Məhkəmə qərarları › İş №2(102)-3575/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3575/2024

25.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3575/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “əmlakın naturada bölünməsi, paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması, əldə edilən vəsaitinin bölüşdürülməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitinin bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-523/2024 nömrəli iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1vanda yerləşən mənzilin 6/12 hissəsi İddiaçı1 adına xx.xx.2022-ci il tarixdə, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi İddiaçı2 adına və 1/1 2 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır

2. Həmin mənzilin ümumi sahəsi 68,2 kv metrdir.

3. İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə və İddiaçı2 tərəfindən Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvanlanmış bildirişdə ünvan 1vanında yerləşən mənzildəki paylarının dəyərinin hazırkı bazar qiymətinə uyğun ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi təklif edilmiş və 10 gün ərizndə cavab verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2h qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı əmlakın naturada bölünməsi, bü mümkün olmadıqda paylarının dəyərinin ödənilməsi və ya əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitinin bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1vanında yerləşən mənzil üzrə paylarının naturada ayrılmasına, bu mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməsinə, bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbini belə əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1vanında yerləşən mənzilin paylı mülkiyyətçilərinin payları aşağıdakı qaydada müəyyən edilmişdir: 1) İddiaçı1 6/12 hissə, 2) İddiaçı2 1/12 hissə, 3) Cavabdeh4 1/1 2 hissə, 4) Cavabdeh5 1/12 hissə, 5) Cavabdeh2h qızı 1/12 hissə, 6) Cavabdeh3 1/12 hissə, 7) Cavabdeh1 1/12 hissə. Hazırda qeyd edilən mənzildə cavabdehlərlə birgə yaşayırlar və artıq uzun zamandır ki, aralarında anlaşılmazlıqlar yaranmışdır. Aralarında olan mübahisələr artıq münaqişə həddinə çatmışdır. Məhz qeyd etdiyi münaqişə və mübahisələrə görə paylı mülkiyyətdə olan həmin mənzilə sərəncam, sahiblik və ondan istifadə barədə cavabdehlərlə razılığa gəlinməsi qeyri-mümkündür. Ona görə də, həmin mənzil paylarına uyğun olaraq naturada bölünməli, bölünmə mümkün olmadıqda onların paylarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüquqlarına xitam verilməli, bu da mümkün olmadıqda həmin mənzil hərrac vasitəsilə satılmalı və satışdan əldə edilən vəsait paylarına müvafiq olaraq bölüşdürülməlidir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilərək ünvan 1vanında yerləşən mənzilin 100000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 6/12 hissəsinin İddiaçı1, 1/12 hissəsinin Cavabdeh4 oğluna, 1/12 hissəsinin Cavabdeh5, 1/12 hissəsinin Cavabdeh2h qızına, 1/12 hissəsinin Cavabdeh3, 1/12 hissəsinin İddiaçı2 və 1/12 hissəsinin Cavabdeh1 verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, əmlakın qiymətləndirilməsi və məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyərlərinin isə iddiaçılar və cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişd ir ki, paylı mülkiyyətdə olan ünvan 1vanında yerləşən mənzilin 6/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və mənzilin 1/12 hissəsinin mülkiyyətçisi olan İddiaçı2 ilə cavabdehlər ümumi mənzildəki payların dəyərinin ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçiləri hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdehlər iddaçılara məxsus payın dəyərinin ödənilməsinə razı olmadıqları üçün məhkəmə hesab etmişdir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surət də bölüşdürülməlidir.

8. Məhkəmə hesab etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/1393 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir.

9. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməs i mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndir ilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

11. Bununla da, müəyyən edildi ki, İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı2 mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, məhkəmə araşdırması zamanı da tərəflər arasında razılıq əldə edilməsi mümkün olmamışdır. Habelə mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab et mişdir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir.

12. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı ünvan 1vanında yerləşən mənzilin hazırkı real bazar qiyməti 110000 manat, likvid qiyməti isə 100000 manat müəyyən edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, mütəxəssis rəyinə uyğun olaraq ünvan 1vanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4, 220.5 və 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh5 apellyasi ya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 onun qardaşıdır, 2-ci qrup əlildir. Onun həyat yoldaşı Qanuni nümayəndə qardaşının və oğlunun adından çıxış etməklə məhkəməyə əsassız iddia vermişdir. Bütün bu işlərin arxasında həmin qadının onlara yad münasibəti dayanır. Onun və cavabdeh olan qardaş-bacılarının qeyd olunan ünvandakı paylı mülkiyyətdə olan mənzildə qardaşı İddiaçı2 və onun ailəsinin yaşamağına heç bir etirazları olmamış, heç bir maneə yaratmamışlar. Hal-hazırda da iddiaçılar mənzildə yaşayır və ondan istifadə edir. Əslində belə olan halda onlar mənzildən istifadə edə bilmədikləri üçün iddia qaldıra bilərdilər. İddiaçı tərəfindən məhkəməyə verilən məlumatlar yalandır. Qanuni nümayəndə əsl niyyəti qardaşının mənzildəki payını ələ keçirib qardaşını küçədə qoymaqdır. Bir bacı kimi o, bundan çox narahatdır. Xaricdə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Paylarının dəyərinin hazırki bazar qiymətinə uyğun ödənilməsi ilə ona heç bir təklif məktubu və ya bildirişi göndərilməmişdir. Ümumiyyətlə, həmin mənzilə dair paylar vərəsəlik qaydasında mübahisəli şəkildə bölünmüşdür. Bütün bunlara baxmayaraq qardaşının həmin mənzildə yaşamağına heç bir etirazı, gediş-gəlişləri olmamışdır. Qardaşının oğlunun 13 yaşı olduğu təqdirdə onun adından istifadə edilməsi tamamilə qanunsuz olmuşdur. Məqsədli şəkildə uşağın qəyyumluğunu qanunsuz olaraq almış, onun adından sui-istifadə etmişdir. Məhkəmə onun iştirakını təmin etməməklə işin həqiqi hallarını aşkara çıxarmamış, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. İşin faktiki hallarına əsasən, halhazırda mənzildə iddiaçılar yaşayır. Cavabdehlər həmin mənzildə yaşamır, iddiaçılarla birlikdə mənzildən istifadə etmirlər. Belə olan halda, iddiaçının qaldırdığı iddianın hansı zərurətdən irəli gəldiyini anlamaq olmur. İddiaçı2 2-ci qrup əlil olduğu üçün müstəqil qərar verə bilmir. Paylarının ayrılmağına o və digər cavabdehlər razı deyl, iddiaçıların mənzildə yaşamasına heç bir maneçilikləri yoxdur. Mənzilin qiyməti də bazar qiymətindən 40000 manat məbləğində aşağı qiymətləndirib. Bununla da digər paylı mülkiyyətçilər kimi hüquq və mənafeələri qorunmamışdır. Məhkəmə iş üzrə 13 yaşlı İddiaçı1 iddiaçı kimi işə cəlb etməkdə və onun mənafeyinin qorunmas ında pozuntuya yol vermişdir. Qəyyum kimi M.Nuridə uşağın mənafeyini gözləməyən onun gələcəyini fikirləşməyən addımlar atır, dövlət qurumları da buna göz yumur. Halbuki, MM-nin 36-cı maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-523/2024 nömrəli iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (E.Kazımov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Şirinov və N.Cəfərov) cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-198/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” hissəsində ləğv olunması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

19. Birinci instansiya məhkəməsi mənzilin açıq hərracdan satılması və əldə edil ən pul vəsaitinin paylı mülkiyyətçilər arasında bölüşdürülməsi barədə düzgün nəticəyə gəlsə də, qətnamədə mənzilin likvid dəyərini ilkin satış qiyməti kimi göstərərək açıq hərracda satılmasını qət etməklə o hissədə səhv qənaətə gəlmişdir. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində (bax.i.v.113-127) qeyd olunan mənzilin bazar və likvid dəyəri real və həqiqi olmamışdır. Çünki apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq və tikinti ekspertizası keçirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli rəyində mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 115000 manat (68,2 x 1700) məbləğində olduğu müəyyən edilib. Bununla yanaşı, qeyd olunan mənzil ipoteka predmeti kimi deyil, tərəflərin paylı mülkiyyəti kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən açıq hərracdan satılmalı olduğundan ilkin satış qiyməti olaraq likvid dəyəri heç bir halda göstərilə bilməzdi. Düzdü, bu cür iddialar üzrə mənzilin açıq hərracda satılması ilə əlaqədar qətnamədə real bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi qanunvericilikdə birbaşa qadağan edilməmişdir. Ancaq mənzil bazarında qiymətlərin dəyişkən olması, eləcə də bu cür işlər üzrə hərrac zamanı mənzilin qətnamədə göstərilən qiymətdən də yuxarı qiymətə satılması ehtimalı yüksək olduğundan, ümumiyyətlə ilkin satış qiymətinin göstərilməsi paylı mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələ bilər. Buna baxmayaraq, qətnamənin icrası ilə əlaqədar hərrac zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Ədliyyə Nazirli yinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli rəyində müəyyən edilən mənzilin hazırki orta bazar qiyməti bir meyar kimi nəzərə alına bilər.

20. Bundan başqa, Əsmər Mehtiyeva şikayətində iddianın əsassız olduğunu qeyd etsə də, əsassızlığın nədən ibarət olduğunu açıqlaya bilmir. Düzdü, şikayətin məzmunundan belə məna hasil ola bilir ki, sanki, o, iddiaçı olan qardaşı İddiaçı2 görə narahatlıq keçirir. Ancaq İddiaçı2 apellyasiya baxışı zamanı onun bu cür “qayğı”sına ehtiyacı olmadığını nümayiş etdirdi, üstəlik özünün və oğlunun qanuni nümayəndəsi olan arvadının iddiasını müdafiə etdi və apellyasiya şikayətini əsassız hesab etdi. Bu cür vəziyyətdə qeyd olunan dəlillər öz əhəmiyyətini itirmiş olur.

21. İddiçılar tərəfindən paylarının dəyərinin hazırki bazar qiymətinə uyğun ödənil məsi ilə ona-Əsmər Mehtiyevaya heç bir təklif məktubu və ya bildirişi göndərilməməsi dəlili də açıq-aşkar əsassız olmuşdur. Çünki iddiaçılar tərəfindən cavabdehlərə bu barədə, yəni payının dəyərinin cavabdehlər tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüququna xitam verilməsinə dair bildiriş(bax.i.v.97-100) göndərilmişdir. Apellyasiya baxışı zamanı da iddiaçı tərəfdən cavabdehlərə bu cür təklif verilmişdir. Lakin cavabdeh tərəf bu təklifi ümumiyyətlə qəbul etmədi, ancaq iddianın rədd olunmasını istədi. X3 bu dəlildən istifadə etməsi də açıq-aşkar hüquqdan sui istifadə sayılır. Çünki həqiqətən iddiaçılara məxsus payın bazar qiymətinə uyğun dəyərini ödəmək niyyəti var idisə bunu apellyasiya mərhələsindədə həyata keçirə bilərdi.

22. Mübahisə predmeti olan mənzilə dair payların vərəsəlik qaydas ında mübahisəli şəkildə bölünüb-bölünməməsinin araşdırılması isə hazırki iddianın yaxud icraatın predmeti ola bilməz. 13 yaşlı İddiaçı1 iddiaçı kimi çıxış etməsində və onun mənafeyinin qorunmasında hər hansı bir qanun pozuntusuna da yol verilməmişdir. Çünki onun adından qanuni nümayəndəsi kimi anası Qanuni nümayəndə iddianı irəli sürmüşdür. Bu zaman Mülki Məcəllənin 36-cı maddəsinin tələblərinə də əməl edilmişdir (bax.i.v206). Göründüyü kimi, Əsmər Mehtiyevanın şikayətində göstərdiyi dəlillər nəinki hansısa sübutla təsdiq olunmur, əksinə işdə olan sübutlar və işin həqiqi halları ilə təkzib olunur. Demək ki, əslində o, şikayətində bu cür dəlillərdən istifadə etməklə iddiaçılara qarşı xoş olmayan münasibətini büruzə vermiş olur.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin kassasiya şikayətinə görə apellyasiya baxışı zamanı məlum olmuşdur ki, himayəçilik orqanını aldadaraq yarımçıq rəy alınsa da, bu azyaşlının qanunla qorunan hüquq və maraqlarını pozur. Bel ə ki, iddiaçı - azyaşlının atası əlildir, anası isə qanuni nümayəndə hüquqlarında sui-istifadə edərək onların yeganə evlərini satır ki, borclarını qaytarmağa və sabah azyaşlının harada yaşayacağına belə yer olmayacaq. Məhkəmə bunlara hüquqi qiymət verməmişdir.

26. Bundan başqa, İddiaçı2 onun qardaşıdır, 2-ci qrup əlildir. Onun həyat yoldaşı Qanuni nümayəndə qardaşının və oğlunun adından çıxış etməklə məhkəməyə əsassız iddia verilmişdir. Bütün bu işlərin arxasında həmin qadınının onlara yad münasibəti dayanır. Onun və cavabdeh olan qardaş-bacılarının qeyd olunan ünvandakı paylı mülkiyyətdə olan mənzildə qardaşı İddiaçı2 və onun ailəsinin yaşamağına heç bir etirazları olmamış, heç bir maneə yaratmamışlar. Hal-hazırda da iddiaçılar mənzildə yaşayır və ondan istifadə edir. Əslində belə olan ha lda onlar mənzildən istifadə edə bilmədikləri üçün iddia qaldıra bilərdilər. İddiaçı tərəfindən məhkəməyə verilən məlumatlar yalandır. Qanuni nümayəndə əsl niyyəti qardaşının mənzildəki payını ələ keçirib qardaşını küçədə qoymaqdır. Bir bacı kimi o, bundan çox narahatdır. Xaricdə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Paylarının dəyərinin hazırki bazar qiymətinə uyğun ödənilməsi ilə ona heç bir təklif məktubu və ya bildirişi göndərilməmişdir. Ümumiyyətlə, həmin mənzilə dair paylar vərəsəlik qaydasında mübahisəli şəkildə bölünmüşdür. Bütün bunlara baxmayaraq qardaşının həmin mənzildə yaşamağına heç bir etirazı, gediş-gəlişləri olmamışdır. Qardaşının oğlunun 13 yaşı olduğu təqdirdə onun adından istifadə edilməsi tamamilə qanunsuz olmuşdur. Cavabdehlər məhkəmədə də dəfələrcə qeyd etmişlər ki, onlar öz paylarını belə iddiaçı-azyaşlıya verməyə razıdırlar, təki onun evi satılmasın. Məqsədli şəkildə uşağın qəyyumluğunu qanunsuz olaraq almış, onun adından sui-istifadə etmişdir. Məhkəmə onun iştirakını təmin etməməklə işin həqiqi hallarını aşkara çıxarmamış, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

31. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

32. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın b ölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

33. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

34. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

35. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/202 nömrəli Qərardadı. -Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1, 417.1.1 və 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən: -apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; -apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi rayon məhkəməsinin qətnaməsinin mübahisənin predmeti olan ümumi mülkiyyətdəki mənzilin açıq hərr acda satılmasının “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” müəyyən olunması hissədə ləğv olunması hissəsi istisna olmaqla, qalan hissədə maddi hüquq normalarının düzgün tətbiq olunması, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarının müəyyən edilməməsi ilə qəbul edilmişdir. Bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsinin ünvan 1vanında yerləşən mənzilin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 6/12 hissəsinin İddiaçı1, 1/12 hissəsinin Cavabdeh4 oğluna, 1/12 hissəsinin Cavabdeh5, 1/12 hissəsinin Cavabdeh2h qızına, 1/12 hissəsinin Cavabdeh3, 1/12 hissəsinin İddiaçı2 və 1/12 hissəsinin Cavabdeh1 verilməsi hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Göstər ilən hissə üzrə Cavabdeh5 kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılanda və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi P lenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası mübahisənin predmeti olan ümumi mülkiyyətdəki mənzilin açıq hərracda satılmasının “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” müəyyən olunması hissədə ləğv olunması hissəsi istisna olmaqla, qətnamənin qalan hissəisnə aid kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri göbstərilən hissədə qətnamənin ləğvinə əsas verm ir.

46. Mübahisənin predmeti olan ünvan 1vanda yerləşən ümumi mülkiyyətdəki mənzilin açıq hərracda satılmasının “100000 (yüz min) manat ilkin satış qiyməti ilə” müəyyən olunması hissədə rayon məhkəməsinin qətnaməsinin ləğv olunması ilə bağlı apellyasiya məhkəməsinin qənaətinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin həllində apellyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən əmlakın ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da yoxdur. Hərracda satış zamanı əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan satışı üçün onun ilkin satış qiymətinin qətnamədə göstərilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğundur, məsələnin məhz bu cür həlli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli 02/202 nömrəli Qərardadında da öz əksini tapmışdır.

48. İş materiallarından görünür ki, “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin qiymətləndirmə ekspertizasının 05 iyul 2023-cü il tarixli LP-089/2023 nömrəli rəyinə görə ünvan 1vanında yerləşən mənzilin hazırkı real bazar 100000 manat müəyyən edilmi şdir. Həmin qiymət işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir.

49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi bu hal üzrə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir, ümumi mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərarda mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti göstərməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-523/2024 nömrəli iş üzrə 24 iyun 20 24-cü il qətnaməsi qismən, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e2(007)-198/2023 saylı, 1 sentyabr 2023-cü il tarixli qətnaməsinin ünvan 1vanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən olunmasının ləğv edilməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qərar çıxarılsın. Ümumi paylı mülkiyyətdə olan ünvan 1vanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar