Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-358/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, sübutetmə yükü) 24.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-360/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) atasıdır.
2. Tərəflər arasında mübahisə predmeti olan əmlakların onlara məxsus olması barədə mübahisə vardır.
3. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehdə olan 200 ədəd boşqab hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 300 ədəd xırda boşqab hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 600 manat dəyərində, 300 ədəd halva qabı hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 450 manat dəyərində, 300 ədəd yemək qaşıqları hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 450 manat dəyəri ndə, 300 ədəd çəngəl hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 450 manat dəyərində, 300 ədəd çay qaşıqları hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 300 manat dəyərində, 300 ədəd armudu stakan hər birinin qiyməti 0.80 manat olmaqla ümumilikdə 240 manat dəyərində, 300 ədəd nəlbəki hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 300 manat dəyərində, 300 ədəd rusya istehsalı olan stakan hər birinin qiyməti 0.80 manat olmaqla ümumilikdə 240 manat dəyərində, 80 ədəd 4 gözlü şüşə qablari hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 80 manat dəyərində, 80 ədəd soyuq yeməklər üçün şüşə qablar hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 320 manat dəyərində, 80 ədəd qənd qabı hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 160 manat dəyərində, 80 ədəd bıçaq hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 80 manat dəyərində, 80 ədəd duz qabı hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 80 manat dəyərində, 80 ədəd kasa hər birinin qiyməti 0.80 manat olmaqla ümumilikdə 64 manat dəyərində, 3 ədəd smovar hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində, 2 ədəd böyük çaynik hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində, 50 ədəd kiçik çaynik hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 150 manat dəyərində, 1 ədəd dəm maşınkası hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 5 manat dəyərində, 10 ədəd podnis hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində, 10 ədəd böyük qazan hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 4 ədəd aşsüzən hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəy ərində, 3 ədəd böyük ləyən hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində, 1 ədəd palatka dəsti (25 metr uzunluğunda pərdə və 25 metr uzunluğunda daroşka ümumilikdə 500 manat dəyərində, 240 ədəd stul daroşkası ilə birlikdə hər birinin qiyməti 23 manat olmaqla ümumilikdə 5520 manat dəyərində, 25 ədəd stol süfrəsi ilə birlikdə hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 1250 manat dəyərində, 50 ədəd taxtadan olan uzun stollar çxol ilə birlikdə hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 500 manat dəyərində, 1 ədəd dörd gözlü farsunka qazan altı hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 50 manat dəyərində, 2 ədəd qızdırıcı hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində, 2 ədəd havanı sərinlətmək üçün pər hər birinin qiyməti 100 manat olma qla ümumilikdə 200 manat dəyərində, yük daşımaq üçün qoşqu qiyməti 3000 manat dəyərində, 35BF495 dövlət qeydiyyat nömrəli avtomobilin texniki pasportu, 1 ədəd QAZ 53 markalı maşının akkumulyatoru qiyməti 150 manat dəyərində olan əşyaların özləri, özləri olmadıqda isə ümumi dəyəri olan 17706 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. Özünə məxsus kirayəyə verilməsi üçün qab-qacaq, avtomobilləri, yük daşımaq üçün qoşqu və çadır dəsti var. Həmin qab-qacaqları və çadır dəstini Qazax şəhərində xeyir-şər məclislərinə kirayəyə verir. Əvvəllər oğlu ilə bərabər yaşamışlar. Aralarında olan narazılıqlara görə onlar ayrılmış və cavabdeh ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Cavabdeh evdən gedərkən ona aid qeyd etdiyi əmlakları özü ilə aparmışdır. Hazırda cavabdeh ona aid əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Bununla bağlı mediasiyaya müraciət etmiş, lakin bu mümkün olmamışdır.
6. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixli iddiaçıya məxsus sadalanan əşyaların cavabdehdə qalması barədə iddiaçı və cavabdeh tərəfindən imzalanmış akt təqdim edilmişdir.
7. Cavabdeh isə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, atasının tələb etdiyi əşyalar ona məxsus olmuş, həmin əmlakları əvvəllər iddiaçıya məxsus olan evdə saxlamışdır. İddiaçı həmin əmlakları ona vermədiyinə görə özünə məxsus avtomobili sataraq iddiaçıya X4 şahidliyi ilə 8000 manat pul vermiş və əmlakları götürmüşdür.
8. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim ed ilmiş qaimə və ödəniş qəbzlərinə əsasən, sonuncu tərəfindən ayrı-ayrı tarixlərdə çadır, müxtəlif qabqacaq məhsullarının satın alınmasına görə ödənişlər edilmişdir.
9. Məhkəmədə X9 şahid qismində izahat verərək bildirmişdir ki, cavabdehi əvvəldən tanıyır. Cavabdeh ona zəng edərək 8000 manat pulu atası iddiaçıya vermək və öz əşyalarını götürməsi üçün onunla birlikdə getməsini bildirmişdir. Cavabdeh qeyd olunan əşyaları götürmək üçün onun yanında atasına 8000 manat pul vermişdir.
10. Cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş aktdakı imzanın ona məxsus olmadığını bildirmiş, buna görə də məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
11. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktın arxa hissəsində Cavabdeh yazıları qarşısındakı imzanın cavabdeh tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır.
12. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(023)-1015/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia qismən təmin edilərək, cavabdehdən bir ədədinin qiyməti 2 manat olmaqla 400 manat dəyərində 200 ədəd boşqab, bir ədədinin qiyməti 2 manat olmaqla 600 manat dəyərində 300 ədəd balaca boşqab, bir ədədinin qiyməti 1,5 manat olmaqla 450 manat dəyərində 300 ədəd halva qabı, bir ədədinin qiyməti 1,5 manat olmaqla 450 manat dəyərində 300 ədəd xörək qaşığı, bir ədədinin qiyməti 1,5 manat olm aqla 450 manat dəyərində 300 ədəd çəngəl, bir ədədinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 ədəd çay qaşığı, bir ədədinin qiyməti 0,80 manat olmaqla 240 manat dəyərində 300 ədəd armudu stəkan, bir ədədinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 ədəd nəlbəki, bir ədədinin qiyməti 0,80 manat olmaqla 240 manat dəyərində 300 ədəd Rusiya istehsalı olan stəkan, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd 4 gözlü şüşə qablar, hər birinin qiyməti 4 manat olmaqla 320 manat dəyərində 80 ədəd soyuq yeməklər üçün şüşə qablar, bir ədədinin qiyməti 2 manat olmaqla 160 manat dəyərində 80 ədəd qənd qabı, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd bıçaq, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd duz qabı, bir ədədinin qiymət i 0,80 manat olmaqla 64 manat dəyərində 80 ədəd kasa, bir ədədinin qiyməti 500 manat olmaqla 1500 manat dəyərində 3 ədəd samovar, bir ədədinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd böyük çaynik, bir ədədinin qiyməti 3 manat olmaqla 150 manat dəyərində 50 ədəd balaca çaynik, bir ədəd 5 manat dəyərində dəm maşinkası, bir ədədinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd sini, bir ədədinin qiyməti 40 manat olmaqla 400 manat dəyərində 10 ədəd böyük qazan, bir ədədinin qiyməti 3 manat olmaqla 12 manat dəyərində 4 ədəd aşsüzən, bir ədədinin qiyməti 5 manat olmaqla 15 manat dəyərində 3 ədəd böyük ləyən, 500 manat dəyərində 1 ədəd palatka dəsti (25 metr uzunluğunda pərdə və 25 metr uzunluğunda daroşka, bir ədədinin qiyməti 23 manat olmaqla 5520 manat dəyərində 240 ədəd stul və daroşkası, bir ədədinin qiyməti 50 manat olmaqla 1250 manat dəyərində 25 ədəd stol və süfrəsi, bir ədədinin qiyməti 10 manat olmaqla 500 manat dəyərində 50 ədəd taxta materialdan uzun stollar və üzlüyü, bir ədədinin qiyməti 50 manat olmaqla 50 manat dəyərində 1 ədəd dörd gözlü qazan altı farsunka, bir ədədinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd qızdırıcı, bir ədədinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd havanı sərinlətmək üçün pər, dəyəri 3000 manat olan yük daşımaq üçün qoşqudan ibarət əmlakların özləri və ya dəyəri alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan əmlaklar iddiaçıya məxsus olmuş və tərəflərin a rasında yaranmış ziddiyyətlərlə bağlı cavabdeh həmin əmlakları iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh qeyd olunan əmlakların onda qalması üçün iddiaçıya 8000 manat pul ödəməsini etiraf etmişdir. Bu fakt cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətlə və cavabdehin vəsatəti əsasında dəvət edilərək dindirilmiş şahidin izahatı ilə öz təsdiqini tapmışdır.
14. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan əmlaklara görə iddiaçıya 8000 manat pulun verilməsi, həmin əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını ehtiva edir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, öz zəhməti ilə Rusiyada qazandığı pulla Azərbaycana gələrək iddia arizəsində göstərilən bütün əşyaları kirayə qab-qacaqları və iki ədəd qaz 53 markalı ** BF *** və ** BX *** dövlət nömrə nişanlı avtomobilləri almış bəzi hallarda pulu çatmadıqda qohumlarından borc pul alıb sonrada işləyib qaytarmışdır. 2017ci il tarixdə ailəsində bəzi problemlər yaranmış və birinci həyat yoldaşı ilə nikahın ləğv edilməsi qərarına gəlmişlər. Bu zaman iddiaçı atası ona bildirdi ki, ona məxsus iki ədəd qaz 53 markalı ** BF *** və ** BX *** dövlət nö mrə "nişanlı avtomobilləri onun adına sənədləşdir ki, nikah pozulandan sonra həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunmuş əmlak kimi onları tələb edə bilməsin. O, atasına inanaraq şəxsi avtomaşınlarını atasının adına rəsmiləşdirmişdir. 2018-ci ildə Qazax rayon məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. 2018-ci ildən əvvəlki tarixdə sorğu verilsə həmin avtomobillərin onun adına olması görünəcəkdir. 2021-ci ildə atası Haqverdi ona bildirmişdir ki, müalicəsi üçün 8000 manat pula ehtiyacı var, həmin pulu verməsə avtomaşınları ona verməyəcəkdir. Hətta əlavə olaraq xeyir-şər üçün nəzərdə tutulmuş mağar onun olsa belə, məhkəmə qaydasında ondan tələb edəcəkdir. 2021-ci ilin noyabr ayında yaxını olan X5 şahidliyi ilə iddiaçıya 8000 manat pul vermişdir ki, mübahisə predmeti olan əmlakın d aşınması üçün avtomaşınlar da ona qalsın. 2022-ci il tarixədək həmin avtomaşınlar onun istifadəsində olmuş, 2022-ci ilin əvvəlində iddiaçı olan atası həmin avtomaşınları Qazax RPŞ-nin vasitəsilə onun əlindən almış və sonra ona qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Qazax rayon məhkəməsinə əsassız müraciət etmişdir. İddia olunan əmlakın ona məxsus olması ilə əlaqədar, əşyaların onun tərəfindən alınmasını təsdiq edən qəbzlər və digər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
18. İddiaçı məhkəmə icraatı zamanı- 20 oktyabr 2022-ci il tarixdə öldüyündən, onun prosessual hüquqi varisi kimi arvadı X3 müəyyən edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkə məsi) 2(104)-360/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, özünə məxsus əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir.
21. Çünki mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir)... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
22. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
23. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifad əyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
24. Kollegiya qeyd edir ki, İddiaçı ona məxsus qab-qacaq, avtomobilləri, yük daşımaq üçün qoşqu və çadır dəstinin cavabdehdə qaldığını iddia etsə də, həmin əmlakların ona məxsusluğunu və istifadəsində olmasını sübut edə bilməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
25. İddiaçının hüquqi varisi isə məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildimişdir ki, iddia ərizəsində göstərdiyi əşyalarla bağlı heç bir sənədi yoxdur.
26. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş qaimə və ödəniş qəbzlərindən müəyyən edilir ki, həqiqətən də, iddiaçı tərəfindən xeyir-şər məclisi üçün istifadə olunması üçün əmlaklar əldə edilmişdir.
27. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh aktiv vergi ödəyicisi olmaqla 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və, xeyir-şər məclislərinin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir.
28. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh atası İddiaçı 8000 manat pul verməsi ilə bağlı qeyd edir ki, həmin pul vəsaiti iddiaçının öz adına olan QAZ-53 markalı avtomobilin sonradan atasının adına sənədləşdirməsi ilə bağlı, həmin avtomobilin atası tərəfindən ondan tələb edilməməsi ilə bağlı olmuşdur. İddiaçı bu barədə işin 15-16-cı vərəqəl ərində olan iddiaya qarşı etiraz qeydlərində və apellyasiya dəlillərində bildirmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin hallarına uyğun gəlməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçının hüquqi varisi (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(104)-360/2023 saylı qətnaməsini tam ləğv edərək, işə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə apellyasiya məhkəməsi bu mübahisə üzrə iddia tələbinə qiymət verərkən əsaslandığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsini işin hallarına münasibətdə düzgün tətbiq etməmişdir. Bu normanın tətbiqi üçün əmlakı tələb edən şəxs mülkiyyətçi olmalı və əmlak özgənin qanunsuz sahibliyində olmalıdır. Qeyd edilən normanın dispozitiv şərtindən biri olan əmlakın özgənin qanunsuz sahibliyində olması halımüəyyən edilmədən həmin normanın tətbiqi istisna edilir. Hazırkı işdə də iddiaçının tələb etdiyi birinci instansiya tərəfindən təmin edilən, lakin apellyasiya məhkəməsi tərəfindən təmin edilməyən əşyalarının cavabdehin qanunsuz sahibliyində olması halı sübutların qanunvericiliyin tələblərinə uyğun olmayan qiymətləndirilməsi ilə müəyyən edilmişdir. İd dia ərizəsinə əlavə edilmiş akt və digər sübutlar apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməmişdir. Bu baxımdan, tətbiq edilən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri qeyd edilən hissədə işin hallarına uyğun gəlmir. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarında olan Qazax rayon məhkəməsinə ünvanlanmış etiraz ərizəsində (səhifə 1516), eləcədə Qazax rayon məhkəməsində vermiş olduğu izahatdan (Qazax rayon məhkəməsinin qətnaməsi səhifə 2, İİİ abzas) qeyd etmişdir ki, həmin mübahisə predmenti əmlakların Cavabdeh qalması üçün sonuncu İddiaçı 8000 manat pul vermişdir. Bu halın özü də, dəlalət edir ki, Cavabdeh əmlakların ona məxsus olmadığını, əmlakları pul ödəməklə atasından aldığını açıq aşkar bildirmişdir. Buna baxmayaraq həmin pulun İddiaçı verilməsini sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Pulun verilməsi təsdiqini tapmamışdır. Lakin cavabdehin ifadəsi və ərizəsi ilə mübahisə predmeti olan əmlakların iddiaçıya məxsus olması sübuta yetirilmişdir. Eyni zamanda iş üzrə maddi sübut olan akt məhkəmə tərəfindən qiymətləndirilməmiş, akta imza etmiş şəxslər dindirilməmiş və natamam rəy vermiş ekspert məhkəmə iclasına dəvət edilərək dindirilməmişdir. Məhkəmənin sübut olaraq qiymətləndirdiyi cavabdeh tərəfindən təqdim edilmiş çeklərin mötəbirliyi araşdırılmamışdır. İş üzrə apellyasiya instansiya məhkəməsində sübut qismi ndə cavabdeh tərəfindən təqdim edilmiş VÖEN-in belə məhkəmə prosesi dövründə alınmasına diqqət yetirilmədən əsassız qətnamə qəbul edilmişdir.
32. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları müvafiq aktla sübuta etdiyi halda, cavabdehin 8000 manat verərək həmin əmlaklar iddiaçıdan alması hissəsində məhkəmə araşdırması aparılmamış bununla da qətnamə qəbul edilmişdir. Burada isə heç bir sübut olmadan hətta cavabdeh ifadəsi və ərizəsi təhrif olunmaqla cavabdehin xeyrinə qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfin özünün izahatına münasibətdə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktı n varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir Məhkəmə iddia tələbi üzrə sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya məhkəməsi iş üzrə cavabdehin təqdim etdiyi sübutları iş üzrə iddiaçının təqdim etdiyi sübutlarla birgə araşdıraraq hüquqi qiymət verməmişdir. İş materiallarında olan 13 iyun 2020-ci il tarixli aktdan görünür ki, iddiaçı və cavabdeh arasında müvafiq akt bağlanaraq aktda adları qeyd edilən əmlakların mərhum İddiaçı məxsus olmasını Cavabdeh və əlavə olaraq X10 öz imzaları ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh imzanın ona məxsus olmadığını bildirirək ekspertiza təyin edilməsini xahiş etmiş və nəticədə 22 avqust 2022-ci il tarixli, 4/1196 nömrəli ekspert rəyinə əsasən 13 iyun 2020-ci il tarixli aktdakı imzanın Cavabdeh məxsus olub-olmamas ını müəyyən etmək mümkün olmamışdır. Həm birinci instansiya və apelyasiya instansiyası məhkəməsi 13 iyun 2020-ci il tarixli aktdakı imzanın məxsusluğunu müəyyən etməmiş, sübutları tədqiq etməmiş, iş üzrə aktda imza etmiş X6 çağıraraq şahid qismində dindirməmiş və eyni zamanda ekspertin dindirilməsini təmin etməmişdir. Bununlada birinci instansiya və apellyasiya instansiyası məhkəməsi sübutların obyektiv araşdırmasını təmin etməyərək obyektiv qərar əldə edə bilməmişdir.
34. Apellyasiya instansiyası cavabdeh tərəfindən apelyasiya intansiyasında təqdim edilmiş 14 saylı Ərazi Vegilər idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış ********** VÖENnin surətini təqdim etmiş, lakin bilərəkdən Cavabdeh xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmasını qeyd etməmişdir. Bununla d a, sübuta yetirilir ki, apellyasiya məhkəməsi iş üzrə sübut qismində istifadə etdiyi VÖEN birinci istansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən 02 ay sonra alınmış və formal xarakter daşıyır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin tələbləri yerinə yetirilməmişdir. Eləcə də məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikası MPM-nin 77.1 və 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Cavabdeh tərəfindən Qazax Rayon Məhkəməsinə ünvanlanmış etiraz ərizəsində, eləcədə Qazax rayon məhkəməsində vermiş olduğu izahatdan (Qazax Rayon məhkəməsinin qətnaməsi səhifə 2, İİİ abzas) qeyd etmişdir ki, həmin m übahisə predmeti əmlaklar üçün İddiaçı 8000 manat pul vermişdir. Bu halın özü də, dəlalət edir ki, Cavabdeh əmlakların ona məxsus olmadığını, əmlakları pul ödəməklə atasından aldığını açıq aşkar bildirmişdir. Buna baxmayaraq həmin pulun İddiaçı verilməsini sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Pulun verilməsi təsdiqini tapmamışdır.
35. İş materiallarında olan (səhifə 33-42) cavabdeh tərəfindən təqdim edilmiş qəbzləri apellyasiya məhkəməsi sübut növündə tanımış, lakin sübutun mötəbərliyini araşdırmayaraq sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Belə ki, iş üzrə sübut npvündə qiymətləndirilmiş qəbzlərdən də, göründüyü kimi təqdim edilmiş qəbzlərin bir çoxu mülki iş məhkəmə icraatına daxil olduqdan sonra əldə edilmiş, bir qismində kağız daşıyıcıda çap edilmi ş, hansı ki, onun yaradılmasında və ya saxta yolla əldə edilməsində heç bir maneə yoxdur. Bundan əlavə qəbzlərin üzərində heç bir möhür əks edilməmişdir ki, bu halda həmin sübutların mötəbərliyi şübhə altına almaqdadır.
36. Cavabdeh ərizəsində yazır ki, guya iddiaçı ona bildirmişdir ki, 8000 manat vermədiyi təqdirdə mübahisə predmeti olan əmlakları onun əlindən alacaqdır. Buna görə də, cavabdeh Ramil X1 iştirakı ilə iddiaçıya həmin əmlakların onda qalması üçün 8000 manat pul ödəniş etmişdir. Belə olan halda məhkəmə ifadələri təhrif edərək qeyd etmişdir ki, həmin əmlaklar guya ki, cavabdehə məxsus olmuş, 8000 manat pulu verməkdə səbəb isə onun əmlaklarının iddiaçı tərəfindən tələb edilməməsi olmuşdur. Qeyd etmək istəyir ki, belə bir alqı-satqı olmamış, sözügedən 8000 manatın iddiaçıya veril məsini sübut edə biləcək dəlillər iş üzrə araşdırılmayaraq cavabdeh şəxsin etiraf xarakterli ərizəsinə hüquqi qiymət verilməmişdir.
37. Çünki, Cavabdeh mübahisə predmeti olan əmlakların onda qalması üçün 8000 manat pul vermiş olduğunu qeyd etdiyi təqdirdə, sözügedən əmlakların iddiaçıya məxsus olmasını etiraf etmiş olur.
38. Apellyasiya məhkəməsi isə qeyd olunan mülki prossesual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Məcəlləsi
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş hissəsinin rədd edilməsinə dair hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgən in qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı əmlakların ona məxsusluğunu və istifadəsində olmasını sübut edə bilməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
52. İddiaçının hüquqi varisi isə məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildimişdir ki, iddia ərizəsində göstərdiyi əşyalarla bağlı heç bir sənədi yoxdur.
53. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiy i dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
54. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli ol ması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
55. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları-birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsi üzrə tələb olunan əmlakların iddiaçıya məxsus olmasını sübut edə bilməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
56. İddiaçının hüquqi varisinin kassasiya şikayətində işdə olan sübutların düzgün qiymətləndirilməməsinə, akta imza etmiş şəxslər dindirilməməsinə və natamam rəy vermiş ekspert məhkəmə iclasında izahatının alınmamasına, məhkəmənin sübut olaraq qiym ətləndirdiyi cavabdeh tərəfindən təqdim edilmiş çeklərin mötəbərliyinin araşdırılmamasına istinad edərək apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini formal mülahizələr kimi qiymətləndirən məhkəmə kollegiyası əsassız hesab edir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissə üzrə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş hissəsinin rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı hüquqi varisi X3 tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli 2(104)-360/2023 nömrəli qətnaməsi iddianın birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş hissəsinin rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.