kimi, “xxxx” MMC-nin “BP Exploration (Caspian Sea) Limited” şirkətinə göstərdiyi mühafizə xidməti dayandırılmayıb, fasiləsiz olaraq davam edir, lakin 1ci müqavilə qüvvədə düşən gün (31.08.2018-ci il tarixində) işəgötürən əmr verərək iddiaçı ilə olan əmək müqaviləsini ləğv edib. Əmək müqaviləsinin 9.5-ci bəndindəki şərti təfsir edilərkən söz və ifadələrin hərfi mənasına əsaslanmaq olmaz. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəll ənin müəyyənləşdirdiyi bu qayda əmək müqavilələrinə də şamil olunur. Əmək müqaviləsinin 9.5-ci bəndindəki ifadə ilə (“xxxx” MMC və “BP şirkətləri arasındakı müqaviləyə xitam verilməsi” ifadəsi ilə) BP şirkətinə müqaviləyə əsasən göstərilən mühafizə xidmətinin sona çatması nəzərdə tutur. Belə ki, bu ifadədə müqavilənin tarixi və nömrəsi göstərilmədən “müqavilə” sözündən istifadə edilməsi də bunu təsdiq edir. Burada hüquqi məntiq ondan ibarətdir ki, “xxxx” MMC kommersiya hüquqi şəxsidir, onun “BP” şirkətinə göstərdiyi mühafizə xidməti sona çatdıqdan sonra bu şirkətin ona etdiyi ödənişlər də sona çatır, belə vəziyyətdə “xxxx” MMC-nin “BP” şirkətinə mühafizə, xidmətinin göstərilməsi üçün işə götürdüyü şəxsləri işdə saxlaması və onlara əmək haqqı ödəməkdə davam etməsi həmin MMC üçün iqtisadi ba xımdan zərərlidir. Ona görə də 1 yazılı müqaviləyə (01.06.2016-cı il tarixli, ********** nömrəli müqaviləyə) xitam verildikdən dərhal sonra (fasilə olmadan) 2-ci yazılı müqavilənin (01.09.2018-ci il tarixli, BP00287 nömrəli müqavilənin) bağlanması onu təsdiq edir ki, müqaviləyə əsasən göstərilən mühafizə xidməti fasiləsiz olaraq davam edir, buna müvafiq olaraq “BP” şirkətinin “xxxx” MMC-yə etdiyi ödənişlər də fasiləsiz olaraq davam edir. Belə vəziyyətdə iddiaçının (mühafizəçinin) işdə saxlanılması cavabdeh “xxxx” MMC-nin (kommersiya hüquqi şəxsinin) mənafeyinə hər hansı formada zərər gətirməsi mümkün deyil. İddiaçının izahatı da bunu təsdiq edir. Belə ki, iddiaçı bildirir ki, onun çıxdığı mühafizə postu halhazıra kimi qüvvədədir, həmin post “BP” şirkətinin maliyyələşdirdiyi, Yasamal rayonu ndakı “Azərbaycan Beynəlxalq Məktəbi”nin 2-ci ehtiyat giriş-çıxış qapısında yerləşir, onun işdən azad edildiyi günün (31.08.2018-ci il tarixinin) səhərisi (01.09.2018-ci il tarixində) həmin posta başqa şəxs çıxıb. Hazırda ora “X” soyadlı şəxs işə çıxır. Cavabdeh bu məlumatın həqiqiliyini inkar etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını tətbiq edərkən göstərmişdir ki, 01.06.2016-cı il tarixli əmək müqaviləsinin 9.5ci bəndində qeyd olunub ki, “Cavabdeh və “BP şirkətləri arasındakı müqaviləyə xitam verilməsi əmək müqaviləsinə xitam verilməsinə əsasıdır (iş v. 39). Əmək müqaviləsində belə halın müəyyənləşdirilməsi qanuna zidd deyil, çünki Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xita m verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə halları, müəyyən edə bilərlər. Lakin tərəflərin müəyyənləşdirdiyi həmin hal baş verməyib. “xxxx” MMC kassasiya şikayətində qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 75-ci maddəsi işəgötürən və işçiyə əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin həmin Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən etmək hüququnu verdiyi halda, apelyasiya instansiya məhkəməsi tərəflərin Əmək Məcəlləsinin qeyd olunan maddəsinə müvafiq olaraq müəyyən etdiyi halın (Əmək müqaviləsinin 9.5-ci bəndi) baş verməsini və bununla da Əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş əsasın yaranmasına dair hüquqi məsələni düzgün qiymətləndirməmişdir. Bunun nəticəsi olaraq, apelyasiya instansiya sı məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək yaranmış mübahisəyə Əmək Məcəlləsinin tətbiq edilməli olan 75-ci maddəsini və buna müvafiq olaraq Əmək müqaviləsinin 9.5-ci bəndini deyil, tətbiq edilməməli olan 300-cü maddəsini tətbiq etmişdir. Daha əvvəl də qeyd olunduğu kimi, apelyasiya instansiya məhkəməsi İddiaçı ilə Cavabdehin Əmək müqaviləsinin 9.5-ci maddəsində həmin müqaviləyə xitam verilməsi barədə müəyyən etdiyi müvafiq halın qanunvericiliyə zidd olmamasını təsdiq etmişdir. Lakin, məhkəmə Əmək müqaviləsinin tərəflərin əmək qanunvericiliyinə uyğun olaraq müəyyən etdiyi halı əks etdirən maddəsinin təfsirində səhvə yol vermiş və bunun nəticəsi olaraq da həmin halın baş vermədiyi qənaətinə gələrək Əmək Məcəlləsinin 75-ci maddəsini və buna müvafiq olaraq Əmək müqavil əsinin 9.5-ci bəndini düzgün tətbiq etməmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, hesab edirik ki, apelyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Odur ki, aşağıdakı səbəblərdən işin qeyd olunmuş faktiki halları da nəzərə alınmaqla İddiaçı ilə Cavabdehin Əmək müqaviləsinin 9.5-ci maddəsində həmin müqaviləyə xitam verilməsi barədə əmək qanunvericiliyinə uyğun olaraq müəyyən etdiyi müvafiq halın (“Cavabdehlə “BP” şirkəti arasında bağlanmış müqaviləyə xitam verilməsi”) baş verdiyini hesab edirik: • Tərəflər Əmək Müqaviləsinin 9.5-ci maddəsində “Cavabdehl ə “BP” şirkəti arasında müqavilə dedikdə” konkret müqaviləni - 01.06.2016-çı il tarixdən 31.05.2018-ci il tarixədək (sonradan 31.08.2018-ci il tarixdək uzadılmış) bağlanmış müqaviləni nəzərdə tutmuşlar. Həmin dəlili Əmək müqaviləsinin BP şirkəti ilə bağlanmış müqavilə ilə eyni tarixdə bağlanması və iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin əmək qanunvericiliyinə uyğun olaraq elektron informasiya ehtiyatında qeydə alınmasına dair bildirişdə əmək müqaviləsinin bitmə tarixi kimi əvvəlcə 31.05.2018-ci il tarixinin "BP” şirkəti ilə bağlanmış müqavilənin ilkin xitam tarixinin), daha sonra isə edilmiş dəyişikliklər nəticəsində 31.08.2018-ci il tarixinin (BP şirkəti ilə Cavabdeh arasında müqavilənin 3 ay müddətinə uzadılması ilə əlaqədar) qeyd olunması təsdiq edir. Həmçinin nəzərə alınmal ıdır ki, Əmək müqaviləsininmətnində (məsələn, 2.1-ci bənd) Cavabdehlə “BP” şirkəti arasında “bağlanmış” müqaviləyə istinad edilir. Əmək müqaviləsi bağlanan zaman isə Cavabdehlə “BP” şirkəti arasında artıq imzalanmış yeganə müqavilə 01.06.2016-cı il tarixli müqavilə olmuşdur. • Əmək müqaviləsinə xitam verilərkən Cavabdehlə “BP” şirkəti arasında apelyasiya instansiya məhkəməsinin istinad etdiyi ikinci müqavilə (01.09.2018-ci il tarixli) müqavilə qüvvədə olmamışdır və Cavabdeh hətta həmin müqavilənin bağlanacağı barədə məlumatlı olmamışdır. Belə ki, “BP” şirkəti ilə 01.09.2019-cu il tarixli müqavilə həmin şirkətin elan etdiyi tenderin nəticəsi olaraq bağlanmışdır. Tender 2017-ci ilin dekabr ayında elan olunsa da, nəticələrin məlum olması uzun müddət çəkmişdir (“BP” şirkəti ilə bağlanmış birin ci müqavilənin də qüvvədə olma müddəti də bu səbəbdən 3 ay müddətinə uzadılmışdır) və Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin çıxarılması zamanı belə Cavabdehin tendərin qalibi olması sonuncuya məlum olmamışdır. Tenderin qalibi seçilməsi barədə aksept Əmək müqaviləsinə xitam verildikdən sonra həmin iş gününün sonunda “BP” şirkəti tərəfindən Cavabdehə təqdim edilmiş (“BP” şirkətinin qeyd olunanları təsdiq edən emaili əlavə olunur) və ertəsi gün sonuncular arasında yeni müqavilə bağlanmışdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarına əlavə edilmiş ikinci müqavilənin Əmək müqaviləsinə xitam verilməsindən sonra qüvvəyə minməsi (Qətnamənin özündə bu fakta istinad edilmişdir) apelyasiya instansiya məhkəməsinə məlum olsa da, məhkəmə müvafiq məsələyə düzgün hüquqi qiymət verməmişdir. • “BP” şirkəti ilə Cavabdeh arasında ikinci müqavilə (01.09.2018-ci il tarixli) Əmək müqaviləsi bağlanarkən qüvvədə olmuş birinci müqavilənin (01.06.2016-cı il tarixli) müqavilənin davamı deyil, fərqi şərtlərlə bağlanmış yeni bir müqavilədir ki, Cavabdeh İddiaçı ilə Əmək müqaviləsinin şərtlərini (əmək haqqı və s.), o cümlədən 9.5-ci maddəsində qeyd olunmuş halı müəyyən edərkən ikinci müqavilənin həmin şərtlərlə bağlanacağını və ya ümumiyyətlə bağlanacağını nəzərə ala bilməzdi. Belə ki, birinci müqavilədə Cavabdehə “BP” şirkəti ilə eyni şərtlərlə mövcud müqavilənin müddətinin uzadılmasına və ya yeni müqavilənin bağlanmasına dair üstünlük hüququnun verilməsinə dair müddəalar mövcud olmamışdır. Yeni müqavilə fərqli şərtlərlə elan olunmuş tenderin nəticəsi olaraq bağlanmışdır və Cavabdeh rəqabət mühitində keçirilmiş tenderdə iştirak etmiş digər iddiaçılarla eyni imkanlara malik olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin 26.12.2018-ci il tarixli iclasının protokolundanda da göründüyü kimi, yeni müqavilənin fərqli şərtlərlə bağlandığı və əvvəlki müqavilə ilə müqayisədə yeni müqavilənin büdcəsində (xüsusilə əmək haqqı fonduna dair hissədə) azalmaların olduğu Cavabdeh tərəfindən məhkəmənin nəzərinə çatdırılsa da, apelyasiya instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmadan, Cavabdehə bu barədə sübutların təqdim edilməsi imkanını yaratmadan və iş materiallarında olan heç bir sübuta əsaslanmadan Cavabdehin kommersiya mənafeyinə hər hansı bir formada zərər vurulmaması qənaətinə gəlmişdir. Ha lbuki, tenderin qalibi olması üçün digər iddiaçılarla müqayisədə “BP” şirkəti üçün daha əlverişli təlkifin verilməsi baxımından “BP” şirkəti ilə ikinci müqavilənin bağlanması halında Cavabdehin birinci müqavilənin şərtlərinə uyğun layihəyə cəlb edilmiş işçilərlərlə eyni şərtlərlə əmək münasibətlərini davam etdirməsi heç bir kommersiya məntiqinə sığmır və onun kommersiya mənafelerinə əhəmiyyətli dərəcədə zərər vurmuş olardı. Məhz bu səbəbdən Cavabdeh kontragent şirkətlərlə bağlanmış müqavilələr üzrə layihəyələrə cəlb ediləcək və konkret layihənin tələblərinə cavab verən işçilərlə əmək müqavilələrini hər bir konkret layihənin müddətinə və kommersiya şərtlərinə uyğun bağlayır və həmin əmək müqavilələrində mübahisə predmeti olan Əmək müqaviləsinin 9.5-ci bəndində müəyyən edilmiş halla eyni məz munda olan hallar müəyyən edir (işçilərin razılığı ilə) və bütün işçilərə də əvvəlcədən bu barədə məlumat verilir. Qeyd olunanlardan ümumi nəticəyə gəlmək olar ki, İddiaçı ilə Cavabdehin Əmək müqaviləsinin 9.5-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir və bu qanunvericiliyin istinad edilən normaları, tərəfimizdən yuxarıda qeyd olunan dəlillər, o cümlədən iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi isə gəldiyi səhv nəticəni qətnamədə heç bir sübuta istinad etmədən cəmi bir neçə cümlə ilə əsaslandırmağa çalışmışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı ilə cavabdeh 01.06.2016-cı il tarixdə əmək müqaviləsi bağlayarkən həmin müqavilənin 2.1-ci bəndinə əsasən razılaşmışlar ki, bu Əmək müqaviləsi “Əmək Məcəlləsi”-nin 47-ci maddəsinin f) bəndinə uyğun olaraq, “01” iyun 2016-cı il tarixindən “xxxx” MMC və “BP” şirkəti arasında bağlanmış müqavilə başa çatanadək müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndi isə müəyyən edir ki, “tərəflər razılığa gəlirlər ki, bu Əmək müqaviləsinin müddəti qurtardıqda “İşəgötürən” İşçini 15 gün əvvəl yazılı xəbərdarlıq etməklə ƏM-nin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verəcək” Müqavilənin 9.5-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: • tərəflərin qarşılıqlı razılığı; • tərəflərdən birinin təşəbbüsü; • Bu müqavilənin 2.1., 2.2. və 2.3-cü bəndlərinin tələblərini rəhbər tutmaqla, “xxxx” MMC və “BP” şirkətləri arasındakı müqaviləyə xitam verilməsi, “İşəgötürən” və İşçi arasında bağlanmış bu Əmək müqaviləsinə ƏM-nin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilməsinə əsasdır. Mülki işin materialları ilə müəyyən edilir ki, “xxxx” MMC və “BP” şirkəti arasında 01.06.2016-cı il tarixli müqavilə 2 il müddətinə bağlanmış, sonra həmin müqavilə daha 3 ay müddətinə uzadılaraq 31.08.2018-ci il tarixdə həmin müqaviləyə xitam verilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə 31.08.2018-ci il tarixdə xitam vermişdir. Beləliklə cavabdeh iddiaçı ilə bağlanmış müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində hərəkət etməklə müqavilə şərtlərini pozmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilərkən cavabdehin hansı maddi hüquq normasını pozduğunu qeyd etmə li olduğu halda bunu etməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar