Məhkəmə qərarları › İş №2(102)-3559/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3559/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3559/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçıxxxnun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan tərkibdə, iddiaçıxxxnun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-5772/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərardadından cavabdehlər X1 və Cavabdeh3 kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçıxxx iddia ərizəsi ilə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin bölünməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3571/2025 nömrəli 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin, 101 sa ylı mənzilinin açıq hərracda satılması, həmin mənzilin ilkin satış qiymətinin 150000 manat müəyyən edilməsi, mənzilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 1/3 hissəsininxxxya, 1/3 hissəsinin Cavabdeh1, 1/6 hissəsinin Cavabdeh2, 1/6 hissəsi Cavabdeh3 ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 33,3 manatın Cavabdeh1, 33,3 manatın Cavabdeh2, 33,3 manatın Cavabdeh3 tutularaq iddiaçıxxxya ödənilməsi və 116,6 manatın Cavabdeh1, 116,6 manatın Cavabdeh2, 116,6 manatın Cavabdeh3 eksperiza xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Leyla Şövkətli-Mənsimli)

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərliməsi qərara alınmışdır. (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Günay Axundova, Fərrux Qasımov)

5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin hər iki cavabdeh tərəfindən verildiyi qeyd edilsə də, şikayət elektron imza vasitəsilə yalnız bir Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarında isə Cavabdeh3 Cavabdeh2 adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti olması barədə hər hansı sübut yoxdur. Həmçinin, apellyasiya şikayəti Cavabdeh3 tərəfindən imzalansa da, dövlət rüsumu Cavabdeh2 tərəfindən ödənilmişdir.

6. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti üçün dövlət rüsumu Cavabdeh2 tərəfindən ödənilsə də, şikayət onun tərəfindən imzalanmamışdır. Bununla da cavabdehlər tərəfindən MPM-in 361.3 və 363.1.1-ci maddələrinin tələblərinə əməl edilməmişdir.

7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 361.1.1, 361.3, 366.2-c maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işi mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, dövlət rüsumu birgə şikayət üçün ödənilib və şikayətçilərdən biri (Tural) tərəfindən ödənilməsi qanun pozuntusu deyildir. Hər iki şəxs eyni mənzildə eyni paylara (1/6) malikdirlər və eyni məsələ üzrə birgə şikayət veriblər. MPM 361.3-cü maddəsi rüsumun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsini tələb edir. Məhkəmə kollegiyasının bu nəticəsi təccüb doğurmaya bilməz, belə ki, rüsumun Cavabdeh2 tərəfindən ödənilməsi, onun doğrudan da apellyasiya şikayətini verməsini təsdiq edir. Dövlət rüsumunun ödənilməsi, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu qəbzi ilə təsdiq edilir ki, bu da apellyasiya məhkəməsinin yanlış məhkəmə aktı qəbul etdiyini bir daha təsdiq edir. Həmçinin apellyasiya şikayəti xxxnin yenicə aldığı “ Asan imza”dan istifadə etməklə electron məhkəmə sistemindəki şəxsi kabineti vasuitəsilə göndərilib. Həmin şikayətin Cavabdeh2 tərəfindən də şəxsi cabinet vasitəsiulə və demək “Asan imza” alınması yolu ilə göndərilməsini tələb etmək qanuni tələb deyil. Üstəlik, o da nəzərə alınmalıdır ki, ərizəçilər hüquqşünas deyillər və kənar yardım olmadan heç bir şikayət göndərə bilməzdilər. O da qeyd edilməlidir ki, Cavabdeh2 demək olar ki, savadsızdır, hətta qələm ilə yaza bilmir. Bundan əlavə, Cavabdeh2 şikayəti doğrudan da imzalamamış olsa belə, apellyasiya məhkəməsi şikayəti bütövlükdə imzasız hesab edə bilməzdi, çünki Cavabdeh3 şikayəti həm fiziki, həm də elektron qaydada imzalayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti imzal anmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

12. Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

15. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyrimümkün sayarkən şikayətin elektron imza vasitəsilə yalnız Cavabdeh3 tərəfindən imzalanmasına, digər Cavabdeh2 şikayəti elektron qaydada imzalamamasına, eləcə də, ape llyasiya şikayətinin Cavabdeh3 Xanməmməd qızı tərəfindən imzalanmasına baxmayaraq, dövlət rüsumunun Cavabdeh2 tərəfindən ödənilməsinə istinad etmişdir.

16. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə... “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə isə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

18. Göründüyü kimi, prosessual qanunvericililik sənəd dövriyyəsini gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə müəyyən etmişdir.

19. İşdən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti versə də, şikayət onun tərəfindən elektron qaydada imzalanmayıb.

20. Buna görə də apellyasiya məhkəməsinin Cavabdeh2 apellyasiya şikayəti üzrə gəldiyi nəticə MPM-in 10-1.3 və 10-1.7-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur.

21. Məhkəmə kollegiyası ərizəçilərin hüquqşünas olmaması, kənar yardım olmadan onların heç bir şikayət göndərə bilməmələri, eləcə də, Cavabdeh2 demək olar ki, savadsız olması, hətta qələm ilə yaza bilməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, qeyd edilən dəlillər prosessual qaydalardan istisnaya h aqq qazandıran hallar kimi qəbul edilə bilməz. Həmçinin bu dəlil cavabdehlərdən birinin elektron qaydaya əməl etməklə şikayət verməsi ilə təkzib edilir.

22. Bundan əlavə, Cavabdeh3 şikayəti həm fiziki, həm də elektron qaydada imzalaması və bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin şikayəti bütövlükdə imzasız hesab etməsinin düzgün olmaması barədə dəlil də əsassızdır. Belə ki, Cavabdeh3 apellyasiya şikayəti versə də, dövlət rüsumunu o, deyil, şikayəti imzalamayan digər Cavabdeh2 ödəyib.

23. Kassasiya şikayətinin qeyd edilən dəlili o vaxt əsaslı hesab edilə bilərdi ki, Cavabdeh2 də şikayəti prosessual qanunvericiliyə uyğun vermiş olardı. Lakin qeyd edildiyi kimi Cavabdeh2 şikayəti elektron qaydada imzalamayıb, bu isə onun şikayət verməməsi deməkdir. Başqa sözlə, şikayət verməyən şəxs in ödədiyi dövlət rusumu isə şikayət verən şəxsin, yəni Cavabdeh3 ödədiyi rüsum kimi qəbul edilə bilməz.

24. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

25. Dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, rüsumun kim tərəfindən, hansı məqsəd üçün ödənilməsi, təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur.

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənləri və Mülki Pr osessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5772/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar