Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3569/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinə iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı xəbərdarlığın ləğv olunması, əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi, müqavilənin bağlanmış hesab olunması tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3305/2023 nömrə li iş üzrə 18 may 2023- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1994-cü il tarixdən etibarən 33 saylı Körpələr evinin müdiri vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin (bundan sonra cavabdeh) xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixli əmr əsasında 2021/2022 iş ili hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış, işə başlama tarixi xx.xx.2022-ci il o lmuşdur.
3. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun rəisinin, 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun mütəxəssisinin, Səbail rayonu 33 saylı uşaq baxçasının təsərrüfat müdirinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə 33 saylı uşaq baxçasında baxış keçirilmiş və müəyyən nöqsanların aşkar edilməsinə dair akt tərtib olunmuşdur. Aktda, uşaq baxçasının ərzaq anbarında "xxxx" MMC-nin istehsalı olan yararlılıq müddəti bitən və istismara tam yararsız qatıq məhsullarının saxlandığı, baxçaya 72 kq miqdarında qatıq verilməsi, baxçanın anbar kitabında 19xx.xx.2022-ci il tarixində gündəlik 15 kq istehlak ilə 28,12 kq qatıq mövcud olduğu, anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixdə bitmiş qat ıq aşkar edildiyi, "xxxx" MMC-nin istehsalı olan yararlıq müddəti xx.xx.2022-ci il tarixdə bitən istismara tam yararsız 1,6 kq xama məhsulunun, yararlıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş istismara tam yararsız 5 kq. pendir məhsulunun saxlanıldığının müəyyən olunduğu, bağçanın anbar kitabının səliqəsiz formada işlənildiyi, cari tarix üzrə heç bir məhsulun məxarici və qalığının qeyd olunmadığı, ərzaq anbarında məhsulların saxlanılması zamanı normativ temperatur və rütubətlilik göstəricilərinə riayət edilmədiyi göstərilmişdir.
4. Bakı şəhəri üzrə Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 258802/10 saylı məktubda, xx.xx.2022-ci il tarixdə Səbail rayonu 33 saylı Körpələr evi-uşaq bağçasına keçirilən baxış nəticəsində tərtib olunmuş akta istinadla bildirilmişdir ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli akt əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona verilən xəbərdarlığın, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinin ləğv olunması, onunla müqavilənin b ir il müddətinə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin hallarına istinad edərək iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun rəisi Şəmistan İsmayılbəyli, 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun mütəxəssisi İlqar Rzaquluyev, Səbail rayonu 33 saylı uşaq baxçasının təsərrüfat müdiri Tamilla Kazımovanın iştirakı ilə xx.xx.2022-ci il tarixdə 33 saylı uşaq baxçasında baxış keçirilmiş və müəyyən nöqsanların aşkar edilməsinə dair akt tərtib olunmuşdur. Aktda, uşaq baxçasının ərzaq anbarında "xxxx" MMC-nin istehsalı olan yararlılıq müddəti bitən və istismara tam yararsız qatıq məhsullarını n saxlandığı, baxçaya 72 kq miqdarında qatıq verilməsi, baxçanın anbar kitabında 19-xx.xx.2022-ci il tarixində gündəlik 15 kq istehlak ilə 28,12 kq qatıq mövcud olduğu, anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixdə bitmiş qatıq aşkar edildiyi, "xxxx" MMC-nin istehsalı olan yararlıq müddəti xx.xx.2022-ci il tarixdə bitən istismara tam yararsız 1,6 kq xama məhsulunun, yararlıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş istismara tam yararsız 5 kq pendir məhsulunun saxlanıldığının müəyyən olunduğu göstərilmişdir. Akt 3 nəfər şəxsin iştirakı ilə təstiq olunmuş, məzuniyyətdə olmasına baxmayaraq Əmək Məcəlləsinin 189.2-ci maddəsinin tələbi pozulmaqla ona şiddətli xəbərdarlıq (töhmət) verilmiş və müəyyən müddət keçdikdən sonra əmək müqaviləsinə xitam verilm işdir. xx.xx.2022-ci il tarixli M-674 saylı “Əmək məzuniyyəti və vəzifələrin müvəqqəti həvalə edilməsi haqqında əmr”dən göründüyü kimi Bakı şəhəri 33 saylı körpələr evi-uşaq baxçasının müdiri kimi 2021/2022-ci il hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günündə növbəti məzuniyyətə buraxılmış və işə başlama müddəti xx.xx.2022-ci il olmuşdur. Belə olan halda ona verilən şiddətli xəbərdarlıq (töhmət) qanunsuz hesab edilməlidir. Belə ki, məzunuyyət müddətində müdir vəzifəsi başqa şəxsə həvalə olunmuşdur və nöqsan olduğu halda xəbərdarlıq və ya töhmət ona deyil, əvəz edən şəxsə tətbiq edilə bilərdi. 20 sentyabr 2022-ci il tarixdə **********88 saylı mobil nömrədən ona zəng edilərək onunla olan müddətsiz əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Səbəb yaşının tamam olması kimi göstəri lsə də, səhhəti və təhsil sahəsində əldə etdiyi naliyyətlər iş imkanlarının davam etdirilməsi üçün əsaslardandır. Belə ki, 1979- cu il tarixdən pedaqoji fəaliyyətə başlamış və xx.xx.1992-ci il tarixdə 33 nömrəli körpələr evinə müdir vəzifəsinə təyin olunmuşdur. Müddətsiz əmək müqaviləsi əsasında rəhbər vəzifəsində çalışmış, işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq və töhmət verilməmişdir. Məzuniyyətdə olduğu müddət ərzində etmədiyi hər hansı bir nöqsana görə şiddətli xəbərdarlığın verilməsini əsassız hesab edir. Azərbaycan Təhsil İşçiləri X1 Rayon Komitəsinin ona ünvanladığı cavab məktubunda göstərilmişdir ki, iştirakı olmadan yoxlama aparılmamalı idi və uzun illər ərzində müvəffəqiyyətlə işləməsi, heç bir cəza almaması, çoxsaylı təltiflər alması səbəbilə müqaviləsi 1 il müddətinə u zadıla bilərdi. İşçi ilə işəgötürən arasında müqaviləyə xitam verilmədən öncə həmkarların razılığı alınmalı olduğu halda, belə razılıq olmadan əmək müqaviləsinə xitam verilmişdir. Müqavilənin bağlanmış hesab edilməli olmasının əsaslarından biri də onunla 4.09.2022-ci il tarixdə müqavilənin ləğv olunmasına dair əmr verilsə də, xx.xx.2022-ci il tarixədək işə gəlməsi və öz vəsifəsini icra etməsidir. Müxtəlif vaxtlarda Təhsil Şöbəsinin müdiri Sara Xanlarova tərəfindən uşaq baxçasının kollektivinin “Şən hazırcavablar baxçada yetişir” adlı tədbirdə fəal iştirak etdiyinə görə birinci dərəcəli diplomla təltif olunmuş, 2001-ci il tarixdə Səbail Rayon Təhsil şöbəsi tərəfindən fəxri fərman verilmiş, İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov tərəfindən dəfələrlə təşəkkürnamə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Məktəbə qədər Təhsil müəssisələri və uşaq evləri idarəsi tərəfindən fərqlənmə diplomu verilmiş, ən yaxşı müəllimə adına layiq görülməklə ona fəxri diplom verilmişdr. Bu nailiyyətləri nəzərə alınmaqla onunla bağlanan müqavilə 1 il müddətinə uzadıla bilərdi. Sonuncu olaraq xx.xx.2022-ci il tarixdə əmr verilsə də ona məlumatın verilməməsi və işə getməsi, tabel dəftərində imzasının olması müqavilənin bağlanmış olması əsaslarındandır. Cavabdeh təşkilata dəfələrlə, son olaraq xx.xx.2022-ci il tarixdə müqavilənin 1 il müddətinə təkrar bağlanması ilə əlaqədar müraciət etmişdir. Belə ki, 65 yaşı olmasına, xx.xx.2022-ci il tarixdə əmrin verilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixədək işə getməsi nəzərə alınmaqla, müqavilə bağlanmış hesab oluna bilər..
7. Bakı Şəhəri N əsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Anar İbadzadə ) 28 fevral 2023-ci il tarixli 2(006)-498/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il tarixdə onun 65 yaşı tamam olmuş, xx.xx.2022-ci il tarixdə çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Çalışmanın yaş həddinə çatdığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya xəbərda rlıq edilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olmuş və bu tədbir intizam tənbehi sayılmır. İddiaçı həmin xəbərdarlığın məzuniyyətdə olduğu müddətdə verildiyini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, xəbərdarlıq iddiaçının işə başladığı xx.xx.2022-ci il tarixdən sonra - xx.xx.2022-ci il tarixdə verilmişdir.
10. Məhkəmə iddia tələbinin iddiaçı ilə bağlanan müqavilənin bir il müddətinə bağlanmış hesab olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb əmrin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia rədd edildiyindən, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
11. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 68, 70-ci mad. E bəndi, 186.1,186.2,186.3 və 189.2-ci, MPM-in 14.2,77.1.1191.1. və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə ) 2(103)-3305/2023 nömrəli iş üzrə 18 may 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 65 yaşı xx.xx.202 2-ci il tarixdə tamam olmuş, bununla d o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüşdür. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir.
16. Apellyasiya məhkəməsi onuda qeyd etmişdir ki, iddiaçının “Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona verilən xəbərdarlığın ləğv olunması” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir. Belə ki, birincisi, intizam tənbehi sayılmayan xəbərdarlıq iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında edilmiş, həmin akt isə mübahisələndirilməmişdr, digər tərəfdən, xəbərdarlıq iddiaçıya məzuniyyətdə olduğu dövrdə deyil, işə başladığı xx.xx.2022-ci il tarixdən sonra - xx.xx.2022-ci il tarixdə verilmişdir..
17. Apelly asiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
18. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.4, 42, 70, 186.2 və 186.3-ci, MPM-in 14.1, 77.1, 80,81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə qaytarılması barədə qərar çıxarımasını xahiş etmişdir.
20. Kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıran iddiaçı əlavə olaraq qeyd etmişdir ki, hər iki instansiya məhkəməsində baxçaya yoxlama gələrkən onun məzuniyyətdə olması və onun səlahiyyətlərinin təsərrüfat işləri üzrə işçiyə həvalə olunması bildirilsə də nəzərə alınmamışdır. Bundan başqa iddiaçı baxçaya qəbul olan ərzaqlarla bağlı nəzarət etsə də, bu məsuliyyətin cavabdehliyini daşıyan şəxs təsərrüfat işlərinə baxan işçinin olmasına baxmayaraq,həmin işçiyə heç bir nöqsan tutulmamışdır. ƏLavə olaraq qeyd edilmişdir ki, iddiaçı həmin illər ərzində məzuniyyətdə olmuş,belə olan halda həmin ərzaqlar dəyişdirilər və ona qarşı hər hansı bir saxtakarlıq ola bilərdi. İddiaçı uzun müddətdir ki, təhsil şöbəsində adını deyən və iz buraxan şəxslərdən biridir. Ba xçanın naliyyətləri hər zaman göz qarşısında olmuş və onu belə ləkələməklə işdən çıxmasını qəbul edə bilmir və ədalətə sığınaraq,məhkəmələrə üz tutsa da hər iki instansiya məhkəməsi ədalətli qətnamə qəbul etməmiş və iddiaçı düşünür Azərbaycan Respublikası Ali Baş Komandan Prezidentimiz İlham Əliyev tərəfindən təyin olunan Ali Məhkəmənin hakimləri bu pozuntuları aradan qaldıracaq və işin təkrar məhkəmə baxışına qaytaracaqlar..
21. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Əmək Məcəlləsi
23. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
24. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
25. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
42. Maddə Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əm ək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
26. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
27. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox o lmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
28. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddiaçı tərəfindən tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3305/2023 nömrəli iş üzrə 18 may 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.