Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3554/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10115/2019 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi, vəkil xxx qızıtərəfində n verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 11/0004/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21783,73 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz, cəmi 36670,08 ABŞ dolları məbləğində kredit borcunun, 30,40 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmasıüçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə qeyri-yaşayış sahəsinin boşaldılması barədə m əhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)94/2019 nömrəli qətnaməsi (hakim K.F.Əmirxanova) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2015-ci il tarixli, 11/0004/OBK nömrəli kredit müqaviləsi üzrə 21783,79 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz, cəmi 36670,08 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıüçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 114500 manat müəyyən edilməklə açıq hərracdan satılması, borc məbləğinin satışdan əldə olunmuş vəsaitə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə qeyri-yaşayış sahəsinin boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10115/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakışəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qət naməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 134000 manat müəyyən edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi, vəkil xxx qızı kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10115/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə mövcud və əlavə sbutlar əsasında yeni qərər qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kreditin çox hissəsi ödənildiyi halda, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi düzgün olmamış, təkrar ekspertizanın təyin edilməsinə zərurət olsa da, apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və iş üzrə digər cavabdeh (ipoteka qoyan) tərəfindən mübahisələndirilməmiş, kassator isə şikayətində yalnız borcun məbləğindən şikayət etmişdir. İddiada olan borc faktiki olaraq cavabdehlərə bölünməz olaraq aid edilsə də, şikayət verməmiş tərəflərin prosessual hüquqlarının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası kassasiya baxışının hədlərini yalnız Cavabdeh1 aid və onun mübahisələndirdiyi hissə ilə məhdudlaşdırılmasını zəruri bilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə kreditor borcluya illik 23% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşlər. xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderinə əsasən 30000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmişdir. Həmçinin xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixədək hesablanmış 21783,73 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz, cəmi 36670,08 ABŞ dolları məbləğində kredit borcunun olmasını iddia etmiş, həmin borcun mövcudluğunu sübut etmək məqsədi ilə məhkəməyə maliyyə arayışını təqdim etmişdir. Birinci instansiyası məhkəməsində aparılmış araşdırma zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və eks pertin xx xxxxxx 2019-cu il tarixli 29097 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş iş materiallarında olan cari hesabdan çıxarış materialları və tərəflər arasında bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürməklə Cavabdeh1 “xxxx” ASC-yə olan borcu xx xxxxxxx 2018-ci il tarixə (iddia tələbi artırılan tarixə) əsas borc üzrə 21901,79 ABŞ dolları, faiz borcu üzrə 12453,27 ABŞ dolları məbləğində, xx xxxxxx 2019-cu il tarixə (ekspertiza tədqiqatı keçirilən tarixə) əsas borc üzrə 21901,79 ABŞ dolları, faiz borcu üzrə 14398,27 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlil ilə bağlı qeyd etmişdir ki, ekspertiza keçirildikdən sonra iddiaçı iddia tələbinin həcminin artır ılması ilə bağlı müraciət etmiş, sonda cavabdehlərdən 21783,79 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz borcunu tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvəsinin xx xxxxxx 2019-cu il tarixdə bitdiyi nəzərə alınaraq, cavabdehlərin iddiaçının iddia tələbinin artırılması ilə bağlı sonuncu dəfə müraciət etdiyi tarixə olan borcu hesablanmalıdır. Bu halda ekspert rəyi ilə müəyyən edilən məbləğin tələb olunan məbləğlə üst-üstə düşməməsi anlaşılandır. İşdən də görünür ki, tələb olunan əsas borcun məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən aşağıdır. Faiz borcun ekspert rəyində göstərilən məbləğdən çox olması isə faiz borcunun aylar üzrə hesablanmalı olması ilə izah olunur. Artıq olan məbləğ ekspertiza keçirildikdən sonra iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət e dildiyi vaxtadək aylar üzrə hesablanmış borc məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq ekspert rəyini mötəbər sübut ismində qiymətləndirmiş, həmin rəylə iddiaçının xx xxxxxxx 2018-ci il tarixdə olan tələbi təsdiq olunduğundan, ekspertiza tədqiqatı keçirildikdən sonra iddiaçının prosessual hüquqlarından istifadə edərək tələbini artırması nəzərə almaqla, məhz həmin məbləğin əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müə yyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hər bir halda, ekspert rəyi məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 etibarnamə əsasından nümayəndəsi, vəkil xxx qızıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10115/2019 nömrəli qətnaməsi verilmiş kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-3554/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3554/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver