Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3568/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, x saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, müqavilə müddəti bitəndən sonrakı dövrə faiz borcu illik 5% əldən çıxmış faydaya görə 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent), 22.000 (iyirmi iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 61 (altmış bir) manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 saylı evin 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, x saylı Baş kredit müqaviləsi üzrə cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 nömrəli evin 32 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2, Cavabdeh1 və onlarla yaşayan ailə üzvlərinin ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli, x saylı krediti müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent) ABŞ dolları əldən çıxmış fayda, 10.000 (on min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 117.647,71 (yüz on yeddi min altı yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və cəmi 31 (otuz bir) manat ipotekanın qeydə alınması ü çün ödənilmiş rüsumun “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus xdə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı evin, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 130.000 (yüz otuz min) manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması, yuxarıda qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (b ir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onlarla yaşayan ailə üzvləri mənzildən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləğlərinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgünlüyünün yoxlanılması üçün müvafiq ekspertizalar keçirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən digər şə xslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.2013-cü il tarixli, x saylı baş kredit müqaviləsindən görünür ki, İddiaçı-nin «Nəsimi» filialı tərəfindən Cavabdeh2 illik 20% faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddət inə 110.000 (yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, x saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus xdə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzili banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilmişdir). RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, xdə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir və İddiaçı-də i poteka ilə yüklü edilmişdir. «İddiaçı” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2015-ci il tarixli, x nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi təmin olunmadığı təqdirdə ipoetka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlər görüləcəyi barədə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. «İddiaçı” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2014-cü il tarixli, x nömrəli və xx.xx.2015ci il tarixli, 05-02/83 nömrəli bildirişlərdən (pretenziya) görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunması barədə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, RB02/PK-8-550 n ömrəli malliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, X saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, müqavilə müddəti bitəndən sonrakı dövrə faiz borcu illik 5% əldən çıxmış faydaya görə 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent) ABŞ dolları, 22.000 (iyirmi iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Apelyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, İddiaçı-nin «Nəsimi» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RBN5259/BK saylı baş kredit müqaviləsinə əsasən İddiaçı-nin «Nəsimi» filialı tərəfindən ilə Cavabdeh2 illik 20% faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 110.000 (yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçınin «Nəsimi» filialı ilə digər cavabdeh (zamin) Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, x saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 mülkiyyətində olan xdə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 mənzil bank qarşısın da ipoteka ilə yüklü edilmiş, tərəflərin razılığına əsasən ipoteka predmeti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilmişdir. İş üzrə İddiaçı həmin məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə görə, öhdəli yin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edil ə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu ndan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus xdə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, Mülki Məcəllənin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipote ka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin qanunun 47.4-cü maddəsinə əsasən bu qanunu n 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılması üçün sərf olunan uzun müddət ərzində borc və ipoteka predmetinin ilkin satış məbləğlərinin ekspertiza vasitəsilə yoxlanılması üçün əsaslandırılmış vəsatət qaldırmamışdır. MPM-nin 371-ci maddəsinə görə, yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3568/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3568/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver