Məhkəmə qərarları › İş №2(102)-3598/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3598/2020

04.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3598/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əmlakların qaytarılması Açar sözlər: qızıl-zinət əşyaların qaytarılması tələbi, sübutetmə yükü, işdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçı Əkbərova (Feyziyeva) Reyhan Süleyman qızının, onun vəkili X2, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-400/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Əkbərova (Feyziyeva) Reyhan Süleyman qızı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx xxx 2017-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan bir uşaq - xx.xx.2018-ci il təvəllüdlü Musa anadan olmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 7 adda cəmi qiyməti 3260 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və ailəsi ilə münasibətlər kəskinləşdiyi üçün o, azyaşlı uşağını da götürüb evdən çıxmışdır. Başqa sözlə, evdən cavabdeh və ailəsi tərəfindən dava-dalaş zamanı qovulmuşdur. Hazırda valideynlərinin evində yaşayır. Evdən dava-dalaşla çıxdığı üçün ona məxsus qızıl-zinət əşyalarını götürə bilməmişdir. Həmin əşyalar bunlardır: qızıl-nişan üzüyü əyarı 750, çəkisi 8 qram, qiyməti 680 manat; qızıl tək gül üzük, əyarı 583 çəkisi 3 qram qiyməti 200 manat; qızıl tək qaş üzük əyarı 583, çəkisi 3 qram qiyməti 260 manat; qızıl komplekt üzük sırğa əyarı 583, çəkisi 7 qram qiyməti 560 manat; qızıl boyunbağı əyarı 583 çəkisi 17 qram qiyməti 850 manat; qızıl kulon əyarı 583 çəkisi 4 qram qiyməti 360 manat; qızıl qolbaq əyarı 583 çəkisi 7 qram qiyməti 350 manat. Hazırda həmin əşyalarını tələb etməyinə baxmayaraq, cavabdeh əşyalarını ona qaytarmaqdan imti na edir. Halbuki, həmin əşyalar ona məxsusdur və cavabdeh həmin əşyaları saxlamaqda haqlı deyildir və həmin əşyalar məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, yaşadıqları az bir müddət ərzində iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən bir-birilərini başa düşməmişlər və ailə münasibətləri tədricən pozulmuşdur. İddiaçı gedəndə özünə məxsus bəzi əşyalarını və iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Birlikdə yaşadıqları zaman iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını həmişə üzərində gəzdirmiş və özü saxlamışdır. İddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının iddiaçıya alınmasını və həmin qızıl-zinət əşyalarının iddiaçının istifadəsində olmasını inkar etmir. Lakin, iddiaçı birgə yaşadığı mənzili könüllü tərk edərkən özünə məxsus şəxsi əşyalarını və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hesab edir ki, iddiaçının iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. İşə baxılarkən məhkəmə tərəfindən iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmişdir. Həmin ekspertizanın xx.xx.2019-cu il tarixli, 22052 saylı rəyi əsasında müəyyən edilmişdir ki, qeyd olunan qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiymətləri-8 qram çəkidə 750 əyarlı nişan üzüyü-680 manat, 3 qram çəkidə 583 əyarlı tək gül üzük 180-manat, 3 qram çəkidə 583 əyarlı tək qaş üzük-180 manat, 7 qram çəkidə 583 əyarlı komplekt üzük-420 manat, 17 qram çəkidə 583 əyarlı boyunbağı-1020 manat, 4 qram çəkidə 583 əyarlı klon-240 manat, 7 qram çəkidə 583 əyarlı qolbaq-420 manat, ümumi dəyəri təxminən 3140 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5756/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus və ekspert rəyində nəzərdə tutulan dəyərdə olan 7 adda qızıl-zinət əşyasının, qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-400/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanu ni və əsaslı hesab edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi qızıl-zinyət əşyalarının cavabdehlə aralarında olan toy və nişan mərasimlərində ona hədiyyə olunması iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Ona görə də məhkəmələr iddia ərizəsində sadalanan qızıl-zinyət əşyalarının tərəflər arasında olan toy-nişan ərəfəsində iddiaçıya hədiyyə olunmaqla, ona məxsus olmasını işin mübahisələndirilməyən halı kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh yalnız iddiaçının birgə yaşadıqları evdən gedərkən həmin əşyaları özü ilə apardığına istinad etsə də, məhkəməyə qeyd olunan halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin d əlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X3)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9, 14, 77.1-ci madələrinin tələblərinin pozulması ilə çıxarılmışdır. Məhkəmələr öz istəyinə görə sübutetmə yükünü bölüşdürə, tərəfləri işin hallarını sübutetmə yükündən azad edə bilməz. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdilər və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh şikayət vermiş, kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədə k ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Ailə Məcəlləsi Maddə 34 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesab ına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasın ı təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş ə mlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, evdən cavabdeh və ailəsi tərəfindən dava-dalaş nəticəsində qovulmuş, tələb olunan əmlaklar cavabdehdə qalmışdır. Cavabdeh iddiaya etiraz edərək iddiaçının gedəndə əşyaları özü ilə apardığını, onları həmişə üzərində gəzdirdi yini və özü saxladığını və birgə yaşadıqları mənzili könüllü tərk etdiyini bildirmişdir. İşə baxmış məhkəmələr prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarına zidd olaraq belə qənaətə gəlmişlər ki, cavabdeh iddiaçının birgə yaşadıqları evdən gedərkən həmin əşyaları özü ilə apardığını sübut edə bilmədiyi üçün iddia qismən təmin olunmalıdır. Ona görə də qətnamə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.2 77.1, 88-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-400/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar