Məhkəmə qərarları › İş №2(102)-3568/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3568/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3568/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlundan (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2025-ci il tarixli, 2(103)-3042/2025 nömrəli qətnaməsindən cavabdov Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisə yə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır.

3. X2 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 104.000 manata satmış, sonuncunun mənzil üzrərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 160.000 manata satmış, sonuncunun m ənzil üzrərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Dağıstan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş A-01461 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək nikahın bağlanması haqqında akt qeydi mövcud deyildir. 6.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)- 922/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə dəymiş ziyanı tam şəkildə könüllü olaraq ödəməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə a lınmışdır. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixə, sonu xx.xx.2025-ci il tarixə müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İddiaçı ərizəsi təmin edilərək, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan 10 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.

7. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, İddiaçı izahatında məhkum olduğu dövrdə arvadı Cavabdeh2 pul lazım olduğu üçün mənzili satmaq istədiyini, bir neçə notariusa müraciət etsə də, ərin razılığını tələb etdiklərindən alqı-satqının baş tutmadığını, X saylı Notariat Ofisinin notariusu X11 rüşvət alaraq alqı-satqı müqaviləsini rəsmiş ləşdirdiyini, 10.000 manat pulun isə müqaviləyə razılıq versə ona ödənilməsi üçün notariusda girov kimi saxlanıldığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X20 qeyd etmişdir ki, Cavabdeh2 Rusiya vətəndaşı olmaqla subay olduğunu və həmin əmlakın subay olduğu dövrdə əldə edildiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatında adını xatırlamadığı “makler”lə birlikdə evi satmaq üçün xx.xx.2023-cü il tarixdə 32 saylı Notarius ofisinə müraciət etdiyini, mənzilin satılması üçün qanuni nikahda olduğu əri İddiaçı razılığının tələb olunduğunu, “makler”in dediklərinə əsasən Rusiya Federasiyasından nikahda olmadığına dair sənəd aldığını və bundan sonra “maklerlər” vasitəsilə sənədləşmə işlərinin baş tutduğunu, Anar Bəşirovun qanunsuz olaraq onun Azərbaycan Respublikasında rəsmi nikahd a olubolmadığını yoxlamadan müqaviləni rəsmişləşdirdiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X10 qeyd etmişdir ki, İddiaçı onun qardaşının qaynıdır. iddiaçı 2022-ci ilin may ayında oğurluq cinayəti törətməklə zərərçəkmişə 105.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyandan 70.000 manatı iddiaçıin evində aşkar edilərək götürülmüş və zərəşəkmişə təhvil verilmişdir. Yerdə qalan pulu isə xərcləmişdir. Həbsdə olduğu müddətdə zərərçəkmişə dəymiş maddi ziyanı o, ayrı-ayrı şəxslərdən borc alaraq ödəmişdir. iddiaçı isə cinayət işinin istintaqını aparan müstəntiqə Vunq Tau küçəsində yerləşən evi satmaq istədiyini bildirmişdir. Müstəntiq Bakı İstintaq Təcridxanasına notariusun daxil olmasına razılıq vermiş, lakin iddiaçıin şəxsiyyətini təsdiq edən sənəd sistemdə görün mədiyi üçün notariusa evin alqı-satqısı barədə razılığın verilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs işin məhkəmə gedişində zəymiş zərərin əvəzi olaraq iddiaçıdən əlavə 10.000 manat pul istəmiş, iddiaçıə bildirəndə etiraz etməmişdir. O, şəxsi hesabından zərəçəkmiş şəxsə ümumilikdə 39.800 manat pul vermişdir. iddiaçı də ona demişdir ki, yaşayış evi satılan kimi onun pulunu ödəyəcəkdir. Bir müddət sonra iddiaçı və 2 ona telefonla zəng edərək, demişlər ki, ev X saylı Notariat Ofisində satılacaq, ev satılan kimi pulunu götürə bilər. Mənzilin satışından əldə olunmuş 10.700 manat pul ona olan borcun qarşılığı olara verilmişdir.

8. X12 notarial qaydada təsdiq edilmiş xx.xx.2022- ci il tarixli ərizəsinə əsasən, İddiaçı və Camal Sultan tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və onlarl a barışdığı üçün heç bir şikayəti, tələbi və iddiası yoxdur.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini tərəfindən Bakı İstintaq Təcridxanasının rəisinə, Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlıya və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İddiaçı arvadı Cavabdeh2 müraciətinə əsasən onlara məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 nömrəli mənzilin satılması üçün razılıq ərizəsinin verilməsi üçün Bakı şəhəri 39 saylı Notariat ofisinin xüsusi notariusu X21 ilə görüşüb müvafiq notariat hərəkətinin aparılmasına (digər notariat hərəkətlərinin rəsmiləşdirilməsi istisna olmaqla) etiraz etmirlə r.

10. Bakı şəhəri 39 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 138 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində onunla notariat hərəkətlərinin aparılması ilə bağlı Bakı İstintaq Təcridxanasına daxil olunmamış və orada onun barəsində heç bir notariat hərəkəti aparılmamışdır. Həmçinin, ofisdə də İddiaçı tərəfindən heç bir notariat hərəkəti rəsmiləşdirilməmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində 39 saylı Notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlı ilə notarial hərəkətlər aparılması üçün görüşməmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X saylı Notariat Ofisinin xüsusi notariusu X11 əməli barəsində xüsusi qərardadın çıxarılması, cavabdehlər arasında ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin barəsində X saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, alqı-satqıda ödənilmiş rüsumların geri qaytarılması və müqavilə əsasında dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, həmin mənzilin X4 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə qətnamənin qəbul edil məsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin may ayında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmış və evə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, cəzaçəkmə müəssisəsində olduğu müddətdə arvadı Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri həmin mübahisəli mənzili xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Buna görə ailə münasibətləri pozulub və boşanma həddinə çatmışdır. O X saylı Notariat Ofisinin rəisi X15 onların birgə nikah dövründə əldə etdikləri mənzil barəsində bağlanmış alqı-satqı müqaviləsini iddiaçının iştirakı olmadan necə təsdiq etdiyini soruşduqda, notarius ona hədə-qorxu gəlmiş, onu yenidən həbsxanaya göndərəcəyi ilə hədələmişdir.

14. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiay a etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı oğurluq cinayəti edib və buna görə məhkəmə tərəfindən məhkum edilib. İstintaq zamanı oğurlanmış puldan yalnız 76.000 manat hissəsi aşkar olunub, qalan 30.000 manat pulu isə iddiaçı ordan-burdan tapıb yığmışdır ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilsin. İddiaçının mübahisəli mənzilin arvadı tərəfindən satılması barədə məlumatı olmuşdur. Alqı-satqı iddiaçının razılığı və istəyi ilə aparılmışdır. Hətta xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilin satışının təşkil olunması üçün dəvət edilən notarius iddiaçının saxlanıldığı təcridxanaya da daxil olmuşdur ki, mənzilin satışı üçün sənədləşdirmə işi aparsın, lakin 2 xanımın sənədlərində problem olduğu üçün iddiaçının adından etibarnamənin verilməsi məsələsi alınmamışdır. Daha sonra o bild irmişdir ki, ümumiyyətlə tələb üzrə iddia müddəti də ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda bildirmişdir ki, evin satılmasından iki ay sonra xəbər tutub. Lakin sonradan bildirmişdir ki, mübahisəli mənzilin satılmasından həbsdən çıxandan sonra xəbər tutub. Belə çıxır ki, iddiaçı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Həmçinin, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir və göstərmişdir ki, iddiaçı mövcud tələblər üzrə 1 illik müddəti ötürmüşdür.

16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 420/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri X saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli AN-l № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 160.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87,08 kv.m olan yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli (reyestr nömrəsi: **********02-05101-093011) əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

17. Məhkəmə öz mövqeyini əsaslandırarkən hesab etmişdir ki, mübahisə predmeti olan mənzilin İddiaçıla Cavabdeh2 birgə nikahı dövründə əldə edilmiş daşınmaz əmlak olmasına baxmayaraq, Cavabdeh2 mənzili özgəninkiləşdirərkən iddiaçının notarial qaydada təsdiq edilmiş yazılı razılığını almamışdır. Nəticədə, alqı-satqı müqaviləsi bağlanan zaman nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi qaydalarını müəyyənləşdirən qanunvericilik tələbləri pozulmuşdur.

18. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli və əqd əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş müvafiq əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

19. Məhkəmə həmçinin hes ab etmişdir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan, satıcı Cavabdeh2 müqavilə üzrə Cavabdeh1 aldığı 160.000 manat pul vəsaitini ona geri qaytarmalıdır.

20. Məhkəmə mübahis predmeti olan mənzilin X4 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, iddia tələbləri təmin edilərək müqavilənin etibarsız hesab edilməsi nəticəsində Cavabdeh1 adına verilmiş əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən və müqavilənin bağlanmasınadək mövcud olan əmlakın hüquqi rejim bərpa edildiyindən, sözügedən iddia tələbləri müqavilənin etibarsızlığı nəticələri ilə ehtiva olunur və onların təkrar qeyd olunmasına zərurət yoxdur.

21. Bundan başqa məhkəmə iddiaçının iddia müddətini ötürməsi barədə Cavabdeh1 nümayəndəsinin dəli llərini əsaslı hesab etmir. Belə ki, mülkiyyətin müdafiəsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən, qeyd olunan dəlillə əsasən iddianın rədd edilməsinə əsas yoxdur.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 225.1, 225.6, 337.1, 337.5, 372.1, 384.4.4-cü, Ailə Məcəlləsinin 31, 32.1, 33.1, 33.3, 33.4-cü maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 7.8ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 420/2025 nömrəli əlavə qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “alqı -satqıda ödənilmiş rüsumların geri qaytarılması” tələbi barədə iddiası təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə formal münasibət göstərmiş və işi dərindən araşdırmamışdır. İşin qısa şəkildə məğzi ondan ibarətdir ki, cavabdeh iddiaçı tərəfdən aldadılıb. Özünü problemli ailə kimi qələmə verən iddiaçı və həyat yoldaşı nümunəvi ailə olmuşdur. Mehriban yaşayıblar və iddiaçı keçmiş yol polisi işçisi olmuşdur. Keçmiş polis əməkdaşı olan iddiaçı bir nəfər həkimin evinə qrup şəklində oğurluğa girir və ordan pul oğurlayır. İşə düşür buna pul lazım olur. E vini satışa çıxarır. Qrupun digər üzvünün əmisi Seyfulla zərəri qarşılayır. Seyfullaya da deyirlər ki, vəkilə qədər hər şeyin pulunu sən ver, biz evi satıb sənə qaytaracıq. Evin satışı üçün iddiaçı daim yoldaşına təlimatlar verir, həİə notariusun bu məqsədlə Bakı İstintaq Təcridxanasına gəlməsi üçün icazə verilir, bu icazə məktubu isə onun həyat yoldaşı iş üzrə formal cavabdeh 2a ünvanlanır. Lakin notarius deyəsən iddiaçıin şəxsiyyət vəsiqəsində problem olduğu üçün əməliyyatı yerinə yetirə bilmir. Lakin icazə verilməsi ilə bağlı məktubun surəti məhkəməyə təqdim edilmişdir. Həmin bu məktubdan qısa müddət sonra 32 saylı notariat ofisində cavabdeh 1lə İddiaçının həyat yoldaşı olan digər cavabdeh 2 arasında alqı-satqı həyata keçirilərkən 2 xarici vətəndaş olduğundan sənədlərdə problem çıxır və əməliyyat yarım qalır. Xatırladır ki, bu hadisədən öncə 2 Rusiyadan subaylıq arayışı alır. 32 saylı notariat ofisinə gedəndə artıq bu sənəd 2da olub. Yəni subaylıqla bağlı problem olmayıb. Sonradan X saylı notariat ofisində alqı-satqı baş tutmuş və evin pulunu alarkən Seyfullaya oğurluq cinayətində zərərçəkənə ödənilən puldan 10 min manat 2 tərəfindən ödənilmişdir. Seyfulla cavabdeh 1in yox, iddiaçının qohumudur. 2 evə 1dən öncə də beh almış, təxminən sentyabr oktyabr aylarında gənc bir ailə mübahisəli evi almaq üçün 2a beh də verir. Lakin ipoteka üçün 10 günləri qaldığına görə 2 sənədləri yığıb çatdıra bilmir və alqısatqı baş tutmur. 1ə ev satıldıqdan və 170.000 manat pul alındıqdan sonra isə qabaqcadan plan quran iddiaçı arvadına təlimat verir ki, iddiaçıin öz bacısı oğlu X9 adına mənzi l alsın. 2ın alınan mənzili öz adına deyil, iddiaçıin bacısı oğlu Hüseynin adına alması da göstərir ki, ər və arvad plan üzrə hərəkət edirlər. Həİa iddiaçıin prosesdən xəbəri olmamış olsa belə bu qədər uzun müddət sakit durub gözləməsi, evin qohumunun adına alınması, Seyfullanın izahatları əqdin bəyənilməsi hesab edilir. Seyfulla dəfələrlə iddiaçıin evin satışı ilə bağlı 2la telefonda danışdığının şahidi olmuşdur və eləcədə Sefulla özü də iddiaçılə danışmışdır. Məhkəmə həİə qərar verməyə necə tələsmişdirsə 1in vicdanlı əldə edən olub-olmamasına belə münasibət bildirməmiş, evin ipotekada olduğunu müəyyən edə bilməmişdir. Ev hal-hazırda bankda ipotekadadır, yüklüdür. Məhkəmədə iddiaçı öz arvadı olan digər cavabdeh tərəfindən ona etibarnamə verildiyini və onun əvəzindən iştirak edə biləcəyini vurğuladı. Bu da göstərir ki, onlar birlikdə hərəkət edirlər. iddiaçı köhnə polis əməkdaşıdır və müqavilənin etibarsızlığını məqsədli şəkildə qoymuşdur. Belə ki, onun həyat yoldaşı evi iddiaçıə görə satdığını etiraf edir. iddiaçı də məhkəmədə bunu etiraf etmişdir. iddiaçıin xəbəri olmadan evin iddiaçıin həyat yoldaşı tərəfindən iddiaçıə görə satılması nə dərəcədə ağlabatandır. Bundan başqa satılan evin puluna iddiaçıin bacısı oğlunun adına mülk alınmış və cavabdeh 2 xanım həmin tarixdən orada yaşamış, iddiaçıdə həbsdən çıxdıqdan sonra həmin evdə yaşayır. Əgər arvadı ilə zidd fikirlərdə idilərsə necə ola bilər ki, iddiaçıin fikrinə zidd hərəkət edən 2 özünün adına deyil, iddiaçıin bacısı oğlunun adına mənzil alır. Bundan əlavə, 2 xanım əgər iddiaçıin fikrinə zidd hərəkət edirdisə necə ol ur ki, evin satılması üçün razılıq verilməsinə notariusu istintaq təcridxanasına göndərir. iddiaçıin vəsiqəsində problem olduğu üçün notarius bu əməliyyatı yerinə yetirə bilmir, lakin notariusun təcridxanaya girməsinə icazə verilməsinə dair sənəd məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçıin makler olaraq təqdim etdiyi Seyfulla adlı şəxs onunla birgə oğurluqda tutulan şəxsin dayısıdır. Həmin Seyfulla da cinayət işinin rədd qərarında etiraf etmişdir ki, evin satılmasından iddiaçıin xəbəri olmuşdur. Sonradan da iddiaçıin həbsdə ola-ola çöldə öz bacısı oğlunun adına satılan evin puluna yeni evalınmasını təşkil etməsi, amma müqavilənin etibarsızlığı ilə bağlı heçnə etməməsi, aldanmışam deyən 2ın heçnə etməməsi, bir ildən artıq müddət susması, ən azından notariusdan heç bir şikayət etməməsi, lakin çıxdıqdan sonra arvadı ilə birlikdə hərəkət etməsi, notariusdan sonradan şikayət etməsi həqiqəti bariz şəkildə ortaya qoyur, iddiaçıin həyat yoldaşı ilə birgə hərəkət edərək müqavilədə imzasının olmamasından suiistifadə etdiyini göstərir. iddiaçı məhkəmədə əvvəl özü etiraf etdi ki, alqı-satqıdan iki ay sonra xəbər tutub. Sonra gedib məsləhətləşəndən sonra bu etirafını növbəti iclasda danmağa çalışdı. Məhkəmə video kadrları açıldı, iclas protokollarına baxıldı və onun etirafı onun üzünə oxundu. Alqı-satqıdan keçən bu qədər müddətdə keçmiş polis əməkdaşı olan şəxsin hərəkətsiz qalması absurddur. iddiaçı bütün izahlarında evin hazırki qiymətinin çox yüksəldiyini və fərqin ona ödənilməli olduğunu bildirir. iddiaçıin fikri zikri evin müddət keçdikcə artdığı dəyərini alma qdır. Məhkəmə niyəsə 2 xanımın gəlməsini gözləmədi, alınan yeni ev barədə heç bir araşdırma aparmadı, sual vermədi, iddiaçıin niyə 2a etibarnamə verdiyini, 2ın iştirak etmədiyi məhkəmədə onun (cavabdehin) əvəzindən etibarnaməsinin olduğunu bildirməsi, ortaq iddiaçı kimi iştirak etmək cəhdinin işin mahiyyəti üzrə həllinə təsir edən hissədə araşdırmadı, sanki cavabdehin xeyrinə qərar çıxaracağı təəsüratı yaradaraq ətraflı araşdırma aparmadan təcili qərar otağına getdi. Halbuki, iddiaçı ilə onun arvadı olan cavabdehin birlikdə hərəkət etməsi belə işin mahiyyətini açıq-aşkar ortaya qoyurdu və iddianın rədd edilməsi üçün əsas idi. iddiaçıin imza formallığını sui-istifadə etməsi tam yəqin deyildisə, ən azından məhkəmə bununla bağlı əlavə araşdırma aparmalı idi. Axı onlar konkret faktlar ortaya q oymuşdular. Məhkəmə bu faktlarla bağlı iddiaçıə heç bir sual vermədi. iddiaçıin 2ın əvəzindən etibarnamə ilə iştiraka cəhd etməsi, 2 xanımın gəlməməsi, vəkilin 2ı da gözləyək növbəti iclas gəlsin deməsi, hakimin isə 2ı gözləmədən sanki xeyirli qərar verirmiş kimi müşavirə otağına yollanması video kadrlarda var və bu prosesin qərəzli şəkildə aparıldığını göstərir. Beləliklə, iddiaçının vəziyyətdən sui-istifadə etməsi açıq-aşkar olduğu halda iddiaçının şəxsiyyətini, oğurluq cinayəti törətmiş şəxs olmasını, onun keçmiş polis əməkdaşı olmasını, ortaya qoyulan faktları, onun vəziyyətdən istifadə edərək varlanmağa çalışmasını nəzərə almadan məhkəmə tam qərəzli şəkildə iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə həİa qərar çıxarmağa o qədər tələsmişdir ki, yadddan çıxan məqamlarla bağlı yeni xx.xx.2025 tarixli əlavə qətnamə çıxarmağa məcbur olmuşdur.

26. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq həmçinin bildirmişdir ki, iddiaçı görünüşdə notariusu tutdurmaq istəyir, amma başa düşmür ki, onun hər şeyi arvadı ilə planlı şəkildə etməsinin sübutları var. Evin satılmasında başdan sona, hətta 2ın məhkəmədə danışdıqlarına qədər hər şeyin memarı məhz iddiaçıdır. İddiaçının arvadı ondan icazəsiz addım belə atmır, amma guya cavabdehdir. Necə cavabdehdirsə etibarnamə verib iddiaçıya ki, onun əvəzindən iştirak etsin, ədalətsiz qərar verən məhkəmə isə həmin formada iştirakı qəbul etmədi. İddiaçı guya arvadının ona etibarnaməni uzun müddət əvvəl başqa niyyətlə verməsini bildirmək üçün qazın suyun işığın müqaviləsini əlavə edib. İ ddiaçı birinci instansiya məhkəməsində arvadının əvəzindən iştirak etmək üçün cəhd edəndə onun etibarnaməsinin olduğunu demişdir. Yəni, etibarnamə qaza, suya görə yox, arvadını məhkəmədə təmsil etməyə görə istifadə edilmişdir. Adam arvadını cavabdeh kimi qoyduğunu unutmuş, tapşırıq fonunda maraqlı hərəkətlər sərgiləmişdir. Maraqlıdır ki, 160.000 manat pulu 1ə ödəməli olan iddiaçılə guya aralarının pis olduğu arvad apellyasiya şikayəti vermir. Ondan da maraqlısı odur ki, iddiaçı kənarda ona dediyi bir sözü məhkəmədə də təkrarladı və dedi ki evin satışından əldə edilən pullar ondadı. O, pula dəyilmədiyini, həmin pula heçnə alınmadığını iddia edir. iddiaçı həm də məhkəmədə boşanma ərəfəsində olduqlarını bildirdi. Birinci instansiya məhkəməsində isə həbsdə olanda arvadı ilə bir dəfə görüşdüy ünü və aralarının pis olduğunu demişdi. Lakin onda olan məlumata görə onların təcridxanada və 9 saylı cəzaçəkmə müəssisəsində dəfələrlə qısa və uzun görüşləri, eləcədə telefon danışıqları olmuşdur. Şahid kimi dəvət edilən Elçin adlı şəxs də bu işlərin içində olmuş və o da onunla görüşmüşdür. Elçini evin satılmasında şahid qismində qoyan iddiaçı başa düşmür ki, özü hər şeyi etiraf edir. Elçin adlı şəxs isə iddiaçıin bacısının əridir. X24 fəaliyyətinin dayandırılması İddiaçı şikayətinə görə deyil. Notairusun işdən çıxması və ya çıxarılmasının bu işə heç bir aidiyyəti yoxdur. Onda belə çıxır həmin notariusun təsdiq etdiyi bütün əqdlər etibarsızdır? Cavabdehin mövqeyi iddiaçıin evin satışından xəbərdar olması, hər şeyi təşkil etməsi və imza formallığından sui-istifadə edərək 2 xanımla birgə hə rəkət etməsidir. Notarius nəyi düz edib, nəyi səhv edib, iddiaçıin göstərişi ilə 2dan rüşvət alıb, ya almayıb, qanunu pozub, ya pozmayıb onlara maraqlı deyil. Evin alqı satqısında iddiaçıin qohumları iştirak edib, 2ın deyil. X27 5 illik faəliyyəti 2025- ci ilin iyun ayında bitdiyinə görə beş illik fəaliyyətin yoxlanılması nəticəsində beş il ərzində yol verdiyi nöqsanlara görə şəhadətnaməsinin müddəti uzadılmamış, fəaliyyətinə xitam verilmişdir.

27. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iş materiallarına Cavabdeh2 adına apostil olunmamış, tərcümə edilməmiş, xx.xx.2022-ci ildə Rusiya Federasiyasında əldə edilmiş və Azərbaycan Respublikasında keçərsiz sayılan saxta subaylıq kağızı əlavə edilmişdir. X5 həmin saxta kağızı əsas götürüb xx.xx.2023 cü il tarixdə qan unsuz əqdi təsdiqləmişdir. xx.xx.2022 ci il tarixdə Cavabdeh2 məhəmməd qızı ondan rəsmi razılıq ərizəsi almaq üçün DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmişdir. Müraciətə əsasən İstintaq orqanı Xətai rayon Vunq-tau küçəsi ev 11A, 76 nömrəli dörd otaqlı mənzilin satılması üçün 39 saylı notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlının BİT-ə gəlib, onunla görüşüb razılıq ərizəsi almasına etiraz etmir. Lakin o, imtina etmişdir. Notariusun qanunsuz əməlindən Prokurorluq orqanına etdiyi şikayət Xətai Rayon Prokurorluğuna yönləndirilmişdir. X3 qərəzli mövqe tutaraq, heç bir araşdırma aparmadan xx.xx.2024 cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxardı. Həmin qərardan məhkəməyə şikayət vermişdir. xx.xx.2025 ci il tarixdə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmədə X25in qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilib, yenidən araşdırılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. Hal-hazırda araşdırılır. xx.xx.2024-cü il tarixdə alqısatqı müqaviləsinin ləğv olunması üçün iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2024 cü il tarixdə saat 15:00 da keçirilən məhkəmə hazırlıq iclasında hər iki cavabdeh mənzili satan şəxs Cavabdeh2 və alan şəxs Cavabdeh1 həqiqəti olduğu kimi etiraf etdilər. Bu etiraflar protokoldan çıxarılıb. Lakin məhkəmənin həmin tarixli video yazısında sübut kimi durur. Belə ki, 2 ona pul lazım olduğu üçün mənzili satmışdır. Əvvəlcə 32 saylı notariusda Cavabdeh1lə alqı-satqı etmək istəsələr razılıq ərizəsinə görə baş tutmamış, sonradan X saylı not ariusda həyat yoldaşının rəsmi razılığı olmadığı üçün 2.500 manat rüşvət verməklə, razılıq ərizəsi qarşılığında 10.000 manat girov saxlanılmaqla mənzili satmışdır. Cavabdeh1 isə 4 otaqlı mənzilin super təmirli olduğu uçun, ərazi olaraq əlverişli mövqedə yerləşdiyi üçün, dəyərindən çox ucuz satıldığı üçün və rəsmi razılıq olmadan satıldığını bilə-bilə mənzili almışdır. Cavabdeh1 qanunsuz alqısatqıya görə notariusa 2.500 manat rüşvət verdiyini inkar etdi ki, bu da normal haldır. xx.xx.2025-ci il tarixdə onun ərizəsi əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 nümayəndəsi iddia edir ki, güya 1in heç nədən xəbəri olmayıb, o, vicdanlı alıcıdır. Halbuki, Cavabdeh1 bütün sənədləri özündə saxlamış, xx.xx.2022-ci il tarixi göstərən rus dilində yazılm ış saxta subaylıq sənədi, xx.xx.2022-ci il tarixli 39 saylı Notariusun razılıq ərizəsi üçün BİT-ə gəlmək göndəriş məktubu cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən sübut kimi məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da, qarşı tərəfin səsləndirdiyi bütün arqumentlərdən də aydın olur ki, Cavabdeh1 alqı-satqıdan 5-6 ay əvvəl mənzilin sənədsiz olması barədə məlumatlı olub. 31 yanvar 2023 tarixdə 32 saylı notariusda saxta sənədlə alqı-satqı baş tutmamış, nəhayət 4 gün sonra xx.xx.2023 tarixdə X saylı Notarius saxta sənədlə əqdi təsdiqləyir. Bütün bunlar 1in və daha 3 nəfərin şahid kimi iştirakı ilə olmuşdur: X10, X17 və XX. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, iddiaçı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Mülkiyyətin müdafiəsinə dair iddialara iddia mü ddəti şamil edilmədiyindən nümayəndənin şikayətinin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, cavabdeh şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətində səsləndirdikləri arqumentlər "nağıldan" başqa bir şey deyildir.

28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə "xxxx" QSC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2025-ci il tarixli, 2(103)-3042/2025 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər Səadət Səlimova və Akif İsgəndərov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-420/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğuna görə müqaviləni təsdiq edən Bakı şəhəri X saylı notariat ofisinin xüsusi notariusu X16 onun xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək nikahın bağlanması haqqında akt qeydinin mövcud olmaması barədə Dağıstan Respublikası Ədliyyə Nazirliyinin arayışını təqdim etmiş, notarius isə Cavabdeh2 Azərbaycan Respublikasında nikahının qeydə alınıb-alınmamasını yoxlamamışdır.

31. Qanunvericiliyin imperativ normalarına əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması heç bir əlavə şərtdən asılı olmad an əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. Həmçinin, hazırkı iş üzrə tələb mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması haqqında olduğundan iddia müddəti şamil edilmir. Məhkəmə aktı ilə mənzilin əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarılması ipoteka ilə yüklü edilmiş həmin mənzilin ipotekasına xitam verilməsi üçün əsas deyildir.

32. Cavabdeh iddiaçının mənzilin satışına razı olduğunu bildirsə də, işdən görünür ki, iddiaçının arvadı Cavabdeh2 Bakı şəhəri 39 saylı Notariat ofisinin xüsusi notariusu X14 onlara məxsus mənzilin satılması məqsədilə razılıq ərizəsinin verilməsi üçün iddiaçı ilə görüşüb müvafiq notariat hərəkətinin aparılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmiş və İdarə tərəfindən buna razılıq verilmişdir. Lakin işə apellyasiya qaydasında baxılarkən verilmiş sorğulara gələn cavablarla müəyyən edilir ki, notarius sözügedən notariat əməliyyatı üçün İstintaq Təcridxanasına daxil olmamış və hər hansı əməliyyat aparılmamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilin özgəninkiləşdirilməsinə razılıq verməmiş və məhz bu səbəbdən də Cavabdeh2 mənzilin alğı-satqısı zamanı notariusa Dağıstan Respublikası Ədliyyə Nazirliyinin arayışını təqdim etmişdir. Həmçinin, iddiaçının mənzilin özgəninkiləşdirilməsinə razılığının olmaması onunla təsdiq olunur ki, iddiaçı ona təyin olunmuş cəzanın çəkilməsindən xx.xx.2024-cü il tarixli qərarla azad edildikdən sonra dərhal mənzilin alqı-satqısını rəsmiləşdirm iş notarius barəsində hüquq-mühafizə orqanlarına şikayət ünvanlamış, xx.xx.2024-cü il tarixində isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Bundan başqa, iddiaçının cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan mənzilin alqı-satqısı tarixindən (xx.xx.2023-cü il) bir neçə ay qabaq ödənilmiş və bununla bağlı zərərçəkmiş şəxs X22 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Yəni, iddiaçının barəsində olan cinayət təqibi ilə bağlı mənzilin satışı üçün əsasların olduğu müəyyən edilməmişdir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh mənzilin özgəninkiləşdirilməsi ilə bağlı iddiaçının razılığının olması barədə polis orqanında araşdırma zamanı X7 izahatlarına istinad etsə də, sonuncu izahatında müstəntiqin Bakı İs tintaq Təcridxanasına notariusun daxil olmasına razılıq verdiyini, lakin iddiaçının şəxsiyyətini təsdiq edən sənədin sistemdə görünmədiyi üçün notariusa evin alqı-satqısı barədə razılığın verilməsi mümkün olmadığını bildirmişdir. Lakin, notariusun iddiaçı ilə görüşməsi və hər hansı notariat əməliyyatlarının aparılması iş materialları ilə təsdiq olunmamışdır.

35. Bundan başqa, iddiaçı məhkəmə iclaslarında notariusun Seyfulla və “makler”lə birgə 10.000 manatı girov saxladığını, Seyfullanın onun evini öz qardaşı oğlunu polisdən qurtarmaq üçün satdığını bildirmişdir. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, həmin məbləğ xx.xx.2024-cü il tarixdə bir bank kredit kartından digər karta köçürülmüş və həmin tarixdə iddiaçı və onun arvadı 2 X1 qarşı heç bir şikayətinin olmadığı barədə ərizələr ve rmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı ilə X10 arasında münasibətlər gərgin olmuş və belə olan halda sonuncunun bildirdikləri hazırkı iş üzrə mötəbər hesab edilə bilməz.

36. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının mənzilin satışından əldə olunmuş vəsaiti toplaması sonradan əqdin bəyənilməsi hesab edilə bilməz. İddiaçı ona təyin olunmuş cəzanın çəkilməsindən azad edildikdən sonra dərhal mənzilin qaytarılması istiqamətində hüquqi addımlar atmışdır. İddiaçının bildirdiyinə görə mənzilin pulunu toplamaqda məqsədi mənzilin dəyərini ödəmiş cavabdehə qaytarmaq, mənzili yenidən Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak statusuna qaytarmaq olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh1 (vəkil Nüm ayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3042/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olara qeyd edilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur. Burada məhkəmə iddiaçının əqdi bəyənməsinə dair faktları a raşdırmamışdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Məhkəmə bu nüansları diqqətdən qaçırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 11 avqust 2025-ci il tarixli, 2(103)-3042/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

40. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

41. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

42. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadı qda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

43. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.

44. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzi nin ödənilməsini tələb edə bilər.

45. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər b iri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

51. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyi nə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Ailə Məcəlləsinin 33.4-cü maddəsi də eyni qaydanı nəzərdə tutur.

63. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, iddiaçının ümumi birgə mülkiyyətində olan mübahisəl i daşınmaz əşya onun notarial qaydada ifadə edilmiş iradəsi olmadan satılmışdır. Nəzərə aldıqda ki, ümumi mülkiyyətçilərdən birinin iradəsi olmadan rəsmiləşirilmiş müqavilə bağlanmış hesab edilə bilməz, o zaman məhkəmələrin hazırkı iş üzrə iddianın təmin edilməsi barədə gəldikləri nəticə yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur.

64. Cavabdeh tərəf müqavilənin iddiaçı tərəfindən bəyənilməsinə istinad etsə də apellyasiya məhkəməsi bu xüsusatın birinci instansiya məhkəməsində müvafiq sübutlarla öz təsdiqini tapması qənaətinə gəlməmiş, nəzərə almışdır ki, iddiaçı ona təyin olunmuş cəzanın çəkilməsindən azad edildikdən sonra dərhal mənzilin qaytarılması istiqamətində hüquqi addımlar atmışdır.

65. Eyni zamanda birinci instansiya məhkəməsində keçirilmiş iclasların protokolların da cavabdeh tərəfin vicdanlı alıcı olması, tələb üzrə bir illik iddia müddətinin keçməsi, iddia müddətinin tətbiq edilməsi kimi hallara istinadı əks olunsa da, müqavilənin iddiaçı tərəfindən bəyənilməsi ilə bağlı dəlilin müzakirəyə çıxarılması, bu barədə sübutların toplanması və tədiqiqinə dair vəsatətləri aşkar edilmir.

66. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. MPM-in 9.3-cü və 217.4-cü maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ve rdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə y uxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Kollegiya onu da qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulan iddia mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan belə tələbə iddia müddəti şamil olunmur, eyni zamanda əşyanı vicdanlı əldə edən qorunmur (§ 50; 44,ikinci cümlə).

73. Bununla belə, əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 44,üçüncü cümlə).

74. Məhkəmə tərkibi hazırkı işdə mübahisənin obyekti olan mənzilin Bakı şəhəri X saylı notariat ofisində Cavabdeh2 tərəfindən iddiaçının notarial razılığı alınmadan Cavabdeh1 satılması əməllərinə cinayət hüquqi müstəvidə qiymət verilməsi üçün xüsusi qərar çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.

75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2025-ci il tarixli, 2(103)3042/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar