Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3597/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-47/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə ünvan 1ndə yerləşən 1.16 ha torpaq sahəsi Məmmədov Bəxtiyar Süleyman oğlu, Cavabdeh, X1, X2, X6 və X3 ümumibirgə mülkiyyətlərinə verilmiş və bu barədə JN 615 nömrəli kodu 40808048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. 2. ünvan 1ndə yerləşən 1.8901 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 mart 2023-cü il tarixdə **********07 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən Cavabdeh (bundan sonra “cavabdeh”) çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək məqsədi ilə əraziyə gəldikdə, cavabdehin qeyd edilən torpaq sahəsinin 0.27 ha hissəsini zəbt edərək, qanunsuz istifadə etdiyinin şahidi olmuşdur. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də bir nəticəsi olmamış, cavabdeh öz qanunsuz tələblərində israrlı olaraq dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, hazırda istifadəsində olan torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Həmin torpaq sahəsinə dair sənədləşməni iddiaçı qanunsuz olaraq əldə etmişdir. İstifadəsində olan torpaq sahəsinə dair sənədləri vardır. Həmin torpaq sahəsində bağ sahəsi salmış və fərdi yaşayış evi inşa etmişdir. Buna görə də iddia rədd edilməlidir.
6. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6968 saylı rəyinə görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Uc ar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Elektron baza məlumatlarına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********07 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktfna əsasən cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Baxış zamanı cavabdehin naturada göstərdyı, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi olan 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üstüstə düşür.
8. Birinci instansiya məhkəməsində iş üzrə mütəxəssis rəyini vermiş X11 verdiyi rəyi müdafiə etdiyini bildirmişdir.
9. Cavabdeh vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının adına olan **********07 reyestr nömrəli plan ölçü sənədinin ləğv edilməsi barədə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır.
10. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmişdir.
11. Göyçay Rayon Məhkəməsinin 2(046)-1002/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********07 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən cavabdehin çıxarılması qət edilmişdir. (hakim İbrahim Fəttahov)
12. Birinci instansiya məhkəmə si ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən 1.8901 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsi cavabdehin qanunsuz istifadəsindədir.
13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.8901 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsinin cavabdehin istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəb ul edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmişdir. Həmin 1.16 ha torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələrinin dəyişdirilmə sxeminə uyğun olaraq iddiaçı nın və ailə üzvlərinin 25 ildir istifadəsindədir və torpaq sahəsində bağ salınaraq 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. Cavabdehə və ailə üzvlərimə məxsus olan 1.16 ha torpaq sahəsi bu günədək heç bir mübahisə olmadan qanuni əsaslarla 25 ildir istifadə olunmasına baxmayaraq, elektron uçot informasiya sistemində onlara məlum olmayan yerdə işlənmişdir. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X4 X5 (TEKUİS-də) aradan qaldırılması barədə cavabdehin müraciətinə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətin təmin edil məsi məqsədə müvafiqdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı ərazi idarəsinin əməkdaşları vəzifə saxtakarlığı edərək, öz vəzifə səlahiyyətlərini aşaraq cavabdehə və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir istifadə olunmasına baxmayaraq, elektron uçot informasiya sistemində onlara məlum olmayan yerdə işlənmiş, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan ölçü sənədi verilmiş, bununla da Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələbləri pozulmuşdur. İddiaçının adına tərtib edilmiş **********07 reyestr nömrəli plan ölçü sənədinin hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16saylı Ucar Ərazi İdarəsi iddiaçının adına olan **********07 reyestr nömrəli plan ölçü sənədini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiy a sisteminin məlumatlarına istinad edərək (yəni, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən cavabdeh Şəki İnzibati Məhkəməsində iddiaçının adına olan **********07 reyestr nömrəli plan ölçü sənədinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Həmçinin cavabdeh vəsatətlə rayon məhkəməsinə müraciət edərək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmə həmin vəsatəti, ümumiyyətlə, müzakirə etməmiş, qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və **********07 reyestr nömrəli plan ölçü sə nədinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunsuz olaraq işin icraatının dayandırılması barədə vəsatəti müzakirə edib təmin etməmiş, iddiaçını mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi qiymətləndirmiş, bununla da Mülki Məcəllənin 152.1-ci maddəsinin tətbiq edilməsində səhv buraxmış, yaxarıda qeyd olunan maddi hüquq normasını səhv təfsir edərək düzgün tətbiq etməmişdir. Beləliklə, cavabdehin hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla ki fayətlənmiş, bununla da MPM-in 217-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
17. Cavabdeh apellyasiya baxışında iş üzrə icraatın dayandırılması barədə yenidən vəsatət vermişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə icraat cavabdehin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Göyçay rayon Aqrarİslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X4 X5 (TEKUİS-də) aradan qaldırılması, həmin koordinatlara uyğun cavabdehin və ailə üzvlərinin adlarına Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə iddiaçının mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəsini alanadək dayandırılmışdır.
19. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-282/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə cavabdehin iddiası 0,23 ha torpaq sahəsi üzərində cavabdehin ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi hissəsində təmin edilmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-503/2024 nömrəli 03 oktyabr 2024-cü il tarixli qərarı ilə 16 saylı Ucar Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-282/2024 nömrəli, 30 may 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
21. İş üzrə icraatı təzələdikdən sonra apellyasiya instansiyası məhkəməsi tikintitexniki ekspertizası təyin etmiş, ekspert qarşıs ında müvafiq suallar, o cümlədən Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin üzərinə üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş cavabdehin faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0.23 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçülərinin, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin koordinatları və naturada ölçülərinin müəyyən edilməsi, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin koordinatları və naturada ölçüləri müəyyən edildikdən sonra həmin yaşayış evinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-c ü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsi ilə cavabdehin çıxarılması qət edilmiş 1.8901 ha torpaq sahəsinin 0,27 ha hissəsində, yaxud da Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)- 282/2024 nömrəli qərarı ilə cavabdehin ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş 0.23 ha torpaq sahəsinin üzərində yerləşməsinin müəyyən edilməsi suallar qoymuşdur.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli, 10/3641 nömrəli ekspert rəyinə əsasən: daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışa əsasən Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş cavabdehin faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0.23 ha torpaq sahəsinin, eləcə də cavabdeh tərəfindən inşa edilmiş Göyçay rayonu Kürdəmiş kəndində yerləşən fərdi yaşayış evinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olan, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən fərdi yaşayış evi Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı ilə ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş 0.23 ha torpaq sahəsinin üzərində ye rləşir.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-47/2025 nömrəli mülki iş üzrə 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1002/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman İsayev, Taleh Musayev)
24. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı üzrə verilmiş JN 615 nömrəli kodu 40808048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 1.16 ha torpaq sahəsi Məmmədov Bəxtiyar Süleyman oğlu, Cavabdeh, X1, X2, X6 və X3 üm umi birgə mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 mart 2023-cü il tarixdə verilmiş **********07 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 1.8901 ha torpaq sahəsi də iddiaçının mülkiyyətindədir. Mütəxəssis və ekspert rəylərinə görə iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir.
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması və **********07 reyestr nömrəli plan ölçü sənədinin koordi natlarının cavabdehin mülkiyyətində olan torpaq sahəsinə işlənilməsi, həmin hissədə cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olması, mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququnun olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli rəyi ilə **********07 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsinin JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi olan 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsinin **********07 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli ekspert rəyi verilərkən istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 22 avqust 2023-cü il tarixli sxemdən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən istifadə edildiyi müəyyən edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, ekspertiza tədqiqatlarının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər i ki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquq müəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilmiş, ekspertiza tədqiqatları zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə, iddiaçının mülkiyyətində olan 1.8901 ha torpaq sahəsinin 0.27 ha hissəsindən cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir.
28. Həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının, həmçinin apellyasiya baxışında təyin edilmiş ekspertiza tədqiqatının nəticələri arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/6968 nömrəli və 01 iyul 2025-ci il tarixli, 10/3641 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Halbuki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə subyektiv hüqu qun həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
31. Apellyasiya instansiya məhkəməsi “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadən göstərmişdir ki, işin halları baxmından iddiaçının hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ olmuşdur.
32. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin torpaq sahəsinin elektron uçot informasiya sistemində ona məlum olmayan yerdə işlənməsi, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan ölçü sənədi işlənməsi, iddiaçının adına plan ölçü sənədi tərtib edilərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək qeyd etməli olduğu halda bunu etməməsinə dair dəlilinə münasibətdə izah etmişdir ki, həmin məsələlər inzibati icraat qaydasında mübahisələndirilməli olan tələblərdirlər.
33. Apellyasiya instansiya məhkəməsi apellyasiya şik ayətinin cavabdehin Şəki İnzibati Məhkəməsində iddiaçının adına olan **********07 reyestr nömrəli plan ölçü sənədinin ləğv edilməsi barədə iddia qaldırması, vəsatətlə Göyçay rayon Məhkəməsinə müraciət edərək, mülki işin icraatının dayandırılmasını xahiş etməsi, lakin işə baxan Göyçay rayon Məhkəməsinin həmin vəsatəti ümumiyyətlə müzakirə etməməsinə dair dəlilinə münasibətdə göstərmişdir ki, cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti apellyasiya baxışında təmin edilmiş, hazırkı işin icraatı dayandırılmışdır.
34. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması, **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatlarını n onun mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmasına dair dəlilinə münasibətdə vurğulamışdır ki, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərardadı ilə hazırkı iş üzrə cavabdehin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16- saylı Ucar Ərazi İdarəsinə qarşı “**********07 reyestr nömrəli çıxarışın iddiaçının faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.27 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır.
35. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin üzərinə hazırkı iş üzrə cavabdehin faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0.23 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş və həmin qərar qanuni qüvvəsini almışdır.
36. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin torpaq sahəsində bağ salınması, müxtəlif növ meyvə ağaclarının əkilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin həmin məsələni mülki qaydada ayrıca icraatda mübahisələndirmək hüququ vardır.
37. Apellyasiya instansi ya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci və 3-cü hissələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, məhkəmə Mülki Məcəllənin 152.1, 155.1 və 157.1-ci maddələrinin tətbiqində səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi mülkiyyət hüququnun müdafiəsi tələbinin (torpaq sahəsindən çıxarılma) qiymətləndirilməsində yalnız formal qeydiyyat çıxarışına əsaslanmış, faktiki mülkiyyət və istifadə hüquqlarını — yəni 25 ildən artıq müddət ərzində ailə tərəfindən istifadə edilən 1,16 ha torpaq sahəsinin faktiki sərhədlərini — qiymətləndirməmişdir. Halbuki mübahisənin əsasını torpaq islahatı qərarları (AİK-nin 1998-ci il 41 saylı qərarı, JN-615dövlət aktı və DVJ planları) təşkil edir və bu sənədlərdən doğan hüquqlar mülkiyyətin faktiki həyata keçirilməsi formasında müdafiə olunur.
40. Apellyasiya instansiyası torpağın sərhədləri və yerləşməsi ilə bağlı inzibati orqan tərəfindən buraxılmış texniki uyğunsuzluqları aradan qaldırmaq səlahiyyətini məhkəmənin öz üzərinə götürərə k, inzibati qərarların nəticəsini gözləmədən mülkiyyət hüququ barədə yekun qərar qəbul etmişdir. Halbuki bu məsələ yerquruluşu qaydasında TEKUİS sistemində düzəlişlə həll edilməli, inzibati orqanın hərəkətsizliyi qiymətləndirilməli idi.
41. Qətnamədə daşınmaz əmlakın Dövlət Reyestri çıxarışı hüquq yaradan sənəd kimi qəbul edilmiş, halbuki o yalnız hüququ təsdiq edir. Hüquq yaradan əsas — torpaq islahatı qərarı və dövlət aktıdır. Bu fərqin nəzərə alınmaması nəticəsində məhkəmə faktiki sərhəd ziddiyyətini hüquqi sərhəd kimi qiymətləndirmiş, nəticədə mübahisənin mahiyyətinə uyğun olmayan nəticəyə gəlib.
42. İş materiallarından görünür ki, 1,16 ha torpaq sahəsi ümumi birgə ailə mülkiyyətinə məxsusdur. Qətnamə bu faktı qiymətləndirmədən yalnız formal reyestr çıxarışına istinad etməklə qərar çıx armış, digər payçıların (ailə üzvlərinin) hüquqlarını nəzərə almamışdır. İş materiallarından aydın olur ki, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının (AİK) 1998-ci il tarixli qərarına əsasən ailənin ümumi birgə mülkiyyətinə ayrılmış və JN-615 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bu sənədlər hüquq yaradan aktlardır, yəni mülkiyyət hüququ həmin qərarla yaranmışdır, Dövlət Reyestri çıxarışı isə sadəcə hüququ təsdiq edən sənəddir. Apellyasiya məhkəməsi bu hüquqi fərqi nəzərə almadan, yalnız formal çıxarışa istinad etmiş, AİK-in qərarını və dövlət aktının hüquqi qüvvəsini qiymətləndirməmişdir. Bu isə Mülki Məcəllənin 152.1 və TM-101 maddələrinin tələblərinə ziddir, çünki mülkiyyət hüququnun yaranması “qeydiyyat aktı” deyil, “hüquq müəyyənedici qərar” ilə baş verir. Mübahisəl i 0,27 ha hissə 25 ildən artıqdır ki, cavabdeh tərəfindən faktiki istifadə olunur, burada bağ salınmış, meyvə ağacları əkilmiş, torpaq davamsız və ictimai məqsədli deyil. Sərhədlərin TEKUİS və DVJ məlumat bazasında texniki uyğunsuzluğu dövlət orqanlarının məsuliyyətində olan məsələdir. Şəki İnzibati Məhkəməsinin qərarından da görünür ki, bu uyğunsuzluğun yerquruluşu qaydasında aradan qaldırılması üçün inzibati iş icraatda olmuş, lakin apellyasiya məhkəməsi həmin inzibati işin nəticəsini gözləmədən torpağın çıxarılmasına dair nəticə çıxarmışdır. Bu isə maddi hüququn düzgün tətbiq edilməməsi ilə yanaşı, faktiki hallar tam müəyyən edilmədən hüquqi nəticəyə gəlmək deməkdir. Mübahisəli torpaq 1,16 ha olmaqla ümumi birgə mülkiyyət şəklində ailə üzvlərinə məxsusdur. Apellyasiya instansiyası ümumi birgə mülkiyyət anlayışını (MM 214 və 215) nəzərə almadan, yalnız bir şəxsin adından verilmiş çıxarışa istinad etmişdir. Halbuki bu mülkiyyət növü bütün ailə üzvlərinə aiddir və birinin payı üzərində qərar çıxarılması digərlərinin hüquqlarına birbaşa toxunur. Bu baxımdan, tərəf tərkibinin natamamlığı həm maddi, həm prosessual, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs qanunla müəyyən olunmuş əsaslar istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi mülkiyyətin dövlət orqanının texniki səhvindən doğan ziddiyyət səbəbindən itirilməsinə şərait yaradıb. Bu isə Avropa Konvensiyanın 1 saylı Protokoluna zidd olmaqla, Konstitusiyanın 29-cu maddəsində təsbi t edilmiş toxunulmazlıq prinsipini pozur.
43. İş materiallarında torpaq sahəsinin 25 ildən artıq müddətdə faktiki olaraq cavabdeh tərəfindən becərildiyi, bağ salındığı, sahənin sərhədlərinin dəyişdirilmədiyi sübuta yetirilir. Bu hal mülkiyyət hüququnun faktiki həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası isə bu faktiki vəziyyəti nəzərə almadan yalnız formal sənədlərə əsaslanıb. Bu isə həm maddi hüquq, həm də Konstitusiyanın 29-cu maddəsindəki mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüququnun toxunulmazlığı prinsipi, habelə Avropa İnsan Hüquqları və X8 haqqında Konvensiyanı n 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna hörmət prinsipi pozulmuşdur. Apellyasiya instansiyası iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, yaxud tətbiq edilməli olan maddi hüquq normalarını ümumiyyətlə tətbiq etməmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrində təsbit olunmuş mülkiyyət hüququnun məzmunu və müdafiə formalarını, Mülki Məcəllənin 14.2.6-cı maddələrində əks olunan qanunçuluq, ədalətlilik və bərabərlik prinsiplərini, eləcə də Torpaq Məcəlləsinin 101 və 111-ci maddələrində nəzərdə tutulan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, torpaqdan qanuni istifadə və torpaq hüquqlarının müdafiəsi qaydalarını doğru tətbiq etməmişdir. Bu pozuntular nəticəsində məhkəmə faktiki istifadə və mülkiyyət hüququ arasındak ı ziddiyyətin hüquqi mahiyyətini qiymətləndirməmiş, mülkiyyət hüququnun dövlət orqanlarının texniki səhvi səbəbindən məhdudlaşdırılmasına şərait yaratmış, bununla da cavabdehin mülkiyyət hüququnun mahiyyətinə toxunmuşdur. Başqa sözlə, apellyasiya instansiyası tərəfindən qanunla tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, mübahisənin həlli zamanı mülkiyyətin faktiki həyata keçirilməsi, yerquruluşu sənədlərindəki uyğunsuzluqların inzibati qaydada aradan qaldırılması və ümumi birgə mülkiyyət prinsipi tam şəkildə nəzərə alınmamışdır. Nəticədə, qətnamə qanunun aliliyi, mülkiyyət hüququnun qorunması və ədalətli məhkəmə araşdırması prinsiplərinə zidd qəbul edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş eksp ert və mütəxəssis rəylərinə istinad etmiş, lakin həmin rəylərin qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 97.1 və 101.1-ci maddələrinə əsasən, ekspert və ya mütəxəssis rəyinin hüquqi qüvvəyə malik olması üçün: ekspert məhkəmə tərəfindən təyin edilməli; rəy iş materialları və müvafiq sənədlər əsasında, məhkəmə suallarına cavab olaraq hazırlanmalıdır. İş materiallarından görünür ki, təqdim edilən plan-ölçü və yerquruluşu rəyləri nə məhkəmənin tapşırığı ilə təyin edilmiş, nə də məhkəmənin müəyyən etdiyi suallara cavab şəklində hazırlanmışdır. Belə rəylər xüsusi bilik daşıyan şəxsin sadəcə izahatı xarakteri daşıyır və MPM-in 97.2 və 101.4-cü maddələrinə görə sübut sayılmamalıdır. Rəylərdə torpaq sahəsinin TEKUİS və DVJ məlumat bazasındak ı koordinatları əsas götürülmüş, lakin Aqrar İslahat Komissiyasının qərarları, JN-615 dövlət aktı, 1998-ci il bölgü planı və faktiki istifadə vəziyyəti nəzərə alınmamışdır. Bu isə rəyin işin predmetinə aid olmamasını göstərir. Belə rəy əsasında hüquqi nəticə çıxarılması MM157.2 və TM-111.2 maddələrinin mənasına da ziddir, çünki torpaq hüququ faktiki istifadə və hüquq müəyyənedici sənədlər əsasında müəyyən olunur. İşdə təqdim edilmiş bir neçə mütəxəssis rəyi arasında sərhədlərin koordinatları və sahənin ölçüsü baxımından uyğunsuzluq mövcuddur. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyəti aradan qaldırmaq üçün kompleks yerquruluşu ekspertizası təyin etməli olduğu halda, sadəcə bir rəyə formal istinadla qərar çıxarmışdır. Bu isə MPM-in 88 və 97-ci maddələrinin, həmçinin Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 14-cü bəndinin tələblərinə ziddir — həmin qərara əsasən, “əgər iş üzrə təqdim edilən mütəxəssis rəyləri arasında ziddiyyət mövcuddursa, məhkəmə onları qiymətləndirmədən yekun nəticəyə gələ bilməz, zəruri hallarda yeni kompleks ekspertiza təyin etməlidir”. Təqdim edilən rəyin müəllifi işdə tərəflərdən biri ilə xidməti əlaqədə olan şəxs olmuş, bu da onun obyektivliyinə şübhə yaradır. MPM-in 101.2 maddəsinə görə, ekspert və mütəxəssis rəyinin hüquqi qüvvəsi yalnız tərəfsiz şəxs tərəfindən verildiyi halda tanınır. Belə şəxs tərəfindən verilən rəy sübut kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qanunsuz və ziddiyyətli ekspert rəylərinə istinad etməklə qətnaməsini əsaslandırmış, lakin bu rəylərin etibarsız və hüquqi qüvvədən məhrum olm ası səbəbindən qətnamə MPM-in 217 və 218-ci maddələrinin tələblərinə cavab vermir. Başqa sözlə, qanunsuz rəyə əsaslanan qətnamə qanuni və əsaslı hesab oluna bilməz.
45. Cavabdeh tərəfindən icraatın dayandırılması barədə verilmiş vəsatət, ümumiyyətlə, müzakirə edilmədən rədd edilmiş, halbuki həmin anda Şəki İnzibati Məhkəməsində eyni torpaq üzrə yerquruluşu və TEKUİS uyğunsuzluqları ilə bağlı inzibati iş icraatda idi. hələdə inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minməmişdir. Bu, faktiki halların tam müəyyənləşdirilməsinə mane olmuş və nəticənin obyektivliyini şübhə altına almışdır.
46. İş üzrə təqdim edilmiş mütəxəssis rəyləri və plan-ölçü sənədləri bir-biri ilə ziddiyyət təşkil etsə də, apellyasiya instansiyası bu ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmiş, ekspert iza təyin etməmiş və sübutları hərtərəfli qiymətləndirməmişdir.
47. Torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan, digər payçılar da işə cəlb edilməli idi. Bu, edilmədiyindən qətnamə prosessual baxımdan da natamamdır.
48. İşə baxmış Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, ş ikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
51. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
55. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
56. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.
58. İşin müəyyən edilən hallarına görə də iddiaçıya məxsus 1,8901 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0,27 ha hissəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və həmin hissədən çıxmır.
59. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
60. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 24-36-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
61. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəylərini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
62. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 152.1, 155.1 və 157.1-ci maddələrinin tətbiqində səhvə yol verilməsini bildirmişdir.
63. Məhkəmə kollegiyası bu dəlillə bağlı izah edir ki, cavabdehin istinad etdiyi bu normalar mülkiyyət hüququ və onun müdafiəsi ilə bağlıdır.
64. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınm az əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
65. Hazırki işdən də görünür ki, cavabdehin istifadəsində olan 0,27 ha torpaq sahəsi məhz iddiaçının mülkiyyətində olan 1,8901 ha torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdehin isə mübahisəli 0,27 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmayıb. Buna görə də iddiaçıya münasibətdə Mülki Məcəllənin 152.1, 155.1 və 157.1-ci maddələrinin tətbiqi düz olmuşdur. Eləcə də həmin maddələrə istinadən 0,27 ha torpaq sahəsinə cavabdehin mülkiyyət hüquqlarının olması da istisna edilir.
66. Başqa sözlə, cavabdehin kassasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 152.1, 155.1 və 157.1-ci maddələri iddiaçının hüquqlarını qoruyur.
67. Aapellyasiya instansiyası məhkəməsinin yalnız formal reyestr çıxarışına istinad etməklə qərar çıxarması barədə kassasiya şikayətinin dəlilləri də eyni əsasla qəbul edilən deyil. Belə ki, yuxarıda da göstərildiyi kimi, qanunvericilik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasını təsbit etmişdir. 68. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdiri lir.
69. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasını və bu hüququn dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini müəyyən edib. Belə olan halda, həmin çıxarışın mülkiyyət hüququnu təsdiq edən sənəd kimi nəzərə alınmalı olmaması barədə kassasiya şikayətinin dəlilləri əsasızdır. Əksinə, çıxarışın nəzərə alınmaması qeyd edilən maddi normalarının pozuntusu sayılardı.
70. Məhkəmə kollegiyası bu dəlillə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmla kın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
71. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş ekspert və mütəxəssis rəylərinə istinad etməsi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyi ilə yetərlənməmiş, özü də tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında əlavə suallar qoyaraq müvafiq rəy almı ş və iddianın təmin olunmalı barədə nəticəyə gələrkən həmin rəyi də nəzərə aldığını göstərmişdir. Üstəlik, cavabdeh alınmış son ekspert rəyinə apellyasiya baxışında hər hansı etiraz bildirməmişdir.
72. Torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasına baxmayaraq, digər payçıların da işə cəlb edilməli olması barədə dəlil də əsaslı deyil. Çünki işdən görünür ki, digər payçılara münasibətdə onların hüquq və mənafeyinə toxunan hər hansı qərar qəbul edilməyib.
72. Cavabdeh tərəfindən icraatın dayandırılmasına dair verilmiş vəsatətin, ümumiyyətlə, müzakirə edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlil iş materialları təkzib edilir. Belə ki, işdən görünür ki, cavabdehin bu barədə iki vəsatəti olmuş, apelyasiya baxışında bir dəfə icraat dayandırılmış, dayandırmaya əsas olan hal aradan qalxandan sonra icraat təzələnmişdir. İcraatın ikinci dəfə dayandırılması barədə vəsatəti isə apellyasiya instansiyası məhkəməsi 12 avqust 2025-ci il tarixli ayrıca qərardadla təmin etməmiş, bunu da vəsatətdə göstərilən halların işin icraatının dayandırılmasına əsas verməməsi ilə əsaslandırmışdır.
73. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-47/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədə