Məhkəmə qərarları › İş №2(102)-3607/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3607/2023

11.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3607/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə, birləşdirilmiş üş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi, pəncərənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhmə d Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-124/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqəd i rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evi A (87,1 kv metr) və Q (38,4 kv metr) tikilisindən ibarət olmaqla, 6 yaşayış otağından ibarətdir. A tikilisinin 2 otağı Cavabdeh3, digər 2 otağı İddiaçı, Q tikilisi isə ümumilikdə X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət reyestrində qeyiyyata alınmışdır. Cavabdeh3 və İddiaçı mülkiyyətində olan otaqların üzərində texniki pasportda nəzərdə tutulmayan əlavə mərtəbə inşa edilmiş, həmçinin evin bir divarı 1 metr kənara çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39,3 kv metrdən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdeh lər tərəfindən qanunsuz inşa edilən tikilinin, pəncərəsinin qarşısında inşa edilmiş dəmir pilləkənin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və pəncərələrinin qarşısında qanunsuz bərkidilmiş taxta və digər maneənin sökülməsi, əmlakından maneəsiz istifadə edə bilmək imkanının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39,3 kv metrdən ibarət yaşayış evi onun mülkiyyətindədir və hüquqları Bakı şəhər Tİ MHQ İdarəsinin Seriya FN,010070 saylı 19 sentyabr 2001-ci il tarixli Qqeydiyyat vəsiqəsinə əsasən rəsmən tanınmışdır. Əmlakı alqı-satqı yolu ilə almışdır və aldığı qaydada da istifadə edir. Mənzilin bir otağının pəncərə hissəsi həyətə baxır və otağa işıq yalnız oradan düşür. Bu 40 kv metr yaxın olan evin yeganə pəncərəsidir. Diametri 1 kv.m x 1 kv.m olan bu pəncərədən yaşadığı evin havası və işıqlığı təmin olunur. Lakin müəyyən müddətdir ki, qonşuluqda yaşayan iş üzrə Cavabdeh1 və onun oğlu Cavabdeh2 qanunsuz və yolverilməz zorakı hərəkətlərinin nəticəsində əmlakından istifadə hüquqları pozulmuş, mənzilin pəncərəsi bağlandığından ağır psixoloji sarsıntılara və mənəvi təsirlərə məruz qalmışdır. Həmin şəxslər qanunsuz olaraq onun divarına xələl gətirərək dəmir konstruksiyalı pilləkəni dəmir və betonla onun divarına bərkitmiş, pəncərəsini bütövlükdə bağlamışlar. Bunun nəticəsində evinin havası və işığının qarşısı tam şəkildə alınmışdır. Pilləkən isə divarına bitişik olduğu üçün pilləkəndə hərəkət zamanı evi silkələnir. Bu da onlara böyük nar ahatlıq yaradır. Evinin strukturunu pozan qanunsuz veranda və nəyəsə bənzər tikinti apararkən o, etirazını bildirmişdir. Lakin cavabdehin nalayiq söyüşləri və fiziki təzyiqi ilə rastlaşdığından hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qadın inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. O, ikinci dəfə Binəqədi Rayon İcra Başçısının adına tikintinin dayandırılması haqqında məktub ünvanlamış və həmin gün Qəsəbə sovetinin sədrini baxış üçün gətirtmişdir. Lakin əks tərəfin nalayiq davranışı üzündən müvafiq tədbirlər görülmədiyindən hazırda məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Belə ki, Sona adlı şəxsin və oğlunun hədə və söyüşlərindən çəkinən dövlət rəsmiləri, polislər heç bir tədbir görmürlər və onun ailəsi, yaşayışı təhlükə altına düşmüşdür. İcra hakimiyyətindən vəziyyətə baxış üçün g əldikləri zaman Sona adlı şəxs pol ağacını əlinə alaraq onların üstünə hücum çəkib onun evinin pəncərəsinin şüşələrini şvabra taxtası ilə sındırıb, pəncərəni yağışdan qoruyan kazıroku əyərək yararsız vəziyyətə salmış, böyük taxta fanerka pəncərənin qarşısına yerləşdirmişlər. Onun şəxsiyyətinə alçaldıcı söyüşlər söyərək, ölümlə hədələmişlər. O, 102 xidmətinə zəng vuraraq polis çağırmışdır. Polis bölməsindən gələn polis işçiləri də bu səhnəni öz gözləri ilə görmüş, lakin polis işçiləri də, İcra nümayəndələri də Sona adlı şəxsdən qorxduqlarını etiraf etmişlər. Onun şikayətləri, qonşular içində təhqir olunmağı, nalayiq küçə söyüşləri ilə söyülməyi kağız üzərində qalmışdır. Evi də qaranlıq, havasız zirzəmiyə dönmüşdür. Evləri onlara məzar olmuşdur. Artıq bu evdə yaşamağa gücləri qalmamışdır. Özü ikinci qrup əlil, yoldaşı birinci qrup əlil, yataq xəstəsidir. Oğlu isə ikinci qrup əlil, epilepsiya xəstəsidir. Ona görə də məhkəmənin qanuni müdaxiləsi vacibdir. Əmlakının pəncərəsinin tutulmasının qarşısı açılmalı, maneə götürülməli, qanunsuz tikinti sökülməli və həyətdən ümumi istifadə təmin olunmalıdır.

4. Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 44 ünvanında yerləşən evin onun ünvan 3anında yerləşən həyətinə baxan pəncərələrinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin evi dördüncü adamdır ki, alır. Bu vaxta qədər heç bir qonş u ilə münasibətlərində narazılıq olmamışdır. Lakin cavabdeh neçə ildən sonra 1996-cı ildə qoyulmuş dəmir pilləkənin götürülməsini tələb edir. Bu isə heç başa düşülən deyil. Cavabdeh spirtli içki içir və söyüş söyməyə başlayır, onları ölümlə hədələyir, arvadı psixi xəstədir, onu səsi bütün günü onların sakit yaşamağına imkan vermir. Oğlu siqareti çəkib onların həyətinə atır. Belə olduğu təqdirdə, onun həyətinə baxan pəncərələrin bağlanmasını tələb etmək fikrinə gəlmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)5291/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020 -ci il tarixli, 10/3726 nömrəli ekspertiza rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsinin qarşısında cavabdehlər tərəfindən dəmir pilləkan və taxtadan səddin quraşdırıldığı müəyyən edilir. Quraşdırılan taxtadan sədd İddiaçı məxsus hissədən istifadəyə etməyə maneə törətmədiyi, lakin otağın havalandırmasına və təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 kv metr hissəsində faktiki olaraq pəncərəsinin olduğu və həmin pəncərənin X2 məxsus « A» tikilisinin 2 otaqdan ibarət həyətə tərəf açıldığı müəyyən edilir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)634/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2974 nömrəli ekspertiza rəyinə əsasən cavabdehlər tərəfindən Texniki pasportda öz əksini tapmayan aşağıdakı tikililər inşa olunmuşdur: mülkiyyətlərində olan bir mərtəbəli tikilinin üzərində ikinci mərtəbənin inşa olunması; ikinci mərtəbəyə qalxmaq üçün dəmir materialdan pilləkanın quraşdırılması; pilləkan meydançasının yaradılması və üzərinə dam örtüyünün vurulması; iddiaçının faktiki istifadəsində olan tikilinin pəncərəsinin taxta materiallar ilə bağla nması. Cavabdehlər tərəfindən görülmüş işlər iddiaçının faktiki istifadəsində olan tikilinin təbii işıqlandırılmasını təmin edən yeganə pəncərənin tamamilə bağlanılmasına, bununla da tikilinin otaqlarına günəş işığının düşməsinin qarşısının alınmasına səbəb olmuşdur. Texniki pasportda iddiaçının mülkiyyətində olan 3 nömrəli otağın cavabdehlərin həyətyanı sahələrinə tərəf olan divarında pəncərə nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunur ki, faktiki vəziyyətdə aparılmış konstruktiv dəyişiklik səbəbindən sözügedən divarın yeri cavabdehlərin həyətyanı torpaq sahələrinə doğru 1 metr yeri dəyişdirilmişdir (3 nömrəli otağın uzunluğu 1 metr artırılmışdır).

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)634/2021 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) İddiaçı Cavabdeh 1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39,3 kv metrdən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materialların Cavabdeh3 hesabına sökülməsi və İddiaçı əmlakından maneəsiz istifadə hüququnun bərpa edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 1 50 manatın 50 manatının İddiaçı, 100 manatının isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını aldığından, cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək, sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən şəraitdə özünə məxsus yaşayış sahəsində yaşamaq hüququ pozulmuş, bununla da iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39,03 kv metrdən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materiallar Cavabdeh3 hesabına sökülməli və iddiaçının əmlakından maneəsiz istifadə hüququ bərpa edilməli, iddia digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus pəncərənin taxta materiallarla bərkitməsi və iddiaçının əmlakından istifadə edilməsinə maneə yaratmaları iş materialları ilə öz təsdiqini tapmamışdır.

11. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39,3 kv metrdən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin, habelə həmin tikiliyə qalxan dəmir pilləkənin cavabdehlərin öz hesabına sökülməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbləri bu hissələrdə t əmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə iddiaçının bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Bununla belə nəzərə alınmalıdır ki, sözügedən pilləkənın sökülməsi cavabdehlərin istifadəsində olan əmlakdan istifadə imkanların ı aradan qaldıracaqdır ki, bu da onların hədsiz məhrumiyyətlərə məruz qalmaları ilə nəticələnə bilər.

12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evinin “A” tikilisində olan 2 otaqdan ibarət yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 deyil, Cavabdeh3 məxsusdur. Belə olan halda isə, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 157.4, 170.1, 170.2, 180.1, 180.2, 180.4, 560.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Prenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş mülki iş üzrə:

14. Cavabdeh3 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan yaşayış sah əsinə yaradılmış maneənin aradan qaldırılması, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sökülərək bağlanması və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin evin qonşuluğunda yaşayır, iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə imkan vermir. Belə ki, cavabdehin evi 1 metrdən artıq hissədə iddiaçıya aid həyətin sahəsinə düşür, yəni iddiaçıya aid sahə zəbt edilmişdir. Bundan başqa, cavabdeh iddiaçıya aid olan sahədən pəncərə açmışdır. Bu pəncərə iddiaçıya maneçilik törədir, belə ki, iddiaçı öz həyətində rahat gəzə bilmir, habelə, cavabdehin evindəki səs -küy iddiaçının evindən rahatlıqla eşidilir ki, bu da iddiaçıya rahat yaşamağa maneədir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)1667/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3152 nömrəli ekspertiza rəyinə əsasən ünvan 4 ünvanında yerləşən, Cavabdeh3, İddiaçı və X1 paylı mülkiyyətində olan fərdi yaşayış evi üzrə İddiaçı tərəfindən iş materiallarında olan texniki pasportun göstəricilərindən əlavə özünün istifadəsində olan torpaq sahəsində A literli yaşayış evinə bitişik və üzərində əlavə tikililər inşa olunmuş, həmçinin Cavabdeh 3 istifadəsində olan həyətyanı sahəyə doğru 1,1x1,2 m və 1,0x1,3 m ölçüdə pəncərə boşluğu açılmışdır. İddiaçı tərəfindən inşa olunmuş tikililər Cavabdeh3 istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililər Cavabdeh3 yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmir. Lakin, İddiaçı tərəfindən inşa olunmuş əlavə tikililər Cavabdeh3 məxsus hissədən istifadəyə maneə törədib-törətməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.

17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.M.Mustafayev) xx.xx.2022-ci il tarixli, 2(001)- 1667/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onun istifadəsində olan torpaq sahəsin də 1 metrdən artıq hissədə daxil olmaqla tikili inşa etdiyini, beləliklə ona aid torpaq sahəsini zəbt etdiyini, habelə həmin sahəyə pəncərə açmaqla onun özünə aid torpaqdan sərbəst istifadəsinə maneə yaratdığını göstərsə də, iş üzrə verilmiş ekspert rəyində İddiaçı tərəfindən texniki parportda göstərilənlərdən əlavə tikililərin məhz İddiaçı məxsus sahədə aparıldığı göstərilmişdir. Hazırki halda iddia ərizəsində göstərilənlər, yəni cavabdehin inşa etdiyi tikilinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, habelə, cavabdeh tərəfindən açılmış pəncərənin iddiaçıya özünə aid torpaq sahəsindən sərbəst istifadəyə maneçilik törətməsi iş üzrə müəyyən edilmir. Əksinə, əldə olunmuş ekspert rəyində İddiaçı tərəfindən inşa olunmuş tikililərin Cavabdeh3 istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililərin Cavabdeh3 yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmədiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən aparılmış tikinti işlərinin iddiaçının hüquqlarını hansı qaydada və formada pozduğuna dair heç bir mötəbər sübut təqdim edilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4, 164.1- ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-634/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam həcmdə təmin olunmas ı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)634/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) 2(103)124/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)634/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (ilk iddiaya münasibətdə) və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1667/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilən tikili, habelə həmin tikiliyə qalxan dəmir pilləkən iddiaçının hər hansı hüquqlarını məhdudlaşdırmır. Birinci instansiya məhkəməsi bu hissələrdə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki vəziyyətdə hər iki tərəfin mülkiyyətində olan otaqların üzərində qeyri-qa nuni mərtəbə inşa edilmiş, hər tərəf də özünə məxsus otaqların üzərində olan mərtəbədən istifadə edir. Yəni, cavabdehin mülkiyyətində olan otaqların üzərində olan mərtəbələrin mövcudluğu iddiaçının hüquqlarını hər hansı formada məhdudlaşdırmır, onun öz mülkiyyətində olan daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirməyə maneələr yaratmır. Belə olan halda, cavabdehə məxsus tikilinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilər.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər həyətyanı torpaq sahəsinin texniki pasportda nəzərdə tutulmayan qaydada bölgüsünü aparmışlar. İddiaçı öz ikinci mərtəbəsinə qalxmaq imkanı öz həyətindən, Cavabdeh3 öz ikinci mərtəbəsinə qalxmaq imkanı isə öz həyətindəndir. Lakin, cavabdeh bunu evin 1 metr kən ara çəkilən divarına bərkidilən pilləkən vasitəsilə həyata keçirə bilir. Hazırki vəziyyətdə həmin pilləkənin ləğv edilməsi tərəflər arasında qeyri-bərabər vəziyyətin yaranmasına, cavabdehlərin sahibliyində olan əmlakdan istifadə imkanını aradan qaldıracaqdır ki, bu da onların hədsiz məhrumiyyətlərə məruz qalmaları ilə nəticələnə bilər.

26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, pilləkən bərkidilmiş divarın özü iddiaçının mülkiyyətində olan otaqların qanuni (yəni texniki pasportda nəzərdə tutulan) divarı deyil ki, iddiaçı onun mülkiyyətində olan daşınmaz əmlakın tərkib hissəsi olan divara müdaxilənin aradan qaldırılmasını tələb etməyə subyektiv hüququ olsun. Tərəflərin izahatları ilə də müəyyən edilir ki, həmin divar iddiaçı ora köçməmişdən öncə inşa edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, işdə olan dövlət reyestrindən çıxarışa əsasən tərəflərin mülkiyyətində olan evin həyətyanı torpaq sahəsi dövlət mülkiyyətindədir, tərəflərin həmin torpaq sahəsi üzərində istifadə hüquqları vardır. Cavabdehin mülkiyyətində hər hansı torpaq sahəsi mövcud deyil ki, iddiaçı da həmin torpaq sahəsində hər hansı tikinti işləri aparsın, o cümlədən pəncərə açsın. Bundan əlavə, Cavabdeh3 özü də məhkəmə iclasında bildirmişdir ki, pəncərənin yerləşdiyi 1 metr kənara çəkilmiş divar iddiaçı ora köçməmişdən əvvəl mövcud idi, yəni iddiaçı həmin divarı inşa etməmişdir. Həmin divarın qeyri-qanuniliyinin cavabdeh tərəfindən əvvəllər mübahisələndirildiyi də iş materialları ilə təsdiq olunmur. Laki n Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin yeganə pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını aldığından, cavabdehin bu hərəkəti nəticəsində iddiaçının mənzilindən sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən şəraitdə istifadə hüququ məhdudlaşdırılmışdır.

28. Birləşdirilmiş mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia tələbində olan yaşayış sahəsinə yaradılmış maneənin aradan qaldırılmasını, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sökülərək bağlanmasını və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi pəncərənin bağlanması və divarın sökülməsi ilə bağlı əlavə olaraq onu da qeyd etmişdir ki, həmin pəncərə evin texniki pasportunda nəzərdə tutulduğundan, evin divarı 1 metr kənara çəkilməyəcəyi təqdirdə də mövcud olacaqdı və iddiaçının faktiki istifadəsində olan həyətyanı sahəyə doğru açılacaqdı. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin “açılmış pəncərə həyətində rahat yaşamaq və rahat gəzməyə imkan vermir” dəlili ilə də razılaşmayaraq həmin dəlili də əsassız hesab etmişdir.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 152.5, 157.4, 180.1, 180.2, 180.4, 170.1, 170.2, 560.1, 560.3.4.-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzi l Məcəlləsinin 15-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə torpaq sahəsinin zəbt olunması ilə bağlı sübutlar olsa da məhkəmə buna əhəmiyyət verməmişdir. Bundan əvvəl məhkəmə mübahisəsi zamanı ekspertiza keçirilmişdir. Həmin ekspertiza zamanı müəyyən olunmuşdur ki, faktiki vəziyyətdə aparılmış konstruktiv dəyişiklik səbəbindən sözügedən divarın yeri cavabdehlərin həyətyanı torpaq sahələrinə doğru 1 metr dəyişdirilmişdir. ( 3 nömrəli otağın uzunluğu 1 metr artırılmışdır.) Binəqədi Rayon Məhkəməsinin 2(001)-634/2021 saylı 29 noyabr 2021-ci il tarixli qətnaməsində də göstərilmişdir. Həmin qətnamədə iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi İddiaçı cavabdehin həyətyanı torpaq sahəsini zəbt etmişdir. Bununla da cavabdehin hüquqlarını pozmuş, mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Üstəlik İddiaçı cavabdehin həyətində pəncərə açmaqla həyətdə rahat yaşamaq və rahat gəzmək imkanını məhdudlaşdırmışdır. Otağını cavabdehin evinin divarını iddiaçının həyətyanı sahəsinə doğru dəyişməsi mane yaradır. Artıq mülkiyyətinin bir qismini zəbt etmişdir. Bu maneə aradan qaldırılmalıdır. Məhkəmə bu məsələni aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsində ekspert rəyi verilsə də, məhkəmə ekspert rəyində bununla bağlı heç bir sual qoymamışdır. Lakin bundan əvvəl baxılan işdə artı q bu məsələ aydınlaşdırılmışdır. Ancaq hazırki işdə məhkəmə bunu aydınlaşdırmamışdır. Sübutlar sadalanmış, lakin düzgün qiymət verilməmişdir. İşdə olan sübutlarla iddia tam təmin olunmalı idi. Çünki ekspert rəyində pəncərələrin açıldığı müəyyən olunur. Ancaq ekspert bunu səlahiyyətlərinə aid olmamasını bildirir. Ancaq tikinti eksperti bu barədə dəqiq nəticəyə gələ bilərdi. Tikintinin hansı əsasla aparılması, qonşular arasında məsafənin olması, pəncərələrin maneçilik törədib-törətməməsi barədə rəyi ekspert verə bilər. Lakin bu dəfə ekspert bundan yayınmışdır. Nəzərə almaq lazımdır ki, işdə digər ekspert rəyinə əsaslanmış məhkəmə qətnaməsi mövcud idi. Ancaq məhkəmə bu sübutlar əsasında düzgün nəticəyə gələ bilməmişdir. İddiaçı öz həyətində olan divara taxta vurmuşdur. Taxta ona aid ərazidə vurulmuşdur. Öz ərazisində olan sahəyə vurduğu sahənin sökülməsinin tələb edilməsi əsassızdır. İddiaçının həmin pəncərənin bağlanmasının subyektiv hüququnun olması araşdırılmamışdır. Çünki iddiaçı cavabdehin mülkiyyətində olan sahədə qanunsuz açdığı pəncərəni mübahisələndirir. b)

33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmaya n torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

40. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

41. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

42. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

44. Maddə 560.3.4.Digər tərəfin güvəndiyi və güvənmiş oldu ğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

45. Maddə

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər ilk iddia ərizəsinə etirazda, qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşid ir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabbeh Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-124/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar