Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3563/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Rüstəmli) İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyy ətinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və “xxxx” MMC-yə qarşı iddiası qismən təmin edilərək, “xxxx” MMCnin Bakı şəhəri, X saylı fərdi yaşayış evinin ½ hissəsinin (bundan sonra – ipoteka predmeti) 100000 manata qiymətləndirilməsinə dair xx xxxxxx 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)10849/2019 saylı mülki iş) hazırki iş üzrə akı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-281/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişd irilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirilməsi üzrə 130 (yüz otuz) manat məhkəmə xərci üçüncü şəxs Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin mütəxəssisi İ.Bəşirov tərəfindən verilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsi, borcun ödənilməsinə yönəldilmiş, Bakı şəhəri X saylı evin ½ hissəsinin yenidən qiymətləndirilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilərək əmlakın bugünkü günə qiymətinin müəyyən edilməsi barədə qətnamə və təkrar qiymətləndirmə ekspertizasının keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirli yinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Binəqədi rayon Məhkəməsi 2(001 )-281 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində əsaslandırmışdır ki, “xxxx MMC-nin xx xxxxxx 2015-ci il tarixli, 15-722 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatında qiymətləndirmənin fakt üzrə aparılması öz əksini tapsa da, əmlakın foto və sxemlərdə təsviri həyata keçirilməmiş, tərəflərdən (sifarişçidən) zəruri olan sənədlər tələb edilməmiş, əlavə məlumat və izahatlar alınmamış, qiymətləndirmə yalnız kağız üzəri ndə aparılmışdır...” “xxxx” MMC tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli, QXM 161/M saylı əmlakın qiymətləndirməsi barədə rəydən isə görünür ki, Bakı şəhəri, X saylı fərdi yaşayış evinin ½ hissəsinin bazar dəyəri 130.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin rəydə əmlakın təsviri ətraflı göstərilmiş, müvafiq şərtlər və bazar reallığı nəzərə alınaraq fərdi yaşayış evi 130.000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı hesab etmişdir ki, “xxxx” MMC-nin Bakı şəhəri, X saylı fərdi yaşayış evinin ½ hissəsinin 100.000 (bir yüz min) manata qiymətləndirilməsinə dair xx xxxxxx 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” etibarsız hesab edilməlidir...” Məhkəmə mülki iş materiallar ında olan Bakı Apelyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2014-cü il tarixli, 2(103)6107/2014 saylı qətnaməsini nəzərə almamışdır. Həmin qətnamə icraya göndərildikdən sonra icra mərhələsində “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və həmin tarixə əmlakın real bazar qiyməti müəyyən edilmişdir. 2019-cu il tarixdə keçirilmiş qiymətləndirmədə 2019-cu ilin real bazar dəyəri müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2(103)-6107/2014 saylı qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, yəni fərdi yaşayış evinin hərracdan satılması, cavabdehlərin və ipoteka müqaviləsi bağlandıqdan sonra qeydiyyata alınmış şəxslərin ipoteka predmetinə tutma yönəldikdən sonra mənzildən məcburi çıxarılması tələbinin təmin edilməsi, fərdi yaşayış evinin ilkin bazar dəyərinin 120.000 manat, likvid dəyərinin isə 108.000 manat məbləğində qiymətləndirilməsi hissəsində ləğv edilməsi, fərdi yaşayış evinin hərracdan satılması tələbinin qismən təmin edilməsi qət edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, əmlakın bazar dəyəri cavabdeh “xxxx” MMC-nin mütəxəssisi tərəfindən aşağı qiymətlə qiymətləndirilmişdir. Halbuki, daşınmaz əmlak bazarında qiymətlərin artma tempini nəzərə alsaq 2019-cu ildə 130.000 manata qiymətləndirilən evin 2015-ci il tarixdə 100.000 manat məbləğində qiymətləndirilməsi bir daha onu sübuta yetirir ki, əmlakın ilkin satış qiyməti 2015-ci ildə nəinki aşağı qiymətə, hətta dəyərindən də artıq qiymətə qiymətləndirilmiş, real bazar qiymətinə uyğun sat ışı təşkil edilmişdir. Belə ki, əmlak bazarına nəzər yetirsək şahidi olarıq ki, 2015-ci il tarixdən 2019-cu ilə kimi əmlak bazarında əmlakların dəyəri artmışdır. Hal-hazırkı ekspert rəyinə əsasən əmlakın ilkin satış qiymətinin 2015-ci il tarixə yox, 2019-cu il tarixə ilkin satış qiymətinin müəyyən edilməsi şikayət olunan qətnamənin qanunsuz və huquq normalarına zidd olaraq qəbul edildiyi açıq aydın görünür. “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, QXM/161/M nömrəli qiymətləndirmə rəyində əmlakın ilkin satış qiymətini müəyyən edərkən əmlakların likvid qiyməti deyil, bazar dəyəri nəzərə alınmışdır. Bu da qətnamənin maddi hüquq normalarının pozularaq çıxarılması ilə nəticələnmişdir. Apelyasiya baxışı zamanı yeni qiymətləndirmə təyin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il t arixli rəyə əsasən ipoteka predmetinin 2015-ci ilin avqust ayına olan bazar qiymətinin 130.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həm 1-ci instansiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirməyə dair ekspert rəyində, hansıki 2019-cu il tarixə sözügedən əmlaka 130000 manat məbləğində qiymət qoyulmuşdur-həm də apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza zamanı ekspert tərəfindən həmin əmlaka 2015-ci il tarixə ilkin satış qiyməti olaraq 130000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qiymətləndirmə hesabatlarında da uyğunsuzluq vardır. Belə ki, hər iki məhkəmə instansiyasında əmlakın ilkin satış qiyməti fərqli illərə aid edilsə də, eyni məbləğdə yəni, 130.000 manata qiymətləndirilmişdir. Yəni, əmlakın ilkin satış qiyməti 2015-ci il tarixə 130.000 manat məbləğdə old uğu halda 2019-cu il tarixə həmin əmlakın qiyməti fərqli olmalı idi və yaxud da əksinə, 2019-cu il tarixə əmlakın ilkin satış qiyməti 130.000 manat olduğu halda 2015-ci il tarixdə başqa bir qiymət olmalı idi. Həmin hala məhkəmə tərəfindən qiymət verilməmiş, LPO “xxxx”ASC-nin maraqlarına zidd qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı təkrar ekspertizanın keçirilməsinə dair şifahi vəsatətləri təmin edilməmiş, qeyri-obyektiv qiymətləndirmə rəylərinə istinad edilərək şikayətləri rədd edilmişdir. 2015-ci ildə əmlakın 100.000 manat qiymətlə açıq hərracda satışının təşkil edilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Həmin əmlakın sonuncu hər iki qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Halbuki, “İcra h aqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.11,2014-cü il tarixli, 2(103)6107/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi ol an tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində tələbkar kimi iştirakımız təmin edilməmiş, bununla da “İcra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarımızdan - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmişik. Başqa sözlə, əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilərkən tələbkar kimi iştirakımız təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrimizi bildirmək, icraatda işti rak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarımızı həyata keçirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası bütün sübutları birtərəfli və qərəzli olaraq araşdırmış yekunda LPO “xxxx” ASC-nin hüquq və mənafeləri əleyhinə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Prosessual məsələlər: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmi ş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı işdə məhkəmələr iddiaçının qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulmasını müəyyən edə bilməmişlər. İddia tələbindən və ümumiyyətlə mülki işdən aydın deyil ki, iddiaçı hansı səbəbdən 2015-ci ildə həyata keçirilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsini tələb edir. Çünki işə baxan məhkəmələr aydınlaşdırmamışlar ki, ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka tutma yönəldikdən sonra hərracda satıldı, ya yox. İddiaçı 2015-ci ildə keçirilmiş qiymətləndirmənin etibarsızlığını tələb edir və əmlakın hərracda satışa çıxarılması üçün yeni qiymət təyin edilmir. İşdə hərracın keçirilməsi barədə məlumat yoxdur. Əgər hərrac keçirilməmişdirsə, onda onun keçirilməsi üçün əmlakın ilkin satış qiyməti müəyyən edilməlidir. Yox, əgər artıq hərrac keçirilmişdirsə, onda 2015-ci ildə keçirilmiş qiymətləndirmənin mübahisələndirməyə heç bir lüzum qalmır. Nəzərə almaq lazımdır ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifə ləri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olubolmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, kollegiya hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə rəyinin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır Cavabdehin kassasiya şikayətində aydın qeyd edilməsə də, bəzi məqamlardan belə qənaət hasil olur ki, ipoteka ilə yüklü edilmiş əmlak artıq 2015-ci ildə hərrac vasitəsi ilə satılmışdır. Əmlak həqiqətən həmin tarixdə satılmışdırsa “xxxx” MMC-nin mütəxəssisi İ.Bəşirov tərəfindən verilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsi iddiaçıya nəyi vəd etməsi aydın deyil. Eyn i zamanda, hətta əmlak satılmamışdırsa belə, 2015-ci ildə keçirilmiş qiymətləndirmənin indi mübahisələndirilməsi və əmlakın hərraca çıxarılması üçün ilkin qiymətin müəyyən edilməməsi yenə qanunsuz və əsassızdır. Yenə də belə tələbə zərurət yoxdur, çünki əmlak hələ hərraca çıxarılmayıbsa iddiaçı uzun qiymətləndirmədən uzun müddət keçməsi, əmlakların dəyərində baş verən dəyişiklikləri nəzərə alaraq icra icraatı qaydasında əmlakın yenidən qiymətləndirilməsini tələb edə bilər, tələbi təmin olunmadığı təqdirdə hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər. “İcra haqqında” Qanunun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə həmin qiymətin ilkin satış edə, eləcə də icra məmurunun sifarişi əsasında rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər. Bundan başqa, iddiaçı qiymətləndirməni o əsasla mübahisələndirir ki, onun əmlakı real dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır. Məhkəmələr iddianı ona görə təmin etmişlər ki, həmin əmlakın qiymətləndirilən tarixə (2015-ci il tarixə) real bazar dəyəri 100.000 manat deyil, 130.000 manat təşkil etmişdir. Yenə də, həmin əsasla iddianın təmin olunması iddiaçıya heç nə vəd etmir. Çünki əmlakın ilkin satış qiyməti müəyyən edilərkən əmlakın real bazar qiyməti deyil, onun likvid qiyməti əsas tutulur. Nəzəri olaraq hesab etsək ki, həmin əmlak satılmamışdır, onda əmlakın hazırkı likvid qiyməti əmlakın satışa çıxarılan qiymətinə təqribən bərabər olur. Ona görə ki, işdə olan məlumatlardan belə aydın olur ki, həmin əmlakın qiym ətləndirmə keçirilən dövrdə likvid dəyərinin 108.000 manat məbləğində olması müəyyən edilmişdir. Beləki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti dedikdə ipoteka predmeti olan əmlakın likvid qiyməti nəzərdə tutulur. Ona görə işə yenidən baxılarkən qiymətləndirmənin iddiaçıya hansı səbəbdən lazım olduğu aydınlaşdırılmalı, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, X saylı fərdi yaşayış evinin ½ hissəsinin artıq hərraca çıxarılıb-çıxarılmadığı, hərracda satılıb-satılmadığı müəyyən edilməli və bundan sonra mübahisəyə qiymət verilməlidir. Əmlakın 2015-ci ildə artıq hərraca çıxarılaraq satıldığı müəyyən edilərsə hazırkı iddianın əsaslılığına qiymət verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmlakın təkrar hərraca çıxarılacağı təqdirdə onun likvid qiyməti ilə hərraca çıxarıldığı qiymət arasındakı fərqin nə qədər təşkil etməsi əhəmiyyət kəsb etmirsə, belə prosedurların (qiymətləndirmənin etibarsız hesab olunması, sonradan yeni qiymətləndirmə keçirilməsi, hərracın etibarsız hesab olunması iddiaları, onlara baxılması, təmin olunacağı təqdirdə yeni hərrac keçirilməsi və.s.) yenidən təkrarlanmasının tərəflərin və maraqlı şəxslərin (ola bilər ki, əmlakı 3-cü şəxs hərrac vasitəsilə əldə etmişdir) mənafeləri baxımından məqsədəmüvafiqliyini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Hə min Məcəllənin 418.2. maddəsinə əsasən Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Üçüncü şəxs LPO “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3563/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3563/2020
04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver