Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-356/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-356/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3651/2020 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 120 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 109.200 ABŞ dolları kredit verilib və tərəflər arasında xx xxxxx 2015-ci il tarixdə müvafiq saziş imzalanıb. Eyni zamanda sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, digər Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin 3 otaqlı, ümumi sahəsi 62.9 kv.metr, yaşayış sahəsi 38.6 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr olan 98 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin ed ilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə xx xxxxxx 2013cü il tarixli zaminlik müqavilələri bağlanıb. Müvafiq təminat müqavilələri imzalandıqdan sonra xx xxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh4 84 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 49.000 ABŞ dolları kredit verilib və kreditin aylıq 946 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilib. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə xx xxxxx 2015-ci il tarixdə edilmiş sazişlə kredit müqaviləsinin bəzi şərtləri dəyişdirilib. Tərəflər arasında xx xxxxxx 2013-cü il tarixli razılaşmaya xx xxxxx 2015-ci il tarixində edilmiş sazişlə kreditin müddəti 36 ay uzadılıb və ödənilməmiş ayların sayı 103 ay, son ödəniş tarixi isə xx xxxxxx 2023-cü il tarixədək müəyyən edilib. Lakin kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət etməsi qərara alınıb. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və ona hesablanmış faizlərin qaytarılması günləri dəfələrlə pozulub və sonuncu ödəniş xx xxx 2017ci il tarixdə 499 ABŞ dolları məbləğində edilib. Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixə 1.729,15 ABŞ dolları cari əsas borcu, 8.099,21 ABŞ dolları cari faiz borcu və 1.352 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 11.180,36 ABŞ dolları kredit borcu yaranıb. İddiaçı, ipoteka predmetlərini məhv olma və zədələnmə riskindən qorumaq üçün xx xxxx 2017-ci ildən xx xxx x 2018-ci il tarixədək öz hesabına sığorta etdirib və bunun üçün cəmi 239,55 manat sığorta haqqı ödəyib. Bu səbəbdən də cavabdehlərdən müştərək qaydada sözügedən kredit müqaviləsi üzrə 41.387,78 ABŞ dolları əsas, 8.099,21 ABŞ dolları cari faiz borcu, 1.352 ABŞ dolları dəbbə pulu, cəmi 50.838,99 ABŞ dolları kredit borcu və 239,55 manat sığorta haqqı iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2la bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 41.387,78 ABŞ dolları əsas, 17.607,45 ABŞ dolları cari faiz borcunun, 12.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 70.995,23 ABŞ dolları kredit borcunun, 239,55 ma nat sığorta haqqının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 3 otaqlı, 79 saylı evin, ümumi sahəsi 62,9 kv.metr, yaşayış sahəsi 38,6 kv.metr, yardımçı sahəsi 24,3 kv.metr olan 98 saylı mənzilə yönəldilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində cavabdehlərin həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Abbasova) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 41.151,28 ABŞ dolları əsas, 17.058,72 ABŞ dolları faiz borcunun, 1.800 ABŞ dolları cərimə olmaqla, cəmi 60.010 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin 98 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb və borclu Cavabdeh2 kredit razılaşmaları üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Bu səbəbdən də iddianın qismən təmin edilməsi üçün əsaslar əmələ gə lib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 54.600 ABŞ dolları müəyyən edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş olunub. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, borclu Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. İddianın qismən təmin edilməsi üçün əsaslar vardır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. b) Kasasiya şikayətinə qarşı etirazın dəl illəri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” BOKT MMC, cavabdehlər Cavabdeh2, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunverciliyə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşd irməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (Mülki Məcəllənin 319.1-ci maddəsi). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtı nın məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunvericiliyə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPMnin 4.1-ci maddəsi). Məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı ka sasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh2 apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsa sların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, sığortaçı “xxxx” Sığorta Şirkəti və sığortalı Cavabdeh4 tərəfindən imzalanmış “Əmlak sığortası” Şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 98 saylı mənzili 41.388 ABŞ dolları məbləğində sığortalanıb və sığorta haqqı 140,70 ABŞ dolları təşkil edir. xx xxx 2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, “xxxx” BOKT MMC tərəfindən “xxxx” Sığorta Şirkətinə və digər sığorta müqavilələri üzrə 530,41 manat ödəniş edilib. xx xxxxx 2019-cu il tarixli maliyyə arayışına görə Cavabdeh2 iddiaçıya ödənilməmiş 29.740,62 ABŞ dolları əsas, 4.717,33 ABŞ dolları faiz borcu, 33,24 ABŞ dolları cərimə olmaqla, cəmi 34.491,19 ABŞ dolları kredit borcu vardır. Məhkəmə E kspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019cu il tarixli rəyinə əsasən, borclu Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixə iddiaçıya olan əsas borcu 41.842,96 ABŞ dolları, faiz borcu 3840,20 ABŞ dolları və hesablanmış cərimə 1.787,07 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin digər məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli rəyindən isə görünür ki, borcu Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixə iddiaçıya olan əsas borcu 41.831,28 ABŞ dolları, faiz borcu 7.550,48 ABŞ dolları təşkil edir. Həmçinin Cavabdeh2 tərəfindən sözügedən kredit müqaviləsi üzrə xx xxxxxx 2008-ci ildən xx xxxx 2019-ü il tarixədək banka 680 ABŞ dolları ödəniş edilmişdir. “xxxx” MMC-nin rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektin də yerləşən 79 saylı evin 98 saylı mənzilinin xx xxxxx 2018-ci il tarixə olan bazar dəyəri 75.000 manat məbləğində qiymətləndirilib. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən, borclu Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 41.831,28 ABŞ dolları, faiz borcu 7.550,48 ABŞ dolları təşkil edir. Borclu Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə xx xxxxxx 2008-ci ildən xx xxxx 2019-cu il tarixədək 680 ABŞ dolları ödəniş edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka predmetinin qiymətləndirməsinə dair rəy kifayət qədər əsaslandırılıb və ipoteka predmetinin mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən edilib. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Cavabdeh2 ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb və Cavabdeh2 qiymətləndiricinin rəyini şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim etməyib. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsində qeyd olunan ilkin satış qiyməti 54.600 ABŞ dolları, həmin dövrün ABŞ dollarının manata məzənnəsi isə 42.588 manat təşkil edir. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən mübahisələndirilə n ipoteka predmetinin ilkin satış qiymətini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmadığından, əksinə məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yoxlanılmaqla, həmin qiymətin aşağı olmadığı müəyyən olunduğundan, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən araşdırılmasına lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3651/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-356/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-356/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver