Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3602/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(107)-460/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2003-cü il tarixli əmr ilə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra xx.xx.2007-cü il tarixli əmr ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir.
2. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir.
3. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya m əhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdd iaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2003-cü il tarixli 240 saylı əmri ilə həmin məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Sözügedən təhsil müəssisəsində işlədiyi 21 il ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı irad və xəbərdarlıqlar edilməmişdir. 2022-ci ildə işlədiyi təhsil müəssisəsində uşaq birliyi rəhbəri vəzifəsinə təyinatı verilməsi ilə bağlı bir neçə dəfə rayon Təhsil şöbəsinin və Regional Təhsil İdarəsinin rəhbər işçilərinə müraciətlər etsə də ona göstərilən vəzifə vakansiyaya təqdim olunarsa on un həmin vəzifəyə təyin olunmağı ilə bağlı məsələyə baxıla bilər deyə xx.xx.2022-ci il tarixli İ-266/01 saylı məktub verilmişdir. Lakin bununla belə həmin vəzifə uzun müddət vakansiya olsa da onun həmin vəzifəyə keçidi nədənsə baş tutmamışdır və əvvəlki vəzifədə işləməyə davam etmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə işlədiyi məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir. Şəki rayon Orta Zəyz id kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə istinad olunaraq belə əsaslandırılmışdır ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlə rə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifkatlaşdırmada iştirak etməyən Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilir. Əmrin verilməsinə əsas isə xx.xx.2024cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmri göstərilmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri işəgötürən qismində Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:07-də elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə də xx.xx.2024-cü il tarix də daxil olmaqla bütöv iş günü verilməklə onu işdən azad etmişlər. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sertifikasiya imtahanlarına cəlb edilməsi ümumiyyətlə qanunsuz olmuşdur. İddiaçı əmək funksiyaları ilə bağlı hüquqi münasibətlər yaranan zaman pedoqoji fəaliyyətlə məşğul olmaq üçün təhhsilverənlərin sertifkasiyadan keçməsi şərtləndirilməmişdir. Digər tərəfdən İddiaçı xx.xx.2024-cü il tarixdə sertifkatlaşdırmanın keçirilməsi ilə bağlı qaydalarda nəzərdə tutulmuş şəkildə məlumatlandırılması aparılmamışdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ya onun funksiyal arını icra edən yerli bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə sertifkasiya imtahanlarının keçirilməsi ilə bağlı İddiaçı onun adına qeydiyyata alınmış “şəxsi kabinet” vasitəsilə sertifikatlaşdırmanın keçirilməsinə ən azı bir ay qalmış onun vaxtı və yeri barədə bildirişin təqdim edilməsi sübut olunmur. Həmin əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Agentliyin həmin tarixli əmri olmuşdur ki, bu da tamamilə əsassızdır. Belə ki, sertifkatlaşdırmanın keçirilməsinin hüquqi bazasını formalaşdıran “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayda”larının, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci, Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 67-2-ci maddələrinə əsasən... Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.Hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə İddiaçı sertifkasiya imtahanlarına cəlb edilməsi zəruriliyi hər bir halda əsaslandırılmalıdır. Tərəfin təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il göstərilsə də iddiaçı ilə faktiki olaraq əmək müqaviləsi xx.xx.2003-cü il tarixdən bağlanılmışdır. Əgər tərəf iddia edirsə ki, İddiaçı ilə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılmış və beş illik sertifkasiya müddətinin hesablanması həmin tarixdən başlanılmış bu tamamilə absurd yanaşmadır və həm in rəsmiləşmədən iddiaçının məlumatı olmamışdır. Bundan əlavə İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunması üçün onun xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanda iştirak etməsi və onun nəticəsi olaraq 30 mümkün balı toplamaması hadisəsi baş verməsi lazımdır və yaxud üzürsüz səbəbdən ümumiyyətlə imtahanda iştirak etməməsi lazımdır. İş materiallarında əlavə edilən Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi iddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək xəstə olmuşdur. Bu səbəbdən üzürlü olaraq xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanında iştirak etməmiş və onun iştirak etməməsi üzürlü olmuşdur. Belə bir vəziyyətdə isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılma sı məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edilməklə əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz olmuşdur. Bundan başqa, İddiaçı işdən azad edilməsi onun əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı baş vermişdir ki, cavabdehlər bununla da kobud qanun pozuntusuna yol vermişdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi İddiaçı həm sertifikasiya imtahanın keçirildiyi xx.xx.2024-cü il və işdən azad edildiyi xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətini müvəqqəti itirmiş və faktiki olaraq həmin tarixlərdə baş vermiş icraatlarda üzürlü səbəbdən iştirak etməmişdir. İşinin əmək qabiliyyətinin itirməsi zamanı işdən azad e dilməsini isə qanunverici işəgötürənə imperativ qaydada qadağan edir. İddiaçı tərəf əmək qabiliyyətini itirdiyi zaman onun işdən azad edilməsi ilə bağlı rəsmiləşmələr hüquqi qüvvəsini almamışdır. Ona görə də onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz olmuşdur. Hazırkı mübahisədə İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bərabər, onun iyirmi bir il müddətində olan pedoqoji fəaliyyəti, əmək qabiliyyətini müvəqqəti itirməsinə və imtahanda üzürlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 10000 manat cavabdehlər tərəfindən ödəməlidir.
6. Cavabdeh tərəfindən göndərilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixda məktəbə gələrək ərizə yazmış və sağlamlığında prob lem olması ilə əlaqədar bir neçə gün işə qala bilməyəcəyini və xəstəlik vərəqəsi açdıracağını bildirmişdir. xx.xx.2024-cü il müəllimlərin sertifikasıya imtahanının test mərhələsinin ikinci cəhdində iştirak etməli idi və imtahanın Kəmalə müəllimin son şansı olduğu, keçid balını toplamadığı və ya imtahanda iştirak etmədiyi halda qanunamüvafiq əmək müqaviləsinə xitam veriləcəyi dəfələrlə nəzərinə çatdırılmışdır. Lakin İddiaçı imtahanda iştirak etmədi. xx.xx.2024 cü il xəstəlik vərəqəsini təqdim edərək xəstəlik müddətinin bitdiyini va işinə qayıtdığını rəsmi şəkildə (ərizə yazaraq) bildirmişdir. xx.xx.2024-cü il tarixədək işə davam etmiş 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma günü qeyri-iş günü olduğundan həmin tarixdə məktəb kollektivi Gəncə və Mingəçevir şəhərlərinə tur gəzintisinə getmiş və İddiaçı də həmin gəzintidə kollektivlə iştirak edərək səhhətində heç bir problem müşahidə olunmamışdır. xx.xx.2024-cü il tarixdə o, təhsil sektoruna İddiaçı əmək müqavilasinə xitam vermək üçün getmiş, məktəbə qayıdanda müəllimin məktəbə gəlmədiyini bilmişdir. Dəfələrlə zəng etsə də zənginə və digər müəllimlərin zənginə cavab verilmədi. Qohumları ila şifahi xəbər göndərmiş ki, gəlib əmək kitabçasını götürsün. Cavab olaraq gəlməyəcəyini söyləmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçasını evlərində şəxsən özünə təqdim etmişdir. Yəni xx.xx.2024-cü il tarixdə İddiaçı zənglərə cavab verməmiş, işə gəlməmək səbəbinin nə olması haqqında rəhbərliyə heç bir rəsmi va ya şifahi məlumat verməmişdir. İşçi xəstəlik səbəbli işdə qala bilmədiyi halda rəhbərliyə ərizə yazaraq məluma t göndərməlidir, iş zamanı narahatlıq hiss etdiyi zaman ərizə yazıb təqdim etməlidir. Necə ki, xx.xx.2024 cü il tarixdə İ.Kəmalə bunu etmişdir. Yəni xəstəlik səbəbli işə davam edə bilmədiyi halda əməl edəcək prosedur qaydalardan xəbərdar idi. Bir ay ərzində iki dəfə həm imtahan ərəfəsində, həm də əmək müqaviləsinə xitam verilən günü, İddiaçı xəstə olması və xəstəlik kağızı açdırması (bu məlumatı xx.xx.2024-cü il tarixində məhkəmə prosesində iştirak edərkən öyrəndim) məqsədli olduğu va bu addımın qəsdən atdığı anlamına gəlir.
7. Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 84-cü maddəsinə istinad edərək hesab etmişdir ki, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin 45 nömrəli, 27 iyun 2024-cü il tarixli əmrinin məzmununda pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar həmin maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 65, 68, 70, 71, 83, 186.1, 192, 194, 300-cü maddələrinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundan əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(107)-460/2025 nömrəli qətnaməsi ilə (hakimlər: Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(075)-2082/2024 nömrəli qətnaməsi tam ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin direktoru X1 İddiaçı ilə (Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il t arixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 45 saylı əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir.
13. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri qismən, yəni “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində əsaslıdır.
14. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Buna baxmayaraq, Şəki ray onu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 45 nömrəli əmri ilə İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 10.000 manat həcmində mənəvi zərərin ödənilməsinə dair dəlilini əsassız hesab etmişdir.
16. Belə ki, iddiaçı qeyd edilən halları (mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində mənfi psixi reaksiyaya səbəb olması və ya sağlamlığının pozulması) təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(107)-460/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrindən görünür ki, i ddiaçı ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə rəsmi məlumat əsasında həyata keçirilmişdir. İddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə 01 sentyabr 2003-cü il tarixli, 240 saylı əmrlə günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə d igər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma qaydası”na uyğun olaraq,artıq 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyəsinin və peşə yararlılığının fəaliy yətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyəsinin və peşə yararlılığının yoxlanılması prosesinə başlanılmışdır “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2-ci bəndində göstərilmişdir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Hazırki iş üzrə İddiaçı da göstə rilənlərə uyğun olaraq sertifikatlaşdırma imtahanına cəlb edilmiş və 2023cü ildə keçirilmiş birinci imtahanda məqbul nəticə toplamadığından ona bir il müddətinə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü bəndində göstərilmişdir ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Hazırki iş üzrə iddiaçı da 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikat laşdırmadan keçməmiş hesab edilmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.4-cü bəndində göstərilmişdir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin“c”bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İş materiallarından göründüyü kimi İddiaçı da 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 45 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək üzürlü olaraq işə çıxmadığını və bununla bağlı Şəki RMX tərəfindən Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilməsini əsas gətirərək işdən çıxarılma əmrinin qanunsuz olduğu qənaətinə gəlmişdir. Halbuki, İddiaçı səhhətində hər hansı bir narahatlıq olması və bu səbəbdən də işə gələ bilməyəcəyi barədə hər-hansı bir məlumat verməmişdir. Üstəlik işə baxan məhkəmələr tərəfindən İddiaçı verilmiş Seriya SN 00008,0627682 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsasları öyrənilməmişdir. Belə ki, İddiaçı səhhətində olan problemlər bu barədə məktəbə məlumat verməsinə heç bir maneə törətmirdi. Bununla bağlı bildiririk ki, əmək müqaviləsinə xitam verilərkən iddiaçı işdə olmuş, onun əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmuş, işdən azad olduğunu bildiyi halda əmr veriləndən sonra hüququndan sui-istifadə edərək xəstəlik vərəqəsi açılması üçün müraciət e tmişdir. İşə bərpa barədə məhkəməyə müraciət etmək məqsədilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə işəgötürənə məlumat verməmişdir. Məlumat verildiyi təqdirdə əmr ləğv edilərək işə çıxdığı gün əmək müqaviləsinə xitam veriləcəkdi. İş materiallarından görünür ki, o, əmrin verildiyi gün xx.xx.2024-cü il tarixdən 3 gün müddətində əmək qabiliyyətinin müvəqqəti itirmişdir. Onun hüquqlarının bərpası 3 günlə məhdudlaşır. Qeyd olunan səbəblə əlaqədar iddiaçını işə bərpa etmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda işə baxan məhkəmə kollegiyası özü də iddiaçının təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı hər hansı bir qeyd etməmiş, sadəcə hərfi yanaşmadan çıxış edərək İddiaçı əmək qabiliyyətinin olmamasını əsas gətirərək işdən çıxarılma əmrinin qanunsuz olduğu qənaətinə gəlmişdir. Məhkəmənin hazırki qətnaməsi tərəflər arasında olan mübahisəni də tam şəkildə həll etmədiyindən natamam qətnamə hesab İddiaçıHəmid qızı da 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməli olması qanunvericiliyin imperativ tələbidir. Çünki təhsil qanunvericiliyinə görə sertifikatlaşdırmadan keçməyən təhsilverənlər pedaqoji fəaliyyətə buraxılmır və onların pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqları yoxdur. Əlavə olaraq o da qeyd edilməlidir ki, gözləmə müddəti pozulduğu halla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2025-ci il tarixli, 2(102)-415/2025 nömrəli qərarında göstərildiyi kimi işçinin işdən çıxmalı olduğu (hazırkı mübahisə üzrə müvəqqəti itirilmiş əmək qabiliyyətinin bərpa edildiyi) tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmadığı halda işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan (hazırkı mübahisə üzrə müvəqqəti itirilmiş əmək qabiliyyətinin bərpa edildiyi) dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. İşə apellyasiya qaydasında baxan məhkəmə tərkibinin gəldiyi qənaəti ilk olaraq ona görə əsassız hesab edilir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə istinad etsə də, həmin maddəyə yalnız hərfi yanaşmı ş hazırki mübahisənin düzgün həll edilməsi üçün hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmin hissədə iki xüsusata qiymət verməmişdir. Birinci xüsusat ondan ibarət olmuşdur ki, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 45 nömrəli əmri qəbul edərkən İddiaçı xəstə olmasından məlumatı olmamışdır. (İddiaçı özü məlumat vermədiyi üçün cavabdehin belə bir imkanı da olmamışdır) İkinci xüsusat ondan ibarət olmuşdur ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbl ərinə əsasən İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onun əmək funksiyalarını davam etdirməsi qanunvericiliyə zidd olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
20. Maddə 65 (bənd 1).İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
21. Maddə 65. (bənd 5). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
22. Maddə 68 (bənd 1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
23. Maddə 68 (bənd 2). a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.
24. Maddə 70. (bənd c). Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 70.Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peş ə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
26. Maddə 71 (hissə 3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zər uriliyini əsaslandırmalıdır.
27. Maddə 83 (hissə 1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
28. Maddə 83. (hissə 2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haq q-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
29. Maddə 186 (hissə 1). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
30. Maddə
192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut e tməyə borcludurlar.
31. Maddə
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
32. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş b uraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:
33. Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
34. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə mü nasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
35. Maddə 36-2.3.Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 3 6-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
36. Maddə 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və üm umi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.
37. Maddə 36-2.5.Səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
38. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməklə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
48. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarına görə, iddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümum təhsil məktəbinə 01 sentyabr 2003-cü il tarixli, 240 saylı əmrlə günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir.
49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
50. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na uyğun olaraq, artıq 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyəsinin və peşə yararlılığının yoxlanılması prosesinə başlanılmışdır. 51. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhs il müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2-ci bəndində göstərilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
52. Baxılan iş üzrə iddiaçı sertifikatlaşdırma imtahanına cəlb edilmiş və 2023-cü ildə keçirilmiş birinci imtahanda məqbul nəticə toplamadığından ona bir il müddətinə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. 53. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsi l verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü bəndinə görə ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 54. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.4-cü bəndinə görə ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə y eni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin“c”bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
55. İş materiallarından göründüyü kimi iddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
56. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gəlsə də, həmin qətnaməni ləğv edərək iddianın təmin olunması ilə bağlı yeni qətnamə qəbul edən apellyasiya instansiya məhkəməsinin əvvəlki şərtlərlə iddiaçının işə bərpa olunmasına dair mövqeyi əsassız olmuşdur.
57. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə i lə razılaşmır. Belə ki, artıq məhkəmələrin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddiaçı sertifikatlaşdırmanın birinci mərhələsində məqbul nəticə toplamamış və ona bir il müddətinə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. İddiaçı təkrar sertifikatlaşdırmada isə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün iştirak etməmişdir. Bu əsasla isə (təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün) o, sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Bundan sonra isə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı artıq sertifikatlaşdırmadan keçməyən təhsilverən olduğundan pedaqoji fəaliyyətə buraxılmır və onun pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqları itirilmi ş olur.
58. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi bu qərarın 56-cı bəndində müəyyən edilən hallarla razılaşmış, lakin əmrin verildiyi gün iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsinə əsaslanaraq verilmiş əmri əsassız hesab etmiş, tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə iddiaçını əvvəlki vəzifəsinə bərpa etmişdir.
59. Məhkəmə tərkibi Əmək Məcəlləsinin 79-cu maddəsində birinci hissəsində nəzərdə tutulmuş imperativ qaydanı nəzərə alaraq qeyd edir ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakun bu qayda özlüyündə pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqları olmayan şəxsin əvvəlki şərtlərlə işə bərpa edilməsin mümkün də etmir.
60. Belə vəziyyətdə sertifikatl aşdırmadan keçməyən təhsilverən olan iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri əsasında əvvəlki vəzifəsinə bərpa edilməsi düzgün olmamışdır. Çünki məhkəmə nəzərə almamışdır ki, setrtifikatlaşmadan keçməyən iddiaçı pedaqoji fəaliyyətə buraxılmır və o, pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqlarını itirmişdir. Bu qərarın 50-ci bəndində istinad olunan qərarın 4.3-cü bəndinin tələbinə görə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə etmiş olurlar.
61. İşə baxan apellyasiya instansiya məhkəməsi məhz əmək müqaviləsinin ləğv etdiyi günü iddiaçının əmək qabiliyyəti itirməsini nəzərə alaraq həmin müddətin bitməsindən sonrakı günü onlar arasında əmək münasibətlərinin sonlandıran gün olaraq müəyyən etməli idi. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından əmək müqaviləsinin davam etdirilməsinin əsasları aradan qalxmışdır. Çünki Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o hald a pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
63. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki,kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
64. Yuxarıda göstərilənlərə əs asən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2025-cü il tarixli, 2(107)460/2025 saylı qətnaməsi qismən – cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin direktoru X1 İddiaçı ilə (Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 45 saylı əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki ra yon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin 27 iyun 2024-cü il tarixli, 45 saylı əmri ləğv edilsin, İddiaçı 27 iyun 2024-cü ildən 01 iyul 2024-cü il tarixədək cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilsin və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qətnamənin ləğv olunmuş hissəsi üzrə iddia tələbinin qalan hissəsi təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e