Məhkəmə qərarları › İş №2(102)-3566/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3566/2020

20.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3566/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçıin cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)-797/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabde h “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən iddiaçıya ödənilməsi zəruri olan 2017-ci ilin noyabr ayının əmək haqqısı olaraq 4000 manat, dekabr ayının əmək haqqısı olaraq 5500 manat, 2018-ci ilin yanvar ayının 17 günü üçün əmək haqqı olaraq 3116,66 manat və əmək kitabçasının qanuni verilməli olduğu gündən gecikdirilmiş zaman müddəti (107 gün) üçün orta aylıq əmək haqqı nəzərə alınmaqla, cəmi 9716 manat məbləğində pulun, ümumilikdə 22332,66 manat məbləğində pul vəsaitinin, həmçinin son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə müvafiq məbləğdə pul vəsaitinin İddiaçıə ödənilməsi, xx xxxxxx 2018-ci il tarixli AZTİR-1/004 saylı əmrin surətinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)6117/2018 saylı qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçıə 3335,83 manat məbləğində pulun ödənilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-797/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Qurbanov, hakimlər E.Q.Nəbiyevdən və A.Ə.Hüseyndən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6117/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, cavabdeh “xxxx” MMC-dən 201 7-ci ilin noyabr ayından 2018-ci ilin yanvar ayının 17-nə qədər olan müddət üçün 7315 manat məbləğində ödənilməmiş əmək haqqının (ödəniş vaxtı bütün tutulmalar nəzərə alınaraq köçürülməklə) və əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə 9716 manat məbləğində orta əmək haqqının tutularaq, İddiaçıə ödənilməsi, əmək haqqının məbləğinin 2850 manat əsas götürülməklə son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə kompensasiya hesablanaraq İddiaçıə ödənilməsi və xx xxxxxx 2018-ci il tarixli AZTİR1/004 saylı əmrin surətinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxxxx 2019-cu il tarixli, 2(103)-797/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və cavabdeh “xxxx” MMC tərəfindən İddiaçıə 3335,83 manat məbləğində pulun ödənilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında əmək müqaviləsi xx xxxx 2015-ci ildə bağlanmış, müqaviləyə əsasən hər ay 1000 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam v erilmiş və iddiaçıya 2017-ci ilin noyabr-dekabr, xx xxxxxx 2018-ci il tarixədək əmək haqqıın, həmçinin istifadə edilməmiş illik 47 gün ödənişli məzuniyyət pulunun və əmək kitabçasının götürülməsi bildirilmişdir. Lakin iddiaçı bundan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının əmək haqqısının müəyyən olunması üçün əmək müqaviləsini deyil, 2014-cü ildə, iddiaçının işləmədiyi vaxtlarda ona viza almaq üçün verilmiş məktuba istinad etmiş, cavabdehin mühasibatlıq sənədlərinin mövcud olmadığından, onları təqdim edə bilmədiyini, iddiaçının əmək kitabçasını götürməkdən imtina etməsini nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsinin və vək ilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” MMC və İddiaçı arasında xx xxxx 2015-ci il tarixli əmək müqaviləsi imzalanmış, və iddiaçı cavabdeh MMC-də texniki servis mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində aylıq əmək haqqı kimi 1000 manat göstərilmişdir. Cavabdeh MM C-nin xx xxxxxx 2018-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanan əmək müqaviləsinə iddiaçının öz ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı, əmək müqaviləsinin şərtlərinə görə ona əmək fəaliyyəti üçün əmək haqqı kimi aylıq 4000 manat məbləğində pul vəsaitinin ödənilməsinin nəzərdə tutulduğunu, 2017-ci ilin noyabr, dekabr aylarının və 2018-ci ilin yanvar ayının 17-nə kimi olan əmək haqqı ödənilmədiyini iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,iddiaçının 2017-ci ilin noyabr ayından 2018-ci ilin yanvar ayının 17-nə qədər olan əmək haqlarını almaması işin mübahisəsiz halıdır. Həmin əmək haqının məbləğini isə müəyyən edərkən məhkəmə qeyd etmişdir ki, apellyasiya baxışında dəfələrlə cavabd ehə bildiriş göndərilmiş və “xxxx” MMC tərəfindən iddiaçıya əmək haqqının ödənilməsi barədə bütün mühasibatlıq sənədləri, yəni əmək haqqı müvafiq jurnalı imzalamaqla verildiyi təqdirdə, həmin jurnal, kart vasitəsilə verildiyi təqdirdə isə əmək haqqının karta yüklənməsi barədə sənədlər, o cümlədən kartın verilməsi üçün banka verilmiş ödəniş tapşırığı barədə sənədlərin təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi bununla bağlı sənədlərin mövcud olmaması səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi işçiyə əmək haqqının ödənilməsi barədə sənədlərin, yəni istər nağd şəkildə ödənildiyi halda ödəniş cədvəli, çek, qəbz və s. sənədlərin, istərsə də bank vasitəsilə ödənildiyi halda ödəniş tapşırığı, hesabdan çıxarış və s. sənədlərin mövcud olmamasını həm ağlabatan, həm də inandırıcı hesab etməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin sənədlər cavabdehdə mövcuddur, lakin o, sübutları özündə saxlayıb və məhkəmənin tələb etməsinə baxmayaraq, təqdim etmir. Bu səbəbdən, məhkəmə Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində istinad edərək, iş materiallarında olan “xxxx” MMC-nin vitse-prezidenti xxxtərəfindən imzalanmış və xx xxxxx 2014-cü il tarixdə Almaniya Səfirliyinə ünvanlanmış viza üçün dəstək məktubuna əsasən iddiaçının əmək haqqının 2850 manat təşkil etməsi, ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqlarının həmin məbləğə uyğun hesablanmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddianın əmək haqqının ödənilməs i hissəsinin həlli sübutların qiymətləndirilməsindən asılıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq əmək haqqı ilə sübutların təqdim edilməsini işəgötürən olan cavabdeh şirkətin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fakt lar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi və əmək haqqının müəyyən olunması üçün əsas olan sənədin - “xxxx” MMC-nin vitse-prezidenti xxxtərəfindən Almaniya Səfirliyinə ünvanlanmış xx xxxxx 2014-cü il tarixli məktubda əks olunmuş məlumatların həqiqiliyi özü-özlüyündə mübahisəlidir. Belə ki, məhkəmənin özünün müəyyən etdiyi hal ondan ibarətdir ki, tərəflər əmək münasibətlərinə xx xxxx 2015-ci il tarixdə daxil olmuş və iddiaçının da imz aladığı əmək müqaviləsində əmək haqqının 1000 manat olması göstərilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü də əmək haqqısının qeyd olunan məktubda göstərildiyi kimi 2850 manat deyil, 4000 manat, 2017-ci ilin dekabr ayından isə 5500 manat olmasını iddia etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi nə səbəbdən əmək müqaviləsini deyil, iddiaçının təqdim etdiyi, onunla müqavilə bağlanmamışdan əvvəl tərtib olunmuş məktubu iddiaçıya ödənilməli olan əmək haqqının hesablanması üçün əsas kimi götürməsini əsaslandırmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, n on neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqının tutulması barədə tələbə hüquqi qiymət verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə və 87-ci maddəsinin 3-cü maddəsinə, habelə Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş həmin tələbin əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası ona verilməmiş və bu cavabdehin təqsiri üzündən baş vermişdir. Hazırkı işdə də bu hallar müəyyən edilir. Belə ki, iddiaçının əmək müqaviləsinin xitam olunduğu gün cavabdeh tərəfindən poçt vasitəsilə ona bildiriş göndərməmiş, əmək kitabçası iddiaçıya işdən çıxdığı gün deyil, bundan 107 gün sonra gecikdirilməklə xx xxx 2018-ci il tarixdə verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı əmək ki tabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqı tutulmasını tələb etməkdə haqlıdır və Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq həmin müddət üçün əmək haqqını hesablamaqla, cavabdeh tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. Belə ki, iddianın göstərilən hissəsinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan iddia tələbinin təmini üçün yalnız 2 hal ( iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasının verilməməsi və bu cavabdehin təqsiri üzündən baş verməsi) deyil, əlavə olaraq işçinin bu səbəbdən işə düzələ bilməməsi də sübut olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hal, yəni iddiaçının iddia etdiyi dövrdə (əmək müqaviləsinə xitam verildiyi tarixdən əmək kitabçası ona rəsmi təqdim edildiyi tarixədək) hər hansı başqa müəssisə və ya təşkilatda işə düzəlmək istəməsi, əmək kitabçasının mövcud olmadığı üçün bunun mümkün olmaması araşdırılmamışdır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə müvafiq məbləğdə pul vəsaitinin tutulması hissəsində Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə, 135-ci maddəsinin 2-ci bəndinə və 140-cı ma ddəsinin 1-ci bəndinə istinad etməklə hesab etmişdir ki, əmək haqqının məbləği 2850 manat əsas götürülməklə son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə kompensasiya hesablanaraq, iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan səbəblərdən iddiaçının əmək haqqısının 2850 manat təşkil etməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmadığı üçün qətnamənin məzuniyyətin əvəzinə pul vəsaitinin hesablanması hissəsi ilə də razılaşmır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar