Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-36/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)4260/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03 oktyabr 2009-cu il tarixdə Azər baycan Respublikasının Naxçıvan şəhərində keirilmiş Türkdilli Ölkələrin: Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikasının Dövlət Başçılarının İX Zirvə Toplantısında beynəlxalq təşkilat- X3 Şurasının yanında Cavabdeh yaradılması haqqında qərar qəbul etmişlər. 2. 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərində keçirilmiş X8 Başçılarının X Zirvə Toplantısında sözügedən Qərarın dəstəklənməsi nəzərə alınaraq, aşağıdakılar barədə razılığa gəlmişlər: Tərəflər beynəlxalq təşkilat- X3 Şurası yanında Cavabdeh yaradırlar. 3. 23 avqust 2012-ci il tarixdə X9 Başçıları tərəfindən Cavabdeh Nizamnaməsi Qırğız Respublikasının Bişkek şəhərində imzalanmışdır. 4. “Cavabdeh Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli, 482-İVQ nömrəli Qanunu ilə 23 avqust 2012-ci il tarixdə Bişkek şəhərindən imzalanmış Cavabdeh Nizamnaməsi təsdiq edilmişdir. 5. “Nizamnamə”nin 1-ci maddəsində göstərilir ki, tərəflər, yəni Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikasının hökumətləri beynəlxalq təşkilat- X3 Şurası yanında Cavabdeh yaradırlar. 6. “Nizamnamə”nin 2-ci maddəsində qeyd olunur ki, Fond- türk mədəniyyəti və irsini fəaliyyət, layihə və proqramların dəstəklənməsi və maliyyələşdirilməsi vasitəsi ilə qoruyur, öyrənir və təşviq edir. 7. “Nizamnamə”nin 4-cü maddəsində Fondun strukturu olan Fondun Şurasından və Fonda rəhbərlik edən Prezidentdən bəhs olunur və orada göstərilir ki, Şura hər tərəfdən bir nümayəndə olmaqla təşkil olunan nəzarət orqanıdır. Şura Fondun fəaliyyətinin nizamnamə məqsədlərinə uyğun şəkildə həyata keçirilməsinə, həmçinin qəbul edilən qərarların icra edilməsinə nəzarət edir. Prezident Fondun rəhbəridir, ona vəzifələrini icra etməkdə Katiblik yardım edir. X12 Şurasının təklifi əsasında Tərəflərin rəsmi adlarının ingilis əlifbası ardıcıllığı üzrə rotasiya qaydasında Tərəflərin vətəndaşları arasından X18 Başçıları Şurası tərəfindən növbəti müddətə uzadılma imkanı ilə dörd il müddətinə təyin edilir. İlk Prezident Azərbaycan Respublikası vətəndaşları arasından təyin ediləcəkdir. Katiblik Tərəflərin vətəndaşlarından ibarət olacaq və Fondun Prezidenti tərəfindən təyin olunacaqdır. X6 öhdəliklərinin beynəlxalq xarakterinə hörmət etməlidir. Fondun yerləşmə yeri Azərbaycan Respublikasının Bakı şəhəridir. Fondun Prezidenti Azərbaycan Res publikası Hökuməti ilə yerləşmə ölkəsi haqqında saziş bağlayacaqdır. 8. 08 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Hökuməti ilə Cavabdeh arasında yerləşmə ölkəsi haqqında saziş imzalanmışdır. 9. “Azərbaycan Respublikası Hökuməti ilə Cavabdeh arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, 1458-VQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Cavabdeh arasında yerləşmə ölkəsi haqqında” 08 noyabr 2018-ci il tarixdə imzalanmış Saziş təsdiq edilmişdir. 10. “Saziş”in 4-cü maddəsində göstərilir ki, Fond- beynəlxalq hüquqi subyektliliyə malikdir. Azərbaycan Respublikasının milli qanunverciliyi və “Saziş”ə uyğun olaraq Fond Azərbaycan Respublikası sərhədləri çərçivəsində: a) müqavilələr bağlamaq; b ) əmlak əldə etmək və ona dair sərəncam vermək; c) məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış etmək; d) hesablar açmaq və nağd köçürmələr etmək hüquq qabiliyyətinə malikdir. 11. “Saziş”in 5-ci maddəsinə görə, Fond aşağıda göstərilən hallar istisna olmaqla, öz funksiyalarına aid hər hansı formada məhkəmə icraatından immunitetə malikdir: a) dəymiş ziyan sığorta ilə ödənilə bilmədiyi halda Fonda məxsus və ya onun adından idarə olunan nəqliyyat vasitəsinin törətdiyi qəzadan irəli gələn mülki iddia; b) Fondun və ya onun heyət üzvlərinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş ölüm və ya fərdi xəsarətdən irəli gələn mülki iddia. 12. “Saziş”in 5.2-ci maddəsində göstərilir ki, tərəflərin Xarici İşlər Nazirlərinin Şurası bu immuniteti ləğv etmək barədə qərar qəbul edə bilər, üm munitetin ləğvi əmlakın müsadərəsi və ya ekspropriasiyası üzrə istənilən tədbir üçün əsas ola bilməz. 13. 16 oktyabr 2023-cü il tarixdə Cavabdeh X2 ilə İddiaçı arasından bağlanmış əmək müqaviləsinə əsasən, sonuncu 15 oktyabr 2026-cı il tarixədək, üç il müddətinə Fonda “əsas maliyyə meneceri” vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsində hər ay ödəniləcək əmək haqqı 5.117,34 manat; iş vaxtı həftə ərzində 40 saat; hər növbəti iş ili üçün məzuniyyət müddəti 30 təqvim günü müəyyən edilmişdir. 14. 16 oktyabr 2023-cü il tarixdə Cavabdeh X1 E/04 saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış 16 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişinə əsaslanaraq, əmr edilmişdir ki, 09 oktyabr 2023-cü il tarixli əmrlə ştatın yarı bölünməsi ilə əlaqədar sistem üzrə yeni ştat yaradılmış, İddiaçı 16 o ktyabr 2023-cü il tarixdən Türk Mədəniyyəti və İrsi Fonudunun maliyyə meneceri vəziyəsinə təyin edilmiş, onun aylıq vəzifə maaşı 5.117,34 manat, sınaq müddəti isə üç ay olaraq müəyyən edilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı işə qəbul barədə ərizəsi və 16 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi göstərilmişdir. 15. 26 dekabr 2023-cü il tarixdə Cavabdeh Prezidenti Aktoty Raimkulovanın imzaladığı əmrə əsasən, Aparat rəhbərinin ərizəsi; X20 üzrə Qaydalar; rəsmi iş saatları zamanı işdə olmamaması; əmək müqaviləsi üzrə sınaq müddətinin müvəffəqiyyətlə bitməməsi; əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi; X20 üzrə Qaydalara əsasən düzgün olmayaraq işə qəbul edilməsi əsas tutularaq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 dekabr 2023-cü il tarixdən xitam ver ilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 dekabr 2023-cü il tarixli nömrəsiz əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi əsasında cavabdehə üç il müddətinə maliyyə meneceri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin 26 dekabr 2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən azad olunmasına bilavasitə əsas kimi, sınaq müddətini müvəffəqiyyətlə bitirməməyi, əmək müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməməyi və X20 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbul olunmağı göstərilmişdir. Lakin əmrin Əmək Məcəlləsinin hansı maddəsinə əsasən ləğv edildiyi göstərilməmişdir. Halbuki Cavabdeh ilə bağlanmış əmək müqaviləsində də aralarındakı münasibətlərin məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimləndiyi qeyd olunmuşdur. Qeyd etmişdir ki, onun himayəsində bir övladı var. Yəni Əmək Məcəlləsinə əsasən ona sınaq müddəti tətbiq edilmir. Bundan cavabdeh təşkilat xəbərdardır və onun övladını 20000 manat məbləğində sığorta da etdirmişdir. Əmrin digər əsası onun əmək funksiyalarını lazımı qaydada yerinə yetirməməyidir. Bununla bağlı qeyd etmişdir ki, o, əmək funksiyalarını lazımı qaydada yeri nə yetirmiş və işlədiyi müddətə onun barəsində 1 dəfə belə olsun intizam tənbeh tədbiri tətbiq olunmamış, hətta xəbərdarlıq belə edilməmişdir. İddiaçı əmrin bu arqumentini də əsassız hesab etmişdir. Əmrin digər əsası düzgün olmayan işə qəbul proseduru olmuşdur.Bu halın ona ümumiyyətlə aidiyyəti yoxdur. Fond öz qaydalarına riayət etməyə və işçilərin əmək hüquqlarına hörmət etməyə borcludur. Əgər fond onu ixtisara salmaq istəyirdisə, bildirişi ona 25 dekabr 2023-cü il tarixdə deyil, azı 14 gün əvvəlcədən xəbərdar etməli idi. 25 dekabr 2023-cü il tarixdə xəbərdarlıq edib, 26 dekabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam vermək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə ziddir. Həmçinin işçilərin peşəkarlıq səviyyəsi belə yoxlanılmamışdır. İddiaçı qeyd etmişdir ki, qeyri-müəyyən əsasla on un işdən çıxarılması əmək hüquqlarının kobud şəkildə pozulmasıdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqavilənə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmrin forma məzmunu qanunvericiliyin tələblərinə uyğun olmamış, həmçinin əmrin nömrəsi də olmamışdır. Bütövlükdə xx.xx.2023-cü il tarixli nömrəsiz əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir.
18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(009)-723/2024 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilərək, işəgötürənin 26 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə maliyyə meneceri vəzifəsinə bərpa olunması və ona məcburi işbur axmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə maliyyə meneceri vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 16 oktyabr 2023-cü ildən 15 oktyabr 2026-cı il tarixədək 3 il müddətinə bağlanmışdır. İşəgötürənin 26 dekabr 2023-cü il tarixli əmri ilə rəsmi iş saatları zamanı işdə olmaması, əmək müqaviləsi üzrə sınaq müddətini müvffəqiyyətlə bitirməməsi, əmək müqaviləsinə əsasən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, habelə X20 üzrə Qaydalara əsasən düzgün olmayaraq işə qəbul edilməsi nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
20. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək m üqaviləsinin ləğv edilməsi barədə işəgötürənin 26 dekabr 2023-cü il tarixli əmri əmək qanunvericiliyiynin tələbləri pozulmaqla verilmişdir. Belə ki, qeyd olunan əmrdə iddiaçının bir neçə əsasla işdən çıxarılması göstərilmiş, eləcə də, Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad olunmamışdır.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə zidd olaraq işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb olunmamışdır. Ümumiyyətlə iddiaçı barəsində xidməti yoxlama aparılmamış və yol verdiyi ehtimal edilən nöqsanlar barədə onun fikri dinlənilməmişdir.
22. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddiaçının yol verdiyi pozuntular barədə ona xəbərdarlıq edilməsi, iddiaçıdan bu barədə yazılı iz ahat alınması və ya onun izahat verməkdən imtina etməsi, habelə yol verdiyi pozuntularla bağlı iddiaçı barəsində xidməti yoxlama aparılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada bağlanmış 16 oktyabr 2023-cü il tarixli əmək müqaviləsində iddiaçının sınaq müddəti olmadan işə qəbul edildiyi göstərilsə də, iddiaçının 3 yaşınadək bir uşağı olduğu halda, qanunun normalarının tələblərinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır ki, işəgötürənlə işçilər arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
24. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin 26 dekabr 2023-cü il tarixli əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Ona görə də iddiaçının mübahisələndirdiyi əmr ləğv edilməklə, o əvvəlki işinə bərpa olunmalı və ona məcburi işburaxma günləri üçün aylıq əmək haqqı ödənilməlidir.
25. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 52, 76, 79, 83, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddənin 2-ci hissəsinin “ç” bəndinə, 186-cı maddənin 3-cü hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabd eh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Fondun özünün daxili Qaydaları, o cümlədən X16 Xarici İşlər Nazirliyinin Şurası tərəfindən 11 sentyabr 2015-ci il tarixdə Astana şəhərində təsdiq edilmişdir və məhz bu sənəd əsasında Fond ilə onun heyət üzvləri arasında bütün əmək münasibətlərini tənzimlənir və həmin Əsasnamə ilə nəzərdə tutulmuş Qaydalar Azərbaycan Respublikasının əmək qanunvericiliyindən fərqlənir və ona tabe deyildir. Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, 1458-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında” Sazişə əsasən F ondun yerləşmə yeri Azərbaycan Respublikasıdır və Sazişə əsasən Fondun Məhkəmə icraatından immuniteti mövcuddur. Buna baxmayaraq birinci istansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş və düzgün nəticəyə gəlməmişdir. Baxmayaraq ki, Sazişdə bir başa olaraq Fondun öz əməkdaşları ilə öz qayda və prosedurları çərçivəsində əmək münasibətlərinə daxil olması və onları tənzimləməsi göstərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə şahid kimi çıxış edən, Fondun digər keçmiş bir əməkdaşının ifadəsinə istinad edərək Fond ilə yerli vətəndaşlar arasında olan əmək münasibətlərinə əmək qanunvericiliyinin tələblərinin tətbiq edildiyini qeyd etmişdir. Halbuki, həmin əməkdaş Fonda öz xahişi və ərizəsi ilə müraciət edərək işdən ayrılmasına baxmayaraq, ona əmək qanunvericiliyind ə mövcud olmayan, lakin Fondun daxili Qaydası olan X11 nəzərdə tutulmuş bir əmək haqqı məbləğində işdən ayrılma müavinəti ödənilmişdir. Əmək qanunvericiliyində öz xahişi ilə işdən ayrılan şəxsə belə bir ödənişin verilməsi nəzərdə tutulmayıb, həmin şahidin ifadəsinə istinadən qərar qəbul etmək əsassızdır.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)4260/2024 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov sədrlik edən, məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(009)-723/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili olan Azərbaycan Respublikasının 01 fevral 2019-cu il tarixli, 1458-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Fond arasında yerləşmə ölkəsi haqqında Sazişə əsasən, Fondun yerləşmə yeri Azərbaycan Respublikasıdır. Sazişə əsasən Fondun məhkəmə icraatından immunitetinin mövcud olması barədə 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsini tətbiq etməkdə haqlı olmamışdır.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.31-ci bəndinə əsasən, təhsil almaqla əlaqədar ödənişli məzuniyyət Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir. Əmək müqaviləsinin 9.1-ci maddəsinə əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 6 8, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl edilməklə tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək müqaviləsinin 10.1-ci maddəsinə əsasən, tərəflər əmək mübahisələrinin həlli barədə razılığa gələ bilmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında sərbəst şəkildə bağlanmış əmək müqaviləsində Əmək Məcəlləsinin müddəalarına istinad olunmuş, həmçinin tərəflər əmək mübahisələrinin həlli barədə razılığa gələ bilmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edilməsi barədə razılığa gəlmişlər.
32. Göründüyü kimi, cavabdehin istinad etdiyi Sazişin 5-ci bəndində Fondun yalnız öz funksiyalarını həyata keçirməsi ilə bağl ı məhkəmə icraatından immunitetə malik olması qeyd edilmişdir. Bu isə öz növbəsində işçi ilə işəgötürən kimi Fond arasında qarşılıqlı razılaşmaya əsasən bağlanmış əmək müqaviləsinin şərtlərindən irəli gələn mübahisələrin həllinə Fondun hər hansı immunitetini nəzərdə tutmur.
33. Beləliklə də, müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin cavabdehin hazırkı əmək mübahisəsi ilə bağlı məhkəmə icraatından immuniteti olması barədə dəlili əsassızdır.
34. Bundan başqa, digər bir dəlildə cavabdeh hazırkı mübahisəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiq edilməli olmamasını belə əsaslandırmışdır ki, onlar Fondun daxili qaydası olan X11 işçilərlə əmək müqaviləsinə onların ərizəsinə əsasən xitam verərkən onlara bir aylıq əmək haqqı miqdarında işdən ayrılma müavinəti ödəmə, həmçinin uşağı olan kişi əməkdaşlar üçün “atalıq məzuniyyəti” nəzərdə tutublar, lakin Əmək Məcəlləsində belə hallar nəzərdə tutulmamışdır.
35. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə ilkin olaraq qeyd etmişdir ki, şikayətin bu dəlili öz-özlüyündə anlaşılan deyildir və həmin dəlil də əsassızdır. Belə ki, X17 vəzifəsi üzrə işin Ləğvi və X19 haqqında 26 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, Aparat Rəhbərinin ərizəsi və “X20 üzrə Qaydaları”na əsasən: a) rəsmi iş saatları zamanı işçinin olmamasını nəzərə alaraq, b) Maliyyə Meneceri xanım İddiaçı Əmək Müqaviləsi sınaq müddətinin müvffəqiyyətlə bitməməsi, c) əmək müqaviləsi altında öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ç) X20 üzrə Qaydalarına əsasən düzgün olmayan işə qəbula görə 26 dekabr 2023-cü il tarixdə ləğv edilir.
36. Bunu nla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının işdən azad edilməsinə dair əmrində dörd fərqli əsasa istinad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, bununla da qanunun imperativ tələblərini pozmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində (azərbaycan dilində olan nüsxəsində) sınaq müddəti olmadığı halda, cavabdeh ingilis dilində olan nüsxədə sınaq müddətinin nəzərdə tutulmasına istinad etmiş, əmək müqaviləsinin xitamı əsaslarından biri də sınaq müddətinin müvffəqiyyətlə bitməməsi göstərilmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yalnız azərbaycan dilində tərtib olunmuş müqavilənin mövcudluğunu bildirir və ona istinad edir. Həmin müqavilədə isə sınaq müddəti nəzərdə tutulmamışdır. Bununla y anaşı, müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqqaviləsi bağlanarkən onun 3 yaşınadək uşağı olmuşdur. Belə olan halda, müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədə sınaq müddəti barədə şərt olmuş olsaydı belə, həmin şərt qanuna zidd olduğundan, ilk başdan etibarsız olacaqdır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh öz mövqeyini əsaslandırarkən iddiaçı ilə aralarında ingilis dilində tərtib olunmuş müqavilənin surətini birinci instansiya məhkəməsinə təqdim etmişdir, lakin yuxarıda qeyd edilənlər nəzərə alınmaqla həmin müqavilənin hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyətinin olmadığı nəzərə alınmalıdır.
39. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə, 6, 52-ci maddələrinə, 76-cı maddəsinin 1, 2-ci hissələr inə, 84-cü maddəsinin 1ci hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə, 186-cı maddəsinin 3-cü hissəsinə, habelə 187-ci maddəsinin 1-ci hissələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Beynəlxalq normativ akt statusuna malik Sazişin müvafiq normalarını qətiyyən diqqətə almayaraq qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə m übahisə predmetinə dair iş üzrə icraata xitam verməli idi. Belə ki, iddiaçı tərəfindən müvafiq dövlət orqanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə verilmiş şikayət əsasında başlanmış inzibati xəta üzrə icraata da öz növbəsində həmin dövlət orqanı tərəfindən Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən (inzibati xəta hadisəsi olmadığına görə) xitam verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə 5.1. Azərbaycan R espublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 261.0.1. Hakim iş üzrə icraata, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini...tamamilə ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilə bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, a pellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
55. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə Cavabdeh öz funksiyalarını həyata keçirərkən əmək mübahisələri üzrə məhkəmə icraatından immunitetə malik olduğundan hazırkı işə məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, icraata xitam verilməlidir.
56. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, X3 Şurası-beynəlxalq təşkilat statusuna malikdir. Cavabdeh (bundan sonra- Fond) isə həmin Şuranın yanında yaradılıb.
57. Digər tərəfdən, Fondun “Nizamnaməsin”dən, habelə Fondla Azərbaycan Respublikasının Hökuməti arasında bağlanmış “Saziş”dən görünü r ki, yalnız dəymiş ziyan sığorta ilə ödənilə bilmədiyi halda Fonda məxsus və ya onun adından idarə olunan nəqliyyat vasitəsinin törətdiyi qəzadan irəli gələn, habelə Fondun və ya onun heyət üzvlərinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş ölüm və ya fərdi xəsarətdən irəli gələn mülki iddialar istisna olmaqla, qalan bütün hallarda Fond öz funksiyalarına aid hər hansı formada məhkəmə icraatından imunitetə malikdir.
58. Göründüyü kimi işə baxan məhkəmələr, sözügedən “Saziş”in şərtlərini səhv təfsir edib və Fondla, Azərbaycan Respublikasının Hökuməti arasında bağlanmış “Saziş”də başqa halların nəzərdə tutulmamasını, yəni öz əmək funksiyalarını həyata keçirərkən Fondun əmək mübahisələri üzrə də məhkəmə icraatından immunitetə malik olmasını nəzərə almayıb.
59. Ona görə də kassasi ya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Cavabdehna qarşı hazırkı iddia tələblərinə məhkəmədə baxılmalı olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün ilk növbədə beynəlxalq təşkilatlar hüququ və həmin təşkilatların hüquqi təbiətinə, habelə xarici elementli (beynəlxalq xarakterli) əmək münasibətlərinə aydınlıq gətirilməlidir.
60. Əvvəla, hər bir beynəlxalq təşkilat- təsisçi dövlətlərin işləyib hazırladığı və qəbul etdikləri beynəlxalq müqavilə (nizamnamə, saziş) əsasında yaradılır və fəaliyyət göstərir.
61. Beynəlxalq təşkilatlar hüququ- dövlətlərarası (hökumətlərarası) təşkilaktın statusunu, strukturunu, onların orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydasını nizama salan normaların məcmusundan ibarətdir. Yəni, Beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektidir və onun beynəlxalq-hüquqi subyektliyi funksional xarakter daşıyır.
62. Beləliklə, beynəlxalq təşkilat- müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə (saziş) əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyidir.
63. Nəzərə alınmalıdır ki, beynəlxalq xüsusi hüquq sahəsində beynəlxalq təşkilatlarla əmək münasibətləri- xarici elementli əlamətlərə malik olan münasibətlərdir. Beynəlxalq xüsusi hüquq sahəsində əmək münasibətlərinin subyekləri kimi fiziki şəxslər, hüquqi şəxslər və dövlətlər çıxış edir. Xarici elementli əmək münasibətləri də beynəlxalq xüsusi hüquq normaları ilə (həm maddi, həm də kollizion normalarla) tənzimlənir.
64. Beynəlxalq xüsu si hüququn institutu kimi əmək hüququ dedikdə- xarici elementli əmək münasibətlərini tənzimləyən hüquq normaları başa düşülür və əmək hüququnun nizamasalma predmetini xarici elementli (beynəlxalq xarakterli) əmək münasibətləri təşkil edir. Başqa sözlə əgər əmək münasibətlərində tərəf qismində müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri iştirak edirsə, xarici elementli əmək münasibətləri yaranır. Məsələn: Azərbaycan Respublikası vətəndaşı ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatda işə girir və sair. Belə olan halda əmək münasibətində xarici təşkilatın iştirak etməsi xarici element sayılır.
65. Bu baxımdan beynəlxalq əmək münasibətlərinin tənzimlənməsində beynəlxalq müqavilələr (sazişlər) əsas rol oynayır. Beynəlxalq əmək münasibətlərinin hüquqi nizamlanmasında müqavilə (saziş) tənzim etmə metodu prioritetə (birinciliyə) malik olur. Bu səbəbdən də beynəlxalq müqavilələr (sazişlər) beynəlxalq əmək hüququnun əsas hüquqi tənzimetmə mənbəyi saylır.
66. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Hökuməti ilə Fond arasında bağlanmış “Saziş”də başqa hallar nəzərdə tutulduğundan, yəni Fond öz funksiylarını, habelə əmək münasibətləri sahəsində hüquq və vəzifələrini həyata keçirərkən, işçi ilə onun arasında əmələ gəlmiş mübahisələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri ilə deyil, sözügedən “Saziş”in, habelə Fondun “Heyət üzvləri” Əsasnaməsinin tələbləri ilə tənzimləmək vəzifəsi daşıyır.
67. Apellyasiya inst ansiyası məhkəməsi ümumiyyətlə bu hallara, habelə Fondun beynəlxalq təşkilat statusuna malik olmasına diqqət yetirməyib və “Saziş”in 5.1-ci maddəsində qeyd olunan iki haldan başqa, qalan bütün hallarda, o cümlədən əmək mübahisəsi üzrə də Fondun məhkəmə icraatından immunitetə malik olmasını nəzərə almayıb.
68. Digər tərəfdən, Fondun iddiaya etirazından, habelə apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, Fondla işçilər arasında yaranmış əmək mübahisələri “Heyət Üzvləri” Əsasnaməsi ilə tənzimlənir və həmin “Əsasnamə”də göstərilir ki, Fondun “P” kateqoriyası peşəkar heyət kimi təsnif olunub və “P” kateqoriyasına, yəni peşəkar heyətə- aparat rəhbəri; layihə rəhbəri; protokol rəhbəri; hüquq məsləhətçisi; maliyyə meneceri və sair işçilər daxildir. Belə olan halda iddiaçının “menecer vəzifəsi” də “P” kateqoriyasına aid olmuş olur.
69. Sözügedən “Əsasnamə”nin “Xidmətin xitamı”na dair bəndindən görünür ki, heyət üzvünün davranışı və ya hərəkətləri Fondun heyət üzvlərinə dair vəzifə təlimatları və öhdəlkləri müddəalarına uyğun gəlmədikdə və ya işə qəbul olunmazdan əvvəl işə qəbulu istisna edən faktlar aşkar edildikdə, heyət üzvünün xidmətinə xitam verilir.
70. Göründüyü kimi, Fondla Azərbaycan Respublikasının Hökuməti arasında bağlanmış “Saziş”də, habelə Fondun “Heyət üzvləri” Əsasnaməsində “P” kateqoriyalı işçilərin xidmətlərinə xitam verilməsi halları və qaydası nəzərdə tutulub və Fondun Prezidenti də bu səlahiyyətlərindən istifadə edərək heyət üzvü kimi iddiaçının xidmətinə xitam verib.
71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, beynəlxalq təşkilat kimi Fondun hüquqi immuniteti olduğu üçün onun əməkdaşları, o cümlədən iddiaçı məhkəmədə əmək hüquqları ilə bağlı hazırkı iddianı qaldıra bilməzdi və bu hüquqi status Fondun məhkəmə mübahisələrindən qorunmasını təmin edən hüquqi rejimin bir hissəsidir. Bu immunitet həmçinin Fondun hüquqa əsaslanan mandatlarını icra edərkən milli qanunvercilikdən və məhkəmə çəkişmələrindən kənar qalmasına imkan verir.
72. Ona görə də Azərbaycan Respublikasının Hökuməti ilə Fond arasında bağlanmış “Saziş”də və Fondun “Heyət üzvləri” Əsasnaməsində başqa hallar nəzərdə tutulduğu üçün Əmək Məcəlləsinin normaları Fondun iş yerlərində tətbiq edilə bilməz və Əmək Məcəlləsinin normaları o halda tətbiq edilə bilər ki, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqav ilələrdə başqa hal nəzərdə tutulmasın (Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsi). Bu baxımdan Fondla Azərbaycan Respublikasının Hökuməti arasında bağlanmış “Saziş”də öz funksiyalarını həyata keçirərkən Fond əmək mübahisələri üzrə məhkəmə icraatından immunitetə malik olduğu üçün hazırkı işə məhkəmədə baxıla bilməz.
73. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
74. Həmin Məcəllənin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib,...bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
75. Göründüyü kimi qeyd olunan əsasla iş üzrə icraata o halda xitam verilir ki, işə məhkəmədə baxılmalı olmasın.
76. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Fondun kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qərar qəbul edilməklə icraata xitam verilməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)-4260/2024 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddiaçı Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ö dənilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.