Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3608/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülk iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxxxxxx» ASC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şika yətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: «xxxxxxxx» ASC və Hacıyev x2 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı «xxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-701/2019) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada115533-1-7933 saylı, 25.07.2013-cü il tarixli “Avtomobil krediti m üqaviləsi” üzrə 12 dekabr 2018-ci il tarixinə olan 15241,62 ABŞ dolları məbləğində əsas borc, 1844,56 ABŞ dolları məbləğində faiz borcu, 16,20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 17102,38 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla pulun və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxxxxxx» ASCnin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze” minik markalı, ağ rəngli, mühərrik F18D440811KA, ban KL1JA6959DK10438, ** EO *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin «xxxxxxxx» ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsi i lə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), T.Quliyev və S.Qafari, iş № 2(105)196/2020) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2019 saylı 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, “Chevrolet Cruze” minik markalı, ağ rəngli, mühərrik F18D440811KA, ban KL1JA6959DK10438, ** EO *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 200 (iki yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, İpoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat Cavabdeh1 alınaraq “S-x1 Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: «xxxxxxxx» ASC və Cavabdeh1 kassasiya şikayətlərini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olma dan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya insta nsiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 115533-1-7933 saylı, 25.07.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən, «xxxxxxxx» ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə görə bank 22300 dollar məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə k reditdən istifadəyə görə banka illik 18 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kredit 60 ay müddətinə verilmişdir. Bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri 25.07.2013-cü il tarixli, 115533-1-11114 saylı ipoteka müqaviləsi və 25.07.2013-cü il tarixli, 115534-7-4644 saylı zaminlik müqavilələri ilə təmin edilmişdir. 25.07.2013-cü il tarixli, 115533-1-11114 saylı ipoteka müqaviləsinə görə, «xxxxxxxx» ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında müqavilə bağlanmış və ipoteka qoyanın bank qarşısında pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə “Chevrolet” markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti 24778 dollar məbləğində qiymətləndirilmişdir. 25.07.2013cü il tarixli, 115534-7-4644 saylı zaminlik müqaviləsinə görə, «xxxxxxxx» ASC ilə zami n Cavabdeh3 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən zamin müqavilədə göstərilən öhdəlik üzrə kredit alan bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 094908 saylı, 25 iyul 2013-cü il tarixli çıxarışa görə, “Chevrolet Cruze” minik markalı ** EO *** dövlət nömrə nişanlı avtomobilə dair ipoteka qoyan qismində Cavabdeh1, ipoteka saxlayan qismində isə «xxxxxxxx» ASC çıxış etmişdir. Nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilə 115533-1-11114 saylı, 25.07.2013-cü il tarixli müqavilədir. İş materiallarında olan arayışa görə, Cavabdeh1 «xxxxxxxx» ASCyə 115533-1-793 3 saylı, 25.07.2013-cü il tarixli avtomobil krediti müqaviləsi üzrə 12.12.2018-ci il tarixinə olan borcu cəmi 17102,38 ABŞ dolları təşkil edir, müqavilə üzrə öhdəliyini 25.08.2015-ci il tarixdən icra etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22722 saylı 11 oktyabr 2019-cu il tarixli rəyinə görə, 25 iyul 2013-cü il tarixli 115533-1-7933 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 25 iyul 2018-ci il tarixədək banka olan borcu 22363,40 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 15259,91 ABŞ dolları, faiz borcu üzrə 7103,49 ABŞ dolları. “S-x1 Mərkəzi” MMC-nin 27 yanvar 2020-ci il tarixli rəyinə görə, “Chevrolet Cruze” minik markalı, ağ rəngli, mühərrik F18D440811KA, ban KL1JA6959DK10438, ** EO *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyəti nəzərə alınmaqla bazar qiyməti 15000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 442, 448.1,269.5, 317.1, 319.1-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 33, 34.1.1, 34.1.2, 39.3.3, 41.1-ci maddələrini tətbiq etmişdir. «xxxxxxxx» ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan daşınar əmlakın ilkin satış qiyməti düzgün olmayaraq artıq müəyyən edilmişdir. Kassasiya şikayətinin həmin dəlili apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, apelyasiya ins tansiya məhkəməsi “S-x1 Mərkəzi” MMCnin 27 yanvar 2020-ci il tarixli rəyinə əsasən, “Chevrolet Cruze” minik markalı, ağ rəngli, mühərrik F18D440811KA, ban KL1JA6959DK10438, ** EO *** dövlət nömrə nişanlı avtomobilin bazar qiymətini 15000 manat müəyyən etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar ekspertiza keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı «xxxxxxxx» ASC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsi «xxxxxxxx» ASC-nin və Cavabdeh1 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-3608/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3608/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver