Məhkəmə qərarları › İş №2(102)-3561/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3561/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3561/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X9 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3561/2022 Açar sözlər: söküntüyə görə evdən istifadə hüququ olan şəxsə kompensasiyanın ödənilməsi, maddi və mənəvi zərər Bakı şəhəri, 15 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qı zı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X9 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2025/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 saylı ev paylı mülkiyyət hüququ üzrə 39 m2 X7, 59,6 m2 Cavabdeh2 və 53,6 m2 X5 adına qeydə alınmaqla mülkiyyətində olmuş və bu barədə xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır.

2. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 7069/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı ünvan 1 saylı evdən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməmiş, İddiaçı həmin evə istifadə hüquqlarının olması müəyyən olunmuş, qətnamə qanuni qüvvəsini almışdır.

3. Bakı Şəhər İcra Hakimiyyətinin 59 saylı, 18 mart 2020-ci il tarixli "Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin ti kintisi üçün torpaq sahəsinin "xxxx" Mədud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında" Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhü Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyinin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. 4. "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 05/3 nömrəli əvə zləşdirmə müqaviləsinə əsasən mülkiyyətçi - Cavabdeh2 ünvan 1 saylı yaşayış evini "City Life” MMC-yə sökülməsi üçün təhvil verməyi, "City Life” MMC isə evin hüquqmüəyyənedici sənədlərdə göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirsiz 84,5 m2 yeni tikilən binadan mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. 5. "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 128/3 nömrəli müqaviləyə əsasən "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilmiş və ünvan 1 saylı ev üçün mülkiyyətçi Cavabdeh2 aid 59,6 kv.m sahənin sökülməsi məqsədi ilə 125000 manat məbləğində kompensasiya verilməsi razılaşdırılmışdır. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro-022/22 saylı rəyə əsasən ünva n 1 ünvanında yerləşən 70 m2 orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat təşkil edir.

7. X12 tərəfindən verilmiş arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir. 8. "İnter Proper” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro-022/22 saylı rəyə əsasən ünvan 1 saylı evin 70 kv.m olan orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat,digər arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X9 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənzilə görə 36847,06 manat kompensasiya, əşyaların məhv olması nəticəsində dəymiş 9030 manat maddi ziyan və 5000 manat mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1970-ci ildə X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikaha daxil olduqdan sonra ünvan 2 ünvanına köçmüşdür. İddiaçı mübahisəli mənzildə əri və onun valideyinləri ilə birlikdə yaşamışdır. Həmin ünvanda 50 ildən artıq müddətdir ki, yaşamış və mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyyatdadır. İddiaçının ərinin ai ləsi həmin mübahisəli ünvan üzrə isə 150 ildən artıq müddət yaşamışlar. İddiaçının qayınatası və qayınanası vəfat etməsidən sonrada iddiaçı ailə üzvləri ilə birlikdə yəni qızları ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişdir. İddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun olması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7069/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə öz təsdiqini tapmışdır. 421323 saylı, 17 dekabr 1978-ci il tarixli arayışına əsasən İddiaçı sahəsi 25 kv.m təşkil edən mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəli, 08 noyabr 2019-cu il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Sübhü Salayev küçəsində yerləşən 5 saylı, ümumi sahəsi 152,20 kv.m-dən ibarət fərdi yaşayış evi X7, X9 və Cavabdeh2 mülkiyyətində olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin 59 saylı, 18 mart 2020-ci il tarixli "Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" Mədud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında" Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhü Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyinin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. “City Life" MMC ilə Cavabdeh2 arasında bağlanmış 05/3 saylı, 12 avqust 2020-ci il tarixli "Əvəzləşdirmə haqqında" müqavilənin 1.2-ci bəndinə əsasən "mülkiyyətçi ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Sübhü Salayev küçəsi, 5 saylı evin "xxxx" MMC-yə sökülməsi üçün təhvil verir. "xxxx" MMC isə "Mülkiyyətçi"yə hüquqmüyyən edici sənədlərində olan "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş e sgiz layihəsində göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə, mülkiyyətçilər Cavabdeh2, X7 və X4 razılıq ərizələrinə əsasən mənzillərin sahəsi toplanaraq 3 yerə bölünmüşdür: 84.81 kv.m+53.9 kv.m+53 kv.m=192 kv.m, 192,1 kv.m+20%=230,5 kv.m, təmir əvəzi 23 kv.m, cəmi 253,5 kv.m:3= 84,5 kv.m olmaqla təmirsiz 84 kv.m yeni tikilən binanda mülkiyyətçiyə verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh2 Bakı Şəhəri 9 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 8İ-12778 reyestr nömrəsi ilə təsdiq edilmiş 12 avqust 2020-ci il tarixli "Əvəzləşdirmə haqqında" müqaviləyə xitam verilməsi və "Kompensasiya haqqında" Müqaviləsinin bağlanması haqqında" 26 noyabr 2021-ci il tarixli ərizəsinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasında 123/3 saylı, 29 noyabr 2021 -ci il tarixdə "Kompensasiya haqqında" müqavilə bağ lanmışdır. Həmin Müqavilənin 1.1, 2.2 və 3.3.2-ci bəndlərinə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında 12 avqust 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilməsi və mülkiyyətçi ilə kompensasiya müqaviləsi bağlanması və ona kompensasiya verilməsi ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişlər. Bu müqaviləyə əsasən şirkət mülkiyyət hüququna əsasən sərəncamında olan pay üzrə mülkiyyətçiyə məxsus ünvan 3 ünvanında, çıxarış üzrə 59,6 kv.m sahədən ibarət olan mənzili sökmək ilə mülkiyyətçidən təhvil almışdır və əvəzində müəyyən edilmiş qaydada mülkiyyətçiyə 125000 manat pul vermişdir. Bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3- cü şəxslər tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq yaranacaq hər hansı tələbi qarşılamaq mülkiyyətçinin öhdəliyinə aid edilmişdir. İddiaçı 31 yanvar 2020-ci il tarixdə X3 yaşayan qızına baş çəkmək məqsədi ilə qısa müddətlik səfərə getmiş, səfəri təxminən 1 aylıq nəzərdə tutulmuş, lakin dünya səviyyəsində yayılan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar hava və digər nəqliyyat vasitələri üzrə yolların bağlı olması səbəbindən daimi yaşamış olduğu Azərbaycan Respublikasına geri qayıda bilməmişdir. X3 1 il 5 ay qalmaq məcburiyyətində qalmış, daimi yaşamış olduğu Azərbaycan Respublikasına yalnız 10 iyun 2021-ci il tarixdə qayıda bilmişdir. İddiaçı X2 müddət ərzində daimi yaşadığı ünvan üzrə qonşuları onu məlumatlandıraraq bildirmişlər ki, iddiaçının yaşamış olduğu 25 kv.m olan sahəyə qanunsuz daxil olması barədə məlumat versələr də, qonşuların nə demək istəklərini anlamış, yalnız daimi yaşamış olduğu ünvana gəldikdən sonra müəyyən etmişdir ki, yaşamış olduğu ümumi sahəsi 25 kv.m təşkil edən ünvan sökülmüş və mənzildə olan əşyalar məhv edilmişdir. Bu barədə müvafiq orqanlara müraciət etsə də, hazırkı mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyə edilmişdir. Daha sonra, məsələni araşdırarkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 digər cavabdeh ilə birlikdə iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək əmlakını məhv etmişlər, Cavabdeh2 ümumi sahəsi 25 kv.m təşkil edən mənzilə daxil olaraq həmin mənzil üzrə özünün yaşadığı görüntüsü yaradaraq həmin sahəyə dair cabahdeh Cavabdeh1 ilə müqavilə bağlamışdır. Cavabdeh1 tərəfindən iddiaçının iradə ifadəsini əks etdirməyən, qanunsuz olaraq yaşamış olduğu mənzil sökülmüşdür. Belə liklə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyytda olmaqla yaşamışdır, həmin ünvanda yaşamasını və mənzil üzrə istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bundan başqa, iddiaçının istifadə hüququna xitam verilməsi marağı, bunu tələb edən şəxs Cavabdeh2 olmuşdur, işin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının yaşamış olduğu mənzilin ümumi sahəsi 25 kv.m təşkil etmiş, Cavabdeh2 yaşamış olduğu sahəsi isə dövlət reyestrindən çıxarışına sahəsi 59,6 kv.m təşkil emişdir, Cavabdeh2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 05/03 saylı, 12 avqust 2020-ci il tarixli “Əvəzləşdirmə haqqında" müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçının yaşamış olduğu 25 kv.m-dən ibarət olan sahəsi Cavabdeh2 sahəsinin üzərinə hesablanaraq ümumilikdə faktiki sahə kimi 84,81 kv.m qeyd edilmişdir. Bundan sonra, cavabdeh həmin sahəyə görə cavabdeh "xxxx" MMC arasında bağlanmış 128/3 saylı, 29 noyabr 2021-ci il tarixli kompensasiya müqaviləsinə əsasən 125000 manat məbləğində kompensasiya alması nəzərdə tutulmuşdur. Bununla belə aydın olur ki, cavabdeh "xxxx" MMC Cavabdeh2 84,81 kv.m-dən ibarət sahə üçün 125000 manat məbləğində vəsait ödəməsi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC Cavabdeh2 yaşayış sahəsinin hər bir kv.m üçün 1473,88 manat ödəməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçının faktiki istifadəsində olmuş sahəsinin 25 kv.m-dən ibarət olmasını nəzərə alaraq 1472,88 manat cavabdehlərdən 36.847,06 manat vəsait almalıdır. İddiaçının yaşamış olduğu ünvan üzrə məhv olmuş əşyaların dəyəri bunlardan ibarətolmuşdur: 400 manat dəyərində olan televizor, 650 manat dəyərində olan 1 ədəd soyuducu, 700,00 manat dəyərində olan 1 ədəd kondisioner, 1000 manat, 1000 manat dəyərində olan yemək servisləri, 400 manat dəyərində olan divan və kreslolar, 580 manat dəyərində olan su qızdırıcısı, 400 manat dəyərində olan masa və oturacqlar, 220 manat olan tozsoran, 180 manat dəyərində elektrik ət çəkən avadanlığı, 700 manat dəyərində olan yorğan, döşək və çarpayı, sonuncu dəfə mənzilin təmirinə çəkilmiş 2800 manat ümumilikdə iddiaçıya dəymiş real zərərinin dəyəri 9030 manat təşkil etmişdir. İddianın təmin olunmasını xahiş edib.

11. Cavabdeh2 nümayəndəsi X7 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın təmin e dilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh2 nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, etiraz ərizəsində mövqelərini kifayət qədər bildirmişlər. İddiaçının nümayəndəsi və vəkili tərəfindən səsləndirilən fikirlər tamamilə yanlış, əsassız və yalandır. Həmin yer iki mərtəbəli ev olmuş və Pərvizin mülkiyyətində olmuşdur. Pərvizin dövlət tərəfindən verilən çıxarışı olmuşdur. Ümumi 199 kvadrat metr ərazi olmuş və hamısı da Pərvizin mülkiyyətində olmuşdur. Cavabdeh1 MMC isə bütün halda vətəndaşın xeyrinə olaraq 20 faiz artıq hesablamışdır. Qarşı tərəf əmlakın onların olduğunu sübut edə bilmir. Hazırkı iddianın qaldırılması, iddia tələbinin əsası tamamilə yanlış v ə əsassızdır. Cavabdeh1 MMC-nin layihəsi dövlət səviyyəsində olan pilot layihədir. Onların kifayət qədər hüquqşünasları və mütəxəssisləri var. Onlar qanunsuz yerə onlara pul verməzdilər. Çıxarış olan halda iddiaçının təqdim etdiyi arayış əsassızdır. Suala cavab olaraq bildirir ki, əmlakın kvadratı sənədlərdə əksini tapmışdır. Emiliya xanımın həmin həyətdə nə vaxtdan yaşadığını atası daha yaxşı bilir, amma onun həmin həyətə və evə heç vaxt mülkiyyət hüququ olmamışdır.

13. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Emiliya xanım orada təxmini 1972-ci ildən yaşamışdır, ondan əvvəl isə heç bir qohumu orada yaşamamışdır. Əkrəm valideynləri ilə orada yaşamışdır, Emiliya xanım isə Əkrəmgilə gəlin gəlmişdir. Valideynləri onun babasının yanında 1930-1935-ci illərdə işləmişlər. Əkrəmin babası Əli kişi var idi, onların evləri yanmışdır, Babası da demişdir ki, gəlsin onun evində qalsın, onun evi boşdur və o da gəlib orada qalmışdır. O zamandan da onların boğazına keçmişlər. Qeydiyyatları olmamışdır, ancaq o zamanın pulu ilə ayda 5 manat kirayə haqqı vermişlər. O, Emiliya xanıma oradan çıxması üçün 10 il bundan əvvəl 30 min pul təklif etmişdir, çünki qonşular da narazı idi və əxlaqsız həyat tərzi sürürdülər. O zaman imkanı var idi. Emiliya isə yox deyərək razı olmamışdır. Emiliya xanımın yaşadığı yerin ölçüsünü bilmir. Əkrəmin babası öldükdən sonra isə arakəsməni açmışlar. Arakəsmə karton idi. Həmin ildə onun qardaşı rəhmətə getdiyi üçün onların başı qarışıq idi. Onlar oranı zəbt etmişlər, atası d a demişdir ki, eybi yoxdur, yaşasınlar. Çıxarış isə onların adınadır, əvvəl nənəsinin adına sonra atasının adına olmuşdur, atası da ona vermək istəyəndə demişdir ki, Pərvizin adına yazdırsın. Emiliya xanım əvvəl təxmini 15 kvadrat metr ərazidə yaşayırdı, sonradan əlavə yeri də zəbt etdikdən sonra təxmini 25-30 kvadrat metr ərazidə yaşayırdı.

14. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o, 1978-ci ildən həmin ünvanda yaşayır, o gələndə isə Emilya xanımgil orada yaşayırdılar. Pərvizi, Çingizi, Cahangiri tanıyır, onlar da qonşuları olmuşdur. Onlar ikinci, Emiliya xanım isə birinci mərtəbədə yaşamışdır. O isə birinci mərtəbədə üzbəüz yaşamışdır. Pərviz, Çingiz, Cahangir Emiliya ilə bir həyətdə yaşayırdılar, amma qapıları ayrı idi. O, Emiliya xan ımı kirayəçi kimi bilməmişdir. Emiliya xanım ora gəlin gəlmişdir. Emiliya xanımın qayınanasını və anasını o görmüşdür. Emiliya xanım pandemiya vaxtına qədər həmin evdə yaşamışdır. Pandemiyadan əvvəl isə qızının yanına getmişdir, yolllar bağlandığı üçün isə gələ bilməmişdir. Söküntü də həmin zaman olmuşdur. Emiliya xanımın otağı və koridoru böyük idi, zal 30 m2, yataq otağı 12 m2 olardı. Əlavə mətbəx və hamam var idi. Emiliya xanım ona və digər qonşulara pis olmamışdır. Emiliya xanımın Bayılda evi olduğunu və orada yaşadığını eşitməmişdir. Emiliya xanımı daimi görürdü, ancaq qızının yanına gedib gəlirdi.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5327/2022 saylı işi üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh2 10800 manat v ə ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,4 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh2, X7 və X5 paylı mülkiyyətində olmuş, iddiaçı isə həmin evdə qeydiyyatda olmaqla onun həmin evə istifadə hüququnun olması məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə mülkiyyətçilər Cavabdeh1 MMC ilə əvəzləşdirmə barədə müqavilə bağlayaraq yaşayış evini sökülməsi üçün MMC-yə vermək və əvəzində hər mülkiyyətçinin payına uyğun sahəsinə 20% əlavə etməklə təmirsiz mənzil almaq barədə razılaşmışlar. Bundan sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ərizə ilə müra ciət edərək əvəzləşdirmə müqaviləsinə xitam verilməsi və kompensasiya müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bunun əsasında Cavabdeh2lə Cavabdeh1 MMC arasında bağlanımş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilmiş və Cavabdeh2 öz payına münasibətdə (59,6 m2 ) həmin yaşayış evinin əvəzində 125000 manat kompensasiya almışdır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilə görə 36847,06 manat kompensasiya, əşyaların məhv olması nəticəsində dəymiş 9030 manat maddi ziyan və 5000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh2 nümayəndəsi etiraz ərizəsi verərək iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçının sözügedən mənzildə istifadə hüququ olmuşdur. Daha sonra iddiaçı ölkə hüdudlarından kənarda olmuşdur. Bildirdiyinə görə pandemiya ilə əlaqədar ölkəyə bir müddət qayıda bilməmişdir. Sözügedən mənzilin söküntüsü isə labüd olmuşdur. Hazırda mənzil mövcud deyildir. Söküntü ilə əlaqədar mülkiyyətçi olan Cavabdeh2 kompensasiya ödənilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının mənzilə istifadə hüququ ilə əlaqədar ona kompensasiya ödənilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əşyalara aid hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı əşyalar və onların dəyəri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, əşyaların məhv olduğunu bildirsə də, məhkəmə iclas zalında baxış keçirilmiş CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar hal şahidlərinin iştirakı ilə saxlanca verilmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2, 1096, 1097-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətl Cəmiyyətinin Cavabdeh2 yaşayış sahəsinin hər bir kv.m üçün 125.000 manat/84.81 kv.m =1.473,88 manat ödəməsini nəzərə alaraq, iddiaçının faktiki istifadəsində olmuş 25 kv.m sahəyə görə cavabdehlərdən 36.847,06 manat vəsait göstərmişdir. Cavabdeh2 digər cavabdeh ilə birlikdə iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək əmlakını məhv etmişlər.Belə ki, məhkəməyə cavabdehlər tərəfindən təqdim olunan video görüntülərdə görünür ki, mənzilə rahatlıqla daxil olur, aydın şəkildə məlum olur ki, həmin video çəkiliş çəkilməmişdən əvvəl də dəfələrə mənzilə qanunsuz olaraq daxil olmuşdur. Həmçinin, mövcud əşyalarla bağlı məhkəmə qərarı olmadığından qətnamə qanuni qüvvəyə mindikdən sonra onların cavabdehdən alınması qeyri mümkündür.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2025/2023, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə, əmlak hüquqlarına münasibətdə onun istifadə etdiyi yaşayış sahənin həcminə və onun səciyyələndirən digər xususiyyətlərinə dair təsnifedici mötəbər sübutlar təqdim etməmiş, istifadə hüquqlarını dövlət reyestrində də qeydə aldırmamışdır. Belə olan halda və cavabdehin şikayət vermədiyi prosessual şəraitdə iddianın kompensasiya məbləğinə münasibətdə fərqli müəyyənedici əsaslar müəyyən edilmir. İddianın əşyalar hissəsində onların mövcudluğu Cavabdeh2(nümayəndəsi) tərəfindən etiraf edilsə də, onun iddiaçı tərəfindən götürülməsinə cəhd edilməmişdir. Bu hissədə qeyd ed ilməlidir ki, şəxs öz əmlakına yiyələnmək üçün və sahibliyi həyata keçirmək üçün hərəkətsizlik edirsə, burada cavabdehliyin və kiminsə mülki məsuliyyətinin, habelə onun həcminin və dəyərinin müəyyən edilməsi mümkün deyildir.

24. Ümumiyyətlə, iddianın iki cavabdehə yönəlməsi, məhkəmə qətnaməsi ilə kompensasiyanın istifadə hüququna aid hissədə bir cavabdehin mülki məsuliyyətinin müəyyən edilməsi, tələbin mübahisə edilən digər hissələri ilə yanaşı mənəvi zərər hissədə də əsasların sübut edilməməsi və kim tərəfindən, hansı hərəkətləri nəticəsində mənəvi zərər dəyməsi aydın olmadığından bu hissədə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Mülki Məcəlləsinin 21, 23, 139.1, 152.5, 255.2, 255.3, 228.2, 10 96, 1097-ci və MPM-nin 14.2, 77.1. 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) apellyasiya instansiyasının qətnaməsindən kassasiay şikayəti verərək, qətnaməsinin tamamilə ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul еdilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtl ə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

32. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarı “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşa yış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” 33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməy ən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna b ilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həm in hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş s übutlarla əsaslandırır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

45. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin iddiaçının istifadəsində olan 25 kv.m sahəyə görə ona mülkiyyətçiyə verilən kompensasiya məbləğinə uyğun kompensasiya verilməsi barədə dəlillərinə münasibətdə məh kəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.

48. R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında isə Konstitusiya Məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə bu qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması qənaətinə gəlmişdir.

49. Belə olan halda, məhkəmə kollegiyas ı hesab edir ki, evdən istifadə hüququ olan şəxsə həmin evin mülkiyyətçisinə verilən kompensasiya məbləğinə uyğun kompensasiyanın verilməsini tələb etməsi əsassızdır.

50. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir.

51. Məhkəmə kollegiyası iddianın digər hissələri üzrə də apelyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və həmin hissələrdə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qe yd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2025/2023 nömrəli mülki iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar