Məhkəmə qərarları › İş №2(102)-3588/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3588/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X8 (iddiaçının atası) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X8 (iddiaçının atası) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mən zilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-636/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 16 dekabr 2025ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2024-cü il tarixli məktubu vasitəsilə daxil olmuş sənədlərdən görünür ki, “X3” MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşə n, sahəsi 114,07 kv.m. təşkil edən, 2 otaqlı 199 saylı mənzillə bağlı 20 iyun 2006-cı il tarixli müqavilə bağlanmış, Cavabdeh adına Bakı şəhəri İHBA tərəfindən eyni tarixli 013032 nömrəli order tərtib olunmuş, mənzilin dəyəri 78.252.000 manat (AZM) müəyyənləşdirilmiş, həmin məbləğ MTK-nın xəzinəsinə ödənilmiş, sonda cavabdehin həmin mənzil üzərində mülkiyyət hüquqları 16 yanvar 2021ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” xx.xx.2017-ci il tarixli 13/14950 nömrəli müqavilədən görünür ki, A.Manafov küçəsi 199 saylı mənzildə istehlakçının qazla təmin edilməsi barədə Cavabdeh ilə “Azəriqaz” İBnin Bakı RQSD arasında müqavilə bağlanmışdır. 3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüqu qi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199 (Yeni qaydalarla: AZ1060, ünvan 1 ünvanında yerləşən 98,7 kv.m. sahədən ibarət mənzil tam payda xx.xx.2021-ci ildə Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməkl ə şərti hesab edilmişdir. 5. “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 232/A saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin dəyəri tam şəkildə İddiaçı tərəfindən ödənilmiş, həmin mənzil onun razılığı ilə formal olaraq anası Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfindən bütün sənədlərdə İddiaçı imza etmiş, Cavabdeh isə heç bir sövdələşmə və alğı-satqı prosesində iştirak etməmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 7. "xxxx" MTK-nin xx.xx.2023-cü il tarixli 453 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayo nu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199-un kommunal xərclərini İddiaçı ödəmişdir.

8. X1 xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, X2 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə əmək müqavilə bildirişi daxil edilməmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-702/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə 1/2 hissədə X2, 1/2 hissədə Cavabdeh pay hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertiza sının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8064 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 199 saylı mənzildə yerinə yetirilmiş təmir-tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 40.124 manat məbləğində olduğu müəyyən edilmişdir. 11. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199 (Yeni qaydalarla: AZ1060, ünvan 1 ünvanında yerləşən 98,7 kv.m. sahədən ibarət mənzil 1/2 hissədə xx.xx.2024-cü il tarixdə Cavabdeh və 1/2 hissədə xx.xx.2024-cü il tarixdə Anar Abıevin mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X6 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X4” MMC-yə ödədiyi 78.252 manat məbləğində pulun; Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin təmiri üçün çəkilmiş 42.000 manat və usta briqadasına ödədiyi 9.360 manat məbləğində pulun və 420 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün aldığı, aşağıda qey d edilən mebellərin, məişət texnikalarının və digər əşyaların cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamaqla, həmin dövlətin vətəndaşıdır. Maddi imkanını nəzərə alıb Bakı şəhərində özünə mənzil almaq qərarına gəlmiş və bu məqsədlə 2006-cı ilin yay ayında Azərbaycana gəlmişdir. Bir çox mənzillərə baxdıqdan, bir sıra MTK-larda olan mənzillərin qiyməti ilə maraqlandıqdan sonra nəhayət, “X4” MMC-də yerləşən mənzili almaq qərarına gəlmişdir. “X4” MMC tərəfindən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin satış qiyməti 78.252 manat təşkil edir və idd iaçı həmin məbləğlə razılaşmışdır. İddiaçı sözügedən mənzilin alınması zəruri olan sənədləri təqdim etmiş, ona bildirilmişdir ki, əcnəbi olduğu üçün adına əmlak ala bilməz. İddiaçıya rəsmiləşdirmənin etibar etdiyi şəxsin adına aparılması təklif edilmişdir. İddiaçı evə gəlib bu barədə anasına məlumat vermiş və anasının şəxsiyyət vəsiqəsini götürüb yenidən “X4” MMC-yə qayıtmış, mənzilə dair müqavilənin anası ilə bağlanmasını xahiş etmişdir. Nəhayət, 20 iyun 2006-cı il tarixində iddiaçı ilə (müqavilədə anası Cavabdeh adı qeyd edilsə də, müqavilə və digər sənədlər onun tərəfindən imzalanmış, anası tərəfindən iddiaçıya mənzilin alınması ilə bağlı hər hansı bir etibarnamə verilməmişdir) “X4” MMC arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınmasına dair müqavilə bağlanmış, sözügedən müqavilə əsasında iddiaçı tərəfindən “X4” MMC-yə ümumilikdə 78.252 manat məbləğində ödəniş etmiş, mənzilə görə heç bir borcu qalmamışdır. Daha sonra, iddiaçı həmin mənzilini təmir etdirmək qərarına gəlmiş, təxminən 42.000 manat materiallara, 9.360 manat isə ustaya (təmir-tikinti briqadasına) ödəniş etmişdir. Mənzilini təmir etdirdikdən sonra, iddiaçı qonaq və yataq otaqları üçün və eyni zamanda mətbəx və dəhliz üçün mebellər almaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə yollanmış, ümumilikdə 12.000 ABŞ dolları ödəniş etmiş, mebellərin Bakıya gətirilməsi üçün isə 6.300 ABŞ dolları gömrük xərcləri ödəmişdir. Siyahıda göstərilən bütün əşyalar iddiaçı tərəfindən alınaraq mənzilə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixində yaşadığı sözüged ən mənzildə iddiaçı qardaşı X12 ilə aralarında yaranmış mübahisə zamanı qardaşı ona bıçaqla ağır bədən xəsarəti yetirmiş, qardaşının barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb edilmişdir. Bu hadisədən sonra anasının iddiaçıya qarşı münasibəti dəyişmişdir. Yanvar ayında iddiaçı Türkiyə Respublikasından qayıtdıqdan sonra yaşadığı və müvəqqəti qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilinə gəlmiş və qapını açmaq istədikdə qapı açılmamışdır. İddiaçı başa düşmüşdür ki, qapının kilidi anası tərəfindən dəyişilib. Çünki iddiaçı evin açarının bir nüsxəsini yalnız anasına vermişdir. İddiaçı dərhal hüquq mühafizə orqanlarına müraciət etmiş və Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başl anmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mübahisə mülki xarakter daşıdığı üçün müvafiq məhkəməyə müraciət etməlidir. Qeyd olunmalıdır ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilə iddiaçı tərəfindən alınan mebelləri, texnikaları, məişət avadanlıqlarını və digər əşyaları onun xəbəri və icazəsi olmadan satacaq və əsassız olaraq varlanacaqdır. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təmin edilmişdir. Qanunvericliyin tələblərindən də göründüyü kimi, cavabdehin mülkiyyətində olan əmlak məhz iddiaçının tərəfindən əldə e dildiyindən, təmir xərcləri onun tərəfindən ödənildiyindən lakin əldə etdiklərindən faktiki olaraq məhrum olunduğu üçün hazırkı iddianı qaldırmaqda haqlıdır. Belə ki, mənzilin alınması zamanı iddiaçının ödəmiş olduğu məbləğlər, mənzilin təmirinə çəkilmiş xərclər və mənzil üçün aldığı əşyalar cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılmalıdır.

14. Məhkəmə tərəfindən X8 (iddiaçının atası) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının iddiasının dəlillərini əsassız və qanunsuz hesab edərək bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri boş cəfəngiyyatdır. İddiaçı ilə qardaşı X12 arasında münasib ətlər pozulmuşdur. İddiaçı anası X11 Abıyevlə birlikdə yaşadığı mənzilə gələrək qardaşını yatdığı yerdə təpik və yumruqla vuraraq onunla aralarında münasibətlərini aydınlaşdırmaq istəmiş, sonradan Emil Abıyevi boğaraq ona xəsarətlər yetirdikdə qardaşı Emil Abıyev zərəri müdafiə olunmaq üçün çıxış yolunu masanın üstündə boşqabın içərisində almanın üzərində olan bıçağa yönəldərək həmin bıçaqı götürərək ona xəsarət yetirmiş və qardaşından canını qurtarmağa çalışmışdır. İddiaçı qardaşını bağışladıqdan bir müddət sonra yenidən onun barəsində şikayət edərək onu yenidən həbsə aldırmışdır. Bu münaqişədən sonra İddiaçı qardaşı Emili valideynlərinin və Rusiya Federasiyasında hazırda yaşayan qardaşı Azər Abıyevin də onu müdafiə etdiyini görərək bundan qəzəbləndiyini, nəyə görə hamının onu müdafiə etd iyinə qısqanccasına yanaşaraq onlarla, o cümlədən anası Gülara Abıyeva ilə münasibətləri kəskinləşmiş və onunla da qərəzli mövqedə qalmışdır. Mənzilinə və başqa əmlaklarına iddialı olmağa başlamışdır. İddiaçı mənzilin həqiqətən ona məxsus olmasını, MMC-nin verdiyi arayışdan başqa heç bir dəlil və sübutlar məhkəmələrə təqdim edə bilməmişdir. MMC-nin isə ona bu məzmunda arayışlar verməsi isə İddiaçı “X4” MMC-nin rəhbərliyi ilə həmin MMC-dən özünə aldığı başqa mənzillə bağlı yaxın münasibətlərinin yarandığı səbəbindən qaynaqlanır. Çünki həqiqətdə bu belə olmamışdır. Ən azından anası ilə aralarında və yaxud da MMC-də müəyyən bir iradə ifadəsini özündə əks etdirən sadə yazılı bir formalı razılaşma imzalamış olardı. İddiaçılə yaxın münasibətlərdə olan MMC rəhbəri öz möhür və imzasından sui-istif adə edərək həqiqəti əks etdirməyən məzmunlu arayışlarla bir ailə arasında rifah yaradır. Amma məsələnin mahiyyətinə gəldikdə isə nə müqavilələri nədəki maliyyə sənədlərini məhkəmələrə təqdim etmir. MMC rəhbəri arayışlarında və məhkəmələrdə verdiyi izahatlarında bildirir ki, İddiaçı əcnəbi vətəndaş olduğuna görə mənzil razılaşmaya əsasən anası Gülara Abiyevanın adına rəsmiləşdirilmişdir. Bu hallara istinad edən MMC rəhbəri öz söz ifadəsindən başqa heç bir sübut məhkəməyə təqdim edə bilmir. Vətəndaş bilməyə bilər, belə bir hal baş vermişdirsə nəyə görə sadə yazılı və yaxud MMC-nin möhürü ilə təsdiq edilmiş hər hansı bir razılaşma sənədi ortaya çıxarmır. 5 saylı Vəkil Bürosu adından 20 iyun 2022-ci il tarixdə MMC-yə rəsmi sorğu ilə müraciət edərək müvafiq sənədlər tələb etsə də bu günə qədə r MMC rəhbəri həmin sənədləri təqdim etmədən vəkil sorğusuna da heç bir rəsmi cavab verməmişdir. Bütün bu hallar onun cavabdehə qarşı qərəzli olmasını təsdiq edir. Həmin sorğunun surətini elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edir. Bundan başqa İddiaçı məhkəmələrə mötəbər sübutlar təqdim etmədən yalnız dolayı sübut şəklində görüntü yaratmaq məqsədilə digər sənədlər təqdim edərək mübahisəli mənzil alındığı vaxt öz maddi imkanının yaxşı olduğunu və anasının isə ev almaq imkanın olmadığını sübut etməyə çalışmışdır. Hazırda elektron kabinet vasitəsi ilə Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuma cavab olaraq verilmiş cavabından da göründüyü kimi Bakı şəhərində Gülara Abiyevanın adına digər daşınmaz əmlaklar da onun adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. Həmin əmlakları da müəyyən vaxtlarda bağışlama müqavilələrinə əsasən oğlu Azər Abiyevin adına rəsmiləşdirmişdir. Cavabdeh da dediyinə görə İddiaçı “X4” MMC-nin rəhbəri və sədri Rövşən Məmmədli ilə qanunsuz sövdələşmələr apararaq həmin mənzilə dair onu saxta sənədlər düzəltməyə və imzalamağa təhrik edərək və guya Rusiya vətəndaşı olmağı səbəbindən öz adına mənzil əldə edilməsi mümkün olmadığına görə 2006-cı ildə mənzilin pulunun onun tərəfindən ödənilməsini və mənzilin formal olaraq anasının adına rəsmiləşdirdiyinə dair yalan məlumatlar özündə əks etdirən sənədləri əldə edərək məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Lakin bütün bu hallar qanunvericiliyə zidd olmaqla birincisi həqiqəti əks etdirməməklə qondarma bir iddia və tələblərdir. İddiaçının cavabdehə qarşı əvvəllər qaldırdığı, məhkəmələr tərəfindən araşdırılan və qəbul edilmiş məhkəmə aktları ilə də bəzi faktlar müəyyən edilmişdir. Məhkəmə aktlarında həmin sübutların sənədlərin arasında olan və mübahisəli mənzilə dair xx.xx.2006-cı il tarixdə tərtib edilmiş “Qiymətin razılaşması barədə protokoldan”, xx.xx.2006-cı il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 013032 saylı “Orderdən” görünür ki, həmin sənədlərdən mənzilin alıcısı kimi cavabdehin adı qeyd edilmişdir. Bununla belə mənzilə dair hər hansı bir borcun olmamasına dair Gülarə Abıyevaya MMC tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzilə dair müqavilədə Gülarə Abıyevanın əvəzindən onun oğlu İddiaçı tərəfindən imza qoyulması isə mənzilin alınmasına dair vəsaitin onun tərəfindən ödənilməsi anlamına gələ bilməz. İd diaçı isə məhkəmədə bundan əvvəl qaldırdığı iddia tələbinin uğurluluq ehtimalının olmamasını görərək hazırda da başqa növ pul tələbinə dair iddialar qaldırmaqla anası Cavabdeh mənzili almağa çalışır. Əvvəllər məhkəmədə baxılan mülki işdə də cavabdeh Gülara Abıyeva və onun oğlu Emil Abıyev bildirmişdirlər ki, mənzilin dəyəri Gülarə Abıyeva tərəfindən ödənilmişdir və sənəndləşdirmə işlərində də hər iki oğulları onun adından ola bilsin ki, müvafiq sənəndlərə imza atmışdırlar. İddiaçı bu əsasa görə mənzilin alınmasına görə ödənilmiş pul vəsaitinin ona məxsus olması absurddur və əsassızdır. Hətta MMC bir halda ki, mənzilə dair pulun İddiaçı tərəfindən ödənilməsinə dair yalan məlumatlar, həqiqəti əks etdirməyən məzmunlu sənədlər məhkəməyə təqdim etmişdirsə də, valideynin hər hansı bir övladına p ulun MMC-nə apararaq ananın adından ödəmisi kimi halı etibar etməsi hətta ona dəlalət etmir ki, ananın adından pulu aparıb MMC-nə ödəyən şəxs həmin mənzilin ona məxsus olmasına dair iddialı olsun ki, mənzil onundur. İddiaçının mənzilin təmirinə dair onun tərəfindən vəsait xərclənməsi hissəsi də həqiqətə uyğun deyildir. Mənzil Gülarə Abıyeva, onun həyat yoldaşı Əvəz Abıyev və oğlu Emil Abıyev tərəfindən təmir etdirilmişdir. Vəsaiti də onlar özləri xərcləmişdir. İddianın əsaslı hissəsi isə yalnız ondan ibarətdir ki, İddiaçı tərəfindən anası Gülarə Abıyevaya mənzilinə bir sıra mebel dəstləri və əşyaları hədiyyə şəklində alınmışdır. Həmin əşyalar aşağıdakılardan ibarətdir. Bir ədəd ikili yataq dəsti, bir ədəd şifoner, stolüstü saat, tumba, komod, uşaq çarpayısı, şifoner, uşaq tumbası, qonaq də sti (güzgülü komod, stol və stullar, servant, divan televizor altı), “Samsunq” markalı televizor, “Beko” markalı qabyuyan. Bu məişət əşyaları və mebel dəsti onun tərəfindən hədiyyə olaraq anasına verilmişdir. Amma iddia da qeyd edilən digər əşyalar və mebellər Gülara Abıyeva öz vəsaiti hesabına onun tərəfindən alınmışdır. Yekun olaraq bildirir ki, İddiaçı iddialarının əsassız olmasını təsdiq edən mühüm hal ondan ibarətdir ki, o hər hansı bir bəhanələr və düşünülmüş əsaslar irəli sürməklə, müəyyən sənədlər əldə etməklə cavabdehin mənzilinə hüquq yaratmaq görüntüsü yaratmağa çalışır. Buna misal kimi onu qeyd bilər ki, bir neçə ildir ki, mübahisə apardığı mənzilə dair cavabdehin orada yaşadığı halda, bütün kommunal xərclər cavabdeh tərəfindən ödənildiyi halda və mənzil cavabdehin istifadəsi ndə və sahibliyində olduğu halda, mənzilə dair hüquq əldə edilməsi ilə bağlı məhkəmələr tərəfindən iddiası rədd edildiyi halda mənzilə əlaqəlik yaratmağa çalışaraq və nəhayət ondan tələb edilmədiyi halda mənzilin 2023-cü ilin yarım illiyi üçün kommunal ödəniş etmiş və 13 fevral 2023-cü il tarixli ödəniş qəbzini iddia ərizəsinə qoşma etmişdir. Mənzilə dair kommunal xərclərin (ev pullarının) Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbzləri də elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edir. Göründüyü kimi İddiaçı iddia tələbləri əsassızdır. Hesab edir ki, təmin edilməsi qanunla yolverilməzdir. İddianın rədd olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, əlavə ola raq bildirmişdir ki, onların iddia tələbi üç hissədən ibarətdir, mənzilin alınması üçün verilmiş pul, mənzilin təmirinə çəkilmiş xərclər və mebellərin qaytarılması. Mənzilin pulunun Anar tərəfindən ödənilməsi iş materiallarında olan maliyyə arayışı və müqavilədə olan imzalardan məlum olmuşdur. Belə ki, həmin imzalar Anara məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şirkət rəhbəri də evin dəyərinin məhz Anar tərəfindən ödənildiyini təsdiq etmişdir. İddia tələbinin təmir xərcləri hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş ustalar təmir xərclərinin Anar tərəfindən çəkildiyini təsdiq etmişdir. Həmçinin ekspert rəyində təmir xərclərinin dəyəri göstərilmişdir. İş materiallarında olan əvvəlki məhkəmə iclasının protokolu, istintaq zamanı verilə n ifadələr, həmçinin məhkəmə hökmü ilə təsdiq edilir ki, ev həqiqətən Anara məxsus olmuş və onun tərəfindən təmir etdirilmişdir. İddia tələbinin mebellərin iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, mebellərə münasibətdə tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və bu barədə qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən, iddia ərizəsində göstərilən bəzi mebel əşyaları istisna olmaqla, qalan mebel əşyaları və texniki avadanlıqlar icra məmuru tərəfindən aşkar olunmuş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh tərəfin “həmin mebellərin Anar tərəfindən alınaraq anası Gülarəyə hədiyyə edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, həmin əşyalar hədiyyə olaraq alınmamış, Anar öz evinə mebel əşyaları almışdır. Belə ki, əgər Anar həmi n əşyaları hədiyyə qismində alırdısa, nə üçün anasına uşaq yatağı hədiyyə edirdi. Buna görə də, icra məmuru tərəfindən müəyyən olunan mebel və texniki əşyalar Anara qaytarılmalıdır. Ümumilikdə iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X7 ifadəsində bildirmişdir ki, təxminən 2006-2007-ci illərdə Azər Manafov küçəsində bina tikilirdi, bu binanı müqavilə bağlayıb alırdılar. O vaxt İddiaçı gəlib özünü onlara Rusiyada işləyən iş adamı kimi təqdim edib ev almaq istədiyini bildirmiş və razılaşmışlar. Ona zəng edib deyiblər ki, Anar Azərbaycan Respublikası vətəndaşı deyil. 2009-cu ilə kimi xarici vətə ndaşlara mülk almağa icazə vermirdilər, 2009-cu ildən sonra artıq mülk almaqları mümkün olmuşdur. O, da İddiaçı bildirmişdir ki, onun adına ev rəsmiləşdirilə bilməz, burada yaşayan anası və ya atası vardırsa onun adına rəsmiləşdirilsin. O, da anasının adına evi alacağını bildirmiş, bununla bağlı müqavilə şərtləri əsasında pulu almışdır. O, pulu Anardan alıb, Anarın qardaşı Emili tanımamışdır. Onun 1-ci mərtəbədə yeri var idi, özünün şəxsi yeri idi. O yeri o, təmir etdirmişdi, oğlu da orada işləyirdi, daha sonra oğlu işləmək istəmədi, o da oranı satası oldu. Orada komendant var idi, ona bildirdi ki, kim almaq istəyirsə alsın. Ona dedilər ki, binada Emil adında bir oğlan var, onun qardaşı biznesmendi, onun pulu var, o ala bilər. O, da bir neçə ay gözləmiş, gələn olmadı. O zaman da kooperativ lə bağlı məsələlər var idi. Təqribən 6 aydan sonra bir nəfər Qubadlıdan olan ağsaqqal bir cavan oğlanı gətirdi, ona təklif etdilər ki, bu oğlan kooperativin sədri olsun. O, da demişdir ki, əvvəl komendant olsun, sonra kooperativə sədr keçər. Adını soruşmuş, adının Emil olduğunu bildirmişdir, məlum oldu ki, İddiaçı qardaşıdır. O, da ondan soruşmuşdur ki, “işləyə biləcəksənmi?” Ona dedi ki, “işləyə biləcəm.” 1-2 aydan sonra liftləri qırıldı, baxımsızlıq ucbatından dayandı, işləmədi. Bu zaman Emil gəldi və dedi ki, “mən sizə kömək edəcəm, onu yığarıq”. Bu da Emilgilin evinin olduğu blokda yaşanmışdı. Onlar da gecə-gündüz işləmişlər ki, camaat liftsiz qalmasın. 34.000 manat o, pul vermişdi, qalanını da düzəltdi 58.000 manat oldu. Emili də çağırmış, ona demişlər ki, o, pul yığan deyil. Ona de dilər ki, qardaşı nə gətirib versə onu verər. O, da başa düşmüşdür ki pulu yığıb öz məbləğini itirmək istəyir. O, da Emilə demişdir ki, “səndən nə komendant, nə də başqa heç nə alınası deyil.” Kim ondan ev alırsa o, həmin adamı xatırlayır, müqaviləni isə o, tərtib etmir. Müqaviləni Anar imzalayıb, Cavabdeh tanımır. Emili də 2 dəfə görüb. Onlar yalnız müqavilə bağladıqları adamdan pul alırlar. Kimsə başqasının yerinə pul verə bilməz. Maliyyə arayışı Cavabdeh adına olub. Maliyyə arayışının məzmunu isə o, olub ki, “Cavabdeh pulu ödəyib.”

18. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X10 ifadəsində bildirmişdir ki, Anar ona müraciət etmişdir ki, ev alıb və təmir etmək lazımdır. Onlar briqada olaraq işləmişlər. Briqadanın başında olmuşlar. O, qapı-pəncərəni təmir e tmişdir. Evin yiyəsi təmirlə bağlı onlara göstəriş verir. Evdə 6 nəfər işləmişlər. Pulu ona Anar verib, evə Anardan başqa gələn olmayıb. Emil gəlirdi, pulu Anardan alıb xərcləyirdi. Təmir pulunu Anardan alıb, Anar pulu nağd qaydada vermişdir. Anarın anası Cavabdeh gəlmişdi ki, “məhkəmədə şahid kimi getmə, iclasda iştirak etmə, çünki o ev mənimdir”. O da demişdir ki, “əgər ev sizin idisə o evə gələrdiniz.” 10.000 manata yaxın evi təmir etmək üçün pul almışlar. Oranın sırf onun işi taxta ilə bağlı olmuşdur. Pulu o, alıb ustalar arasında bölmüşdür. Materialları Anar almışdır.

19. Məhkəmənin 16(007)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə, icra məmuru Ə.Z.Aslanov tərəfindən, tərəflərin iştirakı ilə, icra sənədinin icrası ilə əlaqədar A.Manafov küçəsi məhəllə 2436, mənzil 199 ünvanında baxış keçirilmiş və baxış zamanı icra vərəqəsi üzrə (hazırkı iddia ərizəsində sadalanmış əşyalardan) göstərilmiş olan əşyalardan- Bakıdan alınmış qiyməti 160 ABŞ dolları olan 1 ədəd kameralı və səsli qlazok, Bakıdan alınmış qiyməti 90 manat olan 1 ədəd telefon, Bakıdan alınmış qiyməti 80 manat olan 4 ədəd mətbəx stulu (qara-qırmızı), Bakıdan alınmış qiyməti 100 ABŞ dolları olan 1 ədəd “Philips” markalı TV istisna olmaqla, digər əşyalar aşkarlanmış, bundan başqa paltaryuyan maşın icra vərəqəsində “Beko” kimi göstərilsə də, “LG” markalı paltaryuyan maşın aşkarlanmışdır. Siyahıda göstərilən digər əşyalar yerində aşkarlanaraq satılması Cavabdeh qadağan edilmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. Akt borclu və digər şəxslər tərəfindən imzalanmışdır.

20. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8064 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 199 saylı mənzildə yerinə yetirilmiş təmir-tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 40.124 manat məbləğində olduğu müəyyən edilmişdir.

21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-82/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün alınmış əşyalar- Qonaq otağı üç ün 1 ədəd divan (açılan), 1 ədəd masa jurnalnı, 2 ədəd vitrin, 1 ədəd güzgülü komod, 1 ədəd açılıb-bağlanan masa, 8 ədəd stul, 1 ədəd TV stend, 1 ədəd açılan divan, 1 ədəd “Samsung” markalı TV, 1 ədəd “Mitsubishi” markalı kondisioner, Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü komod, 1 ədəd TV altı dolab, 1 ədəd güzgülü şifonyer (6 qapılı), 1 ədəd “Grundig" markalı kondisioner, 1 ədəd xalça, Uşaq otağı üçün 1 ədəd güzgülü şkaf, 2 ədəd uşaq yatağı, 2 ədəd masa, Balkon üçün 1 ədəd “Bosh” markalı kombi, 5 ədəd 10 seksiyalı radiator, 1 ədəd qaz sayğacı (müqavilə bağlananda ödənilib), Mətbəx üçün 1 ədəd mətbəx mebeli, 1 ədəd “Blomberg” markalı soyuducu, 1 ədəd “Веко” markalı qabyuyan maşın, 1 ədəd aspirator, 1 ədəd qaz plitkası, 1 ədəd qaz peçkası, 1 ədəd cam lı Mətbəx masası, 1 ədəd 3 nəfərlik fransız divanı, 1 ədəd “Samsung” markalı TV, Dəhliz üçün 1 ədəd qarderob güzgülü, 1 ədəd qızılı rəngdə ayna və 1 ədəd fransız ağ kamodun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 420 manat dövlət rüsumunun 300 manat hissəsinin iddiaçıya aid edilməsi, dövlət rüsumunun qalan 120 manat hissəsinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisə predmeti olan mənzilin alınması üçün ödənilmiş 78.252 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə mü nasibətdə qeyd etmişdir ki, iddiaçının həmin hissədə tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, qeyd olunan mənzilin onun özü tərəfindən alındığını, dəyərinin tam şəkildə onun tərəfindən ödənildiyinə istinad etməklə, məhz bu səbəbdən həmin pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı daha əvvəl də məhkəmə mübahisələri zaman məhz mənzilin dəyərinin özü tərəfindən ödənildiyini, mənzilin bu səbəbdən ona məxsus olduğunu qeyd etmiş, lakin bu hal sübuta yetirilməmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1593/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən isə müəyyən olunur ki, mübahisə predmeti olan keçmiş ünvan 3 ünvanında yerləşən mənzilin dəyərini yenə də eyni qaydada iddiaçı özü ödəməsini qeyd etməklə mübahisələndirmiş, məhkəmə araşdırması nəticəsində həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması nəzərə alınmaqla iddia tələbi rədd edilmiş və iddiaçının ilk öncə mübahisəli mənzilin cavabdehin mülkiyyəti kimi qeydə alınmasına əsas olmuş müqaviləni və həmin müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirmədən hazırkı iddia ilə müraciət etməsi qeyd olunmuşdur. Hazırkı məhkəmə araşdırması zamanı da, mənzilin dəyərinin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş sübutlarla, o cümlədən maliyyə arayışı ilə də müəyyən olunur ki, mənzilin dəyəri tam şəkildə Cavabdeh tərəfindən ödənilmişdir.

23. İddia tələbinin mübahisə predmeti olan mənzilin təmirinə çəkilmiş xərcin və usta briqadasına ödənilmiş xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, mənzilin təmirinə çəkilmiş xərcin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu yerdə məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahid X5 ifadəsində göstərdiklərinə münasibətdə isə qeyd etmişdir ki, təmir üçün 10.000 manat pulu məhz iddiaçıdan alması barədə həmin şahid ifadəsi sonuncunun iddiaçı ilə yaxın tanışlıq münasibəti olması da nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia tələbi ni həmin hissədə əsaslı edə biləcək mötəbər sübut qismində qəbul edilməmişdir. Bundan əlavə, təmir xərclərinin ödənilməsini təsdiq edə biləcək sübutlara münasibətdə iddiaçı tərəf bu barədə çeklərin olduğunu və lakin hamısının mübahisə predmeti olan mənzildə olduğundan təqdim edə bilmədiklərini bildirmişlər.

24. Həmçinin iddia tələbinin birinci və ikinci hissələrinə münasibətdə məhkəmə araşdırması zamanı iddiaçı tərəf həm mənzilin iddiaçı tərəfindən alınmasını, həm də təmir və usta xərclərinin iddiaçı tərəfindən qarşılanmasını təsdiq edə biləcək sübut qismində məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünü və həmin cinayət işi üzrə məhkəmə iclas protokolunun sual-cavab hissəsini təqdim edərək, orada verilmiş ifadələrdə istər Cavabdeh, istərsə də iddiaçının qardaşı Şahid ifadələrində mübahisə predmeti olan mənzilin Anara məxsus olmasını və bütün xərcləri Anarın qarşıladığını etiraf etdiklərini bildirmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı ilə qardaşı Şahid arasında hazırkı mübahisə predmeti ilə bağlı mübahisə yaranması və bunun nəticəsində Şahid cinayət məsuliyyətinə cəlb olunması müəyyən olunmuşdur, cavabdeh tərəf isə izahatlarında həmin dövrdə məhz Şahid cinayət işi üzrə zərərçəkmiş şəxs olan qardaşı ilə barışıq əldə etmək üçün həmin məzmunda ifadələr verdiyini qeyd etmişdir. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.

25. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənz il üçün alınmış mebellərin, məişət texnikalarının və digər əşyaların qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf də sözügedən əşyaların iddiaçı tərəfindən alınmasını inkar etməmiş və həmin əşyaların onlara hədiyyə olaraq verildiyini qeyd etmişdir. Lakin, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə sübuta yetirilmişdir ki, İddiaçı sözügedən əşyaları özünə məxsus olduğunu hesab etdiyi mənzilə yerləşdirmək niyyəti ilə almış və həmin mənzilə yerləşdirmişdir. Cavabdeh tərəf isə bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

26. İcra məmuru tərəfindən akt tərtib edilməklə aşkarlanmış əşyalar naturada mövcud olduqları üçün onların dəy ərinin tutulmasına zərurət yoxdur. Cavabdeh tərəfindən məhkəməyə- “Samsung” markalı “40D6100” modelli televizorun “Baku Electronics” mağazasından alınmasını təsdiq edən zəmanət talonu, "xxxx" MMC tərəfindən verilmiş “Blomberg” markalı REF KND 9650x modelli soyuducunun, “Mitsubishi” markalı kondisionerin alınmasını təsdiq edən satış çekləri və zəmanət talonları təqdim edilmişdir, buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi 1 ədəd “Grundig” markalı kondisionerə dair servis çeklərinə münasibətdə isə qeyd edir ki, həmin çeklər sözügedən kondisionerin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz, belə ki, həmin çeklərdən sadəcə sözügedən kondisionerə xidmət göstərilməsi müəyyən olunur.

27. Biri nci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.7, 386.1, 386.3, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1094, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

28. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ümumilikdə üç hissədən: mənzilin alınmasına verilən pul, mənzilin təmir edilməsinə çəkilən x ərc və əşyaların alınmasına çəkilən xərcdən ibarətdir. Hazırda apellyasiya baxışının predmeti evin alınmasına və təmirinə çəkilən xərclərdir. Qeyd olunan hissələrdə birinci instansiya məhkəməsi işin hallarına, işdə olan sübutlara (şahid ifadələri, yazılı sübutlar və s.) düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ilkin olaraq tələbin evin alınmasına dair hissəsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı Rusiyada işləmiş, yaxşı gəliri olmuş, 2006-cı ildə özünə ev almaq qərarına gəlmiş, bu məqsədlə bir neçə tikinti aparılan binalara baxış keçirmiş, nəhayət “X4” MMC tərəfindən inşa edilmiş binadan hazırkı mübahisələndirilən mənzili bəyənmişdir. Mənzili alan zamanı MTK tərəfindən ona xarici ölkənin vətəndaşı olduğuna görə mənzili sata bilməyəcəklərini bildirmişlər, o da evi formal olaraq anası nın adına rəsmiləşdirməyi qərara almış, evin pulunu şəxsən özü ödəmiş, bütün sənədlərə (müqavilə, qiymət razılaşdırması) səxsən özü imza atmışdır. Mənzilin dəyərini həmin vaxtı ABŞ dolları ilə həyata keçirmişdir. Ödəniş sənədində isə həmin məbləğ köhnə Azərbaycan manatı ilə, yəni 78.252.000 AZM kimi göstərilmişdir. Üzərindən uzun müddət keçdiyinə görə iddia ərizəsində 78.252 manat qeyd edilmişdir. Bu səbəbdən də məbləğin rəsmi sənədlərdə olduğu kimi, yəni 78.252.000 AZM olaraq qəbul edilməsinə etiraz etmirlər. Mənzilin dəyərinin necə göstərilməsindən asılı olmayaraq həmin vəsaiti məhz iddiaçı ödəmişdir. Cavabdeh tərəf də bu halı inkar etmir. Lakin, bildirirlər ki, guya mənzilin dəyərini cavabdeh iddiaçıya vermiş, sonuncu da MTK-ya ödəmişdir. Lakin cavabdeh bununla bağlı məhkəməyə heç bir s übut təqdim etməmişdir. Cavabdeh MTK ilə heç bir danışıqlarda iştirak belə etməmişdir. Qeyd etdiyi kimi, bütün sənədləri cavabdehin adından iddiaçı özü imzalamış, cavabdeh heç etibarnamə belə verməmişdir. Bütün ailə üzvləri mənzilin iddiaçıya aid olmasını bilmişlər. Ailədə qardaşı Emil heç bir vaxt işləməmiş, 2021-ci ilədək onunla münasibətləri normal olmuş, lakin həmin il mübahisələri pisləşmiş, qardaşı onun sağlamlığına xəsarət yetirmiş, bununla bağlı ittiham aktı tərtib olunmuş və ittiham akı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Həmin hadisədən sonra anası ilə münasibətləri əvvəlki kimi olmamış, evdən istifadəyə ona maneələr yaradılmış, hazırda da öz vəsaiti hesabına aldığı evdən istifadə edə bilmir. Qey d olunan cinayət işi materiallarında olan - cavabdehin və qardaşı Emilin ifadələrində evin həqiqətən də iddiaçı tərəfindən alındığını təsdiq edilir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş şəxslər də açıqaydın evin onun vəsaiti hesabına alındığını, təmirin şəxsən iddiaçının hesabıma aparıldığını qeyd ediblər. İndi isə deyirlər ki, guya cavabdeh öz pulu ilə alıb mənzili. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh heç bir zaman işləməmiş, eləcə də hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. X19 isə aylıq əmək haqqı hesabına ailəni saxlayan şəxs olmuşdur. Belə olan halda, cavabdehin MTK-dan ev alması, qısa müddətə onu təmir etdirib, ev üçün bahalı əşyalar alması heç bir məntiqə sığmır. İddiaçı əvvəl mənzilə hüquqlarının tanınması barəd ə iddia qaldırsa da, iddiası rədd olunub. Həmin qətnamədə pul məsələsi olmayıb, ümumiyyətlə hazırkı tələblə bağlı preyudisial hal müəyyən olunmayıb. Məhkəmə iddianı ona görə rədd edib ki, iddiaçı əvvəlki hüquq müəyyənedici sənədləri (çıxarış və s.) mübahisələndirməyib. İddiaçı hazırda mənzili tələb etmir. Sadəcə cavabdehdən əsassız varlandığı pulları tələb edir. Bu səbəbdən də həmin mənzilin cavabdehlə atası arasında birgə əmlak kimi bölünməsinə da etiraz etməmişdilər. Çünki, mənzil hüquqi baxımdan anası ilə atasının birgə nikah dövründə əldə edilib, ona görə də aralarında bölünüb. Sonradan isə (məhkəmə icraatı dövründə) atası öz payını iddiaçıya bağışlamış, hazırda iddiaçı və cavabdeh mübahisəli mənzilin bərabər hissələrdə paylı mülkiyyətçiləridir. Ona görə də iddiaçı mənzilin alınmasına və təmirinə çəkdiyi xərcin yarısını cavabdehdən tələb edir. Təmirlə bağlı qeyd edirlər ki, iddiaçı mənzili təqribən 2008-ci ildə təmir etdirmək qərarına gəlmiş, təmir iki qrup tərəfindən aparılmış, birinci qrupa onun sinif yoldaşı olan və hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş X10 rəhbərlik etmiş, təmirin ikinci mərhələsini isə atasının tanışları olan şəxslər həyata keçirmişdir. Təmir xərclərini iddiaçı şəxsən özü ödəmiş, düzdür hazırda bununla bağlı hər hansı sənəd qalmasa da, o Rusiyadan X19ə bank vasitəsilə pullar göndərmiş, atası isə xərcləri qarşılamaqla ümumi olaraq təmirə nəzarət etmişdir. Təmir 2009-cü ildə başa çatmışdır. Atası ilə anası 2007-ci ildən etibarən faktiki ayrı yaşadıqlarından təmirdən sonra həmin evdə anası – iş üzrə Cavabdeh, qardaşı Şahid və özü, evləndikdən sonra isə ailəsi ilə ölkəyə gəldikcə yaşamışdır. İddiaçı 2013-cü ildə ailə qurmuş, 2014-cü ildə övladı dünyaya gəlmiş və həmin tarixdən ailə üzvləri və özü də həmin evə qeydiyyata düşmüşlər. Apellyasiya baxışı zamanı təmir xərcinin hesablanması ilə bağlı əldə olunmuş sonuncu ekspert rəyinə etiraz etmirlər və orada göstərilən məbləğin nəzərə alınmaqla təmir xərcinin yarısının cavabdehdən tutulmasını xahiş edirlər.

30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahatda və iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırda iddiaçının şikayətinə əsasən apellyasiya baxışının predmeti mənzilin alınması üçün ödənilmiş pulun yarısının və mənzilin təmirinə çəkilən, ekspert rəyi ilə müəyyən olunan xərcin yarısının cavabdehdən tutulmasıdır. İlkin olaraq, mənzilin alınmasına münasibətdə qeyd olunmalıdır ki, MTK-dan mənzilin alınması zamanı sənədlərə iddiaçı tərəfindən imza atılsa da, faktiki olaraq mənzil cavabdeh tərəfindən alınmışdır. Bunu məhkəmə iclasında şahid qismində iştirak edən Emil də təsdiq etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfdən şahid kimi ifadə vermiş şəxslərin ifadələri mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə isə haqlı olaraq onlara şahid ifadələrinə tənqidi yanaşmışdır. Ümumiyyətlə, tərəflər arasında başqa məhkəmə çəkişmələri də olmuş, MTK tərəfindən isə əvvəlki işlər də nəzərə alınmaqla hazırda əsassız və bir-birini inkar edən izahlar və sənədlər verilmişdir. İdd iaçının digər dəlili Emil barəsində aparılmış cinayət işində verilmiş ifadələrə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh tərəf tərəflər arasında münasibətlərin yüngülləşdirilməsi, gərginliyin azaldılması məqsədilə mübahisəli evin iddiaçı tərəfindən alınması göstərilmişdir. Bundan başqa, iddiaçı tərəf evin dəyərini də şişirdilmiş şəkildə təqdim edir. Nəzərə alınmalıdır ki, evin alındığı zaman köhnə Azərbaycan manatı olmuş, ödəniş qəbzində də 78.522.000 AZM qeyd edilmişdir. Həmin məbləğ 5.000-ə bölünməklə yeni manat (AZN) müəyyən olunur ki, bu məbləğ də təqribən 15.700 manat təşkil edir. Həmçinin, iş üzrə üçüncü şəxs Əvəz Abiyev özü cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli evin birgə nikah dövründə əldə olunmasına görə paylarının müəyyən olunmasını xahiş etmiş, nəticədə tərəflərin 1/2 hissədə payları müəyyən olunmuş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Belə olan halda mənzilin pulunun iddiaçı tərəfindən ödənilməsi halı aradan qalxmış olur. Ümumilikdə isə, göründüyü kimi işdə olan sübutlar evin məhz iddiaçının vəsaiti hesabına alınmasını konkret olaraq təsdiq etmir. Əşyalara münasibətdə isə, iddiaçının mübahisəli mənzildə əşyalarının olmasını inkar olunmayıb, hətta həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət də etməmişlər. Tələbin təmir hissəsinə gəldikdə isə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid Rövşən Məmmədli təmirə rəhbərliyi həyata keçirdiyi və materialların pulunun iddiaçı tərəfindən verildiyini qeyd etsə də, o iddiaçının sinif yoldaşıdır. İddiaçı pulların Rusiya Federasiyasından necə göndərməsinə dair hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat gedərkən həbsdə olmuş və bu səbəbdən, ifadə verə bilməyən, lakin hazırkı apellyasiya baxışında ifadə vermiş Şahid isə təmirin cavabdeh tərəfindən aparıldığını, hətta məmulatların haradan aldığına qədər göstərmişdir. Göründüyü kimi, təqdim olunmuş sübutlar mötəbər olmayan və bir-birini təkzib edən dəlillərlə cavabdehə qarşı əsassız iddia vermişdir. Bu səbəbdən, mübahisələndirilən hissədə qətnamənin təmin olunmamasını xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o iddiaçının atası, cavabdehin isə həyat yoldaşıdır. 2004-2010-cu illərdə işləməmişdir. İddiaçının maddi vəziyyəti isə həmin vaxtlar yaxşı olmuş, Rusiya Federasiyasında işləmişd ir. Digər oğlu Emil Abıyev isə heç vaxt işləməmiş, onlardan asılı vəziyyətdə olmuşdur. 2007-ci ildən cavabdehlə faktiki ailə münasibətləri pozulmuş, birbirindən ayrı yaşamışlar. 2006-ci ildə o iddiaçıya təklif etmişdir ki, Bakı şəhərindən ev alsın. İddiaçı bu məqsədlə Bakı şəhərinə gəlmiş və mənzillərlə maraqlanmışdır. Hazırkı mübahisəli evi məhz iddiaçı özünün şəxsi pulu ilə almış, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdehin heç mənzildən məlumatı belə olmamış, bütün sənədləri iddiaçı özü imzalamışdır. Təqribən 2008-2009-cu illərdə mənzilin təmiri başlanmış, o özü təmirə rəhbərlik etmişdir. Çünki, iddiaçı Rusiyada yaşayırdı, Bakıya teztez gələ bilmirdi. Təmir işlərini ilkin olaraq iddiaçının sinif yoldaşları, daha sonra isə onun tanışları aparmışlar. O, işləmədiyind ən təmirə nəzarət etmişdir. Lakin, təmir xərclərini iddiaçı qarşılamış, iddiaçı bank vasitəsilə ona pullar göndərmişdir. Həmçinin, evin əşyalarını da iddiaçı xaricdən alıb gətizdirmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş qətnamə ilə mübahisəli evin üzərində 1/2 hissədə cavabdehlə onun pay hüququ tanınsa da, həmin qərarda evin dəyərinin faktiki olaraq o və ya cavabdeh tərəfindən ödənildiyi göstərilməmişdir. Hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Həqiqətən mənzilin alınması və təmiri iddiaçının pulu hesabına həyata keçirilmişdir.

32. Məhkəmə kollegiyasının iclasında şahid kimi ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə anasıdır. İddiaçı Rusiya Federasiyasında işləyir və yaşayırdı. O, hazırda mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. 2006-cı ildə ev almaq məqsədlə bir neçə tikinti şirkətləri ilə maraqlanmış, yekun olaraq hazırkı mübahisəli mənzili şəxsən özü araşdırıb tapmış, onunla bağlı MTK-nın sədri Rövşən bəylə şəxsən görüşmüş, binanın layihəsinə baxmış və danışıqlar aparmışdır. Tərəflər arasında razılıq əldə olunduqdan sonra 17.200 ABŞ dolları pulu MTK-ya vermişdir. Lakin, dollar həmin vaxt qüvvədə olan köhnə məzənnə ilə hesablanıb yazılmışdır. Dəqiq xatırlamasa da, bəzi sənədlərə o imza atmışdır. Lakin mübahisəli mənzilə dair müqavilədəki və qiymət razılaşması haqqında protokoldakı imzaları ona məxsus deyildir. Evin alınması zamanı isə iddiaçının Azərbaycanda olub-olmamasını dəqiq xatırlamır. Mənzil təmirsiz alınmış, sonradan onun tərəfindən özünün, atasının və anasının vəsaiti hesabına materiallar alınaraq təmir olun muşdur. İddiaçının isə konkret etdiyi maddi dəstəyi xatırlamasa da, iddiaçının valideynlərinə kömək məqsədilə hər hansı dəstək olmasını inkar etmir. Eləcə də, suallara cavab olaraq 18 yaşından etibarən rəsmi iş yeri olmasa da, özü və anasının işlədiyini, ticarətlə məşğul olduqları və müstəqil qazanclarının olduğunu bildirmişdir.

33. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Mərkəzi Ekspertiza Bürosunun MEB/04-3518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən 2008-2009-cu illər üzrə tikinti materialları uyğun artımla 19.400 AZN, işçilik uyğun artımla 9.067 AZN olmaqla, təmirtikinti işlərinə cəmi 19.400+9.067=28.467 AZN+3%=29.321 manat təşkil etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-636/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Günay Axundova və Cəmilə Musayeva) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə qismən, yəni “Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X4” MMC-yə ödənilmiş 78.252 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin iddia tələbinin qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 7.825,2 manat pul vəsaitinin tutulması, həmin iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin yoxlanılan qalan hissədə dəy işdirilmədən saxlanılması qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının həddini iddia tələbi üzrə aşağıdakılar təşkil edir: 1). Mənzilin alınması üçün ödənilmiş pulun cavabdehdən tutulması, 2). Mənzilin təmir xərclərinin cavabdehdən tutulması.

36. Birinci instansiyası məhkəməsinin iddia tələbinin mənzilin alınması üçün ödənilmiş pulun cavabdehdən tutulması hissində gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcudluğu iddiaçının hazırkı tələblə məhkəməyə müraciət imkanını istisna etmir. Belə ki, həmin iş üzrə iddiaçının tələbi mübahisəli mənzil üzərində mülkiyyət hüqu qunun tanınması ilə bağlı olmuş və qətnamədən ümumiyyətlə mənzilin dəyərinin kim tərəfindən ödənilməsi istiqamətdə hər hansı araşdırmanın aparılması və ya preyudisial əhəmiyyət kəsb edə bilən hər hansı halın müəyyən olunması görünmür. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qətnamənin hazırkı iddianın rədd olunmasına əsas kimi göstərilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan başqa mənzilin alınması üçün ödənilmiş pulun iddiaçı tərəfindən həyata keçirilməsinə dair sübutların təqdim olunmaması barədə də rayon məhkəməsinin mövqeyi işin müəyyən olunmuş halları və təqdim olunmuş sübutlarla uzlaşmır. Məhkəmə ümumiyyətlə bu istiqamətdə iddiaçının təqdim etdiyi sübutları tam və obyektiv qiymətləndirməmiş, həmin s übutları nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmamışdır. Belə ki, iddiaçı müvafiq sübutlar təqdim etməklə mənzilin satış dəyərini “X3” MMC-yə ödədiyini bildirir. Bu fakt ilkin olaraq “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 232/A saylı məktubu ilə təsdiq olunur (2-ci abzas). Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən və digər sənədlərdən (ittiham aktı) görünür ki, həmin cinayət təqibi üzrə təqsirləndirilən şəxs Şahid və ibtidai istintaqda şahid qismində dindirilmiş (hal-hazırkı iş üzrə cavabdeh) Cavabdeh mübahisəli mənzilin iddiaçıya məxsus olmasını işarə edən ifadələr vermişlər (Məsələn, “2009-cu il tarixdən Anar, Emil və onların anası Gülarə Anara məxsus ünvan 4 ünvanındakı mənzildə birlikdə yaşayırlar” kimi ifadələr). B ununla yanaşı, iddiaçı digər sübut kimi mənzillə bağlı rəsmiləşdirilmiş 20 iyun 2006-cı il tarixli müqavilənin və eyni tarixli mənzilin qiymətinin razılaşdırılması protokolunun onun tərəfindən imzalandığını bildirir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh tərəf də yuxarıda qeyd edilən halı (müqavilənin və mənzilin dəyərinin razılaşdırılması protokolunun iddiaçı tərəfindən imzalanması) mübahisələndirməyərək, pulun məhz iddiaçı tərəfindən MMC-yə ödənilməsi faktını da inkar etmir. Lakin cavabdeh tərəf etirazının əsası kimi - iddiaçının onun oğlu olmasını, müqaviləni onun tapşırığı ilə imzalamasını, eyni zamanda iddiaçının mənzilin dəyəri kimi ödədiyi müvafiq pul vəsaitinin cavabdehə (ailəyə) məxsus olmasını, iddiaçının sadəcə onun tapşırığını icra etməsini bildirmişdir.

38. Məhkəmə kollegiy ası cavabdeh tərəfin qeyd edilən etirazı ilə razılaşmayaraq qeyd etmişdir ki, bu istiqamətdə məhkəməyə ümumiyyətlə hər hansı sübut (tapşırığın icrası ilə bağlı hər hansı sübut - etibarnamə və s.) təqdim olunmamışdır. Şahid qismində ifadə vermiş Şahid bildirdikləri isə cavabdehin qeyd edilən etirazının əsaslı sayılması üçün yetərli və obyektiv qəbul edilə bilməz. Birincisi ona görə ki, onlar arasında şəxsi münasibətlər kəskin olmaqla, iddiaçı sonuncu tərəfindən bıçaqlanmış, buna görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İkincisi isə şahid ziddiyyətli ifadələr verməklə gah müqavilənin onun tərəfindən imzalanmasını, gah da pul vəsaitinin onun tərəfindən ödənilməsini bildirmiş, apellyasiya baxışında sənədlərə baxış zamanı müqavilədə və mənzilin qiymətinin razılaşdırılması protokolunda olan i mzaların ona məxsus olmamasını etiraf etmişdir. Bununla yanaşı, cavabdeh tərəfin bu istiqamətdə bildirdikləri (izahatı) işdə olan digər sübutlarla da təsdiq olunmur. Cavabdeh tərəf etirazının əsası kimi həmçinin digər məhkəmə aktına, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-702/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə (mübahisəli mənzilin cavabdehlə onun əri Əvəz Abiyev arasında ümumi birgə mülkiyyət hesab olunaraq bərabər paylarda bölünməsi) istinad edərək, iddiaçının tələbini əsassız hesab edir. Kollegiya cavabdehin qeyd edilən etirazı ilə də razılaşmayaraq qeydetmişdir ki, iddiaçı həmin məhkəmə icraatında iştirak etməmiş, ikincisi həmin qətnamədə hazırkı iddia tələbi ilə bağlı (mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi istiqamətində) hər hansı hal mü bahisələndirilməmiş və müəyyən olunmamışdır. Qətnamədən görünür ki, məhkəmə mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınması prezumpsiyasından çıxış edərək, ər-arvadın bərabər paylarını müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, başqa şəxslərin pul vəsaiti hesabına (məsələn, borc, bağışlanmış pul və s.) əldə edilmiş əmlak özü-özlüyündə ərarvadın ümumi birgə mülkiyyəti prezumpsiyasını aradan qaldırmır və hazırkı mübahisənin qanuni həlli baxımından preyudisial əhəmiyyəti mövcud deyildir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan çoxsaylı sübutlarla açıq-aşkar müəyyən olunur ki, mübahisəli mənzilin əldə olunması üçün MMC-yə ödənilmiş müvafiq pul vəsaiti məhz iddiaçıya məxsus olmuşdur. Mənzilin dəyərinin iddiaçı tər əfindən ödənilməsinin sübut olunmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi açıqaşkar əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müvafiq pul vəsaitinin cavabdehə bağışlanması (yəni, qaytarılmalı olmaması) halı da müəyyən edilmir. Birincisi, cavabdehin özü bu halı təsdiq etməməklə, ümumiyyətlə bu mövqedən çıxış etmir. İkincisi, iddiaçı da müvafiq pulu cavabdehə bağışladığını bildirmir, əksinə mənzili özünə almaq niyyəti ilə onun dəyərini ödədiyini bildirir. Bununla yanaşı, tərəflər aralarında hər hansı digər müqavilə münasibətinin olmasından da çıxış etməmişlər. Belə olan məhkəmə kollegiyası pulun ödənilməsi istiqamətində tərəflər arasında hər hansı müqavilə münasibətlərinin yaranması halının mövcudluğunu müəyyən etmir (tərəflər bu istiqamətdə məhkəməyə hər hansı s übut təqdim etməmişlər). Belə olan halda, iddiaçı iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad etməklə müvafiq pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiada cavabdehdən 78.252 manat tələb etsə də, işdə olan ödəniş sənədlərindən (qiymətin razılaşdırılması protokolu, mədaxil qəbzi) açıq-aşkar görünür ki, mənzilin qiyməti köhnə Azərbaycan manatı ilə 78.252.000 AZM göstərilmişdir. Həmin məbləğ isə yeni manata (AZN) münasibətdə 15.650,4 manat (78.252.000: 5.000) təşkil edir. Bununla yanaşı, mübahisəli mənzilin statusu ilə bağlı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mənzil daha əvvəl məhkəmə qərarına əsasən cavabdehlə onun əri Əvəz Abiyev arasında bərabər pay larda bölündükdən sonra, sonuncu özünə məxsus payını iddiaçının xeyrinə özgəninkiləşdirmiş, beləliklə hazırkı vaxtda iddiaçı və cavabdeh mənzilin bərabər hissədə mülkiyyətçiləri sayılırlar (müvafiq çıxarış təqdim olunmuşdur). İddiaçı isə apellyasiya baxışı zamanı ərizə təqdim edərək iddia etdiyi pulun yarısını cavabdehdən tələb etdiyi bildirmişdir. Təbii ki, iddiaçı hazırda mənzilin paylı mülkiyyətçisi olduğundan və sonuncunun da bildirməsinə əsasən mülkiyyət hüququnu bağışlama (əvəz ödəmədən) yolu ilə əldə etdiyindən cavabdehdən yalnız mənzilə görə ödədiyi pulun yarısını tələb etməkdə haqlıdır. Çünki, cavabdeh məhz həmin hissədə iddiaçının hesabına əsassız varlanmış sayılır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tərəfindən mənzilə görə 78.252 manat pulun ödənilməsi müəyyən olunma dığından, məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 7.825,2 manat (15.650,4: 2 = 7.825,2) pul vəsaitinin tutulması işin hallarına uyğun olmaqla, ədalətlidir.

41. Məhkəmə kollegiyası tələbin mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, mübahisə predmeti olan mənzil 2006-cı ildə təmirsiz vəziyyətdə “X4” MMC-dən əldə olunmuş, təqribən 2008-2009-cu illərdə əsaslı təmir olunmuş, ondan sonrakı illərdə isə təmir vəziyyətində dəyişiklik olmamışdır. İddiaçının bu istiqamətdə təqdim etdiyi sübutlar tam, mötəbər və yetərli deyildir. Belə ki, iddiaçı qeyd olunan hissədə sübut kimi şahid X5 ifadəsinə istinad etsə də, cavabdeh tər əf buna etiraz etmiş, sonuncunun iddiaçının tanışı olmasını, onun mənafeyindən çıxış etdiyni bildirmişdir. Üçüncü şəxs Əvəz Abiyevin izahatı da iddianın qeyd edilən hissədə əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Sonuncu təmirlə bağlı pul vəsaitlərinin iddiaçı tərəfindən Rusiya Federasiyasından göndərildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından görünür ki, təmir işlərinə məhz üçüncü şəxs Əvəz Abiyev nəzarət etmiş, iddiaçı həmin vaxtı Rusiya Federasiyasında olmuş, özünün də bildirməsinə görə Bakı şəhərinə yalnız yay ayları qısa müddətlərdə gəlib-qayıtmışdır. İddiaçı şahid ifadəsində başqa ümumiyyətlə məhkəməyə hər hansı yazılı (təmirlə bağlı materialların alınması və s.) və s. digər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh tərəf də mənzilin iddiaçının vəsaiti hesabına təmir olunmasına etiraz edərək, həmin halı təsdiq etməmişdirlər. Göründüyü kimi, iddiaçı təmirlə bağlı hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur.

42. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 225, 386.1, 1091, 1092.1, 1092.2-ci, Ailə Məcəlləsinin 31-37-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və Mülki Prosessual Məcəllənin 77.1, 81, 82.2, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

43. Qətnamədən iddiaçı (Vəkil1) və cavabdeh (Vəkil2) kassasiya şikayətləri vermişlər.

44. İddiaçının kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi hərtərəfli və obyektiv araşdırma aparsa da, sonda hüquqi dəyərləndirməni düzgün etməmiş, mənzilin iddiaçı tərəfindən həqiqətən təmir etdirildiyini nəzərə almamış və bu xüsusu öz qətnaməsində “iddiaçının bu istiqamətdə təqdim etdiyi sübutlar tam, mötəbər və yetərli deyildir” əsası ilə əsasl andırmışdır. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, cavabdeh istintaq zamanı verdiyi ifadəsində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 2436 və ya A.Manafov küçəsi, ev 199-dakı mənzilin oğlu Abıyev (Abiev) Anar Əvəz oğluna məxsus olduğunu etiraf etmiş, hətta qardaşı Şahid da məhkəmədə mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu etiraf etmişlər. Nəzərə alınmalıdır ki, əgər ev şəxsindirsə aydın məsələdir ki, həmin mənzilin təmiri də məhz evin həqiqi sahibi tərəfindən həyata keçirilməlidir. Kim gedib başqa şəxsin mənzilini öz hesabına təmir etdirər?

46. Mübahisəli mənzil təmirsiz olduğu üçün iddiaçı tərəfindən mənzil təmir etdirilmiş, təxminən 42.000 manat məbləğində evin təmiri üçün materiallara, 9.360 manat isə ustaya (təmir-tikinti briqadasına) ödəniş edilmişdir. Sözüge dən mənzilin məhz iddiaçının pulu hesabına təmir etdirilməsi faktı, şahid ifadələri ilə və xüsusən də iddiaçının qardaşı X9 məhkəmədə vermiş olduğu ifadəsində də öz təsdiqini tapmışdır. Belə ki, Emil Abıyev ona verilən suala cavab olaraq bildirmişdir ki, mənzili Anar təmir etdirib, hətta ifadəsində qeyd edib ki, anam evdar xanım olub, heç vaxt işləməyib. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs (iddiaçının atası) Əvəz Abiyev ifadəsində bildirmişdir ki, “təqribən 2008-2009-cu illərdə mənzilin təmiri başlanmış, o özü təmirə rəhbərlik etmişdir. Çünki, iddiaçı Rusiyada yaşayırdı, Bakıya tez-tez gələ bilmirdi. Təmir işlərini ilkin olaraq iddiaçının sinif yoldaşları, daha sonra isə onun tanışları aparmışlar. O, işləməd iyindən təmirə nəzarət etmişdir. Lakin, təmir xərclərini iddiaçı qarşılamış, iddiaçı bank vasitəsilə ona pullar göndərmişdir. Həmçinin, evin əşyalarını da iddiaçı xaricdən alıb gətizdirmişdir.” Göründüyü kimi, şahid ifadələri ilə, hətta iddiaçını bıçaqlayan qardaşı Emil Abıyevin ifadəsi ilə öz təsdiqini tapır ki, mənzili iddiaçı təmir etdirib. Bakı şəhər Nizami rayon Məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş etirazın 3-cü səhifəsində qeyd edilmişdir ki, “mənzil Gülarə Abıyeva, Əvəz Abıyev və Emil Abıyev” tərəfindən təmir edilmişdir. Lakin, cavabdehin etirazında qeyd etdiyi bu xüsus öz təsdiqini tapmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən üçüncü şəxs Əvəz Abıyev və Emil Abıyev həmin halı inkar etmiş, mənzilin onlar tər əfindən təmir edilmədiyini bildirmişlər. Göründüyü kimi, cavabdeh etirazın əsası kimi, etirazda qeyd edildiyi kimi, mənzilin həqiqətən cavabdeh tərəfindən təmir olunmasını sübuta yetirə bilmədi.

47. Məhkəmənin mənzilin təmiri üçün çəkilmiş xərclərlə bağlı sübutun təqdim edilməməsinə dair mövqeyi ilə bağlı qeyd edilmişdir ki, cavabdeh iddiaçının doğma anası olduğundan sonuncu ehtimal edə bilməzdir ki, gələcəkdə mənzil ilə bağlı hər hansı problem yarana bilər, bu səbəbdən təmir xərcləri ilə bağlı çekləri saxlayardı.

48. Cavabdeh mənzilin onun vəsaiti hesabına təmir olunmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddia ərizəsinə yazılı təqdim edilmiş etirazda, mənzilin onun və həyat yoldaşı tərəfindən təmir olunduğunu bildirmiş, cavabdehin bu ifadəsi onun həya t yoldaşının məhkəmədə vermiş olduğu ifadəsi zamanı fiyaskoya uğramışdır. Halbuki, cavabdeh heç vaxt işləməmiş, evdar xanım olmuşdur. Həyat yoldaşı Əvəz Abiyev də məhkəmədə bu faktı təsdiq etmiş, sonuncu da mənzilin oğlu İddiaçı tərəfindən təmir olunduğunu etiraf etmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə cavabdeh etirazda qeyd etdiyi kimi mənzilin onun və həyat yoldaşı tərəfindən təmir olunduğunu təsdiq edən bir sübutu məhkəməyə təqdim etməyib. Bakı Apellyasiya Məhkəməsi, rayon məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X5 iş üçün əhəmiyyətli olan ifadəsinə hüquqi qiymət verməmiş, yalnız tanışı olması ilə əlaqələndirmişdir. Axı hər kəsin usta tanışı, sinif yo ldaşı, əsgər yoldaşı ola bilər. Bu o demək deyil ki, o şəxslərin ifadələri mötəbər deyil. Məhkəmə o ifadələrə qiymət verərək müqayisəli şəkildə qiymətləndirməni aparmalıdır.

49. Cavabdehin kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edərək iddianın 7.825,2 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə məxsus MTK-dan alınmış mənzilin pulunun iddiaçı tərəfindən ödənilməsi faktı mötəbər sübutlarla təsdiq edilmədiyi halda apellyasiya məhkəməsi yalnız iddiaçının mülahizələri və başqa bir mənzillə bağlı onun müştərisi olaraq mənafeyindən çıxış etmiş MTK rəhbərinin izahatlarından başqa hər hansı bir dig ər sübutla təsdiq edilmədiyi halda məhkəmə qətnaməsi həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

51. Bakı Apellyasiya məhkəməsi kollegiyasının ilk buraxdığı qanun pozuntusu və səhvi mülki işin materiallarında olan sübut - ödəniş sənədində həmin məbləğ köhnə Azərbaycan manatı ilə, yəni 78.252.000 AZM kimi göstərilmişdir. İddiaçı isə iddia ərizəsində 78.252 manat tələb etmişdir. İddiaçı illər keçsə də belə, ödədiyi pulun miqdarını və ölçüsünü hər kəsdən yaxşı yadında saxlamalı idi. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsindən apellyasiya mərhələsinədək ödədiyi pulun miqdarını hər dəfə düzgün rəqəmlərlə 15.700 manat təşkil etdiyini qeyd etmişdir. Belə ki, ilk növbədə İddiaçı MTK-ya mənzilin alınması üçün iddia etdiyi MTK-nın hesabına ödənilən pul un onun tərəfindən mədaxil edilməsini bildirməsi mənzilin sənədləşdirilməsi ilə bağlı müqavilədə və maliyyə arayışında göstərilən şərtlərə ziddir. Çünki MTK ilə Gülarə Abıyeva arasında bağlanmış müqavilədə sifarişçi Gülarə Abıyeva göstərilmişdir. Maliyyə arayışında isə mənzilə payın ödənilməsi və MTK-nə borcun olmaması Gülarə Abıyevanın adına göstərilmişdir. Bu gün həmin müqavilə və maliyyə sənədləri qüvvədədir. İddiaçı əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbini dəyişdirərək evə mülkiyyət hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırkı qətnamədən isə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmişdir. Nə qədər ki, əqd mübahi sələndirilmədən (alqı satqı müqaviləsi) İddiaçı müqavilədə imza icra etməsinə görə Gülarə Abıyevanın adından MTK-nə pul ödəməsi kimi dəlilləri inandırıcı olmadığı kimi də bu pulları tələb etməsi ilə bağlı da hüquqi əsası da yoxdur. Bundan başqa birinci instansiya məhkəməsinin hazırlıq iclası zamanı hazırkı işdə üçüncü şəxs qismində cəlb edilmiş Əvəz Abıyevin iddia tələbləri üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən çıxarılmış və hazırda qanuni qüvvəsini almış 2(007)-702/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi təqdim edilmişdir. Həmin qətnamə ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə 1/2 hissədə Əvəz Abiyevin, 1/2 hissədə Cavabdeh pay hüquqları müəyyən edilmişdir. Həmin qətnamə ilə də iddiaçı Əvəz Abıyev cavabdeh Gülarə Abıyeva ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436cı məhəllə, 199 saylı mənzilin onunla Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilməsi və həmin əmlakların 1/2 (50%) hissəsinə onun, 1/2 (50%) hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bir halda ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə həmin mənzilin X15 Abıyevanın birgə nikah dövründə ər və arvadın birgə vəsaiti ilə alınmasından söhbət gedirsə, belə olan halda İddiaçı mübahisəli evin alınmasına dair pulun onun tərəfindən ödənilməsi kimi iddiası hansı hüquqi əsaslara söykənmişdir və necə təmin edilə bilər? Belə çıxır ki, məhkəmə kollegiyası bildirir k i, mənzil eyni zamanda hər iki şəxsə aiddir. Yəni mənzilin pulu həm Əvəz Abıyevlə birgə nikahları dövründə onlardan birinin və yaxud hər birinin vəsaiti hesabına alınmışdır, eyni zamanda məhkəmə kollegiyası bildirir ki, mənzil İddiaçı tərəfindən alınmışdır.

52. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında iştirak edən halhazırda ailə vəziyyətinə görə cavabdehlə mübahisəli mövqedə olan üçüncü şəxs Əvəz Abıyevin izahatı mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, üçüncü şəxsin cavabdeh həyat yoldaşı Cavabdeh qarşı mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alınması halı qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edilir.

53. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 izahatının xüsusatlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verməmiş dir. Məhkəmə kollegiyası qətnaməsində iddiaçının dəlillərinin “X3” MMC tərəfindən təsdiq olunduğunu qeyd edərək belə hesab etmişdir ki, işdə olan “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 232/A saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin dəyəri tam şəkildə İddiaçı tərəfindən ödənilmiş, həmin mənzil onun razılığı ilə formal olaraq anası Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfindən bütün sənədlərdə İddiaçı imza etmiş, Cavabdeh isə heç bir sövdələşmə və alğısatqı prosesində iştirak etməmişdir. Halbuki cavabdeh tərəf olaraq da bildirmişik ki, iddiaçı ilə “X3” MMC-nin direktoru iddiaçının bu MTK-da başqa bir mənzil alması ilə də bağlı onun mənafeyindən maraqlı tərəf kimi çıxış edir. Məhkəmələr isə həmin mənzilin kimin adına rəsmiləşdirilməsi ilə bağlı isə MTK-dan hesabat tələb etməmişlər. Hər dəfə izahatlarımızda bildirmişik ki, iddiaçının Rusiya vətəndaşı olaraq 2006-cı ildə öz adına qanunda məhdudiyyətlər olması səbəbindən rəsmiləşdirə bilməməsi kimi dəlilləri qanuni əsaslara söykənmir. Baxmayaraq ki, iddiaçının ilk məhkəməyə vermiş olduğu iddia ərizəsində də qeyd etmişdir ki, mən Rusiya vətəndaşı olduğum üçün belə razılaşdıq ki, mənzili MTK-da anamın adına alım. Azərbaycan Respublikasında mövcud qanunvericiliyə əsasən yalnız torpaq sahəsinin əcnəbi vətəndaşların adına rəsmiləşdirlməsinə icazə verilmir. Bu səbəbdən də onun mənafeyinə uyğun izahat verməklə həqiqəti təhrif etmişdir. Ona görə də hər hansı bir ciddi subtlar olmadan evinin dəyərinin pulunu iddiaçı tərəfindən ödəmişəm deməsi halı mötə bər sübutlarla təsdiq edilmədiyi halda əsaslı və qanuni hesab edilə bilməz. Necə ki, məhkəmə kollegiyası iddianın təmirlə bağlı hissəsinə tənqidi yanaşaraq qətnaməsində qeyd etmişdir ki, hətta üçüncü şəxsin Əvəz Abıyevin izahatı ki, iddiaçı tərəfindən təmirlə bağlı pul vəsaitlərinin iddiaçı tərəfindən Rusiya Federasiyasından göndərildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Eyniliyi ilə apellyasiya məhkəməsinin kollegiyası araşdırılmış işin bü cür hallarına düzgün qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə yanlış və absurtdur. Hesab edirəm ki, məhkəmə qətnaməsi üzrə mübahisəyə dair yuxarıda qeyd edilən maddi hüquq normaları düzgün tədbiq etməmiş və işdə olan sübutları düzgün qiymətləndirmədən, böyük kütlə sayında olan sübutlarımızı kölgə a ltına alaraq, ziddiyyətli nətcəyə gəlməklə mübahisəli evin pulunun iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi kollegiyası sübutları qiymətləndirmək əvəzinə iddiaçının mülahizələri üzərində qənaətə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

54. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

55. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

57. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

58. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

59. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

60. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbl əri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

61. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

62. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

63. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

64. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

65. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri:

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya i nstansiyası məhkəməsinin mövqeyi:

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Re spublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

82. Nəzərə almaq lazımdır ki, məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 83. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə u yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

84. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdır ılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

85. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

86. İşin f aktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

88. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-636/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar