Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3567/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli, 2(103)423/2020 nömrəli qətnaməsindən İddiaçı İKB ASC-nin hüquqi varisi “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin 11 yanvar 2019-cu il tarixli, 2(006)343/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək, 24 iyun 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 17368,08 manat əsas borcun, 12685,33 manat faiz borcunun, 425,08 manat cərimənin, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının, cəmi 30538,49 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 56000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1saylı evin 14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 30538,49 manat məbləğində pulun İddiaçı İKB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin mənzildən - ünvan 1saylı evin 14 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(103)-423/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər i, Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək, 24 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 11561,92 manat müəyyən edilmiş, qətnamə apellyanta aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İKB ASC-nin hüquqi varisi “xxxx” ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(103)-423/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(102)3567/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegyiasının sədri xxx 16 iyun 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(103)-423/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7- ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2020-ci il il tarixli, 2(102)-3567/2020 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3567/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3567/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver