Məhkəmə qərarları › İş №2(102)-3573/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3573/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh2 Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, “xxxxx” Mənzil Tikinti Kooperativi və X7 İddia tələbi: mənzildən çıxarılma Açar sözlər: məhkəmə qərarının icrası qaydasında mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının, onun vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11978/2019 nömrəli iş üzrə xx xxxxxx 2019- cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Rüstəmova Fidan Rövşən qızının və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun cavabdeh X6 (üçüncü şəxs X8) qarşı mənzillərin təhvil verilməsi barədə iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasından 20 mənzilin, o cümlədən 53 saylı mənzilin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli aktları ilə yuxarıda qeyd olu nan binada yerləşən mübahisəli mənzil 53 saylı mənzil kimi tələbkarların qanuni nümayəndəsi Cavabdeh2 (bundan sonra – cavabdeh) təhvil verilmiş, birinci iki akt binanın komendantı X9 tərəfindən də imzalanmışdır. xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 saylı ünvanında yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzildən (bundan sonra - mübahisəli mənzil) çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ümumi sahəsi 165 kv.m. olan mü bahisəli mənzili (80.000 manat tam ödənildikdən sonra) müqavilə əsasında “xxxxx" MTK-dan almış, mənzil iddiaçıya təhvil verilmişdır. İddiaçı, həmin mənzildə öz vəsaiti hesabına təmir işləri aparmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin və həmin qətnamə əsasında təqdim olunmuş icra vərəqəsinin icra olunması nəticəsində Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçının əmlak hüquqları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə görə sözügedən ünvanda yerləşən binanın 10-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin X2 (X4) alınaraq, hazırkı iş üzrə cavabdehə verilməsi qət olunmuşdur. Lakin iddiaçıya məxsus həmin ünvanda yerləşən 52 saylı, ümumi sahəsi 165 kv.m. olan mənzil Yasamal rayon İcra və probasiya şöbəsi (icra məmuru X1) tərəfindən aparılan qanunsuz icra hərəkətləri nəticəsində cavabdehə təhvil verilmişdir. Cavabdehin iddia tələbi barədə keçirilən məhkəmə prosesslərindən onun xəbəri olmamışdır. Məhkəmə qətnamənin icrasını təmin etmək məqsədi ilə cavabdehə təhvil verilməli olan 53 saylı mənzilin əvəzinə iddiaçının mülkiyyətində olan 52 saylı mənzil, Yasamal ravon İcra və probasiva şöbəsi tərəfindən cavabdehə təhvil verilmişdir. Hazırda iddiaçıya məxsus əmlak zəbt olunaraq qanunsuz istifadə olunur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3406/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin hüquqi sahibidir. Cavabdehin isə mənzil üzərində qanunla qorunan subyektiv hüququ yoxdur və bu halda həmin mənzildə məskunlaşması iddiaçının hüquqlarını pozur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-11978/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və üçüncü şəxs “xxxxx” MTK, ünvan 1 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış bin asında mənzillərin müvafiq dövlət orqanı tərəfindən rəsmi qeydə alınma ilə nömrələnməsini təsdiqləyən sübutları təqdim etməmişlər. Başqa sözlə, mübahisəli mənzilin nömrəsinin 53 deyil, 52 olmasına dair dövlət orqanında qeydə alınmış rəsmi məlumat işdə mövcud deyil. Bundan əlavə, “xxxxx” MTK, binadakı 53 nömrəli mənzilin mübahisəli yaşayış sahəsi ilə üzbə-üz yerləşməklə iddiaçıya məxsus olduğunu bildirsə də, nə iddiaçı, nə də MTK 53 nömrəli mənzilin sonuncuya (hansı tarixdə və əsasla) satılması haqında müqavilə və digər təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişlər. Bu hallar ona dəlalət edir ki, iddia tərəfi mübahisəli yaşayış sahəsinin məhz 52 nömrəli mənzil olduğunu təsdiqləyən mötəbər və kifayətedici sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya nəzərə almışdır ki, mübahisəli mənzil cavabdehə məhkəmə qətnaməsinin icrası çərçivəsində Yasamal rayon İcra və Probasiya şöbəsinin aktları əsasında verilmişdir. Həmin sənədlər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmiş aktlardır. Məhkəmə qərarının icra məmurları tərəfindən borclu və tələbkarın razılıqları əsasında qeyd edilən formada icra edilməsi (53 nömrəli mənzil kimi mübahisə predmeti olan mənzilin təqdim və qəbul olunması) həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, məhkəmə qətnaməsinin icrasına dair həmin aktlar ləğv olunmadan cavabdehin mənz ildən məhrum edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin mübahisəli mənzilin məhkəmə aktının icrası qaydasında daha əvvəl cavabdehə təhvil verildiyini nəzərə alaraq və mübahisəyə Mülki Məcəllənin 16.1, 435, 452.1, 560-cı maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia rədd edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun gəlmir. Şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 154.1, 157, 162, 164, 165.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, “xxxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və X7 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər olan kassatorlar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11978/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar