Məhkəmə qərarları › İş №2(102)-3574/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3574/2025

11.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3574/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X5rşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Mə ktəbəqədər və Ümumi Təhsil X5rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4037/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixdən Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində çalışmışdır. 2. xx.xx.2025-ci il tarixdə müvafiq yoxlama (monitorinq) nəticəsində İddiaçı rəhbəri olduğu bağçanın fəaliyyətində nöqsan və çatışmazlıqlar aşkar edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin in xx.xx.2025-ci il tarixli, 3-29-6913-1-113K/2025 nömrəli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

4. İddiaçının xx.xx.2014-cü il təvəllüdlü övladına İİİ qrup əlillik təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69131-113K/2025 nömrəli əm rinin ləğv olunması, İddiaçı Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması, iddiaçıya xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində çalışmışdır. İddiaçı həmin vəzifədə fəaliyyəti dövründə öz peşəsinə vicdanla, məsuliyyətlə yanaşmış, öhdəliklərini düzgün şəkildə icra etmişdir. Lakin cavabdeh Agentliyin xx.xx.2025-ci il tarixli əmri əsasında iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr əsassız olmaql a, qanunvericiliyin bir sıra tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü övladının səhhətində ciddi problemlər var. Uşağa İİİ qrup əlillik təyin edilmişdir.

7. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə isə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin cavabdeh Agentlik bunu nəzərə almamışdır.

8. Bundan başqa, iddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən faktlar həqiqəti əks etdirmir. Belə ki, əmrdə iddiaçının öz vəzifə öhdəliklərini icra etmədiyi, uşaq bağçasının tərbiyəçi X1 müavinət əldə etmə hüququna mane olduğu, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etmiş olduğu qeyd edilmişdir. Yuxarıda adı çəkilən xx.xx.2025-ci il tarixli ərizədə əks olunan faktlar şəxsin korrupsiya cinayətini törətməsini təsdiqləmir.

9. Nəzərə alınmalıdır ki, həmin ərizə yazılarkən iddiaçı bülletendə olmuşdur və bu hal ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə təsdiq olunur. Həmin “Əmək qabiliyyətinin olmaması vərəqəsində” qeyd edilir ki, iddiaçı, bol suçiçəyi xəstəliyinə yoluxduğuna görə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, iddiaçı xəstə olduğu vaxt idarəyə gətirilmiş və ona ərizə yazdırılmışdır. Göründüyü kimi, ər izə qanunazidd şəkildə tərtib olunmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

10. Bununla yanaşı, iddiaçı öz vəzifə öhdəliklərini daima vicdanla yerinə yetirmiş, korrupsiya əməli törətməmişdir. xx.xx.2025-ci il tarixli ərizədən də göründüyü kimi qeyd olunan əməlləri Qəfərov Hüseyn Qulamhüseyn oğlu törətmişdir. H.Qəfərov iddiaçıya 1 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin olunmaq üçün 10.000 manat pul vəsaitinin tələb olunduğunu bildirmişdir. Pul verilməli olmasını bildirən şəxs H.Qəfərov olmuşdur. İddiaçının korrupsiya pozuntusu törətməsindən söhbət gedə bilməz. Lakin, cavabdeh Agentlik həmin məsələni ciddi araşdırmadan əsassız əmr qəbul etmişdir.

11. Həmçinin, əmrdə qeyd olunmuşdur ki, uşaq bağçasının tərbiyəçi Məlahət Cəfərovanın əmək qabiliyyətli olmamasına dair vərəqələri iddiaçı aidiyyəti üzrə təqdim etməmişdir. Halbuki cavabdeh X3 əmək qabiliyyətli olmamasına dair məsələni ümumiyyətlə araşdırmamışdır. Belə ki, Məlahət Cəfərova dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. Lakin işçinin il ərzində işə çıxmaması və əmək qabiliyyətli olmaması cavabdehə maraqlı olmamışdır. Məlahət Cəfərovanın hansı hallarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl olaraq Məlahət Cəfərovaya “Əmək qabiliyyətinin olmaması haqqında vərəqələrin” verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması araşdırılmamışdır.

12. Ən vacib məsələ isə ondan ibarətdir ki, sözügedən məsələlər ilə bağlı iddiaçının barəsində ən ağır inzibati tənbeh görülmüş, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir.

13. Agentliyin iddiaya qarşı verdiyi yazılı etirazda i sə qeyd edilmişdir ki, Sabirabad Şəhər 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması, maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmiş, monitorinq zamanı, müəssisənin tərbiyəçisi Məlahət Cəfərovanın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xəstəliyi ilə bağlı bağça müdiri olan iddiaçıya xəstəlik vərəqləri təqdim etməsinə baxmayaraq, həmin dövrlər üçün iddiaçı uşaq bağçasının əmr kitabında nömrə və tarix qeyd etmədən verdiyi əmrə əsasən Məlahət Cəfərovanın işə çıxmamasını üzrsüz səbəb kimi rəsmiləşdirmiş və əmək haqqı nı saxlamış, iş buraxmaya görə aktlar tərtib edərək işçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” 1.1 bəndinin tələblərinə əsasən ödənilməli olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət almaq hüququndan qanunsuz olaraq məhrum etmişdir.

14. Bundan əlavə uşaq bağçasının müdiri olan iddiaçı həmin bağçanın tərbiyəçi Məlahət Cəfərovanın digər aylarda da müxtəlif vaxtlarda işburaxma hallarına yol verməsi ilə bağlı bağçanın əmr kitabında əsassız əmrlər vermiş, verilmiş əmrlərin məzmununda Məlahət Cəfərovanın əmri n verilmə tarixindən sonrakı dövrlər üçün işə gəlməməsi qeyd olunmuşdur.

15. Əlavə olaraq iddiaçı xx.xx.2025-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinə şifahi formada müraciət etməklə Sabirabad Şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində çalışan, sinif yoldaşı olmuş Qəfərov Hüseyn Qulamhüseyn oğlunun ondan müxtəlif tarixlərdə korrupsiya hüquqpozmalarına şübhə yaradan vədlərlə ümumilikdə 18.000 manat məbləğində vəsait alması, lakin həmin vədləri yerinə yetirməməsi barədə məlumat vermiş və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

16. İddiaçı həmin müraciətində Sabirabad rayonunun Şəfəq adlı sakinindən 4.000 manat məbləğində pulunun özü tərəfindən aldığını etiraf etmişdir.

17. Eyni zamanda iddiaçının himayəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olmasına münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (3 ulduzlu) qərarının 36-cı hissəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Həmin Qərarın 31-ci hissəsində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadən qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq, belə halların təkrarən baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir.

18. Nəticədə, qanunvericiliyi n tələblərinə əsasən, Əmək Məcəlləsinin 10-cu, 11-ci, 57-ci, 70-ci və 71-ci maddələrinin tələblərinə əsasən Sabirabad Şəhər 4 nömrəli uşaq bağçasının sabiq müdiri olan iddiaçının təhsil müəssisəsinə rəhbərlik və nəzarətində ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi, Əmək qanunvericiliyini, Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu üçün onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğunu nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilir.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(0 05)-2175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “müdir vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və həmin vəzifə üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi, xx.xx.2025-ci il tarixdə müvafiq yoxlama (monitorinq) nəticəsində iddiaçının rəhbəri olduğu bağçanın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Həmin yoxlama zamanı iddiaçının da izahatı alınmış, yuxarıda da göstərildiyi kimi iddiaçı həmin izahatlarında yoxlama zamanı aşkarlanan nöqsanlara yol verdiyini (məsələn: bağçada qeydə alınmamış uşağın dərslərdə iştirak etməsini, əmək qabilyyətinin olmaması barədə xəstəlik kağızı olan işçinin xəstəlik kağızının müvafiq orqana göndərməməklə ona əmək haqqının ödənilməsini) etiraf etmişdir. İddiaçı həmin izahatları zorakılıq və hədə təsiri altında yazdığına dair dəlillər də irəli sürməmiş, habelə cavabdehin mövqeyi ilə razılaşmadığı təqdirdə, həmin izahatları hansı səbəbdən yazdığının məntiqli izahını verə bilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, onun müdir kimi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz.

21. İddiaçının işdən çıxarılması barədə əmrindən müəyyən edilir ki, qeyd edilən m addə ilə çıxarılmasına dair əsaslar həm bağçada aparılmış monitorinq zamanı aşkar edilmiş pozuntular, həm də iddiaçının özünün Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə xx.xx.2025-ci il tarixdə ünvanladığı Qəfərov Hüseyn Qulamhüseyn oğlunun korrupsiya əməlləri barədə ərizəsi olmuşdur.

22. Həmin ərizədə isə iddiaçı dəfələrlə başqa bir şəxsdən işə düzəlməsi üçün pul alıb Hüseyn Qəfərova verdiyini, həmçinin özünün Sabirabad şəhər 1 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi üçün 10.000 manat pulu yenə Hüseyn Qəfərova verdiyini etiraf etmişdir.

23. İddiaçı ilk olaraq bildirir ki, həmin ərizəni o, əmək qabiliyyətinin itirilməsi səbəbindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdə olmadığı dövrdə cavabdehin göstərişi ilə yazmışdır. Bununla bağlı xəstəlik kağızını məhkəməyə təqdim etmişdir.

24. Məhkəmə qeyd edilən halla bağlı bildirmişdir ki, işçinin sözügedən ərizəni hansı şəraitdə yazması işin araşdırılan halı deyildir. İşçi göstərilən faktların mövcudluğunu ərizəsində də daha əvvəl şifahi qaydada müvafiq şəxslərə bildirdiyini və ərizəsi ilə də bir daha bunu təsdiq etdiyini bildirmişdir. Bundan başqa, iddiaçı yenə ərizəsində qeyd etdiyi halların həqiqətə uyğun olmadığını, məcburiyyət, hədə-qorxu və ya zorakılıqla yazdığını da məhkəmə araşdırılması zamanı ümumiyyətlə bildirməmişdir.

25. İddiaçı tərəf bildirir ki, korrupsiya əməlləri cinayətdir və bu əməlin həqiqətən iddiaçı tərəfindən törədilməsini təsdiq edən məhkəmə qərarı mövcud olmalı idi ki, yalnız bundan sonra iddiaçı işdən çıxarıla bilərdi. Amma belə bir məhkəmə qərarı möv cud deyildir.

26. Məhkəmə qeyd etmişdir ki, korrupsiya əməllərinin törədilməsi hər bir halda cinayət məsuliyyəti yaratmır. Hazırkı işdə iddiaçının korrupsiya əməlləri törətməsi birbaşa onun ərizəsində öz əksini tapmışdır. Həmin əməllərin cinayət tərkibi yaradıb-yaratmaması müvafiq orqanların araşdırması nəticəsində bəlli olacaq məsələdir. Amma bu o demək deyildir ki, iddiaçı korrupsiya hərəkətlərinə yol verməyib və onun mülki-hüquqi məsuliyyəti yaranmayıb.

27. Məhz iddiaçı tərəfindən yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulması və həmçinin korrupsiya hərkətlərinə yol verilməsi əsas götürülməklə o, müvafiq maddə ilə işdən çıxarılmışdır. Yəni cavabdehin iddiaçı barədə işdən çıxarılma barədə əmri düzgün olmuşdur.

28. İddiaçı tərəf bildirmişdir ki, cavabdeh iddiaçı barədə daha ə vvəl digər intizam xarakterli tədbirlər görə bilərdi, lakin cavabdeh birbaşa iddiaçını işdən çıxarmışdır.

29. Məhkəmə iddiaçının bu mövqeyinə hüquqi qiymət vermiş və hesab etmişdir ki, iddiaçı özü də bilir ki, o, əmək qanunvericiliyinin tələblərini dəfələrlə pozmuş və korrupsiya hərəkətlərinə yol vermişdir. Lakin bu əməllərin işdən çıxarılma barədə intizam tənbeh tədbiri ilə deyil, digər intizam tədbirləri ilə (məsələn töhmət, şiddətli töhmət və s.) cəzalandırılmalı olduğunu vurğulayır. Halbuki, intizam tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq olunmalı olması barədə qanunda göstəriş yoxdur.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəg ötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir.

31. Məhkəmə həmçinin iddiaçının himayəsində əlilliyi olan övladının olması və bununla da, müvafiq maddə ilə işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; iş çinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

32. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

33. Məhkəmə qəbul etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

34. İddiaçının əmək qanunvericiliyini kobud şəkildə pozması və korrupsiya hallarına yol verməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmi n edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

35. Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

36. Məhkəmə hesab etmişdir ki, İddiaçı əmək müqaviləsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci madd əsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

37. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 35 və 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70 (ç bəndi), 71 (2-ci hissə), 76 (2-ci hissə) və 79-cu (3-cü hissə), Korrupsiyaya qarşı mübarizə haqqında Azərbayc an Respublikasının Qanununun 1.1.1, 9.2.6 və 10.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

39. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Əsasları iddia tələbinin və iddiaçının vəkilinin (nümayəndəsinin) birinci instansiya məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiy mət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəmənin analoji iş üzrə xx.xx.2024-cü il tarixli qərarını olduğu kimi öz qətnaməsinə köçürmüş, lakin vahid məhkəmə təcrübəsi formalaşdıran Konstitusiya Məhkəməsinin qərardadını nəzərə almamışdır. Halbuki həmin qərardad məhz Əmək Məcəlləsinin 72 və 79-cu maddələrinin şərhi ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinə ünvanladığı ərizədə göstərmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayından əmr çıxarıldığı xx.xx.2025-ci il tarixə kimi 2 ilə yaxın vaxt keçmişdir. Yəni, birinci instansiya məhkəməsi korrupsiya hüquqpozması faktı ilə bağlı tam qərəzli yanaşmış, 6 aylıq müddəti nəzərə almamış, korrupsiya hüquqpozması hesab etdiyi əməldən 6 aydan artıq müddətin keçməsinə baxmayaraq, iş materiallarını araşdırmadan birtərəfli yanaşmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4037/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

42. Məhkəmə kollegiy ası öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü övladına İİİ qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Sabirabad Şəhəri 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləmişdir.

43. Cavabdeh agentlik tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş əmrdən görünür ki, həmin əmrlə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur.

44. Əmrdə qeyd edilmişdir ki, Mil-Muğan Regional Təhsil İdarəsinə tabe olan Sabirabad Şəhəri 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması maddi qiymətlilərin anbar uçotu kitabına işlən ilməsi vəziyyətinin araşdırılması ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri olan iddiaçının özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, iddiaçı, müəssisənin tərbiyəçisi Məlahət Cəfərova tərəfindən ona 0424598, ******* və ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqələrini” təqdim etsə də, iddiaçı həmin “Vərəqələri” aidiyyəti üzrə təqdim edilməməklə Məlahət Cəfərovanın müavinət əldə etmək hüququna mane olmuşdur. Həmçinin, iddiaçı, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsini etiraf etmişdir. Qeyd olunanlara dair tərtib edilmiş təsdiqedici sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “e” və “f” bəndlərinin və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngi pozulmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.

45. Həmin əmrin və əmrin ləğvi üçün əsasların olmaması barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsassız hesab edilərək ləğv edilməsi barədə iddiaçı tərəfin tələbi aşağıdakı dəlillərə söykənir:

1. İddiaçının himayəsind ə yetkinlik yaşına çatmamış, İİİ qrup əlil olan övladı var. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, onunla bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Lakin cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışlar.

2. İddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən faktlardan biri, yəni iddiaçının öz vəzifə öhdəliklərini icra etməməsi, uşaq bağçasının tərbiyəçi Məlahət Cəfərovanın ona təqdim etdiyi 3 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqələrinin” aidiyyəti üzrə təqdim edilməməsi faktı cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, Məlahət Cəfərova dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. X6 hansı h allarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl olaraq Məlahət Cəfərovaya “Əmək qabiliyyətinin olmaması haqqında vərəqələrin” verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən araşdırılmamışlar.

3. İddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən digər faktın, yəni iddiaçının xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etməsi cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının həmin ərizəsində əks olunan faktlar onun korrupsiya cinayətini törətməsini təsdiqləmir. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar.

4. İddiaçının korrupsiya hüquqpozmasına yol verməsi sübuta yetirilmir. Ümumiyyətlə korrupsiya hüquqpozmasının müəyyən olunması üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalı idi. Amma belə bir hökm yoxdur. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar.

5. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinə ünvanladığı ərizədə göstərmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayından əmr çıxarıldığı xx.xx.2025-ci il tarixə kimi 2 ilə yaxın vaxt keçmişdir. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar.

6. Sözügedən məsələlər ilə bağlı idd iaçının barəsində ən ağır inzibati tənbeh görülmüş, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Halbuki, onun barəsində daha yüngül tənbeh görülə bilərdi. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar.

7. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəmənin analoji iş üzrə xx.xx.2024-cü il tarixli qərarını olduğu kimi öz qətnaməsinə köçürmüş, lakin vahid məhkəmə təcrübəsi formalaşdıran Konstitusiya Məhkəməsinin qərardadını nəzərə almamışdır. Halbuki həmin qərardad məhz Əmək Məcəlləsinin 72 və 79-cu maddələrinin şərhi ilə bağlıdır.

46. Göstərilənləri nəzərə alan məhkəmə iddiaçının bildirdiyi 1-ci və 7-ci dəlillərlə bağlı bildirmişdir ki, həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinin mənasına görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

48. İş materiallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına səbəb olmuş hal ilə qoruma altına alınmış hal (iddiaçının öhdəsində əlilliyi olan uşağın olması) arasında səbəbli əlaqə mövcud deyil.

49. Qəbul edilməlidir ki, iddi açının göstərdiyi bu iki dəlil əsassızdır.

50. İddiaçının bildirdiyi 2-ci dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı, onun rəhbərliyi altında olmuş uşaq bağçasının işçinin - Məlahət Cəfərovanın öz əmək funksiyalarını yerinə yetirməsinə, onun işə davamiyyətinə və s. işəgötürən olaraq nəzarət etməli və Məlahət Cəfərovanın onun üzərinə “Əmək müqaviləsi”, Əmək Məcəlləsi və başqa qanunlar ilə qoyulmuş vəzifələrin pozulduğunu aşkar etdiyi halda Məlahət Cəfərovanın barəsində Əmək Məcəlləsində, o cümlədən Əmək Məcəlləsinin 186-cı maddəsində, hətta 70-ci maddəsində nəzərdə tutulmuş qanuni tədbirləri görməli idi.

51. Lakin işin hallarından və iddiaçının özünün bildirdiklərindən müəyyən edilir ki, o bu kimi qaydaya əməl etməmiş, Məlahət Cəfərovanın barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qanuni tədbirləri görməməklə, yəni üzərinə düşən əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməklə özü Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbini pozmuşdur.

52. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə görə isə, işçi (hazırkı halda uşaq bağçasının müdiri) özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işçi ilə bağlanmış əmək müqaviləsi işəgötürən (iddiaçıya münasibətdə işə götürən olan cavabdeh Agentlik) tərəfindən ləğv edilə bilər.

53. Bundan başqa qeyd edilməlidir ki, əmək funksiyasını qanunla nəzərdə tutulmuş qaydada həyata keçirməmiş iddiaçı, ona uşaq bağçasının işçi olan Məlahət Cəfərovanın təqdim etdi yi 3 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqələrinin” aidiyyəti üzrə təqdim etməməklə özbaşınalığa yol vermişdir ki, bu da qanunla qadağa edilir.

54. Bu baxımdan müəyyən edilir ki, nə cavabdeh Agentlik, nə də ki, işə baxmış rayon məhkəməsi Məlahət Cəfərovanın hərəkətlərini araşdırmaq və onlara hüquqi qiymət verməli deyildilər. Bunu iddiaçı özü, uşaq bağçasının müdiri vəzifəsində işlədiyi zaman etməli idi.Belə olan, qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlil əsassızdır.

55. İddiaçının 3 və 4-cü dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, şəxs tərəfindən korrupsiya əməllərinin törədilməsi həmin şəxsin mütləq qaydada cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnmir.

56. İddiaçının özünün də məhkəmələrə verdiyi izahatlardan müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixli ə rizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət edərkən, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etmişdir.

57. Məhkəmə bildirmişdir ki, iddiaçının ərizəsində qeyd edilən həmin əməllərin cinayət tərkibi yaradıb-yaratmaması müvafiq orqanların araşdırması nəticəsində bəlli olacaq məsələdir. Amma bu o demək deyildir ki, iddiaçı korrupsiya hərəkətlərinə yol verməyib və onun mülki-hüquqi məsuliyyəti yaranmayıb. Məhz iddiaçı tərəfindən yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulması və həmçinin korrupsiya hərəkətlərinə yol verilməsi əsas götürülməklə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

58. Belə ki, iddiaçı tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciət də qeyd etdi əməllər onun əmək funksiyasına və ya əmək müqaviləsi üzrə öhdəliklərinə daxil olmamışdır. Həmin əməllərin edilməsi isə iddiaçı tərəfindən əmək funksiyaların və öhdəliklərin kobud şəkildə pozulması deməkdir.Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlilləri də əsassızdır.

59. Məhkəmə, 5-ci dəlillə bağlı qeyd etmişdir ki, iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli müraciətdə iddiaçı bildirmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir.

60. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə görə, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasın ın, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

61. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış müraciətdə qeyd edilən iddiaçının hərəkəti adi intizam xətası deyil, vəzifə hüquqpozması ilə bağlı intizam xətasıdır. Buna görə də qəbul edilməlidir ki, həmin intizam xətası ilə əlaqədar iddiaçının barəsində xx.xx.2025-ci il tarixdə intizam tədbirini görülməsi yuxarıda qeyd edilən 2 il çərçivəsində olmuşdur.

62. Bundan başqa qeyd edilməlidir ki, hazırkı qətnamənin 22-27 bəndlərində qeyd edilən hal (yəni “iddiaçının uşaq bağçasının işçi olan Məlahət Cəfərova ilə bağlı etdiyi hərəkət”) özü-özlüyündə iddiaçının barəsində xx.xx.2025-ci il tarixdə intizam tədbirini görülməsi üçün kifayət qədər əsaslı səbəb olmuşdur.Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsaslı deyil.

63. Məhkəmə bildirmişdir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Əmək Məcəlləsi işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ verilmişdir. İşəgötürən olan cavabdeh Agentlik də hüququndan istifadə edərək bu seçimi etmişdir.

64. İddi açıya münasibətdə tətbiq edilmiş “əmək müqaviləsinin ləğv edilməsi” növündə intizam tənbehin əsaslılığına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının etdiyi hər iki hərəkət, yəni “iddiaçının uşaq bağçasının işçi olan Məlahət Cəfərova ilə bağlı etdiyi hərəkət” və “iddiaçının korrupsiya ilə əlaqədar yol verdiyi hüquqpozmadan ibarət hərəkəti” istər ayrı-ayrılıqda, istərsə də birlikdə cavabdeh Agentliyə kifayət qədər əsas vermişdir ki, iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş tənbehi tətbiq etsin. Göründüyü kimi iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır.

65. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsi əsassızdır. Bu baxımdan qəbul edilməlidir ki, iş ə Baxmış Rayon Məhkəməsi qeyd edilən bu tələbi və bu tələbdən irəli gələn digər tələbləri – “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” tələbləri təmin etməməkdə haqlı olmuşdur.

66. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 79-cu maddəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 3-cü hissəsinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

67. İddiaçı (vəkil - Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4037/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

68. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinə ünvanladığı ərizədən görünür ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10 000 manat pul vermişdir. Göründüyü kimi, həmin tarixdən əmrin çıxarıldığı 14 fevral 2025-ci il tarixə iki ilə yaxın vaxt keçmişdir. Bu halı apelyasiya şikayətində qeyd etsələr də, Bakı Apelyasiya Məhkəməsi qərəzli mövqedən yanaşmış, işin halları ilə heç bir bağlılığı olmayan maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması kimi qəbul etmişdir. Bu hal tam qanunsuz, qərəzli və birtərəfli yanaşmadır. Belə ki, qətnamənin digər hissəsində bunu korrupsiya hüquqpozması kimi qələmə verən məhkəmə iddiaçının xeyrinə həll olmalı halda isə bu vəziyyəti maliyy ə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri kimi qeyd etmişdir. Halbuki heç bir maliyyət-təsərrüfat auditi aparılmamış, heç bir yoxlama keçirilməmişdir. Açıq-aşkar 6 aylıq intizam müddətinin keçdiyi vəziyyətdə məhkəmənin bunu işin hallarına heç bir aidiyyəti olmayan maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri kimi qələmə verməsi həmin qətnamənin ləğv edilməsi üçün əsasdır.

69. İddiaçının işdən çıxması ilə bağlı əmrdə qeyd olunmuşdur ki, tərbiyəçi X1 əmək qabiliyyətli olmamasına dair vərəqələri iddiaçı aidiyyəti üzrə təqdim etməmişdir. Bununla bağlı ilk öncə qeyd edirlər ki, X1 əmək qabiliyyətli olmamasına dair məsələ cavabdeh tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, X2 dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. Lakin işçinin il ərzində işə çıxm aması və əmək qabiliyyətli olmaması cavabdehə maraqlı olmamışdır. X1 hansı hallarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl bülleten verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması araşdırılmamışdır. Hər iki instansiya məhkəməsi sözügedən məsələyə səthi yanaşmış, iddiaçının həmin məsələ ilə bağlı təqsirinin olub-olmaması, əgər təqsiri varsa belə bunun müqabilində onun Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılmasın qanuni olubolmamasımüəyyən edilməmişdir.

70. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İş materiallarınd an görünür ki, iddiaçı 79-cu maddənin təsirinə düşür, himayəsində üçüncü dərəcəli əlilliyi olan övladı var. Hər iki instansiya məhkəməsi həmin maddənin tələblərini pozaraq, qadağanedici hüquq normasını tətbiq etməli olduğu halda qərəzli yanaşmış, səlahiyyət həddini aşaraq qanunu şərh etmişdir. Belə ki, mübahisələndirilən məhkəmə qətnamələrində mövqe belə olmuşdur ki, ƏM-nin 79-cu maddəsinin tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə gətirib çıxarması, həmçinin tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasıdır. Bununla bağlı ilkin olaraq qeyd edir ki, ƏM-nin 79-cu maddəsi toxunulmazdır. Məhkəmə onu şərh edə bilməz. Hüququn ümumi prinsiplərini istinad edərək qadağanedici normanın tətbiqini məhdudl aşdıra bilməz. Bu yanaşma umumiyyətlə hüquq sisteminə xələl gətirən, ölkə hüquq sistemində mövcud olan yüzlərlə qadağan edici normanın tətbiqini sual altına alan, qanunun aliliyi prinsipini pozan, kobud, qeyripeşakar yanaşmadır. Əgər bu təcrübəyə əsaslansaq, artıq belə çıxır ki, istənilən bir qadağanedici norma məhkəmə tərəfindən hüququn vicdanlılıq və tərəflərin hüquq bərabərliyi prinsipinə istinad olunaraq tətbiq olunmayacaq. Yəni, məhkəmələr hesab etsə ki, hansısa bir cinayət işi üzrə vicdanlılıq prinspi pozulub, bu halda qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası verə biləcəklər ( Halbuki Cinayət Məcəlləsi bunu qadağan edir). Və yaxud qadının hamiləliyi dövründə ərin boşanma ilə bağlı iddiasını qəbul edəcəklər. (Halbuki Ailə Məcəlləsi bunu qadağan edir). Bu təcrübə ilə də Mənzil Mə cəlləsindən başlayaraq Mülki Məcəlləyə qədər bütün qadağanedici normaların tətbiqini hüququn umumi prinsipləri ilə əlaqələndirəcəklər. Bu cür yanaşma absurddur, hüququn tətbiqi ilə bağlı kobud pozuntudur. Həmçinin, xx.xx.2011-ci il tarixli, 1-HO 410987 nömrəli “Doğum haqqında şəhadətnamə” dən görünür ki, iddiaçının himayəsində xx.xx.2011-ci il təvəllüdlü oğlu vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının övladı xx.xx.2011-ci il tarixdə Ukraynanın Donetsk şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 psixi və davranış pozuntuları, psixoloji inkişaf pozuntuları, uşaq autizmi, atipik auti zm, 3 və daha yuxarı yaşlarda qeydə alınan anormal və ya pozulmuş inkişaf, ünsiyyət və sosial qarşılıqlı təsirin nəzərə çarpacaq dərəcədə məhdulaşması, davranış və ya maraqların stereotip formaları, həmçinin intellektual inkişafın təhsilə maneə yaradan bəzi aeriaalmaları(diaqnoz: uşaq autizmi. Kanner Sindromu) diaqnozu qoyulmaqla əlilliyi müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixlii İ-HO 645871 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının həyat yoldaşı X7 xx.xx.2012-ci il tarixdə (37 yaşında) Ukrayna, Donetsk vilayəti, Konstantinevka şəhərində vəfat etmişdir. Göründüyü kimi İddiaçı ailə başçısını itirmiş, himayəsində 3- cü dərəcəli əlillik qrupu olan yetkinlik yaşına çatmayan övladı var və ailənin tək dolandıranı odur. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamışdır.

71. Məhkəmələr qərəzli olaraq iddiaçının ən ağır intizam tənbehinə məruz qalmasına münasibət bildirməmiş, daha yüngül intizam tənbehinin tətbiq edilməsinin mümkünlüyü araşdırılmamışdır. Belə ki, ƏM-nin 79-cu maddəsinin tətbiqi ilə bağlı qanunsuz olaraq hüququn vicdanlılıq, tərəflərin hüquq bərabərliyi prinsiplərinə istinad edilir, lakin iddiaçıya daha yüngül intizam tənbehi verilə bilərdi sözünə “intizam tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq olunmalı olması barədə qanunda göstəriş yoxdur” kimi qiymət verilir. Nədənsə vicdanlılıq prinsipi bu halda unudulur. Lakin məhkəmələr qərar qəbul edərkən, ilk öncə ədalətli olmalı, verilən tenbeh tədbiri ilə törədilən intizam xətasının ağırlığı nəzərə alınmalıdır.

72. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9,77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur.

73. Hazırki iş üzrə əhəmiyyət daşıyan və ƏM-nin 79-cu maddəsinə toxunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı da məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi vurğulayır ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi halda belə həmin Məcəllənin 79-cu maddəsini pozmaq olmaz. Bu hallar da qərəzli olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.

74. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 129, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 79, 186, 187, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 77, 88, 217 və 220.4- cü maddələrinə və Az ərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Əmək Məcəlləsinin 72 və 79-cu maddəsinin şərh edilməsinə dair Xətai Rayon Məhkəməsinin müraciətinə dair” 17 fevral 2016-cı il tarixli qərardadına da istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

75. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

76. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 77.... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

78. Maddə 79. 1.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya) İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşına dək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin;; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

79. Maddə 186.

2. İşçi əmək fu nksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

80. Maddə

187. İntizam tənbehinin verilməsi qaydaları

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasını n, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

86. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

87. Maddə 417.1.1 Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

89. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

91. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.

92. İddiaçının nümayəndəsi Nümayəndə vəsatət verərək bildirmişdir ki, hazırki iş üzrə birinci instansiya və apellyasiya məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 6 noyabr 2024-cü il ta rixli qərarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 72 və 79-cu maddəsinin şərh edilməsinə dair Xətai Rayon Məhkəməsinin müraciətinə dair 17 fevral 2016-cı il tarixli qərardadına zidd olaraq qəbul edilmişdir. Həmin ziddiyyətlə bağlı ətraflı araşdırma zərurəti var. Buna görə də verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında deyil,şifahi məhkəmə baxış iclası təyin olunmaqla baxılmasını xahiş edirlər.

93. Məhkəmə kollegiyası işə məhkəmə iclasında baxılması üçün Azərbaycan Rerspublikasının MPM-in 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir.Ona görə də işə yazılı icraat qaydasında baxılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

95. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

96. İş materiallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına səbəb olmuş hal ilə qoruma altına alınmış hal (iddiaçının öhdəsində əlilliyi olan uşağın olması) arasında səbəbli əlaqə mövcud deyil.

97. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya münasibətdə tətbiq edilmiş “əmək müqaviləsinin ləğv edilməsi” növündə intizam tənbehin əsaslılığına gəldikdə isə iddiaçının etdiyi hər iki hərəkət, yəni “iddiaçının uşaq bağçasının işçi olan Məlahət Cəfərova ilə bağlı etdiyi hərəkət” və “iddiaçının korrupsiya ilə əlaqədar yol verdiyi hüquqpozmadan ibarət hərəkəti” istər ayrı-ayrılıqda, istərsə də birlikdə cavabdeh Agentliyə kifayət qədər əsas vermişdir ki, iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş tənbehi tətbiq etsin. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsi əsassızdır. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış qayon məhkəməsi qeyd edilən bu tələbi və bu tələbdən irəli gələn digər tələbləri – “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” tələbləri təmin etməməkdə haqlı olmuşdur.

98. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

100. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4037/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar