Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3571/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud məsuliyyətli cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər:ixtisar,işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-10424/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəf indən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2022-ci ildə inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh MMC(bundan sonra-cavabdeh)13 noyabr 2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu ********** kimi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 18 nömrəli əlavəyə əsasən işəgötürən ilə işçi arasında, işçiyə 15 may 2020-ci il tarixindən etibarən hər ay 250 manat məbləğdə ştat cədvəli ilə təyin olunmuş əmək haqqının ödənilməsi, əmək haqqının ayda bir dəfə ödənilməsi barədə razılıq əldə edilmişdir.
2. İddiaçı (bundan sonra-iddiaçı) 16 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Sonuncu dəf ə xx.xx.2020-ci il tarixdə endokrinoloji kabinetə müraciət etmişdir. Diaqnozu şəkərli diabet tip 2 xəstəliyidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 may 2021ci il tarixli, 032 nömrəli əmrinin ləğv olunması, əvvəlki vəzifəyə bərpa olunması, məcburi işsiz qaldığı, qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqının, eləcə də istifadə etmədiyi 2 illik dövr üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, əlavə olaraq iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə isə 20000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsasl andırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nə əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən qeyd edilən müəssisənin istehsalat şöbəsində işləmişdir və bu müddət ərzində vəzifəsini qüsursuz icra etmişdir. xx.xx.2021-ci il tarixdə müəssisədə istehsalat müdiri işləyən Şahmurad Cəfərov iddiaçıya rəhbərliyin göstərişi ilə işdən çıxarıldığını və iddiaçının əvəzinə başqa işçi işləyəcəyini bildirmişdir. İddiaçıya işə gəlməyinə ehtiyac olmadığını, özləri lazım olanda onu çağıracaqlarını bildirmişlər. Bundan sonra, iddiaçı bir müddət şirkətdən xəbər gözləmişdir. Lakin bir müddət sonra iddiaçını şirkətə dəvət edib əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (ştatların ixtisarı) xitam verilmə si bildirilmişdir. Buna görə də, iddiaçı əmək hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun hüquqları kobud şəkildə pozulmuş, nəticədə iddiaçı işindən məhrum olmuş və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bu xəstəliyi barədə şirkətdə məlumat olduğu halda əmək qanunvericiliyini kobud şəkildə pozaraq iddiaçı ilə əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. İşlədiyi 2 il ərzində ona əmək məzuniyyəti də verilməmişdir. Şəkər xəstəsi olduğu üçün ona qarşı edilmiş bu haqsızlıq ciddi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur.
5. İş materiallarına əlavə edilmiş 23 aprel 2021-ci il tarixli bildirişə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 24 apr el 2021-ci il tarixdən etibarən 4 həftə sonra AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi, əmək qanunvericiliyinə əsasən xəbərdarlıq müddəti əvəzinə əmək haqqının 0,9 misli miqdarında birdəfəlik vəsait almaq hüququnun mövcud olması barədə xəbərdarlıq edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətinə əsasən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan 06 aprel 2020-ci il tarixli, 013 nömrəli əmrə əsasən görünür ki, İddiaçı xx.xx.2019xx.xx.2020 iş ili dövrü üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 21 gün müddətinə əmək məzuniyyətinin verilməsi, xx.xx.2020-ci il tarixində işə başlaması, 21 məzuniyət günü üçün ödənişin təmin edilməsi əmr edilmişdir.
7. İş materiallarında olan 31 may 2021-ci il tarixli, K-032 nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işçilərinin sayı və ya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2019xx.xx.2021-ci il müddəti üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin 18 gününə düşən məbləğdə kompensasiya və orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli, **********796407000 nömrəli hesab üzrə hesab haqqında məlumata əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər hər ay əmək haqqı, xx.xx.2021-ci il tarixdə son haqq-hesab, xx.xx.2021-ci il tarixdə işdən çıxarılma müavinət haqqı olmaqla, 474 manat məbləğində ödənişlər edilmiş dir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu iddia ərizəsində, həmçinin iddiaçının izahatında (xx.xx.2021-ci il tarixdə həmin əmrdən məlumatı olduğunu məhkəmə iclas zalında bildirmişdir) öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı 2021-ci ilin iyun ayının 5-də 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 2 gün müddət keçməklə (xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 77.1, 83.1, 296-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - birinci instansiya məhkəməsi) 24 noyabr 2021-ci il tarixli, 2(103)-10424/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədova sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi,iddia qi smən təmin olunması, Cavabdeh MMC-nin 31 may 2021ci il tarixli, 032 nömrəli əmri ləğv olunması, İddiaçı Cavabdeh MMC-də əvvəlki işinə xadimə vəzifəsinə bərpa olunması, İddiaçı məcburi işsiz qaldığı gündən qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqı ödənilməsi və iddianın qalan hissədə təmin olunmasını qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində hansı zərurətlərdən dolayı Cavabdeh MMC-də “təşkilati-struktur dəyişikliyi ilə bağlı ştat ixtisar etmək hüququndan istifadə edilməsi araşdırılmamamış və bu səbəbdən işin hallarına hüquqi qiymət verilməmişdir.
14. Bununla belə apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, 31 may 2021-ci il tarixdə, 032 nömrəli əmr əsasında, Besting” MMC-də xadimə vəzifəsində çalışan İd diaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin Bakı apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh MMC tərəfindən “Elektron Kabinet” vasitəsilə məhkəməyə təqdim olunmuş “Xidməti məlumat”dan müəyyən olunur ki, 18 may 2021-ci il tarixli əmrlə şirkətdə xadimə ştatı (həm də yeganə xadimə ştatı) ləğv olunmuşdur. Lakin sonradan bu ştat bərpa olunaraq xx.xx.2021-ci il tarixdə yeni xadimə ilə əmək müqaviləsi bağlanmışdır.
15. Beləliklə, iddiaçı öz xadimə işinə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməsinə və işinə bərpa olunması arzusunda olmasına baxmayaraq, cavabdeh xadimə ştatını yenidən bərpa etmiş, lakin xx.xx.2021-ci il tarixdə yeni xadimə ilə əmək müqaviləsi bağlamışdır.Cavabdeh in iddiaçının aqressiv davranışına, həmçinin mənəvi zərər tələbinə istinad etməsi Cavabdeh MMC-də xadimə vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsinə dair 31 may 2021-ci il tarixli, 032 nömrəli əmrin qanuni olmasına əsas, yaxud haqq qazandıran hal kimi qəbul edilə bilməz. Həmçinin iddiaçının istifadə etmədiyi 2 illik dövr üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, əlavə olaraq iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə isə 20.000,0 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, göstərilən tələblərin əsaslı olması iş materialları ilə təstiqini tapmamışdır.
16. Məhkəmə öz mövqeyini Əmək Məcəllənin 7 7-ci maddəsinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 296-ci və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini, 77.1-ci, 380.1-ci maddələri düzgün tətbiq etməmişdir. Belə ki,bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajindan as ılı olaraq bir ildən beş ilədək əmək staji olduqda azı 4 təqvim həftəsi müddtinə rəsmi xəbərdar olunur. Lakin işə baxan apellyasiya məhkəməsi mübahisəyə ƏM 77.1-ci hüquq normasını tətniq etməmişdir.Bundan əlavə iddiaçı öz hüqununun pozulduğunu 31 may 2021-ci il tarixdə aşkar etmiş, lakin iddia ərizəsini 07 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət edib. Bununla da o qanunda nəzərdə tutmuş iddia müddətini ötürmüşdür. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətb iq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə 2.3 Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
23. Maddə 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68.2 a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
25. Maddə 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
26. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
27. Maddə 77.1 İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir.
28. Maddə 77.2 Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
29. Maddə 78.1 Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 37. 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülah izə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-10424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan