Məhkəmə qərarları › İş №2(102)-3589/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3589/2022

13.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3589/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:hərracın yekunlarına dair protokolun nəticələrinin etibarsız hesab olunması, hərrac keçirilməsi qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab olu nması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 909/2022 nömrəli, 7 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolla ipoteka predmetinin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ qiyməti 44,625,00 müəyyən edilmişdir. 2. 7.11.2020-ci il tarixində “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. 3. 08.12.2020-ci il tarixli “Birja yenilikləri” qəzetində, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satılmas ı ilə bağlı hərracın 30 noyabr 2020-ci il tarixdə saat 11:00- da keçiriləcəyi barədə elanlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Sabunçu rayon icra və probasiya şöbəsinə, Maraqlı şəxs1 və "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı) “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evi nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı Ənnəağı oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin ipoteka saxlayan Maraqlı şəxs2 BOKT ASC-yə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 45/05 saylı hərracın yekunları barədə protokolun və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia çı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Maraqlı şəxs1 tələbkar Maraqlı şəxs2 BOKT ASC-nin xeyrinə cəmi 63.616 ABŞ dolları kredit borcunun tutlması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, əldə edilən vəsaitdən kredit borcunun ödənilməsi və.s.qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmaqdan ötrü Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmiş, şöbənin icraatına daxil olmuş və Sabunçu rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında” qərarın məzmunundan da göründüyü kimi qərar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindəki tələbə uyğun tərtib olunmamış, belə ki, qərarda yalnız borc məbləğindən bəhs olunsa da, ipoteka predmetinə tutma yönəldilməsi və onun açıq hərracdan satışı ilə bağlı hər hansı bir müddəa mövcud olmamışdır. Daha sonra, heç bir xəbər və məlumat olmadan Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satışı ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə hərrac sifarişi verilm işdir. Belə bir sifarişin verilməsi barədə tərəf kimi iddiaçı məlumatlandırılmamış və bu barədə iddiaçıya hər hansı bir məktub və s. göndərilməmişdir. Sonrada təsadüfən iddiaçı məlumat almışdır ki, mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-də açıq hərracdan satışa çıxarılmış, xx.xx.2020-ci İl tarixdə həmin əmlak ilkin satış qiyməti 70 000 (yetmiş min) manat olmaqla ilkin hərraca, daha sonra 30 noyabr 2020-ci il tarixdə ilkin satış qiyməti 59 500 manat olmaqla təkrar hərrac keçirilmiş və keçirilən hərracların baş tutmaması elan edilərək əmlak "İpoteka haqqında" Qanunun 43.7-43.8-ci maddəsinə əsasən 44 625 manat qiymətə tələbkara təklif edilmişdir. Əmlakın hərracda satılması barədə tələ bkardan şifahi məlumat əldə etdikdən sonra hərrac təşkilatında əmlakın hərracı ilə bağlı sənədlərlə tanış olduqda müəyyən edilmişdir ki, hərrac təşkilatı nəinki iddiaçıya heç bir bildiriş, məktub və s. göndərməmiş, hətta hərrac işi materiallarında olan tərəflərə göndərilmiş hərrac bildirişlərində bildirişin ünvanlandığı subyektlər arasında ümumiyyətlə iddiaçının adı göstərilməmişdir. Bu isə o deməkdir ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyan və mülkiyyətçi olduğu halda menə hər hansı bildirişin göndərilməsi nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, surəti iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli Elektron hərracın keçirilməsinə dair 01 saylı Bildirişin məzmunundan göründüyü kimi bu bildiriş yalnız borclu Maraqlı şəxs1, Sabunçu rayon İcra və probasiya şöb əsinə və tələbkar Maraqlı şəxs2 BOKT ASC-yə ünvanlanmış, dolayısı ilə hərrac bildirişinin yalnız həmin sadalanan subyektlərə göndərilməsi nəzərdə tutulsa da, ipoteka saxlayan və mülkiyyətçi İddiaçı “unudulmuşdur”. Başqa sözlə, təqdim olunan bildirişin surətindən görünür ki, hərracın təşkilatçısı hərracların keçirilməsi barədə ipoteka qoyanı məlumatlandırmamış və məlumatlandırmaq niyyəti də olmamışdır. Qeyd olunduğu kimi iddiaçı ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı onu bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin bağ evinin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan həmin bağ evini açıq hərracda n özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 70 000 manat müəyyən edilmiş bağ evinin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 44 625 manata eldə edilməsi üçün şərait yaranmayacaqdı. Belə ki, "İpoteka haqqında" Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Halbuki, təqdim edilən hərrac bildirişlərinin məzmunundan müəyyən olunmuşdur ki, sözügedən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilən hərracların bildirişləri ipoteka qoyana rəsmi təqdim olunmamış və hətta hərrac təşkilatı tərəfindən ümumiyyətlə hərracın keçirilməsi ilə bağlı ipoteka qoyan ın məlumatlandırılması nəzərdə tutulmamışdır. Əldə etdilən hərrac bildirişinin məzmunundan da göründüyü kimi, digər tərəflərə göndərilmiş hərrac bildirişində hərrac adınının məbləği, hərracda iştirak etmək üçün behin ödənilməsi müddəti, qaydası, alış qiymətinin ödənilməsi müddəti və qaydası, hansı hesaba ödənilməsi və s. barədə hər hansı məlumat mövcud deyildir. İş üzrə materiallardan göründüyü kimi Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə hərracın təşkili ilə bağlı sifariş edilmişdir, lakin hərracın keçirilməsi ilə bağlı mülkiyyətçi lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da onun ipoteka predmetini hərracdan satın almaq, onun ilkin satış qiymətinin aşağı düşməsinin qarşısını almaq və s. prosessual hüquqları pozulmuşdur. Ona görə də iddiaçı hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu rayon icra və probasiya şöbəsinin sifarişinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satışına dair cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindəı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidirMəhkəmədə işə baxılarkən “Leyla” firmasının direktoru X2 “Leyla” firmasının müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş və 28 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclas ında “Leyla” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il, tarixli, 2(005)1001/2021 nömrəli qətnaməsi ilə (hakim: Vüqar Quliyev) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixli hərracın yekunları barədə protokoldan o da görünür ki, ipoteka predmetinin mülkiyyətçisi kimi Mövsumov hafiz Rza oğlunun adı göstərilmiş, sonradan həmin protokolda texniki yanlışlıq kimi İddiaçı kimi qeyd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, belə texniki yanlışlığın aradan qaldırılması əmlakın mülkiyyətçisinin hərracla bağlı məlumatlı olması kimi qiymətləndirilməsinə əsas ola bilməz.

10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evilə bağlı açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişdən göründüyü kimi növbəti hərracın vaxtı xx.xx.2020-ci il tarixə müəyyən edilmiş və tərəflərə bildiriş həmin tarix üçün göndərilmişdir. Bununla belə iş materiallarında olan hərracın yekunları barədə 45/05 saylı protokoldan və əmlakın alqısatqı müqaviləsindən görünür ki, hərracın yekunları barədə protokol 27 noyabr 2020-ci il tarixdə, yəni növbəti hərracın keçirilməsindən əvvəl tərtib olunmuş, həmin tarixdə də alqısatqı müqaviləsi bağlanmışdır.

11. Məhkəmə mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 41, 44-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 53.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 416-cı maddələrinə is tinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 7 yanvar 2022-ci il tarixli, 2(103)-909/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hərrac 2 əsasla etibarsız sayılmalıdır. Əvvəla, hərrac ipoteka qoyana, yəni iddiaçı H.Hacibəyliyə məlumat verilmədən keç irilmişdir. İkincisi isə, əmlak təkrar hərracdan əvvəl ipoteka saxlayana – cavabdeh "xxxx" ASC-yə satılmış idi.

15. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 44-cü, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin yalnız iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizədə istinad edilən əsas üzrə, yəni təkrar hərracdan əvvəl əmlakın ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25% endirimlə satılmasına görə etibarsız hesab olunması əsası ilə təmin edilməsini xahiş etmişdir.

17. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizənin məzmunundan göründüyü kimi, hərracın yekunlarına dair protokolun və müvafiq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hərracın gedişinə dair bildirişlərin ipoteka qoyana çatıb-çatmaması əsasında deyil, məhz əmlakın ipoteka haqqında qanunvericiliyin müəyyən etdiyi qiymətdən aşağı qiymətə və təkrar hərracın keçirilməsindən əvvəl ipoteka qoyana təklif edilməsi və satılması təşkil etmişdir. Məhkəmə qətnaməsində isə iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə nəzərə alınmamış, məhkəmə faktiki olaraq iddia tələbi əsasında deyil, digər əsaslarla qətnamə çıxarmışdır. Halbuki, iddiaçı iddia tələbinin əsasının dəyişidirilməsi barədə ərizədə hərracın gedişatını və keç irilmiş ilkin və təkrar hərracı ümumiyyətlə mübahisələndirməmişdir. Apellyasiya instansiyası da qeyd olunan prosessual hüquq pozuntusunu təkrarlamış, iddia tələbindən faktiki olaraq kənara çıxmışdır.

18. Kassator şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 372.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh öd əməlidir.

21. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

23. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.3. Bir mülki iş ü zrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fak tiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-909/2022 nömrəli, 7 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar