Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3598/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-804/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti nə 16 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair 02U/23 nömrəli standart şərtlər müqaviləsinə əsasən Bank Cavabdeh xx.xx.2024-cü il tarixdə illik 29% ödəmək şərti xx.xx.2029-cu il tarixədək 19.100 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Cavabdeh x x.xx.2024-cü il tarixində ərizə-anket imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. 3. xx.xx.2024-cü il tarixli 432 nömrəli məxaric orderinə əsasən Cavabdeh hesabında olan vəsaitdən 17.500 manat məbləğində vəsait nağd olaraq ödənilmişdir.
4. Cavabdeh "xxxx" KB ASC-də olan 87nkSHEKb/24 saylı kredit müqaviləsi üzrə hesabından xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il yarixə qədər dövr üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2024-cü il tarixində 19.100 manat kredit vəsaiti verilmiş, qeyd olunan məbləğdən həmin tarixdə kredit verilməsinin xidmət haqqı və komission (RİTEYL) kredit prosedur haqqı kimi 764,0 manat, kredit vəsaitinin nağdlaşdırma komiss iyası – RETAİL nağd vəsaitin çıxarılmasına görə 191 manat, "xxxx" KB ASC üzrə kredit müraciəti üzrə komissiya kimi 5 manat tutulmuş, 18.140,00 manat onun kartına köçürülmüşdür. Həmçinin hesabda qalan 640 manat xx.xx.2024 tarixdə müqavilə üzrə faiz ödənişi üçün akseptsiz silinmişdir. Cavabdeh tərəfindən qeyd olunan müddət ərzində kredit borcuna görə müxtəlif məbləğlərdə ödənişlər edilmiş, cəmi dövriyyə üzrə kredit qalığı 22.328,82 manat təşkil etmişdir.
5. Bank tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, Bank Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam şəkildə 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qay tarılması üçün çəkilən xərclərin tam həcmdə qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 6. “X1” ASC-nin Problemli kreditlər üzrə Baş İnzibatçısı tərəfindən təqdim edilmiş 8 mart 2025-ci tarixli maliyyə arayışına əsasən Cavabdeh 87nkSHEKb/24 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 18.497,20 manat əsas borcu, faiz üzrə 3.766,94 manat borcu, cərimə üzrə 101,50 manat borcu olmaqla, cəmi 22.365,64 manat məbləğində kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət dərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 18.497,20 manat əsas, 3.766, 94 manat faiz və 101,50 manat cərimə olmaqla, cəmi 22.365,64 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 157,50 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bankın xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair Standart Şərtlər əsasında Bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixinədək illik 29% ödəmək şərt ilə 19.100 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla Bankın rəsmi internet səhifəsində (www.unibank.az) xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair Standart Şərtlər ilə tanış olduğunu və onun bü tün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair Standart Şərtlərin 17.11-ci bəndinə əsasən Müştəri “kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə borc alana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, krediti 2024-cü ilin yanvar ayında götürmüşdür. 620 manat pul ödəmişdir. Pensiyaya çıxdığına görə krediti ödəyə bilməmişdir. O, krediti götürəndə bildirmişdir ki, ödənişi az-az ödəyəcək. Əlinə 17.500 manat pul almışdır. Pulu evin təmiri üçün götürmüşdür. 530 manat məbləğində pensiya alır, hər ay 50 manat ödəyə bilər. Borcu ödəyəcəkdir, sa dəcə borcun ödənməsi üçün ona imkan verilməsini xahiş edir.
10. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(033)-648/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin edilərək, cavabdehdən 18.497,20 manat məbləğində əsas məbləğ üzrə borc, 3.766,94 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu və 101,50 manat cərimə olmaqla, cəmi 22.365,64 manat borcun tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Bank tərəfindən cavabdehə kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2023-cü il tarixli ümumi oferta müqaviləsinin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərin i pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, Bank qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
12. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ümumi oferta müqaviləsinə əsasən 18.497,20 manat əsas borc məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
13. Məhkəmə hesab etmişdir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər.
14. Bu səbəbdən də, məhkəmə ca vabdehdən xx.xx.2023-cü il tarixli ümumi oferta müqaviləsinə əsasən 3.766,94 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir.
15. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən iddiaçı Bankın cavabdehə qarşı hazırkı iddia tələbinin 101,50 manat məbləğində cərimənin ödənilməsi hissəsi də qanuni və əsaslıdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 448, 458, 462, 465, 739, 741-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh apell yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bank iddia tələbində Bankın xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair Standart Şərtlər əsasında iddiaçı Bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixinədək illik 29% ödəmək şərti ilə 19.100 manat məbləğində kredit verildiyi qeyd edilmişdir. Halbuki, birinci instansiya məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə məxaric orderi əsasında Bankın kassasından cəmi 17.500 manat məbləğində pul almışdır. Bundan sonra, 4-5 ay kreditini ödəmiş, sonrakı aylarda ödənişləri gecikdirm işdir. Lakin birinci instansiya məhkəməsi iddiaçı Bankın öz iddia tələbinin əsası kimi istinad etdiyi bu halı, yəni Bank tərəfindən ona 19.100 manat məbləğində kreditin ayrılmasına dair razılaşmanı və həmin məbləğin ona verilməsinə dair sübutların olub-olmamasını araşdırmadan iddia tələbini tam təmin etmişdir. Buna görə də, məhkəmənin sözügedən qətnaməsinin əsassız və qanunsuz olduğunu hesab edir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-804/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə mü nasibətdə dəyişdirilmədən sаxlаnılmışdır.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz iddiasını əmlakın onun mülkiyyətində olması ilə əsaslandırır və göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə apellyasiya şikayəti versə də, göstərdikləri işdə olan sənədlər ilə sübut olunmamaqla, onun tərəfindən sonradan da məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 448, 458, 462, 465, 739, 741-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 24.1, 372.6, 372.7, 384.0.1 və 402-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (vəkili Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən əsas borcun kassa məxaric orderində qeyd olunduğu kimi 17.500 manat yox, 19.100 manat olması qənaətinə gəlmələrini öz qətnamələrində əsaslandırmamış, bu ziddiyyətə münasibət bildirməmişdirlər. Belə olan halda dolayısı ilə hesablanmış faizlər və cərimə də düzgün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgü zar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
31. Maddə 445.2.1. öhdəliyin onun icra sı üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit mü qaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifad ələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində c avabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Bu ba xımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərə təkrar hüquqi qiymət verilməsinə lüzum yoxdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun ola raq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-804/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.